181
Uzun əsrlər boyu xalqımızın adət və ənənələrinə uyğun olaraq
Azərbaycan ailəsində uşaqlara tətbiq olunan tərbiyə üsulları bun-
lardan ibarət olmuşdur:
1. Məsuliyyət hissinin aşılanması;
2. Yaxşı və pis hərəkətin mahiyyətinin açıqlanması;
3. Mənfi cəhətlərdən uzaqlaşdırılmasına nail olunması;
4. Nizam – intizama alışdırılması;
5. Böyüklərə hörmət və qayğı göstərilməsi;
6. Qonaqpərvərliyə riayət
edilməsi;
7. Vətənpərvərlik hissinin aşılanması və s.
Ailə tərbiyəsinin özü də çoxsahəlidir və müxtəlif istiqamətlidir.
Belə ki, buraya əmək, fiziki, əxlaq, estetik və s. tərbiyə daxildir. Hər
bir xalqın inkişaf tarixində özünəməxsus tərbiyə və təlim qaydaları
mövcuddur. Eləcə də, Azərbaycan xalqının əsrlər boyu nəsillərdən-
nəsillərə ötürülən ədəb-ərkan qaydaları, milli mentalitetinə uyğun
davranış normaları formalaşmışdır. Z.Göyüşov yazır: «Tərbiyənin
ecazkar gücü bundadır ki, o, insanda olan çoxlu meylləri, qabiliy-
yəti istənilən istiqamətdə inkişaf etdirir və beləliklə yalnız tək-tək
adamları deyil, bütün bəşəriyyəti kamilləşdirməyə kömək edir.
Tərbiyə özü sənətdir. Bu sənət nəsillərdən-nəsillərə təkmilləşir» (6,
62). Ailə daxilində ən vacib məsələ bir-birinin şəxsiyyətinə hörmət
etməkdir.
Orta əsrlərdə əmək tərbiyəsinin aşılanmasının zəruri əlamətləri
var idi. Təsərrüfat işləri ənənəvi xarakter daşıyırdı. Ər çöl işlərində,
qadın isə öhdəsinə düşən ev işlərindəki fəaliyyətlərilə ardıcıl şəkildə
məşğul olurdular. Bu əsrlər boyu hökm sürmüş məişət ənənələrinin
qorunub saxlanılması ilə bağlıdır. Zəruri vasitə olan təsərrüfat işləri
üçün yeni ailə qurulmadan əvvəl buna hazırlanırdılar. Uşaq doğul-
duqdan sonra ailədə verilən əmək tərbiyəsi gələcək həyata hazırlan-
manın ilk addımlarından biri hesab olunurdu. İnsanlar əmək vərdiş-
lərinə ailə daxilində əvvəlcədən yiyələnirdilər. Ailədə uşaqlar
müəyyən yaş həddinə çatdıqda təsərrüfat işlərində köməklik göstə-
182
rirdilər. Burada uşaqların əməyi yüngülləşdirməkdəki rolu özünü
büruzə verir. Ailələrdə qarşılıqlı köməklik və əməkdaşlıq tərbiyə
edilirdi. Məlumdur ki, orta əsrlərdə gəlir mənbəyi əsasən təsərrüfat-
la bağlı olmuşdur. Birgə fəaliyyət qarşılıqlı yardım formalarının
əmələ gəlməsini də zəruriləşdirirdi. Ailədə qıza və oğlana fərqli
yanaşılırdı. Daha doğrusu, qızlara və oğlanlara fərqli davranış qay-
daları aşılanırdı. Qızlardan əsasən ev işlərində köməkçi kimi, oğ-
lanlardan isə çöl işlərində istifadə olunurdu. Qızlara tikmək, toxu-
maq, yemək bişirmək, evi yığışdırmaq öyrədilirdi.
