ŞİRİn bünyadova



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə25/118
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32361
1   ...   21   22   23   24   25   26   27   28   ...   118

 
80 
 
yətlərdən yığışıb toya gəldilər. Müəllif əsərdə həmçinin xanımların 
geyinib  bəzəndiklərini,  altın  taxdıqlarını  göstərir.  Bu  ona  dəlalət 
edir  ki,  xanımların  toyda  geyindikləri  paltarları  adi  günlərdə  oldu-
ğundan  daha  fərqli  olurdu.  Şair  toyda  bəylərlə  bərabər  yoxsulların 
da  iştirak  etdiyini  söyləyir.  Bu  o  deməkdir  ki,  toy  bütün  camaatın 
iştirakı  ilə  keçən  ümumxalq  şənliyidir.  Mustafa  Zərir  Yusifi  (bəy 
nəzərdə tutulur – Ş.B) qardaşlarının və digər adamların araya alaraq 
gətirdiklərini və toy  evində şamların  yandırıldığını qeyd  edir. Yeri 
gəlmişkən  qeyd  edək  ki,  indi  də  gəlin  gedərkən  şam  yandırmaq 
adəti  qalmaqdadır.  Eyni  zamanda  bəy  evində  çıraq  yandırmaq  və 
onu  özü  sönənədək  gözləmək  adət  halını  almışdır.  Bundan  əlavə, 
müəllif  dostlarının  Yusifi  şəhər  içində  gəzdirdikdən  sonra  gərdəyə 
gətirdiklərini də söyləyir. Gəlin evdən çıxarkən atasının onu çırağın 
başına üç dəfə dolandırması adəti günümüzə qədər gəlib çatmış bir 
adət olaraq qalır. 
Azərbaycan xalqına xas olan belə bir qayda əsrlər boyu mövcud 
olmuşdur ki, atası olmayan oğula böyük qardaş himayədarlıq, sözün 
əsl  mənasında  atalıq  edər.  Böyük  qardaşın  atalıq  məsuliyyətini  öz 
üzərinə  götürməsi  məsələsinə  toxunan  XII  əsrin  görkəmli  şairi  və 
dövlət  xadimi  Məsud  ibn  Namdar  öz  yaradıcılığında  qardaşını 
evləndirmək qərarına gəldiyindən söz açır: 
 
Bağlanar, bəndə düşər, söylədim evlənsə əgər, 
Düz yola dəvət edər kəc gedəni ailələr. (2, 26)  
 
Şair  buradakı  fikrilə  ailənin  insanların  həyatındakı  böyük 
əhəmiyyətini  vurğulayır,  evli  insanların  məsuliyyətinin  daha  da 
artdığına və vəzifə borclarının çoxaldığına işarə edir. Ailənin insan 
həyatında xüsusi əhəmiyyət kəsb etdiyini söylədikdən sonra şair el 
adətincə toya başlamağın zəruriliyini göstərir. Əsərdə toy məclisinin 
təsviri xüsusi maraq doğurur. Məsələn: 
 
Dəvət etdim, neçə dost gəldi onun məclisinə, 
Səsimi qoşdum onun böylə məqamda səsinə. 


 
81 
 
Yemək içmək duası etdi şəhər indi ona
Beyləqanda hamı gəldi o əzizin toyuna. 
Qalmadı kimsə şəhərdə, qonağım oldu hamı, 
Gəldilər dəstə ilə xəstələrindən savayı. 
Qudalar, qız tərəfindən neçə adil insan –  
Oldular böylə əziz gündə mənə bir mehman. 
Sarayları çoxdu yəqin göydəki ulduzlardan, 
Bu yaxında olacaq toy, - dedilər, - çatdı zaman. 
Qıza başlıq dedilər, ən azı üç min dirhəm, 
Qardaşı söylədi ki, mən toyuna toybəyiyəm. 
Bir gecə qövl-qərar oldu ki, toy başlansın, 
Tanrı hökmüylə iki sevgili alqışlansın.  
Arzumuz, istəyimiz yetdi təmamən yerinə, 
Oynadı bəylə gəlin, doğdu günəş üzlərinə. 
Bağlamayla neçə paltar yola saldım, getdi, 
Yaxşı-pis toyla büsat söhbəti artıq bitdi. (2, 26) 
 
Məlum  olduğu  kimi,  el  adətincə,  toy  günü  təyin  olunduqdan 
sonra mərasimdən əvvəl qonaqlar toya dəvət  olunurlar.  Buna işarə 
edən şair Beyləqan camaatının toya çağrıldığını söyləyir. Mərasim-
dən  bir  neçə  gün  əvvəl  toyda  iştirak  etmək  üçün  çağırılan  qonaq-
ların  dəvət  olunması,  məclisə  təklif  olunması  indi  də  olduğu  kimi 
qüvvədə  qalır.  Müəllif  başlıq  və  ya  süd  pulu  verilməsi  adətinə  to-
xunmuşdur.  Hətta  başlıq  pulunun  miqdarını  da  göstərir  və  bununla 
yanaşı, onu da əlavə edir ki, bu toyda qardaşı toybəyi olur. Toybəyi 
və  ya  toybaşı  kimi  təqdim  edilən  şəxs  toy  məclisini  idarə  edən 
adamdır  ki,  bu  barədə  şairin  məlumat  verməsi  də  maraq  doğurur. 
Bununla yanaşı, müəllifin toyda bəylə bərabər gəlinin də oynadığını 
qeyd etməsi diqqəti xüsusi cəlb edir. Bu məsələyə toxunan Q.Qey-
bullayev  Məsud  ibn  Nəmdarın  qeyd  etdiyi  toyda  bəylə  gəlinin  bir 
yerdə  oynaması  faktına  belə  münasibət  bildirir:  «Görünür,  gəlin 
gətiriləndən sonra toy davam edir və gəlinlə bəyi oynadırlar. Yaxın 
keçmişdə və indi belə adət məlum deyil.» (10, 46) Müəllif unudur 


 
82 
 
ki, müasir dövrümüzdə şəhər toylarında toyun sonunda bəylə gəlini 
oynatmaq adəti vardır.  
Toya  dəvət  olunma  müasir  dövrdə  də  dəvətnamələr  vasitəsilə 
edilir. Müsəlman İraqında «bətaqə» adlanan toya dəvət olunma adə-
ti mövcud olmuşdur. (36, 118)  Bunu söyləməkdə  məqsədimiz Ya-
xın  Şərq  ölkələri  ilə  çulğalaşan  mədəniyyətimizin  dərin  köklərinin 
nə  ilə  bağlı  olduğunu  müəyyənləşdirmək  meylidir.  Toy  və  başqa 
mərasimlərdə icra olunan bir sıra adətlərin nə zamandan yarandığını 
və haradan yayıldığını dəqiq təyin etmək mümkün olmur.  
Orta əsr şairlərindən Qazi Bürhanəddin xalqımızın ailə həyatın-
da  mühüm  adətlər  sırasında  gələn  toy  mərasiminə  toxunaraq  toy-
larda rəqs edib dəf çalıb oxuyan rəqqasə – çənginin adını çəkmişdir. 
 
Al cəngüni çəngi əlünə, başla nəvayə, 
Söhbətdə ki, sən çalmayısan cəngi, nə vayə. (1, 34) 
 
Toyda Dədə Qorqudun qopuz çalmasının qeyd edilməsi tarixən 
toyların  musiqinin  müşayiəti  ilə  keçdiyini  göstərir.  (40,  220)  Orta 
əsrlərdə toylarda mütrib və çəngilərin oynadığı da məlum olur. Mə-
sələn, Xaqani öz yaradıcılığında toylarda oynayan çənginin də adını 
çəkir.  Məhsəti  isə  mütrüb  ifadəsini  işlətmişdir  ki,  bu  da  həmçinin 
toylarda musiqinin müşayiəti ilə rəqs edənlərə verilən addır. Mütrüb 
məclisi şənləndirən, çalmaq, oxumaq, rəqs etmək kimi keyfiyyətləri 
özündə birləşdirən şəxslərdən olurdu. XX əsrdə toyda mütrib oynat-
maq haqqında H.Sarabski də yazmışdır: «Toyxananın qapısında mə-
şəl yandırardılar. İçəri girdikdə aşağı başdan, yainki yandan sazan-
dalar üçün döşək salınardı. Qabaqlarına isə dəf, dumbulu qızdırmaq 
üçün iki-üç manqal qoyulardı. Dəf çalan, zurnaçı, balabançı, mütrüb 
də manqalın başında oturardı. Zaqafqaziya və Azərbaycanda mütrüb 
olmamışdır. Mütrüb və dünbəkçi İrandan gələrdi.» (50, 101) Müəl-
lif  fikrinə  davam  edərək  yazır:  «bir  qədər  çalıb,  oxuyandan  sonra 
mütrüb kəmərçin (qadın tumanı) geyib, baş barmağı ilə şəhadət bar-
mağına  zəng  keçirib  başına  bir  kəlayağı  salıb  xalabacı  oynardı.» 
(50, 103) Deməli, keçmişdə olduğu kimi sonrakı dövrlərdə də qadın 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə