62
qadınlar tünd rəngli xaralardan paltar geyər, başlarına isə dügürd
kalağayıdan çalma salardılar. Ertəsi gün hamama gedərdilər. (13,
109) Yengə xınanı yoğururdu və gəlin gedən qızın saçına da əvvəl-
lər xınadan
qoyurdular, lakin indi qoymurlar. (17)
Məlumatlardan aydın olur ki, xınayaxdı zamanı (toydan bir gün
qabaq) masa üzərinə qırmızı rəngdə örtük salınır. Güzgü, şam, xına
sinisi onun üzərinə qoyulur. Gəlinin yanında sağdış, soldış oturur.
Qız anası onlara hədiyyə olaraq çiyninə salmağa şal və ya yaylıq
təqdim edir. Oğlan evi tərəfindən gətirilən xonçada qızın çiyninə sa-
lınan şal olur. Əvvəlki vaxtlardan indikinin fərqi odur ki, xınanı ba-
laca qablarda paylayırlar. Hamamdan sonra evə gəlib xınayaxdı
olur. Oğlan evinin xonçasında gətirilən parçaların ucundan kəsirlər
ki, işlənsin, qalmasın. Xonçanı atlas ipəklə örtürdülər. Toyda al qır-
mızı gəlinlik geyinirdilər. (18)
Bu adətlər bütün bölgələrdə eyni əhəmiyyət kəsb edirdi. Məsə-
lən, Lənkəranda «qız evində böyük toya (xınayaxdıya) hazırlıq ge-
dirdi. Həmin hazırlığa qədər hər gün axşamçağı məhəllə qızları gə-
lin qızın ətrafına toplanıb çalğısız nəğmələr oxuyardılar, ağacdan
asılmış ipdən yellənərdilər. Buna küp yellənməsi deyilərdi.» (21,
392) Xına qoyan gəlin köçən qıza hədiyyə verməlidir. (22, 165)
Xınayaxdı zamanı şamlar yandırılır və özü sönənədək gözləni-
lir. Gəlinin başına duvaq salınır. XIX-XX əsrin əvvəllərinnə aid xı-
nayaxdı mərasimini təsvir edən R.Babayeva göstərir ki, rəqslərdən
sonra oyunlar başlayırdı. Yalnız qadınların iştirak etdiyi bu xına-
yaxdı mərasimində əyləncəli oyunlar göstərilirdi. (23, 182) Abşe-
ronda xınayaxdıdan bir gün əvvəl «sərpayı» adlanan məclis düzəl-
dilir və qızın rəfiqələri, yaxınları, qohumları yığışırlar. (23, 184-
185) Məclisi idarə edənə də «sərpayı» deyilir. Azərbaycanın müxtə-
lif bölgələrində xınayaxdı mərasimi zamanı özünü göstərən bəzi
fərqli xüsusiyyətlər var idi ki, bu da əsasən icra qaydalarında
müşahidə edilirdi. Məsələn, Qubada mövcud olan xınayaxdıya görə,
«Gəlin xına tökülmüş ovucunu duvağın altından dışarı çıxararaq
əlini başına qoyur. Və xınalı ovucu açıq olaraq ağzı yuxarı durur.
Bu sırada bir oğlan uşağı gəlir, gəlinin ovucundakı xınadan bir bar-
63
maq sıyırıb alır. Bu da gəlinin erkək ovladı olacağına səbəb ola bi-
lirmiş. Gəlin bir qədər ayaq üstə durduqdan sonra, dünya görmüş
qarıların icazəsi ilə o, sağdış və soldışı ilə başqa bir otağa keçirlər.»
(24, 58) Qıza bəzək vurulması qaş və üz alınması və saçının düzəl-
dilməsi ancaq xınayaxdı zamanı olurdu. (19)
Xına ilə bağlı təsvirlər bayatılarda da yer almışdır. Məsələn,
Əllərin xına gözlər,
Ovçular sona gözlər,
Atma
hicran oxunu,
Eləmə qan, a gözlər! (15, 174)
Türkdilli ədəbiyyatda xına ilə bağlı maraqlı məlumatlar vardır.
