184
Üzə durma, ara vurma,
Zülmünən anda düşərsən.
Hər yetənlə olma tanış,
Yazın olar boranlı qış,
Fikir eylə, sonra danış,
Qəfil kəməndə düşərsən (56, 28).
Mahmud Şəbüstəri isə belə yazır:
Çalış başqalarda axtarma nöqsan,
İncimə desələr səndə var ondan.
Özün qeybət etmə, dinləmə onu,
Yaxşı bil onların bir olduğunu.
Qeyrə böhtan atma, böyük günahdır,
Yetimi incitmə bu da nahaqdır (52, 214).
Orta əsrlərdə dinin insanlara gətirdiyi normalar da vardı. Din
xadimlərinin cəmiyyət üçün müəyyənləşdirdiyi əxlaq normalarının
əsasını nə təşkil edirdi? Hər bir müsəlmanın son nəfəsinədək mü-
qəddəs kitab olan Qurani-Kərimdə tövsiyə edilən nəsihətlərə riayət
etməsi zəruri sayılırdı. Bununla bərabər, əxlaq sahəsində sonralar
müsəlman ilahiyyatçılar tərəfindən irəli sürülən fikirlər şəriət qayda-
larının formalaşmasına təkan verdi. Quranda valideynlərə böyük də-
yər verilməsi də əxlaqi keyfiyyətlər sırasındadır. Müqəddəs kitab-
dan göründüyü kimi «islam dini uzun əsrlərdən bəri bəşəriyyətin
yaratmış olduğu əxlaq normalarından – valideynlərə hörmət etməyi,
dul qadınlara və yetimlərə əl tutmağı, çoxuşaqlı ailələrə yardım et-
məyi savab (xeyirxahlıq) saymış, özünü öldürməyi, oğurluğu,
yalançı şahidliyi və ikiüzlülüyü isə pisləmişdir. İslam dini həmin
əxlaq normalarını özünün əxlaqi sərvəti kimi əsrlərlə saxlamış və
adamlara bu əxlaq qaydalarına riayət etməyi tövsiyə etmişdir» (49,
96). Nəzərə almaq lazımdır ki, dinin təsiri orta əsrlər üçün daha
səciyyəvidir: Allahın daxilən qəbul edilməsi, oruc tutmaq, zəkat
vermək, namaz qılmaq və s. kimi dini fəaliyyət adət halını alır və
185
müəyyən vərdişlər formalaşırdı. İnsanın şəxsiyyətini müəyyənləş-
dirən onun daxili məni, mənəvi dünyası ortaya çıxırdı.
Azərbaycanın feodal cəmiyyətində əsas götürülən meyarlar
hökmdar və təbəələr, ağsaqqallar və kiçiklər, böyük qardaş, kiçik
qardaş, ər və arvad münasibətlərində ifadə olunurdu. Bu qarşılıqlı
münasibətlərin zəminində itaətkarlıq, sədaqətlilik dururdu. «Əda-
lətli şah» obrazına hədsiz inam da dövrün səciyyəvi təsəvvürlərinə
daxil idi. Birmənalı şəkildə yuxarılar və aşağılar, güclülər və zəiflər
prinsipi dövrün əxlaqi keyfiyyətlərini müəyyənləşdirirdi. Bütöv-
lükdə orta əsrlər cəmiyyətinə xas olan təsəvvürlər və şüurlarda for-
malaşan əxlaqi meyarların ölçüsü tərbiyə prosesində öz həllini
tapırdı.
Əxlaqın əsas kateqoriyası olan xeyir və şər orta əsrlərdə mühüm
anlayış kimi əhəmiyyət kəsb etmişdir. İnsanların baş verən hadisə-
lərə münasibətində təqdirəlayiq sayılan və ictimai çoxluq tərəfindən
qəbul edilən əxlaqi meyarlar xeyrin məzmununu təşkil edir. Birgə-
yaşayış qaydalarında mənfi səciyyə daşıyan davranışlar isə şər
qüvvələrin mahiyyətinə xarakterikdir. Təsadüfi deyil ki, N.Gəncəvi
də xeyirlə şər haqqında maraqlı hekayə yazmışdır.
Əxlaq tərbiyəsi bütün münasibətlərdə zəruri olan meyardır. O,
istər ailə, istər cəmiyyət daxilində həyata keçirilən ölçülü davranış
formasıdır. Əxlaq tərbiyəsi cəmiyyət tərəfindən qəbul edilmiş,
sabitləşmiş təsəvvürlərdən asılıdır. Müəyyən nizam-intizam qayda-
larına riayət etməyi gərəkli edir. Cəmiyyət daxilində hökm sürən
qaydalar necə idisə, ona uyğun olaraq şəxsiyyətin formalaşması
labüd sayılırdı. Yüksək əxlaqlı insanlar, fəzilət sahibi şəxsiyyətlər
böyük iradəyə malik olurlar. Orta əsrlərdə kamil insan, fəzilət sahibi
müəyyən keyfiyyətlərə malik olmalı idi. Bu xüsusda Niyazi Mehdi
haqlı olaraq göstərir: «Orta əsr mədəniyyətində davranış din, əxlaq
və şəxsiyyətin estetik mədəniyyəti ilə sıx bağlı olan hadisə kimi
qavranılırdı. Fəzilətli şəxsə ancaq müəyyən davranış tipləri icazə
verilirdi və ya ondan müəyyən davranış tipləri gözlənilirdi. Dav-
ranış dini mənaların, əxlaqi xüsusiyyətlərin, lətif təbiətin bildiricisi
kimi duyulurdu» (22, 33).
186
Hər bir dövrün özünəməxsus əxlaqi şüur tərzi olduğu kimi,
müxtəlif dövrlər üçün əsas normalar da – borc, məsuliyyət, ləyaqət,
ədalət, xoşbəxtlik haqqında təsəvvürlər də vahid bir xətti təşkil edir.
Xeyirlə şərin, pislə yaxşını seçə bilmək qabiliyyəti, öz davranış və
hərəkətlərini müəyyən mərhələdə cilalamağı bacarmaq, hər sahədə
əxlaqi keyfiyyətlərin tamlığını təmin etmək vacib şərtdir. Xüsusən,
içki və tiryəkin zərəri barədə qeydlər vardır. Məsələn, Füzuli tiryək-
lə şərabın insan həyatında fəlakət olduğunu bu sözlərlə ifadə edir:
Ey xirəd rəhgüzarının tikəni,
Tanrı xar eyləsin səni əkəni!
Baisi – nikbətü fəlakətsən,
Bəs ki, bədşəklü bədqiyafətsən (39, 253).
Atalar məsəlində deyilir ki, «paxırı çaxır açar» (64, 135). Yəni
insanın düşməni olan içki təsir göstərdiyi andan etibarən onun
paxırlarının açılmasına səbəb olar. Çünki içkili başda ağıl olmaz.
Əxlaq tərbiyəsinin başlıca məsələsi ədalət prinsipinin olmasıdır.
İnsan nə qədər yüksək və ali keyfiyyətlərə malik olursa olsun, hər
hansı bir məqamda ədaləti pozduqda onun əxlaqi keyfiyyətləri
(intellektuallığı, zəkası, mədəni davranış tərzi, hazırcavablığı və s.)
heçə enir. Yüksək əxlaqi tərbiyə sahibi olmaq təklikdə ikən heç nəyi
ifadə etmir. O ünsiyyətdə, cəmiyyət içərisində fərqli keyfiyyət kimi
qabarıq şəkildə özünü büruzə verir, həlledici göstərici və əsas meyar
kimi qəbul edilir. Əqidə, dönməz prinsipial mövqe, yüksək mədə-
niyyət, ağayanalıq, savad və s. bütün bunları təqdim edə bilmək
bacarığı əxlaq tərbiyəsinin təsdiq məqamlarıdır. Belə bir məsəl də
var ki, «yaxşı nümunə ən yaxşı nəsihətdir.»
Tərbiyədə əhəmiyyətsiz məsələ yoxdur. Hər bir addımın, davra-
nışın və s.nin rolu böyükdür. Əxlaq anlayışının kəsb etdiyi məzmun
insanla cəmiyyətin qarşılıqlı təması və təsiri nəticəsində möhkəm-
lənən tərbiyəsi ilə təsdiqlənir. Uşaqlıq illərindən etibarən əxlaqi
keyfiyyətlərin aşılanması insanın həyatını zənginləşdirir. İctimai rə-
yin nəzərə alınması əxlaq tərbiyəsində əsas şərtlərdən biridir. Əxlaq
Dostları ilə paylaş: |