74
doğan mülahizələr, adət və ənənələr öz əksini tapmışdır. Orta əsrlər-
də mövcud olan fiqh (hüquq) elminin mahiyyətinə hopan xüsusiy-
yətlər şəriətlə bağlı olmuşdur. Beləliklə, «Şəriət adamların Allaha
münasibətinin zahiri formalarını (sitayiş qaydalarını - ibadəti),
adamların bir-birinə münasibətinin (müamilət) zahiri formalarını
tənzimləyir və onların pozulması üstündə verilməli olan cəzanı
(üqubət) təyin edir.» (58, 130-131)
Nəsimi evliliyin rəsmiləşdirilməsi olan nikah məsələsinə ötəri
toxunaraq yalnız bunu söyləməklə kifayətlənmişdir:
Canımı bir nigah ilən aldı
hərami gözlərin,
Gör ki, nə dürlü fitnələr uşbu nikah içindədir. (17, 270)
Göstərilənlər digər orta əsr müəlliflərinin əsərlərində də bütün
aydınlığı ilə özünü büruzə verir.
Orta əsrlərdə toy ziyafətləri zəruri idi. Xüsusən yüksək zümrə
toy mərasimini böyük təmtəraqla qeyd edirdilər. Məsələn, Rəşidəd-
din evlilik münasibətilə ziyafət olduğunu təsdiqləyir (29, 166).
XIV əsr Azərbaycan ədəbiyyatının böyük şairi Şəmsəddin Mə-
həmməd Əssar Təbrizi də başqa orta əsr müəllifləri kimi ailə məişə-
tində mühüm məsələ olan toy və nikahdan söz açaraq yazır:
Şeriyyətin gəlininə
deyilməkçün afərin,
Əvvəl onun camalına yaraşıqdır toy, kəbin. (1, 96)
Düzdür, burada müəllif şeriyyət barədə söz açmışdır, lakin diq-
qəti cəlb edən cəhət budur ki, o, istər-istəməz yeni ailə həyatının qu-
rulmasında toy və kəbinin əhəmiyyətinə işarə etmişdir. Bütün orta
əsr müəllifləri kimi, Nizami də toy vasitəsilə kəbin bağlanmasını
müsbət hal kimi təbliğ edir. Hətta bu xüsusda belə söyləyir:
Çoxlu
and içdi, əhd – peyman bağladı ki,
Kəbinsiz ona tərəf əl uzatmasın.
Dünyanın böyüklərini toplasın
Kəbin etməklə başını ucaltsın. (8, 293)