Orhan Çeltikçi qeyd edir ki, qədim turklər xınadan vəba xəstəliyinə
qarşı istifadə etmişlər. Bundan əlavə, xına baş və göz ağrılarında
mühüm vasitə sayılmışdır. Qulunc yelinin müalicəsində də xınanı
sabunla qarışdırıb dizə sürtürdülər. Hətta onun su ilə qatışığından
qarqara edilər və ağız yaralarının müalicəsində istifadə edərdilər.
Uşaqlardakı çiçək xəstəliyinə müsbət təsir etdiyini də müəllif qeyd
edir. Hətta xınanın müxtəlif maddələrlə qarışdıraraq bronxitdə, əldə-
ki çatlamalar zamanı istifadə olunduğu məlumdur. (14, 30) Rahmi
Yılmazın əxilərdə adət və ənənələrlə bağlı verdiyi məlumatlarında
deyilir ki, rəvayətlərə görə xına ağacı Həvvanın göz yaşlarından
yaranmışdır. (27)
Bir bitki kimi xına dünyanın müxtəlif ərazilərində yetişir. Hətta
tədqiqatlar sayəsində məlum olmuşdur ki, Misir ehramlarındakı mu-
miyalarda xına rənginin izlərinə rast gəlinmişdir. Bu da onu deməyə
əsas
verir ki, ondan daha qədimlərdə istifadə edilmişdir.
Etnoqrafik müşahidələr Türkiyə ərazisində keçirilən xına gecə-
sinin Azərbaycandakı kimi mahiyyət daşıdığını söyləməyə əsas ve-
rir. Orada da bizlərdə olduğu kimi oğlan evi xına gətirir, qızın rəfi-
qələri yığışır, əyləncə başlayır və bu zaman nəğmələr (manilər) söy-
lənilir. Hətta Ərzurum bölgəsində mərasimdə iştirak edən qadınlara
64
hədiyyə olaraq balaca yaylıq (əl dəsmalı) paylayırlar. Məsələn, Tür-
kiyədə belə mahnılar məhz xınayaxdıda oxunur:
Yüksək-yüksək təpələrə ev qurmasınlar,
Aşırı-aşırı məmləkətə qız verməsinlər.
Anasının
bir dənəsini xor görməsinlər,
Uçanda quşlara məlum olsun, mən anamı özlədim
Həm anamı, həm babamı, həm köyümü özlədim.
Və ya Aralıq dənizi bölgələrində söylənilən bayatılarda deyilir:
Çakmak
çakmağa gəldik,
Xına yaxmağa gəldik.
Ağlama xatun teyzə,
Qızın almağa gəldik. (14, 32)
Müasir dövrdə Türkiyə ərazisində xına evlənənlərlə bərabər ey-
ni zamanda əsgərliyə gedənlərə, sünnətli uşaqlara, yaşlı qadınlara,
qurban heyvanlarına tətbiq olunur. Bu paralelləri aparmaqda məq-
səd türk xalqlarında xınayaxdı adətinin əhəmiyyətini göstərməkdir.
İraqın Kərkük vilayətində xınayaxdı mərasimi zamanı «gəlini
əynində «xınalıq əlbəsəsi» bir ağac üstündə oturdardılar. Ayaqları
altına bir teşt su qoyardılar, üzünə güzgü tutardılar. Bu da aydınlıq
demək idi. Qızın bir ovucuna şəkər qoyulardı. Bu da şirinlik demək
idi. Onun əlinin içi, əl və ayaq barmaqları xınalanırdı. Gəlini xınala-
yandan sonra hamı barmağını basardı. Bu da murad üçün idi. Sonra
gəlin ayağa qalxıb hamının əlini öpərdi. Gecəyarısına qədər qız
evində musiqi çalınar, gəlin rəfiqələri ilə əylənər, nəşələnərdi. Evdə
şamlar yandırılardı. Bu da gəlinin həyatı ər evində işıqlı olsun deyə
edilərdi» (29, 38).
Xınayaxdı mərasimi Əfqanıstanda da icra olunur. Səhər açılan
kimi ayrı-ayrılıqda gəlin və bəy evində «xinə bəndan» (xına yaxdı)
mərasimi olur. Əl və ayaq xınaya qoyulur, evlənənlərin qabağına
şam, təmiz su və güzgü qoyulur. Ayağı sayalı, təmiz niyyətli bir