ŞİRİn bünyadova



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə21/118
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32361
1   ...   17   18   19   20   21   22   23   24   ...   118

 
68 
 
qardaşının da arvadını ala bilməz.» (7, 73) Bu kimi şərtlər sonralar 
İslam dinində də şərh olunmuşdur.   
Toy  mərasimi  barədə  əldə  olunan  material  tarixi  keçmişimizin 
etnoqrafik baxımdan əhəmiyyətli  canlı səhifələrini  göz özündə əks 
etdirir,  real  həqiqətləri,  ailə  məişətində  uzun  əsrlərdən  bəri  kök 
salan müxtəlif adət və ənənələri  işıqlandırır.  
Cəmiyyət  daxilində bütün məsələlərin uzun  əsrlər boyu müəy-
yən adət və ənənələr çərçivəsində cərəyan etdiyi məlumdur. O cüm-
lədən, toy mərasimində bir sıra müxtəlif və çoxsaylı adətlər icra olu-
nur. Toy əslində bir xalq yığıncağıdır. Buraya toplaşanlar gündəlik-
dən fərqli olaraq xüsusi geyimlərdən və bəzəklərdən istifadə edirlər. 
Toy müəyyən qədər göstəriş meydanıdır. Burada mərasim iştirakçı-
ları  tərəfindən  xüsusi  canfəşanlıq  nümayiş  etdirilir.  Bu  mərasimdə 
insanların  əhval-ruhiyəsi  dəyişir  və  o,  əyləncə  xarakteri  kəsb  edir. 
Xüsusən orta əsrlərdə əhalinin əsas şadyanalığı toylarda özünü bü-
ruzə verirdi. Təsadüfi deyildir ki, şairlərin yaradıcılığında, nağılları-
mızda və dastanlarımızda toyların üç,  yeddi və qırx gün qeyd edil-
diyi vurğulanır. Bu da onu deməyə əsas verir ki, qədim zamanlarda 
şadyanalıq yığıncağı, məharət nümayiş etdirmə yeri məhz toylar və 
bayramlar olmuşdur. Toylarda müxtəlif məzmunlu oyunların nüma-
yiş olunduğu da məlumdur ki, bu da mərasimin daha da rövnəqlən-
məsinə xidmət etmişdir.  
Toy mərasimi haqqında bəhs etməzdən əvvəl, ümumiyyətlə ailə 
qurmağın vacibliyi barədə məlumat verək. Yarandığı dövrdən etiba-
rən ailə mühüm əhəmiyyət kəsb etmişdir. Ailə qurmağın əhəmiyyət 
kəsb  etməsi  görkəmli  alim  Nəsirəddin  Tusi  tərəfindən  «Əxlaqi  – 
Nasiri» əsərində mühüm məsələ kimi ön plana çəkilmişdir. Müəllif 
haqlı  olaraq  qeyd  edir  ki,  insan  ümumiyyətlə  təkbaşına  yaşaya  bil-
məz və  ömrü boyu tək qalmaq doğru deyildir. Onun mütləq həyatı-
nı paylaşa biləcəyi, yaxşı və pis günündə ona şərik olan bir yar-yol-
daşa  ehtiyacı  vardır.  Ailənin  təməlini  təşkil  edən  bu  cütlüyün  mü-
hüm rola malik olduğunu o belə söyləyir: «Lakin insanın yaşaması 
və  davamı  üçün  doğub  törədə  bilən  bir  ciftə  də  ehtiyac  vardır.  Bu 
səbəbə  görə  ilahi  hikmət  elə  bir  təbiət  yaratmışdır  ki,  bir  kişi  bir 


