65
adam oğlanın sağ əlinin içinə və çeçələ barmağına xına sürtür, sonra
əli təzə parça tikəsi ilə bağlayır ki, buna «seçəş» mərasimi deyilir.
Həmin mərasim eynilə gəlin üçün də icra olunur. Mərasimdən sonra
evlənənlərin evi yaxındırsa, oğlanı qız evinin həyətinə salıb çıxarır
və geri evinə qaytarırlar. (26, 117)
Xına ilə bağlı xalq arasında deyimlər də mövcuddur. Məsələn,
ayağına xına yaxıb əncir və yaxud tənək yarpağı ilə onu bağlayıb
quruyanadək qadınlar iş görmədən uzanıb dincəlirdilər. Ona görə də
bir səbəb olmadan iş görməyi rədd edən tənbəl adamlar haqqında
«ayağı yarpaq xınada deyil ki?» - deyirlər. Bununla yanaşı, başqa
bir deyim isə bundan ibarətdir ki, müxtəlif mərasimlərlə əlaqədar
olaraq qadınlar əl-ayaqlarına xına sürtüb öz sevinclərini beləcə
bildirirdilər. Lakin ağır vəziyyətə düşənin düşməni sevinər deyə
«qoy, ayağına xına yaxsın» məsəli də başqasının mətləbə çatması
kimi mənalandırılaraq el arasında yayılmışdır. (20, 19;66) Bundan
əlavə xına yaxmaqla bağlı tapmacada deyilir:
Yaşıl əkdim,
Al çıxdı. (28, 211)
Beləliklə, müxtəlif mənbələr əsasında xınayaxdı adətinin ailə
məişətindəki
əhəmiyyətli yeri, mahiyyəti və zamanımıza qədər gəlib
çatması barədə məlumat verərək araşdırma aparıldı.
66
TOY ADƏTLƏRİ
Azərbaycan xalqının ailə məişətində ən zəngin adət və ənənələr
toy mərasimində icra edilirdi. Bütün dünya xalqlarında olduğu kimi,
Azərbaycanda da uzun əsrlər boyu özünəməxsus şəkildə toy mərasi-
mi keçirilmişdir. Bildiyimiz kimi, toya qədərki adətlər əsasən qızbə-
yənmə, elçilik və nişanlanmadır. Yalnız bu mərhələlər ardıcıl olaraq
icra edildikdən sonra toy günü dəqiqləşdirilir və hər iki tərəfdə (qız
və oğlan evi) toy mərasiminə hazırlıq işləri başlanır. Toy artıq tam
razılıq əldə olunmasını təsdiqləyən sonuncu mərhələdir və nikahın
qəti olaraq rəsmiləşdirilməsini göstərir. Bütün dövrlərdə toy büsatı
eyni mahiyyət və məzmun kəsb etmişdir.
Orta əsrlərdə toy mərasiminin necə keçirilməsi barədə ərtaflı
məlumat almaq üçün müxtəlif mənbələrdə onun necə təsvir olunma-
sına diqqət yetirmək lazım gəlir. Xüsusən həmin dövrlərdə yaşayıb
yaradan şairlərimizin və alimlərimizin yaradıcılığında bu məsələ ilə
bağlı yer alan məlumatları bir yerə toplayıb diqqətə çatdırmaq
zəruridir. Çünki bu məlumatlar səpələnmiş şəkildədir, bəzən isə bir
müəllifin yaradıcılığında olan məlumat digərində yoxdur. Nəzərə
almalıyıq ki, ailə məsələləri ilə əlaqədar olaraq orta əsrlərin digər
mənbə müəlliflərinin verdikləri məlumatlarla müqayisədə mütəfək-
kirlərimizin və şairlərimizin əsərlərindəki təsvirlər daha dolğun əks
olunmuş və real gerçəkliyi olduğu kimi əks etdirir. Onların əsərlə-
rində təsvir olunan ailə məsələləri ilə bağlı canlı löhvələr daha dol-
ğun və dəqiqdir. Buradaca qeyd etməliyik ki, şairlərimizin yaradıcı-
lığında təsvir olunan mühit feodal cəmiyyətinin mövcud adət və
ənənələrini özündə ehtiva edir. Bu məlumatlar həm
də ona görə əhə-
miyyətlidir ki, ailə məişəti ilə bağlı adət və ənənələrin daha qədim
köklərə malik olduğunu söyləməyə imkan yaradır.
Feodalizm cəmiyyətində ailə birliyi daha möhkəm idi. Belə ki,
o, əhalinin əmək fəaliyyəti ilə daha da sıx birləşdiyi bir cəmiyyət
olmuşdur. Feodal ailəsinin xüsusiyyəti ondan ibarət idi ki, iqtisadi
amil, qapalı təsərrüfatın mövcudluğu, torpağa bağlılıq istər-istəməz
ailə dayağının möhkəmliyini təmin edirdi. Dövrün bu reallığı ümu-