193
yaxın olub doğmalaşmasına gətirib çıxaran hisslərdir. Dostluq sir-
daşlıq zəminində formalaşır. Orta əsr şairi Suli Fəqih kimsənin
sirrini faş etməyin doğru olmadığı barədə öyüd verir, sirri açmaqla
insanın özünün xar olduğunu qeyd edir (66, 10-11). Dost müəyyən
həyat yolunda seçilən ən sadiq insandır. Dostluq münasibətlərinin
əsasında təmizlik və təmənnasızlıq durur. İllərin sınağından keçən
adamlar arasında yaranan, insani hisslərin yüksək təzahürüdür. İn-
san münasibətlərinə dostluq yeni rəng, yeni çalarlar gətirir. Başqala-
rı ilə bölüşə bilmədiklərini yalnız onunla paylaşmaq, dərdini anladıb
şərik tapmaq insan həyatında mühüm rola malikdir. Məsələn, Məc-
nunun dostu, Xosrovun dostu və s. Dostluq nəcibliyin, səmimiyyə-
tin, hörmətin, xeyirxahlığın, fədakarlığın, sədaqətin rəmzidir. XVI
əsr şairi Həqirinin tərbiyə məsələlərinə dair verdiyi məlumatlarında
maraqlı fikirlər vardır ki, bu da ibrətamiz məsləhət kimi olduqca
əhəmiyyətlidir.
Dost
olmaq istəsən bir gün birilə
Yaxşı, həm pisini gözündən keçir.
Xoş olsa rəftarı, ürəyi pakdır,
Onunla xoş bir gün ömründən keçir.
Yaman əhvallıdır
gəlmir xoşuna,
Səlam
əleyk eylə, qıraqdan keçir! (9, 384–385)
Şair burada olduqca maraqlı bir məqama toxunur. Belə ki, dost
seçərkən diqqət yetirilməsi gərəkli olan xüsusiyyətlərə fikir vermə-
yin vacibliyini söyləyir.
Leyli və Məcnun bir-birinə hüsn rəğbət bəsləyirlər. Bir yerdə
olduqlarından bir-birilərinə öyrəşirlər. Onların arasında yaranan
səmimi ünsiyyət xoş ülfətə çevrilir, nəticədə bircə dəqiqə belə ayrı
qala bilmədiklərini hiss edirlər. Gənclik çağlarının ilk məhəbbət
hissi saf dostluq zəminində pöhrə verir. Bir-biri üçün yarandıqlarını
dərk edirlər. Leyli və Məcnunda ilk məhəbbət bir-birinə bağlılıqda
özünü göstərir. Sevənlər arasında yalnız bir həqiqət vardır, o da
onların başqalarını görə bilməmələri. Məhəbbət dostluq, səmimiy-
yət və s. keyfiyyətlərin vəhdətini əks etdirir. Sevimli adam barədə
195
öyrənilməsi bir də ona görə zəruridir ki, onların ideya, mənəvi irsi
bu gün də öz əhəmiyyətini saxlayır» (31, 7). Orta əsrlərin müxtəlif
dövrlərinin şair və mütəfəkkirlərinin əsərlərində müəlliflər ümumiy-
yətlə, ailə səadəti və tərbiyə problemini ön plana çəkmişlər. Onlar
bununla bağlı öz zəmanələrinin mütərəqqi fikirlərini yaradıcılıqları
boyunca işıqlandırmağa çalışmış, sözügedən məsələyə öz şəxsi
münasibətlərini də bildirməyə üstünlük vermişlər. Eyni zamanda
Azərbaycan haqqında məlumat verən bir sıra əcnəbi mənbə
müəlliflərinin əsərlərində də ailə tərbiyəsi məsələsinə qismən də
olsa, yer verilmişdir.
Orta əsr müəlliflərinin əsərlərində yer alan dəyərli məsləhətlər
və nəsihətlər ənənəvi tərbiyə metodunun əsasını təşkil edir və böyük
tərbiyəvi əhəmiyyətə malikdir. İnsanların biliklərinin zənginləşmə-
sində mənən saflaşmasında, daxilən təmizlənməsində onların yara-
dıcılığının təsir gücü yüksəkdir. Mütəfəkkirlərin təbliğat xarakterli
fikirləri, xalq adət və ənənələrindən doğan tərbiyə məsələsinə diqqət
yetirmələri xüsusilə diqqətəlayiqdir. Bu əsərlər əsil tərbiyə örnəyi-
dir. Çünki onlar xalqın psixologiyasından doğur və gündəlik həyat-
da davranış tərzinin təzahürüdür.
Orta əsr müəlliflərinin əsərlərində xalqımıza xas humanizm
tərənnüm olunur. Məsələn, Xaqani yaradıcılığında humanist dünya-
görüşü özünü qabarıq şəkildə göstərir. Q.Kəndli–Herisçi göstərir ki,
Xaqani «humanizminin əsasında pislik qarşısında yaxşılıq et,
gözəlliyi və yaxşılığı
müdafiəyə qalx, pisliyi,
zülmü cəsarətlə, tərəd-
düdsüz rədd et, zülmə qarşı kəskin müqavimət göstər! Yoxsulları
müdafiə et, insanlar qardaşdırlar, dərvişlik və zənginlik mənəviyyat-
la bağlıdır, cəmiyyətdə zahirə yox, mənəviyyata fikir verilməlidir.
Bu, cəmiyyət üçün ölçü olmalıdır. Xaqaniyə görə, geyimlə yox,
yüksək və ülvi insani əməllərlə könül saflığına, insanlıq mərtəbəsi-
nə çatmaq olar» (24, 27; 32). Xaqaninin nəsihətamiz fikirləri örnək
alınasıdır. Xüsusən «gənclərə nəsihət»ində o, fitnə törətməkdən
uzaq olub nifaq salmamağa, vəfalı, dostluqda möhkəm olmağa,
haqq yolunda çalışmağa, böyüklük göstərməyə və hünərlə şöhrət
qazanmağa çağırır. O, eyni zamanda şərab içilməsinə qarşı da çıxır.