Ümumdünya BMT Assosiasiyaları Federasiyası,
Minilliyin Layihəsi
2007 Gələcəyin Durumu
108
Müsbət nəticələrə təhsilin islahatlaşması, marağın artması, özünütəkmil, öyrənmənin
həyatın daha çox hissəsinə çevrilməsi və cəmiyyətin təkamülünə kömək daxildir. Körpə
doğulmadan öncə onun qayğısına qalınmasına xüsusi diqqət yetiriləcək ki o doğulandan
sonra daha yaxşı fiziki və əqli bacarıqlar nümayiş etdirsin.
Bunun baş verməsinə nə mane olur?
İqtisadi və mədəni tənəzzül, nəsillər arasında artan fərqlər və varlı və kasıblar arasındakı
fərqlərin genişlənməsi bu təhsil proqramının təkamülünə əngəl törədəcək münaqişələri
çoxalda bilər.
Hansı mənfi nəticələr ola bilər?
Əgər insanlar mühafizəkardırlarsa və təhsil rəhbərləri özlərindən razıdırlarsa,
kompüterlərdən və öyrənmə sistemlərindən ifrat asılılıq mənfi nəticə ola bilər.
Bu proqram
həmçinin sistemləri istifadə edən və etməyənlər arasında boşluq yarada bilər.
16. Xürafatı və nifrəti aradan qaldırmağa yönəldilmiş proqramlar
Psixoloqlar güman edirlər ki 2030-cu ildə bir çoxmüharibələr və ekstremist fəaliyyətlər
valideynlərin, həmyaşıdların və ya müəllimlərin açıq və gizli öyrədilmələrindən
qaynaqlanacaq. Gənclərin maarifləndirilməsində bu təsirləri azaltmaq üçün mühüm
addımlar atılıb
16
.
Bunun baş verməsinə nə səbəb ola bilər?
YUNESKO və ya Vikipedia 8.0. kimi beynəlxalq səviyyədə qəbul olunmuş orqanları
tərəfindən yaradılmış tədris planının beynəlxalq səviyyədə qəbul olunması və təhsil
müqaviləsinin tərəfləri tərəfindən istifadə olunması ehtimalı daha çoxdur. Bu proqramlar
həm Çikaqoda həm də Ciddədə tədris olunmaları firkri ilə işlənib hazırlanmalıdırlar. Tədris
planına həm emosional
həm də intellektual inkişaf, və fərdin cəmiyyətə yardım etmə
potensialının olduğunu dərk etmək, həmçinin mədəni müxtəlifliyə, “yumşaq” biliyin
dəyərlərinə hörmət, və daha dəqiq tarix daxil edilməlidir. Bundan əlavə, psixoloji
tedensiyaların daha yaxşı inteqrasiyası biliklərin itirilməsi prosesinin, tanınmanın və
fikirlərin yeni əqidələrə və emosional dəyişikliklərə olan ehtiyacının
dərk edilməsinə
kömək edə bilər. Gənclik dövründə meydana çıxan öyrənmə prosesinə xüsusi diqqət
yetirilməlidir. Çünki məhz bu dövrdə tələbələr öz şəxsi fəlsəfələrini və dünya görüşlərini
formalaşdırırlar. KİV-də və əyləncə fəaliyyətlərində zorakılğın azaldılması, tədris planının
effektivliyini daha da artırmağa yardım göstərəcək.
Hansı müsbət nəticələr ola bilər?
Cəmiyyət daha yararlı, hörmətcil, demokratik, azad, ədalətli, sülh dolu və sabit ola bilər.
Bu cür proqramlar bəşəriyyətin yaşaması üçün həyati əhəmiyyətə malikdir. Çünki gün
keçdikcə kiçik qruplar və fərdlər məhvedici bacarıqlara daha çox yiyələnirlər.
Bunun baş verməsinə nə mane olur?
16
RT Delphi istinadları: ABŞ Təhsil Departmenti, Gənclərin Nifrət səbəbilə Törətdikləri Cinayətlərin qarşısının alınması:
Məktəblər
və Birliklər üçün Dərsliklər, Vaşinqton, Kolumbiya Dairəsi, tarixsiz; Ketlin Kotton, “Məktəblərdə Mədəniyyətlərarası
Ahəngdarlığa Şəraitin yaradılması: Araşdırmanın Nəticələri, Şimali-qərbi Regional Təhsil Laboratoriyası, Portlend, Oreqona ştatı,
Noyabr 1993; Kanadanın İrsi Departamenti, Kanadanın Vətəndaş və Siyasi Hüquqlarına dair Beynəlxalq Müqaviləyə müvafiq
Dördüncü Hesabatı, Qatino,
Kvebek Əyaləti, Kanada Noyabr 2003
.
Ümumdünya BMT Assosiasiyaları Federasiyası, Minilliyin Layihəsi
2007 Gələcəyin Durumu
109
Əgər bu proqram “Sizə uşaqlarınızı necə öyrətmək lazım olduğunu deyəcəm” şəklində
hazırlansa, onda o iflasa uğrayacaq. Hələ ki varlılar və kasıblar və məhdud ehtiyatlar
arasında böyük fərqlər mövcuddur, xürafat və nifrət ekstermistlər tərəfindən
alovlandırılmağa davam edəcək. Bəzi hökumətlər insanların davranışına müdaxilə və
idarə etmək istəyəcəklər. “Dövlət hər şeydən üstündür” fikrinin hamılıqla qəbul olunması
üçün ən az bir nəslin gəlib keçməsi lazımdır;
nəticə etibarilə, cəmiyyətdə ziddiyətləri daha
az vurğulayan təhsil vasitələri yaratmaq və təklif etmək məqsədilə ciddi səylər göstərmək
üçün “fasilə” meydana gələ bilər.
Hansı mənfi nəticələr ola bilər?
Nifrəti və xürafatı azaltmaq və ya aradan qaldırmaq mümkün olsa, onda bu o demək
olacaq ki insanların ağıllarının digərləri tərəfindən mənfi istiqamətdə idarə edilməsi də
mümkün olacaq. Məsələn, etiqad rəhbərləri, totalitar hökumətlər,
və ya ideoloji siyasi
düzgünlüyün yeni formaları bu üsullardan və texnologiyalardan istifadə edərək ictimaiyyəti
idarə edə bilər. Xürafatı və nifrəti aradan qaldırmaq üçün təkcə təhsil kifayət olmayacaq;
proqramlara, sosial ədalətə nail olunması üçün xüsusi vasitələr daxil edilməlidir.
17. E-Tədris
2030-cu ildə nisbətən kasıb ərazilərin, həmçinin varlı ərazilərin çoxu elektron-müəllimlərə
olan tələbatı qarşılamaq üçün xaricdən vəsaitlər cəlb edəcək. Bu elektron-müəllimlər canlı
insanlardan çox süni intellektdən istifadə edən süni konstruksiyalardır.
17
Bunun baş verməsinə nə səbəb ola bilər?
Elektron-təlimin həm zəngin, həm də nisbətən kasıb regionlar üçün faydalı olduğunu,
olduğu yerdən asılı olmayaraq bir çox insanları daha yaxşı müəllimlərlə təmin edə
biləcəyini və daha səmərəli ola biləcəyini dərk etmək bu proqrama təkan verə bilər. Bu
proqram diqqəti həm təhsil sistemlərində bilik səviyəllərinin müxtəlifliyi və biliyi əldə etmə
imkanının qeyri-müntəzəmliyinə yönəldə bilər. Ən yaxşı elektron-müəllimlərin xaricdən
cəlb olunması bu regionların mədaxilini artıracaq, və onlara dünyada daha çox insanı
əhatə edən möhtəşəm proqramlar hazırlamaq
üçün kompüter proqramistləri, təfəkkür
alimləri və digər mütəxəssisləri işə götürməyə imkan verəcək. Təhsil müəssisələri,
hökumətlər, kommersiya fəliyyətləri və QHT-lər arasında virtual reallıq, avtonom kompüter
proqramları və tele-təhsil üzrə əməkdaşlıqda davamlı təkmilləşmələr və xərclərin
azaldılması da buna yardım ola bilər. Bu gün Hindistandan Homework Help adlı
proqramla istənilən fənn üzrə xüsusi dərslərin keçirilməsi saatda 18 dollara başa gəlir.
Biliklər pulsuz payaşıla və qurula bilər. Komunikasiya sistemləri xərcləri sıfıra yaxın
olacaq və hamı elektron-təlimlərin xərclərini ödəmək iqtidarında olacaq, xüsusən əgər
hökumət elektron-öyrənməyə pul ayırsa. Xüsusi maraqlar,
sabit və müdrik hökumət
strategiyaları vasitəsilə məğlub edilməli olacaq.
Hansı müsbət nəticələr ola bilər?
17
17 RT Delphi istinadları: Con M. Harris, Jr., “Niyə daha yaxşı elektron-öyrənməyə deyil, elektron-təlimə ehtiyac
duyuruq?”, MELD (E-Tədris Diskursu), 6 May 2005; “e- tədri”, Vikipediya; “Təkmil Paylanmış Tədris”, Vikipediya.