SokratöNCƏSİ yunan fəLSƏFƏSİ



Yüklə 2,8 Mb.
Pdf görüntüsü
səhifə21/74
tarix17.11.2018
ölçüsü2,8 Mb.
#80534
növüDərs
1   ...   17   18   19   20   21   22   23   24   ...   74

75 
 
Platon  tanrı  barəsində  özəl  fikirlərlə  çıxış  etmişdir. 
Onun fikrincə, ideyaları maddi aləmdə təzahür etdirən və 
onları  əlaqələndirməyə  çalışan  bir  tanrı  vardır.  Bu  tanrı 
Demiurqos”dur  (yun.  Δημιουργός  –  sənətkar)  (20,  432). 
Ancaq  nə  ideyalar,  nə  də  maddə  ondan  asılı  deyildir. 
Çünki, onları o yaratmamışdır. Demiurqos əbədi olan ide-
yaları  onun  təzahürləri  ilə  uyğunlaşdırmışdır.  Bu  ba-
xımdan  Demiurqosu  “yaradıcı”  adlandırmaq  olar.  Bu-
nunla  da,  Platonun  tanrısı  hər  şeyi  heçdən  yaradan  mo-
noteistik  Tanrıdan  fərqlənir.  Eyni  zamanda,  Demiurqos 
hər  şeyə  qadir  də  deyildir.  O  yalnız  materiyanın  müqa-
vimətini  qıraraq  onu  ideyaya  uyğunlaşdırmaq  istəyir, 
ancaq bunu qismən edə bilir
52
.  
Tanrı  (Vahid)  və  dünya  anlayışları  Platon  fəlsəfə-
sində  həm  də  eyniləşir.  “Parmenides”  dialoqunda  o, 
Vahidin  mahiyyətini  açmış  və  onun  çoxluqla  (başqa  şey-
lərlə)  əlaqəsi  probleminə  toxunmuşdur.  Bunu  edərkən  o, 
Vahidin  dərk  olunmazlığı  (transsendentliyi)  ilə  eyni  za-
manda  dünyada  təzahür  etməsi  məsələləri  haqqında 
düşünmüşdür.  Çünki,  bir  tərəfdən  Vahid  sonsuz  uzaq-
lardadır və onu duymaq mümkün deyildir. Digər tərəfdən 
isə o dünyada da təzahür etməli və duyulmalıdır.  
Burada Vahidin eyni zamanda  həm  var olması, həm 
də  yoxluğu;  həm  bir,  həm  də  çox  olması  kimi  paradoksal 
nəticələrə  gəlinir.  Belə  ki,  Platon  “Parmenides”  dialo-
                                                
52
 Gələcəkdə  bəzi  qnostik  xristian  cərəyanlarının  təlimində  Demiurqos 
“ikinci” və ya “saxta” tanrı kimi tanınmışdır. Onlara görə həqiqi Tanrı kainatı 
yaratdıqdan sonra, yerdə hakimiyyəti şər qüvvələr ələ keçirmişdirlər. Onların 
başçısı da Demiurqos olmuşdur. Bu səbəbdən də dünyada şər vardır. 


76 
 
qunda  (16,  368-411)  hipotezlər  (ehtimallar)  irəli  sür-
müşdür.  Burada  iddia  edilir  ki,  əgər  Vahid  vahiddirsə, 
onda  onun  hissələri  yoxdur.  Çünki,  bu  anlayışda  hissə 
bölgüsü ola bilməz. Deməli, o tamlıq deyil, çünki tam olan 
şeyin  hissələri  olmalıdır.  Belədirsə,  onda  onun  əvvəli, 
ortası,  sonu  yoxdur,  yəni  o  hüdudsuzdur.  O  nə  başqa 
şeydə,  nə  də  özü  özündə  yoxdur;  nə  hərəkət  edir,  nə  də 
sükunətdədir. O heç nəyə də bənzəmir, onu dərk etmək ya 
da duymaq olmaz. Onun haqqında nə bilik, nə fikir, nə də 
söz  irəli  sürmək  mümkündür.  Nəticədə  isə  Vahid 
haqqında hər bir iddia, fikir, söz və düşüncə yalnız inkara 
çevrilir.  O  bu  dünya  anlayışlarına  sığmayan  bir  şeydir, 
olmamış kimidir, yəni yoxdur. 
Başqa tərəfdən isə dünya varsa Vahid də var. Çünki, 
dünyanın  başlanğıcı  olmalıdır.  Belədirsə,  onda  deməli  bu 
dünya  elə  Vahidin  özüdür  və  o  mövcuddur.  Bu  da  o 
deməkdir  ki,  bir  tərəfdən  Vahid  özü-özü  üçün  var,  digər 
tərəfdən isə dünya üçün mövcuddur. Deməli, Vahidi dərk 
etmək üçün çoxluq anlayışına keçilməlidir. Bu da “vardır” 
və  “mövcuddur”  ikiliyindən  başlanır;  ikilik  isə  çoxluğun 
başlanğıcıdır.  Çoxluqda  olduğuna  görə  Vahid  haqqında 
fikir  irəli  sürmək  də  olar.  Beləliklə,  Vahidi  ancaq  o 
durumda  dərk  etmək  və  onun  haqqında  fikir  yürütmək 
olar ki, o çoxluq olsun. 
Daha  sonra  “Vahid  yoxdur”  iddiasının  nəticələri 
onun  özü  və  ondan  ayrısı  üçün  araşdırılır.  Sonda  isə  bu 
iddia  Vahidə  çoxluğun  və  çoxluğun  çoxluğa  münasibəti 
baxımından  baxılır.  Əgər  Vahid  yoxdursa,  onda  başqa 


77 
 
şeylər  nə  tək,  nə  də  cəm  olaraq  düşünülməz,  çünki  Va-
hidsiz çoxluq haqqında düşünmək mümkün deyildir. 
Platon  ruh  haqqında  da  düşünmüş  və  onu  bədənə 
qarşı  qoymuşdur.  Hər  bir  insan  ideal  aləmin  və  eyni 
zamanda  materiyanın  (maddənin)  daşıyıcısıdır.  Bədən 
keçici və ölümə məhkum olan materiya, ruh isə dəyişməz 
və  ölməz  ideyadır  (22,  36).  Ona  görə  də  həyatın  mənası 
əbədiliyə hazır olmaq, onu qazanmaqdan ibarət olmalıdır. 
Platona görə ruhların ağıllıqəzəbli və nəfsi səviyyələri 
vardır (10, 212-219). Ağıllı səviyyə insanı ideyalar aləminə 
yaxınlaşdırır, onun mənəviyyatının əsasında durur və onu 
həmişə xeyrə yönəldir. Qəzəbli səviyyə onu nizamlayır və 
çətinliklərə  qarşı  dözümlü  edir.  Nəfsi  səviyyə  isə  insanı 
maddi  aləmə  bağlayır,  onu  geriyə  çəkir  və  ideyalar  alə-
mindən  uzaqlaşdırır.  Durumdan  asılı  olaraq  insanlarda 
bəzən  ağıllı,  bəzən  qəzəbli,  bəzən  isə  nəfsli  səviyyə  üstün 
olur (1, 22-25). 
Qeyd  etmək  lazımdır  ki,  Platon  reinkarnasiyaya
53
 da 
inanırdı.  O  hesab  edirdi  ki,  öz  əməllərinə  görə  insan  gə-
ləcək  həyatda  müxtəlif  bədənlərdə  yeni  həyat  qaza-
nacaqdır (22, 38). Ancaq, yetkinlik səviyyəsinə çatmış ruh-
lar əbədi olaraq bu  dünyadan ayrılır və ideyalar aləmi ilə 
qovuşur.  Beləliklə,  Platon  ruhun  maddə  (bədən)  ilə 
qovuşmasına  bir  mənalı  baxmırdı.  Onun  üçün  bədən 
ruhun  zindanıdır.  Ruh  o  zindandan  qurtarmağa  və  öz 
azadlığına  qovuşmağa  can  atır.  Ona  görə  də,  insan  ru-
hunu azad etmək üçün dünya ilə bağlarını qırıb ən yüksək 
məqsəd olan “Xeyrə” yönəlməlidir.  
                                                
53
 Ruhların bir bədəndən başqasına köçməsidir. 


78 
 
Bundan  başqa,  Platon  ruhların  insan  bədənində 
olmasından  öncə  var  olmasına  da  inanırdı  (22,  26).  Buna 
görə  də,  insan  ideal  aləmdə  olanları  xatırlayır.  Orada  ruh 
hər  şeyi  ən  mükəmməl  və  gözəl  şəkildə  görürdü.  O, 
maddi  aləmdə  hər  şeyin  həqiqi  mahiyyətini  dərk  etməyə 
çalışır və onların ideyalarını yada salır. Sonralar, Platonun 
ruhun xatirələri” haqqında fikri apriorizm
54
 adlanmışdır. 
Platona  görə  ruh  ölməzdir,  çünki  insanın  bilikləri 
onun  ruhunun  məhsuludur.  Onlar  səbəbsiz  yaranmır, 
keçmiş həyatın xatirələridir. Bu baxımdan da bilik itmir və 
heç  bir  vaxt  yaddan  çıxarıla  bilməz.  Bu  da  unutma  və 
xatırlama  silsiləsini  təşkil  edir.  Platon  qeyd  etmişdir  ki, 
heç  də  hər  bir  insanın  ruhu  ölümdən  sonra  tanrılar 
aləminə  ucalmır.  Ancaq  həyatı  boyu  özünü  tanıma  ilə 
məşğul  olan,  hər  şey  haqqında  düşüncələrə  qapına  və 
həqiqəti  axtaranların  (filosofların)  ruhları  bu  məqamlara 
çatır. Filosof olmayan insan isə saflaşaraq tanrılara bilməz. 
Filosoflar  bədənin  ölümündən  sonra  yeni  bədəndə 
dünyaya  gəlməzlər.  Başqa  insanların  ruhları  isə  yaşa-
dıqları  həyat  tərzinə  uyğun  olaraq  yeni  bədənlərə 
köçürlər.  
Beləliklə,  öncə  dini  məzmun  daşıyan  ölməzlik  ide-
yası  ilk  dəfə  fəlsəfəyə  keçmişdir.  Filosofun  ölümü  adi 
insanın  ölümünə  bənzər  deyil.  Onun  ruhu  ilahi  əbədilik 
ideyasının  təcəssümüdür.  Yenə  Platona  görə  yüksək 
məqamlara  çatmaq  üçün  dini  ayinlərə  riayət  etmək  deyil, 
fəlsəfi  məqamlara  yüksəlməklə  mümkündür.  Ümumiy-
                                                
54
 Apriorizmə  görə  insanın  düşüncəsində  elə  biliklər  və  qəliblər  vardır  ki, 
onlar təcrübə nəticəsində əldə edilməmiş, öncələrdən olmuşdur. 


Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə