Slamda ailə quruluşu höCCƏtul-islam vəl-musliMİn haci əbdurrahman yusifpur



Yüklə 1,14 Mb.
səhifə11/13
tarix12.10.2018
ölçüsü1,14 Mb.
#73286
1   ...   5   6   7   8   9   10   11   12   13

Gəlinin yeməyi
Müstəhəbdir ki, izdivacın ilk həftəsi gəlin – turş alma, keşniş, toyuq əti və süd məhsulu yeməkdən çəkinsinlər.
Gəlinin yanında olmaq
Yaxşı olar ki, izdivacın ilk günləri kimi imkan daxilində öz xanımının yanında olsun və gündə üç vaxt yeməyi onunla birlikdə yesin. Axşam gün batandan sonra evdə olsun, çünki ailədən yenicə ayrılan gəlin tənha qaldıqda özünü qərib hiss edir və darıxır.

Belə cəhətlərə əhəmiyyət vermədikdə, təzə qurulan ailədə qanıqaranlıq olur və gəlinin ərinə qarşı münasibət pozula bilər.


Ailə məsələləri
Yeni qurulan ailə həyatı ilk vaxtlarda şirin olduğundan, günaha və məsiyyətəbir o qədər də yol verilmir. Belə dövrdə yaxşı olar ki, kişi və qadın – ailə məsələlərini və hökümlərini düzgün başa düşən və onları doğru yola istiqamətləndirən bir neçə nəfərdən mədəni sürətdə öyrənsinlər.

Yeni mühitə düşən gəlin gənc və təcrübəsiz olduğindan, onunla ehtiyatla davranmaq və məişət işlərində ona kömək etmək, həya-abırı gözləmək şərti ilə bir sıra evdarlıq məsələlərini ona öyrətmək lazımdır. Məsələn: Qadınlıq adətinə düşməsə bilməlidir ki, boyludur və diqqət edə, ta uşağını tələf etməyə.


NƏSİL ARTIRMA
1. Peyqəmbər (s) buyurur: «Dünyaya çox uşaq gətirin. Mən sabah başqa millətlərin yanında sizin çox olmağınızla öyüyəcəm».

2. Bilin: övlad dünyaya gəlməmiş tələf olarsa, ata onu (öz övladını) behiştin qapısında dayanmış (atasının intizarında) görər. Gözü atasına sataşan kimi onun əlindən tutar və behiştə daxil edər. Övladınız ölürsə, Allah sizə əcr verir. Əgər sağ qalarsa, öləndən sonra günahlarınızın bağışlanmasını Allahdan diləyir.

3. Peyqəmbər (s) Ümm Sələməyə buyurmuşdur: «Hamilə qadın, oruc tutub gecə oyaq adam və əsgər kimidir ki, canını və malını İslamın inkişafı yolunda nisar edir, uşaq doğulanda anaya o qədər əcr verərlər ki, bunu Allahdan başqa heç kəs bilməz, ana döşünü uşağın ağzına verəndə, hər soruq vurmağının İsmayıl nəslindən olan bir qulun azad edilməsi qədər savabı var, süd əmmək dövrü sona çatdıqda böyük bir mələk ananın yanına əl vurar: bu əməlini təzədən başla, sənin bütün günahların bağışlanmışdır».

4. Əli (ə) buyurur: «Övladın xəstəliyi ata və ananın cəzasıdır».

5. İmam Zeynalabidin (ə) buyurur: «Kişinin səadəti budur ki, övladları olsun və çətin məqamlarında ona kömək eləsinlər».

6. Həzrət İmam Sadiq (ə) buyurub: «Filankəs deyirdi: «Mən övladımı sevmirdim. Ancaq bir gün Ərafatda gördüm ki, yanımda bir cavan dayanıb xeyir-dua edirdi və deyirdi: «İlahi, atamı... İlahi, atamı..». Bu mənzərə mənə övladımı sevdirdi».

7. Deyirlər: Həsən Bəsri dedi: «Övlad pis şeydir, həyatda insana əziyyət verir, ölümü isə adamın sümüyünü də yandırır». Bu söz Həzrət Səccadın (ə) mübarək qulağına çatdıqda dedi: «Allaha and olsun, yalan deyir. Övlad yaxşı şeydir. Əgər sğ qalsa, nəqd duadır, atadan qabaq o dünyaya onu müdafiə üçün getmişdir».

8. Peyqəmbər (s) buyurur: «Övlad möminin ürəyinin bir parçasıdır. Əgər tez ölsə, atasının o dünyada şəfa diliyənidir. Əgər gec ölsə, atasının bağışlanmasını diləyər və Allah onu bağışlayar».

9. Həzrət Rəsul (s) Əşəs ibn Qeysə buyurdu: «Həmzənin qızından övladın varmı?» Dedi: «Bir oğlum var. Əgər onun əvəzinə bir kasam olsaydı, heç olmasa qonaq qabağına ovduq qoyardım və ondan daha çox sevərdim» Peyqəmbər (s) buyurdu: «Bu nə sözdür? Övladlar ürəyin meyvəsi, gözün işığıdır. Hərçənd qorxu, xəsislik və qüssənin də mayasıdır».

10. Peyqəmbər (s) buyurur: «Öz övladının sevindirən bir adam Allahın qorxusundan ağlayan bir bəndə kimidir: Allahın qorxusundan ağlayan adam isə Pərvardigar nemətlərlə dolu behiştə göndərər».

11. Həzrət İmam Sadiq (ə) Adəm və Həvva hekayəti barədə buyurur: «Həvva dedi: «Ey Allah! Adəm nə qədər mərhəmət etmisənsə, mənə də o qədər kəramət elə!» Xitab gəldi: «Sənə həya, gözəllik və ünsiyyət vermişəm. əgər qüsl, doğmaq əzabları müqbilində sənə verdiyim əbədi savabları, ölməz ümmətləri və böyük hökmranlığı görsən gözün nurlanar, Həvva! Hamilə olduğun zaman ölən hər qadını şəhidlərlə birlikdə dirildərəm: Doğma əzabına qatlaşan hər bir qadın şəhid əcrinə malikdir; əgər salamatlıqla uşqa doğsa, günahını bağışlaram. əgər dərrd əlində can çəkişə-çəkişə canını tapşırsa, ölüm ayağında mələklər başının üstünə hazır olar və ona behiştə gedəcəyi müjdəsini verərlər və axirətdə yenidən öz əri ilə həyat sürər və behişt hurilərindən də 70 dəfə artıq gözəl olar». Həvva dedi: «kifayətdir» (Əlbəttə, bu savablar iman sahibi olmaqla bu, tamamilə mümkündür).

12. Peyqəmbər (s) buyurur: «Mənim ümmətim içində bir körpə doğularsa, o, mənim üçün onun üzərinə nur saçan günışdın daha sevimlidir».

13. Yeddinci İmam (ə) buyurur: «Öz canişinini görməyincə ölməyən kişi xoşbəxtdir».

14. Bəkr ibn Saleh Musa ibn Cəfərə (ə) göndərdiyi məktubda yazdı: «Mən beş ildir ki, övlad dünyaya gətirməkdən çəkinirəm. Çünki avadım uşaq doğmaqdan ikrah edir; deyir: «Uşaq tərbiyə etmək kasıb olduğumuz üçün bizə çətindir». Siz bu barədə nə göstəriş verərsiniz?» Həzrət cavab verdi: «Övlad sahibi ol, ruzisini Allah verəcəkdir».

15. Mərhum Səduq buyurmuşdur: «Hədis gəlmişdir: «Canişinsiz (övladsız) ölən adam elə bil ki, heç olmamışdır: canişini olub ölən adam isə sanki ölməmişdir».

16. Peyqəmbər (s) buyurur: «Doğa bilən qadınla çirkində olsa evlənin, doğmayan (qısır) qadınla gözəl də olsa, evlənməyin. Mən qiyamət günü başqa millətlərə nisbətən sizin çox olmağınızla fəxr edəcəyəm».

17. «Bilirsənmiki, kiçik yaşlarında ölən uşaqlar Allahın ərşinin altında atalarının günahlarının bağışlanması üçün dua edirlər və Həzrət İbrahimin himayəsi altında Sara tərəfindən tərbiyə olunurlar!»

18. Həzrət İmam Sadiq (ə) Həzrət Yusif hekayəti haqqında buyurur: «Qardaşlarını qəbul etmək üçün yemək hazırladı. Onlar oyağa daxil olan kimi göstəriş verdi ki, anadan bir olan qardaşlar bir süfrə başında otursunlar. Oturdular. Ancaq Benyamin tək qaldı. Yusif buyurdu: «Niyə oturmursan?» Dedi: «Mən qardaşların heç biri ilə bir anadan deyiləm». Buyurdu: «Sənin atanın başqa oğlu yox idimi?» Dedi: «Niyə, vardı». Buyurdu: «Onun yoxluğundan sən nə qədər qüssə çəkmisən?» Dedi: «Ta o vaxta qədər ki, on bir oğul atası oldum. Hamısının adını onun adına bənzətdim». Buyurdu: «Məlum olur ki, sən ondan sonra evlənmisən və öz oğullarını iyləmisən?» Dedi: «Bəli. Çünki əməlisaleh bir atam var, o mənə göstəriş verdi ki, evlən, bəlkə Allah səndən bir nəsil törətdi ki, Allahın zikri ilə dünyanı daha da qiymətli elədi».

19. «Yaşlı və doğmayan qadınla evlənməyin».
CINSI ƏLAQƏNIN MÜNASIB VAXT VƏ SAATI
Əgər bəy və gəlin, bütün evli kişilər və qadınlar evlənmək proqramalrını başa düşdükdən planlaşdırıb xoş və şirin xəlvət anlarını İslami göstərişlərə uyğun şəkildə qurmuş olsalar, hüç bir çətinliklə üzləşməz və onlar sağlam-ağıllı övlad sahibi olarlar.

İslam rəvayətlərini nəzərdən keçirib zifaf gecəsi xəlvət qalmaq üçün münasib vaxt və saatları və cinsi əlaqəyə təhrik edən amilləri əziz oxuculara təqdim edirik:

1. Yad qadınları görərkən baş verən cinsi istək.

2. Ər öz arvadının cinsi əlaqəyə olan meylini hiss edir. Onun bu işdən imtina etməsi qadının narahat olmasına gətirib çıxarır.

3. Həftənin 1-ci günü.

4. Həftənin 2-ci günü.

5. Həftənin 4-ci günü.

6. 4-ci gün günbatandan vaxtı.

7. Cümə günü, xüsusilə əsr namazından sonra.

8. Mübarək Ramazan ayının birinci gecəsi.

9. Cinsi yağınlığın təharət və yuyunmaqla icra edilməsi müstəhəbdir (məqsədəuyğundur). Bu məsələ hamilə qadınlara çox aiddir.

1. Peyqəmbər (s) cümə günü əshabələrindən birinə belə buyurdur: «Bu gün oruc tutmusanmı?» Həmin şəxs dedi: «Xeyr». Peyqəmbər (s) soruşdu: «Sədəqə vermisən?» Dedi: «Xeyr». Həzrət buyurdu: «Bu saat arvadının yanına get və sənin onunla yaxınlığın onun üçün ehsandır».

2. Peyqəmbər (s) bir hədisdə belə buyurur: «Ya Əli, 1-ci gün yaxınlıq etmək sənə qismət olsun. Çünki həmin gecə sənə qismət olan övlad Quranı əzbər bilər və ilahi qismətə öz razılığını bildirər.

Əgər 2-ci gün cinsi əlaqədə olsan və sənə övlad qismət olsa, o, şəhadət savabı qazanar və Allah onu müşriklərin əzabına düçar etməz. Onun ağzı bütöv və təmiz, mehriban, günahsız və doğru danışan olar.

Ya Əli, 4-cü gün arvadınla yaxınlıq etmiş olsan və Allah sənə övlad əta etsə o, alim və həkim olar. 4-cü gün günəş qurub edərkən yaxınlıq etsə şeytan dünyaya gəlimiş övladına yaxınlaşa bilməz. O bilikli alim olar və dünyadan faydalanar.

Ya Əli, arvadınla cümə gün əlaqədə olsan, dünyaya gəlmiş övladın natiq və gözəl danışan olar. Cümə günü axşam yaxınlıq etmiş olsan övladın məşhur şəxsiyyət olar. Cümə gecəsi işa namazından sonra dünyaya gələn övlad Allahın böyük və tayı-bərabəri olmayan bəndəsi olar. İnşallah».


Xəlvət üçün münasib olmayan vaxtlar
Əgər dünyaya gəlmiş körpələr anadangəlmə kor, kar, lal, dəli, dördbarmaq vəs. olub cüzəm və ekzema xəstəliklərinə tutulurlarsa və bu xəstəliklər ata-anaya əzab verirsə, böyük günahı və səbəbi ər və arvadın cinsi yaxınlıq vaxtı məlumatsız olmalarıdır. Gələcəkdə uşaqların bədəxlaq olması, paxıllıq, ədavət kimi mənfi xüsusiyyətlər onlarda qeyd etdiyimiz anlardan başlayır.

İndi diqqətinizi məkruh olan cinsi yaxınlıq məqamlarına cəlb edirik:

1. İstina olmadan hər ayın əvvəl gecələri.

2. Hər ayın orta gecələri.

3. Hər ayın axır gecələri.

Bu məqamalarda əmələ gələn uşaqlar düşə bilər. Əgər onlar ana bətnindən düşməyib dünyaya gəlsələr də, adətən psixi və ruhi xəstəliklərə mübtəla olurlar. Bu gecələrdə cin və şeytanların nüfuzu olduğu üçün gəlin və bəy təhlükəsizliyi təmin olunmaz.

4. Cümə günündən başqa axşam tərəfi cinsi əlaqədə olmaq məqsədəuyğun deyil. Bu zaman əmələ gələn uşaqlarda müxtəlif çatışmamazlıqlar baş verir.

5. Müsafir müddəti 3 (üç) gündən artıq seyilsə həmin gecələrdə cinsi yaxınlıq məkruhdur. Həmin vaxt dünyaya gələnlər sitəmkarların dostu və köməkçisi olar.

6. Gecənin birinci yarısı və toxqarına cinsi yaxınlıq çox məkruhdur. Bu tibbi nöqteyi-nəzərdən və digər cəhətlərdən münasib deyil. Bir sıra rəvayətlərə görə bu saatlardakı yaxınlıq çox təhlükəli olub hətta insanın ölümü ilə nəticələnə bilər. Bu zaman dünyaya gələn uşaq malına həris olar.

7. Fitr bayramı kecəsi cinsi yaxınlıqdan çəkinin. Bu zaman dünyaya gələn uşaq tərs və bədəxlaq olar. Onun uşağı olmaz. Olsa da qoca vaxtına çəkər.

8. Qurban bayramı kecəsində bu əlaqədə namünasibdir. Həmin gecə dünyaya gələn uşaq şikəst və ya 4-6 barmaqlı olar.

9. Şənbə, bazar və 3-cü günlər cinsi yaxınlıq qəti qadağandır.

10. Kiçik yaşlı uşaqlar cinsi əlaqədə olanları görüb və səslərini eşidirlərsə qadağandır.

11. Lüt vəziyyətdə cinsi əlaqədə olmaq heyvani əlamətləri xatırladır. Belə hal abır-həyadan uzaqdır.

12. Örtülü olmayan yerdə qdınla yaxınlıqetmək qəti qadağandır. Bu zaman tərəflər sakit və aram ola bilməz. Dünyaya gələn uşaq isə münafiq və riyakar olar.

13. Ayaq üstə cinsi yaxınlıq yorğunluğa səbəb olur və hər bir ləzzət vermir. Rəhmət məlakəsi belə çəxslərin evindən uzaq olar. Uşaq nöqsanlı doğular (yerinə sidik salar).

14. Namaz vaxtı azan və iqamə arasında qadınla yaxınlıq etmək məkruhdur. Uşaq dünyaya gələndən sonra qatil olar.

15. Sübh azanından günəşin çıxdığı ana qədər yaxınlıq etmək qadağandır.

16.Günəşin və ayın tutulduğu bütün günlər və gecələr, zəlzələ, qırmızı və qara yellər əsən vaxtı cinsi yaxınlıq məkruhdur. İmam Baqir (ə) belə hallarda yaxınlıq edib ləzzət almağı zərərli hesab edir.

17. Hamilə qadınla qüsl etməmiş və dəstamazsız cinsi əlaqədə olmaq qəti qadağandır. Bu gələcək övladda pis əhval ruhiyyə oyadır.

18. Meyvəli ağac altında yaxınlıq etmək məqsədəuyğun deyil. Bu doğulan pis xüsusiyyətlər yaradır. Belə ki, o casus və insan qatili olur.

19. Məğrib namazı astanasında. Günəş qurub edərkən cinsi əlaqədən yaranmış uşaqlar cadugər, sehirbaz və dünyagir olar.

20. Cinsi əlaqə zamanı qadının abır yerinə baxmaq məkruh sayılır. Bu hal bir sıra çətinliklər yaratmaqla yanaşı uşağın dünyaya kor gəlməsinə səbəb olar.

21. Cinsi əlaqə zamanı bir dəsmalla təmizlənmək olmaz.

22. Üzü qiblə və onun əksinə cinsi əlaqədə olmaq məkruhdur. İmam Sadiq (ə) bir hədisdə bunu qadağan edib və onun mənfi təsirindən danışıb.

23. Başqa qadının eşqi və həvəsi ilə qadınla yaxınlıq etmək qadağandır. Bu peşmançılıqla nəticələnər. Belə vəziyyətdə əmələ gələn uşaq sitəmkər və insan qatili olar.

24. Cinsi yaxınlıq vaxtı Quran oxumaq məkruhdur. Peyqəmbər (s) buyurur ki, qorxuram belə halda göydən bir od düşə, kişi və qadını yandıra.

25. «Bismillah» sözünü zikr etmədən qadına yaxınlaşmaq olmaz. əks tətəqdirdə şeytan dəxalət edər və uşağın yaranmasında şərik olar.

26. Bir necə dəfə cinsi yaxınlıq icra edilirsə, onların arasında qüsl etmək məkruhdur.

27. Cinsi əlaqəyə vaxtı çox danışmaq qadağan edilişdir. Bu halda uşağın kar və lal olmasına səbəb olar (cinsi əlaqəyə təhrik edən cümlələr istinadır).

28. Gəmidə səfərə çıxarkən, ümumiyyətlə səyahət zamanı cinsi əlaqədə olmaq məkruhdur. Onun üçün müvafiq şərait (çimmək üçün) varsa, məkruh deyil.

29. Cinsi əlaqəyə zamanı qadın və kişi həna yaxmış olsa bu hal məkruh sayılır. Bu onların övladlarına pis təsir edər.

30. Dördüncü gündən başqa günorta çağı və ona yaxın bir vaxtda yaxınlıq etmək məkruhdur. Bu uşağın gözlərinin şikəst olmasına səbəb olar.

31. Yol üstündə, adamların gözü qarşısında yaxınlıq etmək olmaz.

32. Cinsi əlaqədə olan kişi və qadında Quran ayəsi yazılmış üzük varsa bu haram sayılır.

33. Aybaşı olan qadınla yaxınlıq haramdır. Lakin qadın aybaşıdan təmizlənibsə, yuyunmazdan əvvəl onunla yaxınlıq məkruhdur.

34. Yorxun və yuxusuz halda cinsi əlaqədə olmaq məzəmmətə səbəb olar. Bu övladın sonsuzluğuna səbəb olar və onu pis yollara vadar edər.

35. Örtüksüz, ay və günəş altında cinsi əlaqədə olmaq məzəmmətə səbəb olar. Dünyaya gələn övlad ehtiyac içərisində olar və hətta tələf ola bilər.

Bütün bu rəvayətlər Məsumlardan gəlib əlimizə çatmışdır.
CİNSİ CATIŞMAZLIQLAR
Kişi ilə qadının izdivacında əsas istədiklərindən biri də bir-birinin cinsi ehtiyaclarını ödəməkdir. Əks halda bu, ailədə bəzi narahatçıqlıqlara səbəb olar və bəzən talağa aparıb çıxarar.

Cinsi catişmazliqlar 3 növ ola bilər:

1. Etiras hisslərinin təhrik olmaması

2. Spermanın normal təhrik olmaması.

3. Yumurtalıqda olan catışmamazlıqlar.

Biz alimlərin nəzərlərini və bu növ xəstəliklərin əlac və dərmanını zikr edirik.

Düzdür ki, qadında da bəzən orqanizmin zəifliyindən cinsi catişmazliqlar olur. Amma onların çətinlikləri kişilərlə müqaisədə çox azdır. Kişilərdə olan çətinlikləri xatırlayırıq.
1. Etiras hisslərinin təhrik olmaması
Bəzən kişilər qadını ilə rastlaşanda cinsi hazırlığı özündə çox cçətinliklə hiss edir. Və ya təhrik alandan sonra cinsi hərarət tez sönüb aradan gedir və kişilik hələtini əlindən verir. Bu hal qadında müəyyən narazılıqlar səbəb olur.

Bu catişmazliqların səbəbi nədir?

Bəzən həyacanlar və ya məhəbbətinazlığı və ya narkotik maddələr, spirtli içkilər hamısından mühüm əxlaqsızdıqlar bu xəstəliyə səbəb olar.


Bu xəstəliyin dərmanı.

Sağlam istirahətlər və sübh çağı idman, ilıq su ilə çimmək,bal, banan, erkək quzunun əti, balıq və onun kürüsü və başqa yeməklər xəstənin orqanizmdə və əsəblərində müsbət təsir qoyar.


2. Spermanın normal təhrik olmaması.
İslam kişilərə tövsiyə edir ki, qadınlarının ruhi istəklərini hiss etsinlər. Cinsi əlaqədə olan zaman tələsməsinlər. Müəyyən zarafat və məhəbbət ilə qadında hazırlıq yaratsınlar. Bu şəraitə riayət etməyəndə, spermanın normal halda gəlməsinə şərait yaratmayanda müəyyən narahatçılıqlara səbəb ola bilər.

Seksopotoloqlar belə fikirdədirlər ki, cavan çağlarında anonizm və digər fəsadlı işlərlə məşğul olmiş qadınlarda cinsi zəiflik müşahidə olur.

Ola bilsin ki, belə şəxslərin əsəb sistemi xəstəliyi və xüsusən ürək nevrozu mövcüdolsun və amillər onların zəifliyinə şərait yaratsın. Elə şəxslər vardır ki, onlar cinsi əməliyyatı ilk vaxtlar sürətlə icra edirlər. Bu onların bədəninin güclü və hərarətli olması və cinsi əlaqə meylinin həddən artıq olmasıdır. Bir necə aydan sonra cinsi proses öz təbii halına qayıdır. Belə şəxslər üçün narahat olmasına dəyməz. Lakin yuxarıda qeyd edilən hal bir neçə aydan sonra əvvəlik halına qayıtmazsa onun səbəbləri araşdırılmalıdır.

Digər qrup şəxslər cinsi əlaqəni gec icra edirlər, bir sıra şəxslər yoldaşına qarşı etinasız olduğundan belə vəziyyətə düşürlər. Çünki arvadın zahiri görünüşü, gözəlliyi, onun əxlaqı və ərinə qarşı olan məhəbbəti ərin cinsi əlaqəyə daha çox meyl göstərməsinə səbəb olur. Bu halda bəzən spirtli içkilər, narkotik maddələr qəbul edilməsi, cinsi əlaqədə çox olmaqla əlaqədar olur. əgər vaxtında müalicə olunmazsa həmişəlik bu xəstəliyə mübtəla ola bilər.

Müalicəsi: - Cinsi catişmazliğa ducar olmuş şəxsləri eyni cür müalicə etmirlər. İlk növbədə xəstəliyitörədən amillər müəyyənləşdirilməli və sonra buna uyğun müalicə aparılmalıdır.

Əgər xəstəliyi törədən amillər anonizm, spirtli içkilər və narkotik maddələrdirsə onun aqibətini başa düşərək dərhal onlardan uzaqlaşmalıdır.

Bu catişmazliğın amili həyat yoldaşının xarici görünüşü və digər xüsusiyyətlərdirsə, kişi dostcasına və mehribanlıqla bu catişmazliqları arvadına xatırlatmalı və arvad öz növbəsində nəvaziş və mehribanlıqla bu catişmazliqları aradan qaldırılmasında ərinə kömək etməli, ailə səadətinin və həyatının dağılmasının qarşısını almalıdır. Əgər cinsi qüsurun səbəbi zəiflik və qida catişmazliğı ilə əlaqədardırsa, qeyd etdiyimiz kimi, hormonlu yemək və meyvələrlə çətinliyi aradan qaldırmaq olar. Cinsi əlaqənin vaxtından əvvəl baş verməsinin qarşısını almaqdan ötrü prezirvativdən istifadə etmək və dəniz qırağında isti qum vannası qəbul etmək məsləhət görülür. Bundan əlavə istirahət, əsəbləri sakitləşdirmək də faydfalıdır.
Cinsi catişmazliğın digər amilləri
Bir qrup adamlar cinsi catişmazliqlar müşahidə edilmir və heç vaxt ruhi və psixi xəstəliklər keçirməyiblər, onlar xoşa gəlməz hərəkətlərdən və anonizmdən uzaq olmuşlar. Onlarda heç bir mənfi hal və xəstəlik müşahidə edilməmişdir. Lakin bununla belə cinsi əlaqə zamanı onların gücsüz olmaları məlum olur.

Belə şəxslərin cinsi gücsüzlüyk amillərini öyrədərkən onları 3 qrupa bölmək olar:

a) Onlardan bir hissəsi sağlam və güclü olub öz bilik və bacarığını elmi tədqiqatlara həsr edir və cinsi yaxınlıq haqqında düşünmürlər.

b) Bir qrup insanlar ictimai-siyasi fəaliyyətlə məşğul olur. Onların bütün enerjisi, fikri-zikri bu yolda sərf edilir.

c) Bir hissə adamlar isə günlərini ibadət və dua etməkdə keçirir.Belə görünür ki, bu cür şəxslər qadın hüquqlarına əməl olunmasaı, cəmiyyətə qaynayıb-qarışmaq və dostlarla ünsiyyətdə olmağı dini ibadətə zidd hərəkət kimi qiymətləndirir və beləliklə də cinsi aləmdə müvəffəqiyyətsizliyə uğrayırlar.

Yuxarıda qeyd olunan 3 qrupdan əlavə digər təbəqələr mövcuddur. Bunların hərəsi həyatın müxtəlif sahələrində həddindən artıq ifrata varmaqla Qurani-məcidin buyurduğu tarazlığı, orta həddi pozaraq ailə huquqlarını pozurlar. Beləliklə, cinsi yaxınlıq zamanı zəiflik və arvadlarının narazılığı ilə üzləşirlər.

Sonra 3-cü qrup şəxsləri qeyd etmək lazımdır ki, bunnlar maddi çatışmamazlıq və münasib qida maddələrinin olmamasından cinsi problemlərlə qarşılaşırlar. Müasir dövrdə az maaş alan və az gəliri olantəbəqədən çoxlu sayda adamlar bu böyük bəla ilə üzləşirlər. Çox təəsüflə qeyd etmək lazımdır ki, cəhalət qalıqları, iqtisadi infilyasiya, məsul şəxslərin məsuliyyətsizliyi bu çətinliyin aradan qaldırılmasını çətinləşidirir. Ümid edirik ki, dövlət və millət ilahi və şəxsi məsuliyyətlərini dərk edib az təminatlı təbəqələri yaddan çıxarmayacaqlar.
NƏSİL-ÖVLAD ARTIMI VƏ AİLƏNİN TƏNZİMLƏNMƏSİ
Əgər ulu Tanrı cinsi etiras kimi çox güclü bir amili bəşər övladının varlığında yerləşdirilmiş və ailə qurmaq kimi müqəddəs bir məsələni onun vəzifəsi hesab edirsə burada əsas məqsəd yeni nəsil dünyaya gəlməsidir. Şübhəsizdir ki, yeni nəsil dünyaya gətirməyən ailələr boş və mənasızdır və onun İslam dinində heç bir yeri yoxdur.

Ulu Tanrı Qurani-Kərimdə buyurur: «O zaman yada salın ki, siz onda az idiniz, biz sizi artırdıq». («Əraf» sürəsi, ayə 16)

Əziz oxucular, əgər diqqətlə nəzər yetirsəniz görərsiniz ki, Allah cəmiyyətin artımını və yeni nəslin dünyaya gəlməsini öz neməti kimi qiymətləndirir.
Nütfənin hədər yerə tələf etməyin
Müqəddəs İslam dini nəslin artması tərafdarı olduğu üçün nütfəni bəşər övladının artması amili hesab edir. Buna görə də onu hədər yerə məsrəf etməyin bütün hallarına qarşı mübarizəyə qalxmış və buna xilaf onları şiddətli cəzalarla cəzalandırır. Bununla bağlı qeyri-qanuni cinsi əlaqələri, heyvanata təcavüz etməyi haram buyurmuş, ərlə arvadın qeyri-təbii yerlərdə cinsi əlaqədə olmasını məsləhət görməmişdir.

Diqqətinizi bu barədə olan hədislərə cəlb edirik:

- Kafir bir şəxs İmam Sadiqin huzuruna gəlib dedi: «Nə üçün Allah heyvanatla yaxınlıq etməyi haram buyurub?» Həzrət buyurdu: «Çünki Allah istəmir ki, kişi öz toxumunu hədər yerə sərf etsin». Bir kafir İmam Sadiqdən həmcinslə yaxınlıq etməyin haram olması barədə sual etdi. İmam Sadiq (ə) cavabda buyurdu: «Əgər oğlanlarla cinsi əlaqədə olmağa yol verilsə idi kişilər qadınlarla evlənməzdilər. Onda bəşər övladının nəsli kəsilərdi. Heç kim evlənməz və fitnə-fəsad baş alıb gedərdi».

Başqa bir hədisdə qadınların da bir-biri ilə yaxınlıq etməsi yuxarıda qeyd edilən günahdan sayılır. Hər kim belə günaha batmış olarsa onu öldürün. Onu mütləq məhv edin.


Uşağın dünyaya gəlməsinin qarşısını almağa icazə verilmirmi?
Qeyd etdiyimiz kimi İslam nəsil artırmağın tərəfdarıdır. Əgər uşağın dünyaya gəlməsinin qarşısının alınmasında söhbət gedirsə bu müəyyən ictimai zaman və məkan daxilində cəmiyyət maddi imkanları ilə əlaqədər baş verir. Əgər bir sıra ailələrdə övladlarının təlim-tərbiyə olunmasında imkanlarında məhrumdurlarsa, şəriət qanunları ilə belə vəziyyətdə uşağın dünyaya gəlməsinin qarşısını almaq şübhəsiz ki, düzgübdür və bunun heç eybi yoxdur.

Mühəmməd ibn Müslüm belə deyir: «İmam Baqirdən (ə) soruşdular: Müsalman kişi atəşpərəst (məcussiyə) qadınla evlənə bilərəmi? Həzrət buyurdu: Yox. Ancaq əgər onun atəşpərəst kənizi varsa, onunla cinsi əlaqədə ola bilər. Bir şərtlə ki, uşaq olmasının qarşısını alsın». Buna oxşar sual divanə qadın haqqında da soruşulub və Həzrət buyurub: «Divanə kənizlə cinsi əlaqədə olmağın ziyanı (eybi) yoxdur. Bir şərtlə ki, ondan uşağı olmaya».


Dövr və zamanın nəsil artımına təsiri
Əziz oxucular yaxşı bilirlər ki, müasir şəraiti Peyqəmbər və İmamların dövrü ilə müqaisədə fərqlidir. İslam dini ümümbəşər və əbədi din olduğu üçün bu çətinlikləri nəzərə alaraq öz ayinlərini fəqihlərin və alimlərin ixtiyarına vermiş və onlar bu ayinlərdən zaman və məkana uyğun olaraq istifadə etmişlər.

İmam Sadiq (ə) soruşdular: «Uşağın dünyaya gəlməsinin qarşısını almaq düzgündürmü?» Həzrət buyurdu: «Cəddim Əli bunu etmirdi, ancaq mən edirəm!» Bu hədisdə zamanın onların etdiyi əmələ təsiri vardır. Bu İmamların yaşadığı dövr və zaman eyni deyil.

Böyük Peyqəmbər uzaqgörənliklə bildirib ki, bir zaman gələcək o şəxslər yaxşı adamlar sayılacaqlar ki, ailəsi az olsun. Hədislərdən görünür ki, uşaq artımı məsələsi zamanla bağlı olaraq fərqli olmuşdur.
Ailə sahibi olmaq və ya Peyqəmbərin nifrətinə ducar olmaq!
Peyqəmbərdən olan hədisləri araşdırarkən görünür ki, uşaq artımı bəzi hallarda Peyqəmbər tərəfindən razılıqla qarşılanmamışdır.

Bir hədisdə deyilir:

Allah-təala!!! Mühəmməd və onun dost və nəslinə çoxlu ruzi, mal-dövlət əta et. Ancaq onların düşmənlərinə isə çoxlu övlad-uşaq nəsib et ki, onların zəhmətinə və çətinlik çəkməsinə səbəb olsun. Həzrət Əli (ə) buyurur: «Dünyada ən ağır bəlalardan üçü aşağıdakılardır:

1. Çoxlu ailə və uşaq sahibi olmaq;

2. Çoxlu borcu olmaq;

3. Uzun sürən xəstəlik».

Qurani-Kərim «Təğabun» sürəsinin 14-cü ayəsində deyilir: «Ey iman gətirənlər! Şübhəsiz ki, zövcələrinizdən və övladınızdan sizə düşmən olanlar vardır. Onlardan özünüzü gözləyin». Əli (ə) buyurdu ki, övladın az olması iki asanlığın biridir (asanlıqların biri də maddi imkanların olmasıdır). Xatırlamalıyıq ki, ailə çətinliklləri və valideynin hövsələsizliyi ölkələrin imkanatının məhdud olası bu məsələdə təsir var.


Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə