ŞİRİn bünyadova



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə29/118
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32361
1   ...   25   26   27   28   29   30   31   32   ...   118

 
93 
 
milli koloriti ilə daha çox fərqlənir. Toy və toydan sonra icra olunan 
adətlər xalq arasında qanuniləşmiş qaydalar şəklini almışdır.  
İndiyədək  yaşayan  toy  adətlərindən  biri  də  ata  evindən  köçən 
qıza verilən xeyir-duadır. Bu məsələ orta əsr şairlərimizin də yaradı-
cılığında yer almışdır. Məsələn, Məhsəti gəlinə valideynləri tərəfin-
dən  verilən  xeyir-dua    məsələsini    qeyd  etmişdir.  Toyda  atasının 
qızına xeyir-duasından bəhs edən Xaqani deyir: 
 
Ulduz tək bir qızım var idi, onu 
Qabil bir oğlana verdim bir sabah. 
Qızımı damədə verərək, dedim:  
Qızılı torpağa tapşırıram ah! (15, 220) 
 
Qızılı torpağa tapşırıram  deməklə  – şair  burada nəyi nəzərdə 
tutur? Məlumdur ki, qız toy mərasimindən sonra ömürlük olaraq ata 
evini tərk edir, ərinin ixtiyarına verilir, bir daha qayıtmamaq, boşan-
mamaq  şərtilə.  Şair  burada  həm  də  onu  göstərməyə  çalışır  ki,  qız 
ölüncəyə qədər ər evini tərk edə bilməz. Bu xeyir-dua qız atasının 
övladına arzusu kimi təqdim olunur. Çünki qadının yeri ərinin yanı-
dır, qızılın da yeri külçə şəklində torpaqda olduğu kimi. Torpaq özü 
də bir xəzinədir və o qızılı saxladığı kimi, ər də ömrünün axırınadək 
öz həyat yoldaşını qoruyub saxlamalıdır. Atalarda da belə bir məsəl 
vardır ki, pendiri dəri saxlar, arvadı əri.  
Toy  adətlərindən  biri  də  gəlinin  bəzədilməsidir  ki,  bu  xüsusda 
Xaqani  hətta  «gəlini  bəzəyən  məşşatə»  ifadəsini  işlətmişdir  (16, 
158). Gəlinlərdən və gözəl qızlardan bəhs etdikdə ənlik, kirşan, sür-
mə kimi kosmetik vasitələrdən istifadə olunduğunu başqa müəlliflər 
kimi onlar da qeyd etmişlər. Bu ifadədən digər orta əsr müəllifləri-
nin də əsərlərində istifadə olunur. Həmdullah Qəzvini «Zeyl-e tarix-
e  qozide»  («Seçilmiş  tarixə  əlavə»)  əsərində  «məşşatə»  kəlməsini 
işlətmişdir. Yeri gəlmişkən qeyd edək ki, A.Ərdəbili də məşşatənin 
adını  çəkmişdir  (19,  118).  O,  hətta  toylarda  oynayan  mütribün  də 
adını  əsərində  çəkmişdir  (19,  96).  Bu  da  onu  göstərir  ki,  müəllif 
hansı  məişət  tərzini    təsvir  etməyə  çalışmasından  asılı  olmayaraq 


 
94 
 
yenə də öz doğma Azərbaycan mühitindən qidalanmışdır və ona xas 
olan  adət-ənənələri  və  keyfiyyətləri  qələmə  almışdır.  Qazi  Bürha-
nəddin  əsərində məşşatə kəlməsini işlətmişdir ki, bu da əsasən toy 
zamanı  gəlin  köçürülən  qızları  bəzəndirib  geyindirən  qadınlara 
verilən addır.  
 
Məşşatə niçün qaliyə sürtər bu yüzinə, 
Heyf olmayamı keysuyi – miskini əsirgə. (1, 34)  
 
Mahmud  Şəbüstəri  saça  qoxu  vurulmasından  yazır  (30,  141). 
Bu da qadınların özlərinə necə diqqət yetirmələrindən söz açır. Xü-
susən toy zamanı kosmetik vasitələrdən istifadə edilməsi toyun xü-
susi  bir  mərhələsini  təşkil  edir.  Keçmişdə  qadınların  saçının  bağ 
şəklində qalması üçün başa vurulan sancaq saçayıran adlanırdı. Saç-
bağı isə hörüyə bağlanan bağ idi. Orta əsr şairlərimizin əsərlərində 
saça möhrə taxıldığı qeyd edilir. Bundan əlavə saça ətir vurulduğu 
da göstərilir. Məsələn, XII əsr şairi Qivami Mütərrizi Gəncəvi yazır: 
 
