77
Orta əsrlərdə icra olunan toy mərasimi haqqında Yusif Məddah
da yazmışdır:
Ol
xəlayiqlər cəm oldu bir yerə,
Qövmi ta Gülşahi Vərqayə verə.
Dedilər ki, ey rəislər biz qamu,
Cümləmiz ana razıyüz, ey əmu,
Məsləhətdir kim, baxasan halinə,
Verəsən Gülşahı
Vərqa əlinə,
Ta muradına dəgələr bular,
Həm sizə rəhmət qıla pərvərdigar.
Məsləhətdür deyü qıldılar qəbul,
Ol rəislər evlərinə qıldı yol.
Gəldilər evlərinə, oturdular,
Ol mübarək iş üçün od urdular.
Yeddi
gün dügün olundu müdam,
Qıldılar cümlə yarağını tamam.
Gərdəgə gətürdilər Gülşahi gecə,
Eşid imdi tanrının hökmü necə. (1, 151)
Göründüyü kimi, şair burada toy mərasiminin yeddi gün keçiril-
diyini qeyd edir və eyni zamanda gərdəyin adını çəkir. Məlumdur
ki, gərdək yeni evlənənlər üçün otağın bir hissəsində arakəsmə kimi
qurulan pərdədir. Belə pərdələr gündəlik salınan pərdələrdən bər-
bəzəyi ilə müəyyən qədər fərqlənirdi. Gərdəkbaşı onun yuxarı hissə-
sinə tikilən müxtəlif bəzəkli parçalardan ibarət olurdu və qalan
hissədən qotazlar sallanırdı. Məhsəti Gəncəvi də gərdəyin adını
çəkmişdir. Yeri gəlmişkən qeyd edək ki, «Kitabi Dədə-Qorqud»da
bəy-gəlin otağının qırmızı rəngdə tikildiyi qeyd edilir. (40, 188)
Ənənəvi Azərbaycan toylarının orta əsrlərdə də musiqinin mü-
şayiəti ilə keçdiyi mənbələrin verdiyi məlumatlarla təsdiqlənir.
Məsələn, Yusif Məddahın toyda təbil, nağara, nəfir kimi musiqi
alətlərinin çalındığını, şəhər əhlinin şadyanalıqla büsat qurduğunu
qeyd etməsi maraq doğurur. (1, 182) Bu da xalqımızın toy mərasi-
79
di. (24, 37–38) «Fars adətincə»- desə də, Oruc bəy Bayatın təsvirin-
dəki bu adətlər xalqımız üçün də xarakterikdir. Məsələn, duvaq ört-
mək, toy şənliyinin musiqinin muşayiəti ilə keçməsi, şabaş yığılma-
sı, toya qonaqların dəvət olunması və s. Azərbaycan xalqına məxsus
adətlərdir. Bir də ki, Avropada nəşr olunan kitab olduğu üçün
müəllif avropalıların qəbul etdiyi kimi yazmağa üstünlük vermişdir.
Gəlinlərin necə paltar geyinməsi haqqında da mənbələrdə ara-
sıra məlumatlara rast gəlmək olur. Məsələn, Kitabi-Dədə Qorqud
dastanında belə deyilir: «Ala gözlü oğluna al örtüklü gəlin aldı.»
(40, 207) Toylarda al rəngindən istifadə sonrakı dövrlərdə də davam
etmişdir.
XI əsr şairi Qətran Təbrizi öz yaradıcılığında toy və şabaşın adı-
nı çəkmişdir. Müəllif həmçinin hərəmxana barədə qeyd etmişdir.
(39, 352;339) Hərəmxana orta əsrlərdə varlı ailələrin və xüsusən
hökmdarın evi daxilində xüsusi xacələr tərəfindən qorunan qadın-
lara və kənizlərə aid olan otaq idi. Sonrakı dövrlərdə çoxarvadlılığın
aradan qalxması ilə bərabər belə evlərdə bu cür guşələr ləğv olmuş-
dur.
Mustafa Zərir isə toy mərasimi haqqında belə yazır:
Qarşu gəldilər ana mirü vəzir,
Şəhr xəlqi qamusi pürnaveyi – pir.
Qondurub
ezazü ikram eylədi,
Xələtü nemətlər ənam eylədi.
Yarəğin eylədilər həm eyşü toy,
Ol dügündə toydı xəlqi – şəhrü köy,
Bəzədilər gərdəgü gümüş saray,
Ol dügünə gəldilər yoxsulü bay. (14, 228)
Müəllif Yusif ilə Züleyxanın toy məclisini təsvir edərək göstərir
ki, bu zaman bəylə gəlinə gərdək üçün köşkü saray düzdülər. Təs-
virdən məlum olur ki, toy günü hamı rəqs eyləyir və hamı bu gündə
şad olur. Hər yandan «rəqsi-səma» düzdülər. Gecə-gündüz şadlıq
edib, yemək içmək şadlığı etdilər. Şəhərin bütün əhli, el-oba, vila-