168
Sancıları
gələr-gedər,
Atalar gülər gedər,
Nənələr nənni qoyar
Nəvəsin bələr gedər (67, 287).
Mamaçalar digər qohum qadınların yardımından da istifadə
edirdilər. Lakin doğuş zamanı təəssüf ki, bəzən ölüm halları da baş
verirdi. Bu orta əsr müəlliflərinin də əsərlərində yer almışdır.
Təbrizdə yeddi günlük çağanın başını qırxıb, yükün ağırlığı qə-
dər yoxsullara qızıl və ya gümüş paylamaq adəti olub. Həmçinin
yeddinci gün şənlik keçirmək və qoyun qurban kəsmək mərasimi
mövcud olub (68, 23). Təbrizdə doğumla bağlı icra olunan adətlər
ovsun səciyyəli tədbirlərlə başlayır. Qeyd edək ki, «həmin tədbirlər
aşağıdakılardır: ananın və körpənin xalq arasında «al» adlanan pis
ruhdan qorunması üçün kişilər 7 gecə doğum baş vermiş evin keşi-
yini çəkirlər, 7 baş soğanı şişə keçirərək xəncərlə bir yerdə körpənin
arxasında divara söykəyirlər; 7 gün ərzində körpəni beşikdə deyil,
xəlbirdə saxlayırlar; körpənin başı üstə gecə-gündüz çıraq yandırır-
lar; körpə üçün mollaya dua yazdırırlar; körpə olan evə üstündə qı-
zıl və sarı muncuqlu qadın gəlməməlidir və s. Bu tədbirlərin hamısı
körpənin guya sağ qalmasını təmin etmək üçün görülür» (68, 21).
Yeni azad olmuş qadının yanına içərisində su olan qabda üç yu-
murta qoyurlar ki, ona nəzər toxunmasın. Əgər yumurtalar çartlasa,
deməli ona nəzər toxunub, əgər çartlamasa, nəzər toxunmayıb. Zahı
arvadın üstünə iynə-sancaq sancarlar ki, bəd ruhlar ona xətər ye-
tirməsin. Doğum anından etibarən 40 gün ərzində qadın zahı hesab
olunurdu. Doğuşdan sonra zahıya quymaq yemək tövsiyə olunurdu.
40 gün sonra ana ilə uşağın qırxı tökülürdü.
Qırx tökmə mərasiminin mahiyyəti belədir ki, «həmin gün er-
kən, daha doğrusu, danqaranlığında bulaq, yaxud çaydan gətirilmiş
sudan qırx ovuc bir qaba tökülür. Evdə «qırx suyu» da adlanan bu
su ana və körpənin başından axıdılır. Bununla da onlar qırxdan çıx-
mış olurlar. Burada mərasimin icrası anında oxunulan nəğmə də bir
neçə cəhətdən diqqəti cəlb edir. Nəğmə belədir:
169
Ağırlığın, uğurluğun,
Dağlara, daşlara.
Göydən
uçan quşlara,
Qurumuş ağaclara,
Bal verməz arılara,
Deyingən qarılara.
Boz qurddan
hay alasan,
Xızırdan pay alasan.
Kamal suyu,
camal suyu,
Can sağlığı suyu» (60, 115).
Qırx «töküldükdən» sonra uşağı görmək olardı. El arasında mə-
lum inama görə, qırxı çıxmayan uşağın üstünə getməzdilər. Əgər
gedən olsaydı, uşağı həmin adamın üstünə gətirirdilər. O özü uşaq
olan otağa girə bilməzdi. Uşağın çəkisi qədər əti aparıb qəbristanlıq-
da basdırırdılar ki, ömrü uzun olsun. Bu adətin adına «əqiqi» deyər-
dilər (55, 120). Qırxı gözləmək adəti əfqanlarda da «cehel-qoriz»
(«qırx-qaç») adı ilə məlumdur. Qırx gündən sonra ana körpəsi və
qohumlarla bərabər hamama gedir. Yalnız bundan sonra adam
arasına çıxa bilərdi (69, 120).
Azərbaycanda uşaqla əlaqədar müxtəlif oxşamalar, əyləndirmə-
lər, laylalar, bəsləmələr və nəğmələr mövcuddur. Hətta uşaqla bağlı
xeyli tapmacalar vardır. Onlardan birində belə deyilir:
Əzizim,
doqquz günə,
Doqquz aya, doqquz günə,
Qaranlıqdan kimi çıxar,
Doqquz aya, doqquz günə? (70, 208)
(açması: anadan olan uşaq)
Körpə vaxtı uşaqları beşikdə (nənnidə) yatırırdılar. Uşağın diş-
ləri çıxan vaxtı hədik bişirib paylamaq adəti indi də vardır. Nəhayət,
böyüdükdən sonra fəal tərbiyə prosesi başlanırdı.
Qeyd edək ki, «Ailə tərbiyəsi pedaqogikası müxtəlif elmlərlə
sıx bağlıdır, lakin onun inkişafında iki elm sahəsi – etnoqrafiya və