Əldə olunan materiallar sübut edir ki, orta əsrlərdə fiziki tərbi-
yənin də rolu böyük olmuşdur. Uşaqlara müəyyən yaşdan etibarən
çovqan oynamaq, ova getmək, at çapmaq, qılınc oynatmaq və s. öy-
rədilirdi. Onlar bu idman növlərindən bayramlar, toy mərasimləri və
digər el şənliklərində məharətlə istifadə edir, yarışlar təşkil edir-
dilər. Bununla da böyüdükdən sonra gənclər zorxana oyunçuları və
şatır kimi yetişə bilirdilər. Bu da fiziki cəhətdən daha möhkəm
olmağı təmin edirdi. Xüsusən, döyüş zamanı hünər göstərib, cəsur
olmaq fiziki tərbiyənin nəticəsində əldə olunurdu.
Ümumiyyətlə, bəşər tarixinin inkişafı gedişində əxlaqın nizam-
lanması prosesi birdən-birə baş verməmişdir. Uzun zaman xüsusən
ibtidai icma cəmiyyətində əxlaqın tənzimlənməsinə müxtəlif mərhə-
lələrdən sonra nail olunmuşdur. Qəbilə və tayfaların yaranması ilə
ailə daxilində yeni adətlər formalaşmağa başlayır. Bu da öz növbə-
sində müəyyən davranış tərzində və icra olunan adətlərdə özünü bü-
ruzə verirdi. Artıq qəbilə münasibətlərində müəyyən qadağalar tət-
biq olunurdu. VIII əsrdə yaşamış Azərbaycan şairi İsmayıl ibn
Yəsar yazır:
Camaat, buraxın bu öyünməyi,
Danışın insafla, ədalətlə siz.
Əgər cahilsiniz,
görün keçmişdə
Necə yaşamışdır
sizin nəsliniz
Torpağa gömdünüz siz qız olanda,
183
Tərbiyə eylərik amma qızı biz (52, 25).
Bu ibtidai cəmiyyətdən ayrılıb yeni həyata qədəm qoyan feoda-
lizmin tələblərinə ayaq uydurmağa çalışan ərəblər üçün edilən
müraciətdir. Burada bəşəriyyətin inkişaf mərhələlərindəki fərq
vurğulanır.
Orta əsrlərin feodal cəmiyyətində xüsusi mülkiyyətin formalaş-
ması ilə asılı təbəqənin, ayrı-ayrı insanların fikir və təsəvvürləri də
dəyişikliyə uğrayır. Orta əsrlər dövrünün mahiyyətindən irəli gələn
xüsusiyyətlər əxlaq tərbiyəsində də təcəssüm olunurdu. Əxlaqi
şüurun fərqi sonrakı dövrlərə nisbətən qabarıq nəzərə çarpır. Feodal
əxlaqı özünəməxsus şəkildə ölçü və meyarlara söykənən, çərçivə-
lənən, dinlə möhkəmləndirilmiş qarşılıqlı münasibətlərin təzahürün-
də özünü göstərirdi. Geniş miqyasda götürüldükdə, bütün dünya
xalqlarına xarakterik olan feodal əxlaqı normaları mövcud idi. Bu
da məişətin müxtəlif sahələrində özünü göstərirdi.
Aşıq Misgin Abdal xalqın əxlaqi məziyyətlərini öz məsləhətlə-
rilə belə tövsiyə edir:
Namərdinən yoldaş olma,
Uzun ağrı çəkər başın.
Halalılan
ərsiyə çat,
Daş qalalar sökər başın.
Xayın çıxma
Yaradana
Qibləgahdı ata-ana.
Arxalanma bəyə, xana,
Qoy sağ olsun nökər başın (56, 28).
Müəllifin ata-anaya verdiyi qiymət, halallıqla yaşamağı təbliğ
etməsi açıq-aydın görünür. Başqa bir şerində də müəllif öz nəsihət-
lərini belə dilə gətirir.
Adamsansa tələ qurma,
Tələyə, fəndə düşərsən.