Mənim gündüzümdür ayın çöhrəsi, 
Qara saç altında ay kimi parlar. 
Saçının ətridir səhərin yeli
Yanlış dedim məgər yel ənbər saçar? (52, 87) 
 
Buradan  da  aydın  olduğu  kimi,  toy  qadınlar  üçün  xüsusi  əhə-
miyyət  kəsb  etmişdir.  Belə  ki,  insanların  daha  çox  görüşüb  ünsiy-
yətdə olduğu bir mərasim olduğundan özlərini təqdim etmə və daha 
gözəl görünmə məqsədilə qadınlar bər-bəzəkdən və kosmetik vasi-
tələrdən istifadə edirdilər. Bunun üçün də məşşatələrə müraciət olu-
nurdu. Yeri gəlmişkən qeyd edək ki, bəzi ailələrdə hətta XX əsrdə 
gəlin gedən qızların saçlarını bəzəyənə oğlan evi tərəfindən «baş bə-
zəyi» adlanan haqq da verilirdi.  
Gəlinin  paltarı  haqqında  da  müəyyən  məlumatlar  mövcuddur. 
Belə  ki,  «Kitabi–Dədə  Qorqud»  dastanında  deyilir:  «ala  gözlü 
oğluna al örtüklü gəlin aldı» (40, 207) Deməli, gəlin qızların başına 


 
95 
 
qırmızı rəngdə örpək salınırdı. Bu cür al rəngli örpəklərin gəlinlərin 
başına salınması indi də müasir Türkiyə ərazisindəki bir sıra kənd-
lərdə qalmaqda olan adətlər sırasındadır. Nizami Gəncəvinin «Xəm-
sə»sinə  daxil  olan  əsərlərinin  əksəriyyətində  şair  gəlinlərdən  bəhs 
edərkən onların ipək parçadan paltar geyindiyini söyləyir. 
El adətincə gəlin oğlan evinə ilk dəfə qədəm basarkən üz örtü-
yünü açmır, bəzən isə oturmur. Orta əsrlərdə bu adətin olmasını təs-
diqləyən  Xaqaninin  «Gəlin  pərdə  açır  üzündən,  ona  xoş  töhfə  gös-
tərsən»,  –  deməsini  etnoqraf  alim  Q.Qeybullayev  belə  açıqlayır: 
«Azərbaycanın  hər  yerində  keçmişdə  qayınata  gəlinə  bir  hədiyyə 
verdikdən, yaxud vəd etdikdən sonra yaşmağını qaldırır və bununla 
da onlar «barışırdılar»» (10, 31). Bəzi ailələrdə indi də belə bir adət 
mövcuddur  ki,  gəlin  ər  evinə  qədəm  basarkən  ayaq  ustə  durub 
oturmur,  ona  yalnız  müəyyən  hədiyyə  verildikdən  sonra  əyləşir. 
Hədiyyə də hər ailənin imkanı daxilində müxtəlif ola bilər.  
Füzuli yaradıcılığının zirvəsi sayılan «Leyli və Məcnun» əsərin-
də ailə həyatında mühüm əhəmiyyət kəsb edən nikah münasibətləri 
və  onun  rəsmiləşdirilməsini  gerçəkləşdirən  toy  mərasimi    barədə 
belə yazmışdır: 
 
Göndərdi nikah üçün bəsi mal
Şərt etdigin etdi cümlə irsal. 
Min zərrin nəl, əsbi-tazi 
Misrivü İraqiyü Hicazi. 
Min cariyəvü qulami-ziba, 
Pirayələri hərirü diba. 
Min naqə nəbatü qənd yüklü
Nəsrin dərili, bənövşə tüklü. 
Min təblə əbirü ənbərü müşk. 
Əsbabi – nigah olub rəvanə
Kəbini kəsildi nəqdi-canə (25, 145–146). 
 
Bu təsvirdə toyla əlaqədar olaraq gəlin evinə müxtəlif şirniyyat, 
geyim  və  bəzək  əşyaları  göndərildiyi  də  qeyd  olunmuşdur.  Şair 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə