16
İdris Əliyev
tarix üzrə fəlsəfə doktoru, professor
НЕКОТОРЫЕ ДОКУМЕНТЫ ПО ИСТОРИИ
ОХРАНЫ ПАМЯТНИКОВ БАКУ
С начала образования независимой Азербайджанской
демократической республики в 1918 году представители
национальной интеллигенции подняла вопрос о значении
исторических памятников, необходимости их изучения и
сохранения. В этом направлении были сделаны первые шаги,
но в апреле 1918 года новая власть установила новый порядок
в республики. На первых порах руководители от Азревкома,
нуждаясь в профессиональных кадрах и специалистах,
привлекали их к работе, прислушивались к мнению, если
это не противоречило тогдашней большевистской идеологии
или личности должностного комиссара. Значительная
часть старой интеллигенции, лояльно относящиеся к
новой власти или просто обманутые красивыми лозунгами
большевиков, воспользовалась случаем принести пользу
отечеству, и вовлекалась в различные структуры власти и
новообразованные организации. Среди них были и те, кто
в начале независимости стояли у истоков создания музеев,
занимались решением охраны памятников. Наиболее яркими
представителями этой интеллигенции были Джамалбеков,
Агаев и другие, ими и был образован музей «Истиглал»
независимой АДР. Позже они будут отстранены, их место
займут другие, деятельность которых не менее существенна
в деле охраны, изучения и популяризации памятников
древности Азербайджана.
28 апреля 1920 года власть Азревкома издала декрет
об образовании Народного комиссариата просвещения.
Возглавил Народный комиссариат просвещения (сокращенно
Наркомпрос) Д.Буниатзаде, который служил на этой
17
должности по май 1922 года. С тех пор все проблемы,
связанные с охраной памятников, музейное дело, театр,
образование и другое, что имело связь с культурой, находилось
в ведении Наркомата просвещения.
24 мая 1920 года при отделе Внешкольного Образования
создается «Особый» Подотдел охраны памятников старины.
С момента своего создания эта структура приступает
к активной деятельности. 29 мая 1920 года только, что
образованный Подотдел обращается с докладной запиской
в Наркомат просвещения. Ниже представленный документ,
хотя и написан более 80 лет назад и сегодня является
актуальным.
18
Əli Rəcəbli
tarix elmləri doktoru, professor
ABBASİ CANİŞİNLƏRİ DÖNƏMİNDƏ ŞİRVANDA
SİKKƏ ZƏRBİ TARİXİNDƏN
Şirvanşahlar dövlətinin xronoloji, siyasi, özəlliklə, xarici-
diplomatik əlaqələri tarixinin çözələnməsində tədqiqatçılar yazılı
qaynaqların, dəqiq fakt və dəlillərin nəzərə çarpacaq dərəcədə
azlığı ilə qarşılaşırlar, desək, yəgin ki yanılmarıq. Nə yaxşı ki,
Səfəvi ekspansiyasından sonra taxt və tacından, xəzinə, mal-
dövlət, rəsmi dövlət dəftərxanası və arxivindən məhrum olan
minillik Şirvanşahlar dövlətinin 800 illik permanent dövlətçilik
ənənəsini müşayiət edən zəngin numizmatik irsi qalmışdır.
Zaman-zaman Şirvan hakimləri fərqli adlarla, Sasanilər
dönəmində (V-VII yüzillər) “Şirvanşahlar”, Ərəb Xilafətində (VIII
- XI yüzillərdə) “Yəzidilər”, XI - XIV yüzillərdə - “Kəsranilər”,
daha sonra -XIV - XVI yüzillərdə- “Dərbəndilər” kimi tanınsalar
da prof. V.Minorskinin “Tarix əl-Bab” əsərinə istinadən yürütdüyü
real və lakonik mühakiməsinə əsasən Şirvanşahlar dövlətinə
eyni bir sülalənin - Xilafət tərəfindən Azərbaycan, “Ərminiyyə”
vilayətlərinə, o sıradan, Şirvan və Arana göndərilən canişinlərdən
biri - ərəb Rabiə qəbilə başçısı Yəzid bin Məzyəd əş-Şeybani
və onun nəslinin- Yəzidilərin davamlı olaraq başçılıq etdiyi
artıq məqbul sayılmaqdadır. “Tarix əl-Bab”-a əsasən Yəzidilər
sülaləsinin müəssisi Yəzid bin Məzyəd bin Zəidə bin Abdullah
bin Zəidə bin Matar bin Şurayk bin Salt, bin Kayb, bin Humam,
bin Murra, bin Daykb bin Şeyban əş-Şeybanidir (prof.V.Minorski
bu sülaləni Mesopotamiyada hakim olan Məzyədilər sülaləsindən
fərqləndirmək məqsədilə “Yəzidilər” sülaləsi adlandırır).
Yəzidi şirvanşahların AMEA MATM NF-da saxlanılan
numizmatik irsi, bu sülalənin dövlətçilik tarixində bir-iki fasiləni
nəzərə almasaq, onun sikkə zərbini VIII-XVI yüzillər kəsiyində
permanent olaraq davam etdiyini deməyə əsas verir. Yəzid bin
19
Məzyədin adına hələ 169 = 785/6-cı ildə Haruniyyədə kəsilmiş
dirhəm üzərində rast gəlinir. Azərbaycan və “Ərminiyə” canişini
olaraq, 183 = 799/800-cü ildə “Ərminiyyə” canişini Əli bin İsanı
əvəz edən Yəzid bin Məzyəd adını Aran və “Ərminiyədə” xəlifə
Harun ər-Rəşidin adından zərb olunan dirhəmlər üzərində həkk
edir.
Yəzid bin Məzyədin sikkə zərbi 183-185 = 800/1-ci illərin
Aran və “Ərminiyə” dirhəmləri ilə tamamlanır. Lakin 184-cü il
Aran dirhəmlərində Yəzidin oğlu Əsəd bin Yəzidin və qardaşı
Əhməd bin Məzyədin adlarına rast gəlinməsi göstərir ki, o, hələ
sağlığında “Ərminiyə” vilayətinə sıra ilə oğlu və qardaşını öz
müavinləri mislində vali təyin etmişdir.
Yəzid bin Məzyədin ölümündən və Əhməd bin Məzyədin
qısa müddətli canişinliyindən sonra Əsəd bin Yəzid yenidən
“Ərminiyə” canişini olaraq, 185-186 = 801/2-ci illərdə Aran
və “Ərminiyə”də mis fels və gümüş dirhəmlər zərb edir, lakin
186 - 187 = 802 - 803-cü illərin Aran və “Ərminiyə” fels və
dirhəmlərində artıq Əsədin qardaşı Məhəmməd bin Yəzidin adın
Xəlidin dörd oğlu olmuşdur: Məhəmməd, Əli, Yəzid və Heysəm.
Xəlifə Vasiq Cəzirə valisi olan Məhəmmədə atasının ölümü
münasibətilə baş sağlığı verərək, ona atasının yerini tutmağı əmr
edir və Tiflis əmiri İshaq bin İsmayıl ilə müharibəyə göndərir.
Xəlifə Vasiqin ölümündən sonra hakimiyyətə gələn xəlifə
əl-Mütəvəkkil (847 - 861) Məhəmməd bin Xəlidi öncə əl-Babın,
242 = 856-cı ildə Azərbaycan, “Ərminiyə” və Aranın hakimi təyin
etmişdir. 245 = 859-cu ildə Məhəmməd Cənzə (Gəncə) şəhərinin
əsasını qoymuşdur.
Xəlifə əl-Mütəvəkkilin qətli ilə bağlı Xilafətdə baş verən
qarışıqlıqlardan istifadə edən Xəlidin digər oğlu Heysəm bin
Xəlid Şirvanda, qardaşı Yəzid bin Xəlid isə Ləyzanda özlərini
“Şirvanşah” və “Ləyzanşah” elan edirlər. Bununla bağlı qeyd
edək ki, “Şirvanşah” titulu ilə tanınan Şirvanşahlar dövlətinin
yaranması, tarixi baxımdan, mövcüd ənənəyə uyğun olaraq,
şirvanşah Heysəm bin Xəlid bin Yəzid bin Məzyəd əş Şeybaninin
adı ilə bağlıdır. Bununla belə, şəcərə baxımından Heysəmin
Dostları ilə paylaş: |