9
L.Bretanitsikinin Ə.Salamzadə ilə birlikdə yazdıqları orta əsr
memarlarına həsr olunmuş bir məqalədə isə «Bakıda Şirvanşahlar
sarayı ansamblındakı türbədə memarın adını gizli şəkildə yazması
halına» təsadüf edildiyi vurğulanmışdır. Gerçəkdə Azərbaycanın
heç bir memarlıq abidəsində memar və ya ustanın adı örtbasdır
edilməmişdir. Şah türbəsinin kitabə medalyonunda da gizlədilmiş
bir şey yoxdur. Onun ən böyük sirri oxunuşunun çətin olmasıdır.
Bu kitabədə bir mətn dörd dəfə (hər medalyonda iki dəfə olmaqla)
təkrar olunur. Hansı memar o qədər də iri olmayan bir binada öz
adını dörd dəfə yazmağa cəsarət edərdi. Buna orta əsr memarının
yüksək əxlaqı da yol verməzdi.
10
Şahin Fərzəliyev
tarix üzrə elmlər doktoru, professor
BİR ƏSRİN ÜÇ ŞİRVANŞAHI HAQQINDA
BƏZİ QEYDLƏR
Ölkəmizin tarixi ərazisində yaranmış dövlətlərin biri də
təxminən min il yaşamış Şirvanşahlar dövlətidir. Məlum olduğu
kimi, dövlət sinifli cəmiyyətdə əsas siyasi hakimiyyət alətidir.
Dövlət yaranarkən onun funksiyaları da müəyyənləşir. Orta
əsrlərdə dövlətin idarəçilik forması mütləq monarxiya olmuşdur.
Demək, XV əsr. Bu əsrdə Azərbaycanda yaranmış üç dövlət.
Tariximizlə əlaqədar XV əsrin əhatə etdiyi dövr Azərbaycanda
üç feodal dövlətin – Qaraqoyunlu, Ağqoyunlu və Şirvanşahlar
dövlətlərinin fəaliyyətdə olmaları ilə səciyyələnir. Mövzu ilə
əlaqədar bir sıra ölkə tədqiqatçıları tərəfindən fikir və mülahizələr
söylənilmiş, həmçinin məqalələr yazılmışdırsa da, bunun hələ
kifayət olmadığı zənnindəyəm. Əlamətdardır ki, göstərilən dövrdə
Azərbaycanın ümumi vəziyyətinə müxtəsər nəzər salsaq, görürük
ki, ölkədə o zaman iki böyük dövlət (biri digərni əvəz etməklə)
– Qaraqoyunlu və Ağqoyunlu dövlətləri yaranmış və süquta
uğramış, Şirvanşahlar dövləti isə əvvəlki əsrlərdə olduğu kimi
öz müstəqilliyini (müəyyən vassal asılılığı olsa belə) qoruyub
saxlamağa cəhd etmiş və buna nail olmuşdur. Şirvanşahlar
dövlətinin ərazi və əhali cəhətdən əvvəlki iki dövlətdən kiçik
olmasına baxmayaraq bu kiçik dövlət öz müdrik padşahlarının ağıllı
və uzaqgörən siyasəti sayəsində varlıq və yoxluq təhlükəsindən
“sağ-salamat” çıxmağı bacardı və hələ yarım əsrədək də müxtəlif
təzyiqlərə sinə gərdi. Şirvan artıq 9 əsrdən çox idi ki, şirvanşahlar
tərəfindən idarə olunur və özünəxas müstəqil siyasət yeridirdi.
Dərbənd şirvanşahlarının uğurla həyata keçirdikləri daxili və xarici
siyasət nəticəsində Şirvanda qonşu Azərbaycan dövlətlərindən
fərqli olaraq sülalə daxili mübarizələr yox idi.
11
Qeyd etmək lazımdır ki, XV əsr Azərbaycanının bu üç döv-
ləti məzmun və mahiyyət etibarilə bir olmuşlarsa da , onların
arasında formaca bəzi sahələrdə müəyyən fərqlər var idi, yəni
cənubdakı Qaraqoyunlu və Ağqoyunlu dövlətləri ilə şimaldakı
Şirvanşahların dövlət quruluşları arasında mövcud olan müxtəliflik
nəzəri cəlb edən xüsusiyyətlərdəndir. Şirvanın dövlət aparatında
oturaq feodal əyanlar böyük nüfuza malik idilərsə, Qaraqoyunlu
və Ağqoyunlu dövlətlərində köçəri və yarımköçəri hərbçi əyanlar
mühüm rol oynayırdılar.
İndi məqaləmizin məzmununa uyğun olaraq üç şirvanşah
haqqında müxtəsər məlumat vermək istərdik.
1.
İbrahim, yaxud Əmir İbrahim Dərbəndi, ya da Şeyx
İbrahim.
Azərbaycanın şimalındakı Şirvanşahlar dövləti üzərində də
ciddi təhlükə görünməyə başladı. Belə bir şəraitdə, dövrünün
görkəmli dövlət xadimi olan I İbrahim qüvvələr nisbətini düzgün
qiymətləndirdi və Sultan Əhmədin əksinə olaraq Osmanlıların
deyil, Teymurilərin tərəfini tutdu. Əmir Teymurun vəfatından
sonra (1405) Azərbaycanda hakim olan Qara Yusif Qaraqoyunlu
ilə Şirvanşah I İbrahimin münasibəti ilk vaxtlarda o qədər də yaxşı
olmamışdır, lakin sonradan onların arasında ikitərəfli razılaşma
yaranmış, Şirvanşah Şirvanı yenə də müstəqil idarə etmişsə də,
Qaraqoyunlu hökmdarından asılı vəziyyətdə olmuşdur. Amma,
Teymurdan sonra Xorasan taxt-tacına sahiblənən oğlu Şahrux
bütüb azərbaycanı öz əlinə almaq istəyir və bu məqsədini həyata
keçirməyə hazırlaşırdı.
2. I Xəlilullah, Sultan Xəlil, Əmir Xəlilullah.
1417- ci ildə vəfat edən I İbrahimdən sonra taxta əyləşən oğlu
Əmir Xəlilullah da atası kimi Teymurilərlə dostluq münasibətini
qoruyub saxlayırdı. O, 1421-1422 coildə hətta Şahruxla qohum
da oldu. [Şirvanşah I Xəlilullah Əmir Teymurun oğlu Əbubəkr
Mirzənin qızını almışdır. “Mətləüs- sə deyn” əsərinin məlumatına
görə həmin Teymuri şahzadəsi Qara Yusiflə olan döyüşdə
öldürüldükdən sonra onun xanədanından bir neçə kəniz, o cümlədən
kiçik qızı əsir götürülmüşdü. Qeyd olunmalıdır ki, ümumiyyətlə
12
bütün Şirvan şahları, o cümlədən I Xəlilullah da, əgər bugünki
istilahla desək daim böyük hökmdarla “balanslaşdırılmış siyasət”
yürüdür, onların heç birini özünə düşmən etmək istəmirdi, çünki
kiçik bir dövlətin hökmdarı öz hakimiyyətini qoruyub saxlamaq
naminə, şübhəsiz ki, məhz belə davranışa malik olmalı idi. Əgər
başqa cür olsaydı, kiçik bir ərazinin kiçik bir dövləti uzun əsrlər
boyu hakimiyyətdə bərqərar ola bilməzdi.
3.Şirvanşah Fərrux Yəsar İbn Xəlilullah.
Fərrux Yəsar hakimiyyətinin ilk illərində diplomatik müna-
sibətlər yaratmaq məqsədilə bir sıra ölkələrə elçilər göndərdi. O da
atası kimi “qüdrətli türk sultanı”II Məhəmməd Fateh ilə ittifaqda
olmağa çalışırdı. S.Aşurbəyli yazır: “Mənbələrin məlumatına
görə 1465- ci ildə Şirvanşah Fərrux Yəsarın elçisi Həsən bəy
Moskvaya gəlmişdir. 1466- cı ildə çar III İvan buna cavab olaraq
Vasili Papinin başçılığı altında Şirvan şahına qiymətli hədiyyələrlə
birlikdə həmin ölkəyə bir səfarət heyəti göndərmişdi. Səfarətin
məqsədi, ticarətlə yanaşı, Moskva dövləti ilə Şirvan arasında
Qızıl Ordaya qarşı ittifaq yaratmaq idi.XV əsr Şərq dövlətlərində
hökmdarlar adətən öz siyasi fəaliyyətləri barədə bir- birlərinə
məlumat verir, bir növ hesabat təqdim edir, biri digərini öz
fəthləri ilə qorxudur, təkəbbür nümayiş edirirdilər. Onlar belə
hərəkət etməklə bəzən də işlədikləri günahları müəyyən mənada
pərdələmək və özlərinə bəraət qazandırmaq məqsədi güdürdülər.
Beləliklə, qeyd etmək olar ki, bütün XV əsr boyu Şirvanşahlar
öz qüdrətli qonşuları ilə müntəzəm dostluq münasibətləri
yaratmağa çalışmış, tərəflər bir-birlərinə elçi heyətləri yollamış,
qarşılıqlı diplomatik təmaslar davam etmişdir.
Dostları ilə paylaş: |