196
Xaqaninin insani dəyərlərə verdiyi qiyməti Q.Kəndli-Herisçi belə
şərh edir: «Xaqaniyə görə insanlığın mərtəbələri aşağıdakılardır:
Birinci mərtəbə düşkünlük – mənəvi yoxsulluq adlanır. Bu o
deməkdir ki, insana səmimiyyət göstərib, məhəbbət etdikdə o, pislik
və gözügötürməməzliyə yol verir. Bu, insanın mənəviyyatına yol
tapmış aldanma və şeytanlıq bəlgəsidir.
İkinci mərtəbə o deməkdir ki, insana yaxşılıq etdikdə yaxşılıq,
pislik etdikdə pislik etsin. Bu, bəşəriyyətin kökündən doğan bir
keyfiyyətdir.
Üçüncü mərtəbə o deməkdir ki, insana pislik etdikdə, o pislik
etməyir, ancaq pislik qarşısında yaxşılıq da göstərmir. Bu, əsl insani
sifətdir.
Dördüncü mərtəbə o deməkdir ki, insan pislik qarşısında yaxşı-
lıq etsin. İkiüzlülük qarşısında sədaqət göstərsin, müxalifət qarşısın-
da ülfət etsin, yalandan üzə gülməyi duysa da, ürəyində kin saxla-
masın... Bu, insanlığın insan şəxsiyyətinə ötkün kəsilməsinin son
həddidir. Bu o deməkdir ki, artıq insan mənəviyyatı ilə göylərə yük-
səlmiş, müqəddəs bir işıqla könlü işıqlanmışdır. İnsanlığın bu mər-
təbəsində düşüncənin axsayacağı və duracağı bir yer yoxdur» (24,
36). Bütün bu deyilənlər şairin həyat və insanlıq haqqında fəlsəfi
düşüncələridir. Qətran Təbrizi «sözü əvvəlcə ölç, sonra söylə» deyir
(54, 397). Xaqani yaradıcılığında ibrətamiz fikirlərindən və tövsi-
yələrindən biri də budur:
İstəsən güzgü tək saf olsun ürək,
Sinəndən on şeyi atasan gərək:
Haram, qeybət, kinə, paxıllıq, tamah,
Kibr, riya, həsəd, ədavət, kələk (16, 415).
Məhsətinin verdiyi məsləhət də diqqəti cəlb edir.
Boy-buxunu, çiyni nöqsanlıdan dad,
Namərd kişilərdən yaxşıdır arvad,
197
Bivəfa dostlardan düşmən yaxşıdır
Etimadsız dostu yadından çıxart (17, 24).
Nəsimi yaradıcılığında məhəbbət mövzusu ilə yanaşı, tərbiyəvi
əhəmiyyət kəsb edən şerlər də vardır. Onun aşağıdakı misrası
təqdirəlayiqdir:
Ey özündən bixəbər qafil, oyan,
Həqqə gəl, kim həqq deyil batil, oyan!
Olma fani aləmə mail, oyan,
Mərifətdən nəsnə qıl hasil, oyan!
Bulmuşam həqqi, «ənəl-həqq» söylərəm,
Həqq mənəm, həqq məndədir, həqq söylərəm!
Gör bu əsrarı nə muğlət söylərəm,
Sadiqəm qovmümdə səddəq söylərəm! (18, 32)
Şair ədalətsizliyə, zülmə etiraz edirdi. Onun şerləri bütün Yaxın
Şərq dünyasında geniş yayılmışdır. Nəsimi yaradıcılığından aydın
olur ki, şair azadfikirli bir şəxsiyyət kimi şöhrət qazanmışdır.
Hürufiliyin təbliği sahəsində sərbəst hərəkətinə görə çəkinmədən
mübarizə əzminə malik olması bir çox din xadimlərinin qəzəbinə
səbəb olurdu. Nəsimi lirikasının mahiyyəti fəlsəfi və dini baxımdan
daha çox tədqiqə yararlıdır. Amma bütün bunlara yanaşı, digər orta
əsr müəllifləri kimi Nəsimi də öz yaradıcılığında eşqə, ailə bağlılığı-
na, tərbiyəvi fikirlərə və s. yer vermişdir. Nəsimi ədalətli olmağa və
həqiqəti söyləməyə çağırır.
Tərbiyə problemində Arif Ərdəbilinin özünün ibrətamiz nəsi-
hətlərinin də rolu və əhəmiyyəti böyükdür. Şair tərbiyə problemini
işıqlandırmağı qarşısına məqsəd qoymasa da, insanı bir şəxsiyyət
kimi dəyərləndirərkən xüsusilə vurğulayır ki, insanlar arasında o
adam kişidir ki, ürəklə dostun qəm və kədərinə şərik olsun. Şair
göstərir ki, şadlıqda dostu ilə badə içən adam bərk ayaqda da kişi
kimi çalışmalıdır (27, 72).
198
İnsanların inkişaf mərhələsində keçdikləri yol uzundur. Bu yol-
da yaş həddi məsələsi də əhəmiyyət kəsb edir. İnsan psixologiyası-
nın formalaşmasında yaş həddinin rolu danılmazdır. Çunki insan
çox şeyi müəyyən zaman keçdikdən sonra dərk edir. Bu baxımdan
da tərbiyə məsələsinə hərtərəfli yanaşmaq məqsədəuyğundur. Qeyd
etməliyik ki, A.Mollayevin də göstərdiyi kimi «Xaqani 7 yaşa kimi,
evdə əmisinin köməyi ilə dünyaya göz açır, onun vasitəsilə
tərbiyələnir. Bundan sonra, yeddi yaşdan başlayaraq əlifba təliminə
qədəm qoyduğunu, yazı öyrəndiyini, sonra isə körpə məktəblərdə
olduğu kimi, «Quran»ı oxuyub sona çatdırır. «Quran»da qeyd
edilmiş elmləri birbəbir öyrənməyə başlayır. Maraqlı budur ki,
Xaqani yeddi yaşa qədərki dövrü ailə tərbiyəsi dövrü, sonrakı dövrü
isə təlim–tərbiyə dövrü kimi başa düşür. Nəhayət, yeddi il təlim
olunduqdan sonra, müstəqil olaraq digər elmləri öyrənməyə
başlayır.» Müəllif həmçinin, Xaqaninin yeddi il evdə təhsil aldıqdan
sonra yeddi il də kitabxanada təhsilini davam etdirib, 21 yaşında
təhsil və təlimini tamamladığını söyləyir (32, 29). Nizami də
Xosrova atasının məhz yeddi yaşında müəllim tutduğunu söyləyir
(38, 55). Buradan aydın olur ki, orta əsrlərin XII əsrində yeddi yaş
təhsilə ən uyğun hədd hesab olunmuşdur.
Nizami Gəncəvinin oğlu Məhəmmədə nəsihətində deyilir:
Ey on dörd yaşlı gözümün işığı!
İki dünya elmlərində tam yetkin,
O gün ki yeddi yaşındaydın,
Çəməndəki gül kimi idin.
İndi ki on dördünə çatmısan,
Sərv kimi yüksəkliyə baş qaldırmısan,
Qafil oturma, oynamaq vaxtı deyil,
Hünər, başıucalıq vaxtıdır.
Bilik ardınca get, böyüklük öyrən ki,
Gündən-günə sənə yaxşı nəzərlə baxsınlar.
Ad və nəsəb (mənşə) kiçik yaşlı üçündür.
Böyük ağacın nəsli axtarılmaz.
Dostları ilə paylaş: |