59
nadan əsasən toylarda istifadə olunur. Deməli, doğrudan da o, se-
vinci və şadlığı tərənnüm edir.
İçərişəhərdə keçirilən xınayaxdının Bakı kəndlərindən fərqi on-
dan ibarət idi ki, xınayaxdı zamanı yığılanlar qız anasına deyil,
məhz yengəyə çatırdı. (10) İsmayıllıda xınayaxdı mərasimi zamanı
iştirak edənlərin hamısı xına qoyduqdan sonra gəlin xına qabını is-
tədiyi uşağın əlinə verir. Uşaq da əllərini qaba salır, daha sonra hə-
min əllərini istədiyi subay qızlardan birinin başına çəkir. Təsəvvürə
görə, uşağın əlini çəkdiyi subay qız tezliklə ailə qurur. Yeri gəlmiş-
kən daha bir adət vardır ki, xınayaxdı mərasimi zamanı subay qızlar
əllərini açırlar, yenə balaca bir uşaq xınalı əllərilə qızların ovucuna
istədiyi hərfi yazır. Guya bu hərf həmin qızın evlənəcəyi oğlanın
adının baş hərfi olur. (11) Bu XX əsrin sonu-XXI əsrin əvvəllərinin
əlavələridir.
Əsrlərin sərhəddini aşıb gələn xınayaxdı mərasiminin XX əsr-
dəki izlərini izləmək maraq doğurur. Çünki bu bizə uzun müddət
dəyişməz qalan ailə ilə bağlı adət və ənənələrin icrasını bərpa etmə-
yə yardımçı olur. Gəlin köçəndən bir gün qabaq qadın çalğıçılar qız
evinə gəlirdilər. Nağara, qarmon çalıb oynayırdılar. Zarafat eləyirdi-
lər, cavan qızlar bu günün onlar üçün də qismət olmasını arzu edir-
dilər. Mərasim təmtəraqlı keçməsilə fərqlənirdi. Xınadan qızın əl-
ayağına və başına yaxırdılar. Bəy üçün də göndərirdilər. Xınanı isla-
dan yaşlı qadına xələt verilirdi. Bu qadın el arasında deyildiyi kimi
başıbütöv (yəni ərli, oğullu, qızlı) olmalı idi. Qız anası bu qadına
xonça tuturdu. Bu xonçaya əsasən konfet, parça və ya şal və yaxud
da geyim əşyası hədiyyə edilirdi. Mərasimdə iştirak edən yaşlı qa-
dınlar subay qızlara xeyir-dua edirdilər. Alqış sədaları səslənirdi ki,
“sizin üçün də olsun, qoşa qarısınlar, getdiyi yerdən yarısın, apardı-
ğın şeyləri əlində-ayağında dağıdasan” və s. Mərasimdə iştirak edən
bütün xanımlar ən yaxşı paltarlarını geyinirdilər. Həmin gün səhərə-
dək heç kəs yatmamalı idi. Çünki gəlin gedən qız da həyəcanından
yata bilmirdi. Yatıb yuxuya gedəni isə yorğan-döşəyə tikirdilər.
Odur ki, səhərə kimi heç kim yatmağa cürət etmirdi.
60
Qız evi bozbaş, ət qovurması bişirir və plov dəmləyirdi. Xonça-
da qız üçün gətirilən əşyalar içində əsasən ənlik, kirşan, şarf, fitə,
qırmızı xara parça, şirniyyat və s. olurdu. Şəkərbura və paxlava gəti-
rilirdi. Qız-gəlinlər hamama gedirdilər. Sonra evə qayıdan axşamı
gəlin bəy evinə köçürülürdü. Oğlan evi çalğıçılarla bərabər qızı apa-
rırdılar. Mirzeyi, tərəkəmə, innabı kimi havalar çalınırdı. Bu zaman
həyətdə bəyi saxlayırdılar. Bəy tərifi olurdu. Bəyin qabağına pul atır
və ya hədiyyələr də verirdilər. (12) Bu onu göstərir ki, xınayaxdı
mərasimi əyləncə xarakteri daşıyır, tamaşa və rəqslər göstərilir, mə-
rasimin mahiyyətinə uyğun nəğmələr ifa edilirdi. Belə mahnılardan
misal olaraq təkcə aşağıdakıları söyləmək kifayət edər:
Bu evlərin uzunu,
Əllərə xına yaxarlar.
Çoban qaytar quzunu,
Tellərə xına yaxarlar.
Gedin deyin əmimə
Əllərə xına yaxarlar.
Versin mənə qızını
Tellərə xına yaxarlar. (25, 294)
Mərasim zamanı oxunan nəğmələr əsasən «Xınanı yaxın dəsti-
nə», «Xanım bacı qonaqdır», «Ay üzüldü, üzüldü», «Yel atın çapıb
gələr» kimi mahnılardan ibarət olurdu. (25, 295)
Xınayaxdı günü həm də qız evinin toyu sayılırdı. Azərbaycan
xalqının qarşılıqlı yardımlaşması belə günlərdə özünü daha qabarıq
göstərirdi. Toya bir gün qalmış «toy axşamı» edirdilər və hərəyə öz
görəcəyi işləri tapşırırdılar. Çoxsaylı qadın və qızların dəvət olun-
duğu bu məclis üçün hazırlanan yeməklərin bişirilməsində qohum-
əqrəba iştirak edərdi. Mərasimə toplaşanlar mütləq xonça bəzəyib
gətirməli idilər. Xonçada qoyulanlar da müxtəlif əşyalardan ibarət
olurdu.
H.Sarabski İçərişəhərdə xınayaxdı mərasimini belə təsvir edir.
«Cavan gəlin və qızlar evdə böyük teştin içində xına isladar, dəf,
61
dumbulun çalğısı ilə gəlini gətirib oturdardılar. Başına və əl-ayağına
xına yaxardılar. O gecəni səhərədək dəf, dumbul çalıb, oynayıb
şadlıq edərdilər. Oynayanların başına şabaş atardılar. Yengə şabaşı
alıb kimdən olduğunu öyrənib deyərdi:
−
Gəlin anası, gəlin başına 5 manat, şabaş, ay şabaş…bu qay-
da ilə gəlinin qohumları və tanış-bilişləri tərəfindən verilən şabaşları
yengə ucadan elan edərdi. Şabaş pulları yengəyə və qavalçıya çatar-
dı. Sonra qadın mahnıları başlardı.» (13, 107) Bu Azərbaycanda
toyların necə şən keçməsini göstərir, bununla bahəm, qadınların söz
qoşub şeir deməsini, çalğı alətlərində çalmasını, bir sözlə, xanımla-
rımızın məharətini, xalqımızın isə zəngin folklorunu nümayiş et-
dirir. Bu baxımdan Naxçıvan toylarının xınayaxdı mərasimi daha
maraq doğurur. Belə ki, mərasim zamanı məclisə toplananlar
haxıştalar ifa edirlər. Məsələn,
Çıxdım aya baxmağa, haxışta
Qapıya qıfıl taxmağa, haxışta
Qardaşım xına göndərib, haxışta
Gəlin əlinə yaxmağa, haxışta.
«Məclis davam etdikcə təkrarlanmaya (yəni haxıştaların təkrar-
lanmasına – Ş.B.) icazə verilmir. Haxışta məclisi bir tərəf məğlub
olana, yəni qarşılıq verə bilməyənə qədər davam edir. Uduzan tərəf
məclisə xidmət göstərir. Xına tabağına nəmər (pul) qoymaq adəti
vardır.» (16, 87) Q.Qədirzadə qeyd edir ki, oğlan evindən xına ta-
bağı musiqinin müşayiəti ilə gətirilir və Ordubadın bəzi kəndlərində
xınayaxdı «qızbaşı» adlanır.
H.Sarabski İçərişəhərdə xınayaxdı mərasimində qız anasının da
oxuduğunu, bununla yanaşı, dəvət olunanların da mahnılar ifa etmə-
lərini qeyd edir. Müəllif sonra qadınlarla qızların bir-birindən fərqli
geyimdə olduqlarını təsvir edərək göstərir ki, qızlar ipəkdən sadə
paltar geyinərdilər, saçlarını ortadan ayırıb hörük hörərdilər və bə-
zəkləri olmazdı. Onlar başlarına kəlağayı örtərdilər. Gəlinlərin isə
çətiri, bala birçəyi, həmayılı, cütqüqabağısı, ağ qızılı olardı. Yaşlı
Dostları ilə paylaş: |