 
69 
 
qadını özünə cift seçir, həm mənzili və başqa şeyləri qoruyan tapılır, 
həm nəsli artırmağa imkan yaranır, həm də ki, bir şəxsdə iki mühüm 
vəzifə şərti asanlıqla cəmləşmiş olur.» (3, 145) Burada qadına veri-
lən müsbət qiymət sezilməyə bilməz. Çünki qadın burada mənzilin 
qoruyucusu  kimi,  bu  işə  qadir  ola  bilən  bir  insan  kimi  təqdim  olu-
nur.  Deməli,  bu  mənada  ona  etibar  edilən  bir  şəxs  kimi  baxılır  və 
böyük  əhəmiyyət  verilir.  Göründüyü  kimi,  Tusi  qadına  həmçinin 
ailə daxili vəzifə bölgüsünün mühüm və əvəzolunmaz bir iştirakçısı 
kimi baxır. Orta əsrlərdə qadına verilən bu cür qiymət digər müəl-
liflərin əsərlərində də əks olunur. 
Toy  mərasiminin  icrası  haqqında  danışmazdan  əvvəl  Azərbay-
can ərazisində mövcud olan nikahla əlaqədar bir sıra məsələlər ba-
rədə məlumat alaq.  
Nikahdan bəhs edərkən onu göstərmək lazımdır ki, orta əsrlərdə 
əksər hallarda kəbin bərabər sosial zümrələr arasında bağlanırdı. Bu 
bir çox orta əsr müəllifləri tərəfindən açıqlanmışdır. Oruc bəy Bayat 
I Şah  İsmayılın  şahzadə  Muradı  yaxşı  qarşıladığından və öz qızla-
rından birini ona verdiyindən söz açır. (24, 72) Eləcə də, Azərbay-
canda səfərdə olmuş venetsiyalı Mikele Membre bu barədə məlumat 
verərək  Şah  Təhmasibin  öz  bacılarını  yüksək  mövqeli  xanlara  ərə 
verdiyini  söyləyir.  (27,  46)  Bu  da  aydındır  ki,  bütün  zamanlarda 
yüksək zümrənin ailələri bir-birilə qohum olurdular. Hətta çox vaxt 
belə nikahlar siyasi və diplomatik addım sayılırdı. Şahlar özləri də 
bərabər zümrədən evlənirdilər. Lakin bununla yanaşı, onların hərə-
mində müxtəlif cariyələr də olurdu ki, onlar isə müxtəlif təbəqələrə 
mənsub ailələrin üzvləri idilər. Hətta şahların onlardan da övladları 
ola bilərdi. Orta əsr şairlərimizin də yaradıcılığından sezilir ki, yu-
xarı  təbəqənin  nümayəndələri  nikah  münasibətlərində  sosial 
bərabərliyə üstünlük verirdilər.        
Aydındır ki, «Nikah kişi ilə qadın arasında, valideynlər və uşaq-
lar  arasında  münasibətləri  qəti  müəyyənləşdirir,  ancaq  müəyyən 
normalara salır, bununla da ona mühüm sosial institut xarakteri ve-
rir.  Ailəyə,  nikaha  və  qan  qohumluğuna  əsaslanan  üzvləri  məişət 
ümumiliyi,  qarşılıqlı  əxlaqi  məsuliyyətlə,  qarşılıqlı  köməklə  bağlı 


 
70 
 
olan sosial qrup kimi də baxılır» (18, 121). Nikahla nəsillərin dava-
mı təmin olunmuş, təsərrüfat həyatı inkişaf etdirilmişdir. 
Nikah  münasibətlərində  gəlinliyə  namizədin  seçilməsi  və  yaş 
həddi də əsas idi. Qızlara oğlan anaları erkən yaşlardan etibarən göz 
qoyur, onlar haqqında məlumat toplayırdılar. Bu göz qoyma əsasən 
toy və bayramlarda, hətta hamamda olurdu. Qızın hansı nəslə mən-
sub olması da əsas götürülürdü. Orta əsrlərdə ailə münasibətlərində 
əsas  şərt  nikahda  valideynlərin  razılığıdır.  Ata  ananın  razılığı  əsa-
sında qızlar ərə gedir, oğlanlar evlənirdilər. Toy mərasimi icra olun-
duqdan sonra nikaha  girənlərin  ailə içərisində ictimai  vəziyyəti bir 
qədər dəyişir, yeni bir ailənin təməli qurulurdu. Oğlanın evləndiril-
məsi və qızın ərə verilməsi valideynlərin üzərinə düşən məsuliyyətli 
bir iş hesab olunurdu. Ona görə də valideynlər öz övladlarını gələ-
cək  müstəqil  ailə  həyatı  üçün  hazır  olmağa  çalışır  və  onları  buna 
yetişdirirdilər. Belə ki, qızlar hələ kiçik yaşlarından etibarən əsasən 
ev işlərilə, oğlanlar isə təsərrüfat fəaliyyəti ilə məşğul olurdular. 
Toyla bağlı məsələlərdən biri də nikaha girənlərin yaş həddidir. 
Ümumiyyətlə,  orta  əsrlərdə  hansı  yaşlarda  gənclərin  nikaha  daxil 
olduqlarını və yaş həddini müəyyənləşdirmək maraq doğurur. Əldə 
olunan məlumatlarda bu barədə dəqiq  və ətraflı  məlumatlar demək 
olar ki, yoxdur. Yalnız ötəri bəhs edilən ayrı-ayrı faktları nəzərə ala-
raq, bu barədə müəyyən fikir söyləmək mümkündür. Ənənəvi  ola-
raq  nikah  əlaqələrinə  girənlər  arasında  qadınların  kişilərdən  kiçik 
olması demək olar ki, bütün dövrlərdə əsas sayılırdı. Hətta orta əsr-
lərdə bəzi hallarda qızlar özlərindən yaşca həddən artıq böyük kişi-
lərə ərə verilirdi. Amma buna baxmayaraq, həmyaşıdlar və özündən 
kiçiklərə ərə getmək faktlarına nadir hallarda da olsa, rast gəlinirdi. 
Orta  əsrlərdə  yaş  həddini  müəyyənləşdirmək    baxımından  kömə-
yimizə şairlərimizin əsərləri çatır. Belə ki, Azərbaycanın orta əsrlər-
də  yaşayan  görkəmli  şairləri,  dünya  şöhrətli  Nizami  və  Füzulinin 
təsvirindəki Leyli və Məcnun bir yerdə oxuduqlarına görə ola bilsin 
ki,  eyni  yaşa  mənsubdurlar.  Nizaminin  «Xosrov  və  Şirin»  poema-
sında isə əsərin qəhrəmanları olan Xosrovla Şirin arasında o qədər 
də böyük yaş fərqinin olmadığı qənaətinə gəlmək olar. Yaxud, Yu-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə