ŞİRİn bünyadova



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə33/118
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32361
1   ...   29   30   31   32   33   34   35   36   ...   118

 
105 
 
Ağdamda  yalnız  qadınların  iştirak  etdiyi  üçgünlük  mərasimindən 
sonra  gəlin  bayıra  çıxa  bilər.  Bundan  sonra  evə  gələn  qohum-
əqrəba, gəlinə «boy görüncəyi» adı ilə pul verirlər. Qırx gün ərzində 
gəlin həmzatlı qadınlardan uzaq tutularaq gözlənilir. Bu müddətdən 
sonra gəlinin ata-anası onları qonaq çağırır. 
Toyda  qadınlar  cavanlarla  birgə  «haxışta»,  «Ay  lalə  bəndim 
olum»  və  «Ustaye  Səlman»  oyunlarında  iştirak  edirlər  (32,  162). 
Eyni gündə oğlan evində də mərasim keçirilir, toyxana qurulur, bə-
yin yanında sağdışı və soldışı əyləşirlər, qarşılarında şirniyyat dolu 
sini qoyulur, musiqiçilər oxuyur. El arasında «bəy tərifi» adlanan bu 
mərasim  zamanı  da  əyləncə  davam  edir.  Gəlin  gedərkən  anasının 
ona çörək verməsi də bir adət olmuşdur. Evə ilk olaraq yanar çıraq 
daxil edilirdi (32, 182;187). 
Azərbaycanda qardaşlıq adlanan dostluq münasibətləri mövcud 
olmuşdur.  Bir-birilə  möhkəm  dostluq  əlaqəsi  yaradan  gənclər  qar-
daşlıq sayılırdı. Bu təqdirdə onlar bir-birinin bacıları ilə nikaha girə 
bilməzdilər.  Bir  də  kirvəlik  əlaqəsi  olan  ailələr  arasında  kəbin 
münasibəti  ola  bilməzdi.  Deməli,  nikah  əlaqələrinin  qurulmasında 
da müəyyən qadağalar mövcud olmuşdur.  Kişi və qadının evlənmə-
si  qadağan olunmuş kimsələr soya  görə, süd qohumluğu və evlilik 
əqrəbalığı olmaqla üç yerə ayrılır. 
 
Nəsəbə (soya) görə 
Кişilər 
Qadınlar 
1. ata 
1. ana 
2. babalar 
2. nənələr   
3. oğlu, oğlunun oğlu 
3. qızı, qızının qızı  
4. qardaşı 
4. bacısı  
5. qardaşının oğlu 
5. bacısının qızı  
6. bacısıoğlu 
6. qardaşının qızı 
7. əmi və dayı 
7. xala və bibi 


 
106 
 
Süd  qohumluğu 
8. süd ata                                               
8. süd ana 
9. Süd atasının və anasının 
ataları 
9. Süd anasının və  
süd atasının anaları 
10. süd oğlu                                           
10. süd qızı  
11. süd qardaşı 
11. süd bacısı 
12. süd qardaşının oğlu 
12. süd bacısının qızı 
13. süd bacısıoğlu     
13. süd qardaşının qızı 
14. süd əmi və dayı 
14. süd xala və bibi 
Evlilik  əqrəb alığı 
15. qayınata                                             
15. qaynana 
16. ögey oğul                                           
16. ögey qız 
17. ögey ata 
17. ögey ana 
18. kürəkən                                             
18. gəlin (56, 347) 
 
Şəriətlə müəyyən olunan kəbin haqqının orta əsrlərdə nə qədər 
olması əlimizdə olan mənbələrdən bəlli olmur. Lakin aydın məsələ-
dir  ki,  bu  haqq  ailənin  maddi  vəziyyətindən,  hansı  zümrəyə    aid 
olmasından asılı olaraq dəyişə bilərdi. 
Məlumdur ki, «nikahın həqiqi əsasını tərəflərin razılığı, onların 
bir-birinə  birləşmək  istəyinin  müvafiqliyi  təşkil  edir.  Razılıq  və  is-
tək  insanın  daxili  aləmi  ilə  bağlı  və  bilavasitə  gözə  görünməyən 
şeylər olduğu  üçün kişi ilə arvadın  birləşmək əzminə dəlalət  edən, 
bu əzmi ifadə  edən  aşkar bir  aktın olması  labüddür. Həmin  akt  öz 
ifadəsini  kəbin  kəsilməsində,  yəni  nikah  əqdi  siğəsində  (siğət  əqd 
ən-nikah) tapır. Nikah  əqdi  siğəsi  iki hissədən  – təklif (əl-icab) və 
qəbuldan (əl-qəbul) ibarətdir» (38, 92-93). Kəbinin kəsilməsi hər iki 
tərəfin şahidləri hüzurunda icra olunurdu. Təbriz şəhərinin material-
ları  əsasında  ailə  məsələləri  barədə  tədqiqat  aparan  M.Muradi  orta 
əsrlərdən  indiyədək  davam  edən  kəbinkəsmə  haqqında  maraqlı 
məlumatlar vermişdir:  «kəbinkəsmə qızla oğlan arasında bilavasitə 
icra oluna bilər, bu şərtlə ki, danışıb razılığa gəldikdən və mehriy-


 
107 
 
yənin  (yəni  kəbin  haqqının)  miqdarı  müəyyən  olunduqdan  sonra 
mollanın  və  şahidlərin  yanında  qız  oğlana  xitabən  deyir:  «təyin 
olunmuş  mehriyə  ilə  özümü  sənin  nikahına  gətirdim.»  Oğlan  razı-
lığını belə izhar edir: «Bu nikahı, təyin olunmuş mehriyə ilə özüm 
üçün  qəbul  etdim.»  Kəbinkəsmə  rəsmi  sənədlə  icra  edilir.  Bundan 
başqa qız ilə oğlanın kəbinkəsməsi təyin olunmuş vəkillər vasitəsilə 
də həyata keçirilə bilər. Belə halda vəkillər görüşədək mollanın işti-
rak etdiyi mərasimdə kəbin kəsirlər. Əvvəlcə gəlinin vəkili oğlanın 
vəkilinə deyir:  «Mən öz müvəkkilim (qızın adını çəkir) xanımı sə-
nin müvəkkilin (oğlanın adını çəkir) ağaya məlum mehriyyə ilə ni-
kah etdim» onun ardınca oğlanın vəkili deyir: «Bu nikahın öz mü-
vəkkilim  (oğlanın  adını  çəkir)  üçün  məlum  mehriyyə  ilə  qəbul  et-
dim» (37, 11-12). 
Təbriz  şəhərində  indi  də  yaşamaqda  olan  nikah  münasibətləri 
orta əsrlərdə də mövcud olmuşdur. Belə ki, «İran azərbaycanlıların-
da nikahın ikinci növü müvəqqəti nikah və yaxud mitə adlanır. Mitə 
adlanan müvəqqəti nikah daimi nikah kimi təklif və qəbula əsasla-
nır.  İran  Azərbaycanında  müvəqqəti  nikah  aşağıdakı  şərtlərlə  icra 
olunur: 1. Qadın  tərəfindən  «Mətştü» və  ya  «Ənkətü» və  ya  «Zəv-
vəctü» sözünün deyilməsi. 2. Kişi tərəfindən bu sözün qəbulu və ya 
razılığını bildirən sözün deyilməsi. 3. Bu nikah üçün nəzərdə tutul-
muş mehriyyənin nikah haqqının miqdarının razılaşdırılması. 4. Ni-
kahın müddətinin rəsmi sürətdə qeyd olunması. Siğə göstərilən şərt-
lərlə kəsildikdən sonra əgər kişi göstərilən müddətdə qadına yaxın-
laşmasa,  məhriyəsini  ödəməlidir.  Müvəqqəti  nikah  vaxtı  qadın  ha-
milə olsa, doğulan uşaq  kişinin  övladı sayılır»  (37, 12). Rusiyanın 
Azərbaycanı  işğalı  və  Sovet  hökumətinin  yeritdiyi  daxili  siyasət 
nəticəsində  Şimali  Azərbaycanda  aradan  qaldırılan  bir  sıra  adətlər 
və onlara vurulan damğalar bu ənənələrin həyat səhnəsindən tama-
milə yox olub getməsinə gətirib çıxarmışdır. Bu baxımdan da Şima-
li  Azərbaycandan  fərqli  olaraq,  İran  Azərbaycanında  hələ  də  qal-
maqda  davam  edən  adətlərin  və  icra  olunan  mərasimlərin  orta 
əsrlərin qalığı olduğunu söyləyə bilərik. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə