Son 150 IL ərzində Azərbaycanın neft sənayesi daim inkişaf etmişdir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə47/60
tarix11.04.2018
ölçüsü5,01 Kb.
#36952
1   ...   43   44   45   46   47   48   49   50   ...   60

 
             
 
İkinci  üsulda  –  sementi,  toz  halında  olan 
ağırlaşdırıcılarla  qarışdırmaqla  əldə  edirlər.  Burada  xüsusi 
çəkini  geniş  diapazonda  dəyişmək  mümkündür.  Sement 
məhlulunun  xüsusi  çəkisini  artırmaq  məqsədilə  ondakı  suyun 
miqdarını  azaldırlar.  Buna  isə  sement  məhluluna  sulfit  spirt 
cecəsi  (SSC)  və  yaxud  sulfit  sellulozanın  ekstraktını  əlavə 
etməklə nail olurlar. 
Cədvəldə bəzi ağırlaşdırıcıların fiziki xassələri verilir: 
 
Ağırlaşdırıcıların 
fiziki xassələri 
Pirit 
yanığı 
Hematit 
Maqnetit 
Ferro 
silisium 
Güzgülü 
çuqun 
Ferro 
fosfor 
Sıxlıq, qq/sm
3
 
4,29 
4,35 
4,52 
6,52 
6,55 
7,69 
Dənələrinin 
ən 
böyük 
ölçüsü, 
mm 
0,15 
0,20 
0,30 
0,15 
0,15 
0,20 
 
Cədvəldəki  birinci  üç  ağırlaşdırıcıdan  geniş  istifadə 
edilir. 
Dənələrinin  ölçüsünü  böyük  götürməklə  daha  böyük 
xüsusi  çəkiyə  malik  ağırlaşdırıcı  əldə  etmək  mümkündür. 
Sementə hematit əlavə etməklə, xüsusi çəkisi 2,20 qq/sm
3
 olan 
sement məhlulu əldə edə bilirlər. Maqnetitdən istifadə etməklə, 
daha  yüksək  xüsusi  çəkiyə  malik  sement  məhlulu  hazırlamaq 
olar.  Ferrosilisium  və  güzgülü  çuqun  yüksək  xüsusi  çəkiyə 
malik  olmasına  baxmayaraq  onların  sementə  əlavə  edilməsi 
nəticəsində  yüksək  xüsusi  çəkiyə  malik  sement  məhlulu 
hazırlamaq olmur. Buna səbəb onlardan hazırlanan poroşokun 
(unun)  çoxlu  su  tələb  etməsidir  ki,  bu  da  xüsusi  çəkini  aşağı 
salır. 
Portlandsementlə  maqnetitli  qumu  1:1  nisbətində 
götürməklə  xüsusi  çəkiçi  2,45  qq/sm
3
  olan  sement  məhlulu 
hazırlamaq mümkündür. 
Baritdən  istifadə  etməklə  sement  məhlulunun  xüsusi 
çəkisini 2,10 – 2,25 qq/sm
3
-a çatdırmaq olar. Qalenit və dəmir 
arsenitindən istifadə etməklə daha yüksək xüsusi çəkiyə malik 


 
             
 
sement  məhlulu  hazırlamaq  olar.  Lakin  onlar  baha  qiymətə 
başa gəldiyi üçün təcrübədə onlardan istifadə etmirlər. 
 
 
10.18. 
Quyuların 
sementlənməsi 
keyfiyyətinin 
yüksəldilməsi 
 
Əgər  qoruyucu  kəmər  hermetik  və  kəmər  arxası 
təzahürlər 
yoxdursa, 
deyirlər 
ki, 
quyu 
keyfiyyətlə 
sementlənmişdir.  Quyunun  keyfiyyətlə  sementlənməsinə  bir 
çox geoloji və texnoloji amillər təsir edir: 
1.
 
Geoloji  amillərə:  -  qaz,  su,  neft-in,  tektonik 
pozğunluqların,  layın  hidravlik  yarılma  qradientinin, 
süxurların  litologiyasının  xüsusilə  (duzlu  layların 
olması), lay sularının minerallaşma dərəcəsinin təsiri və 
s. daxil edilir. 
2.
 
Texnoloji amillərə: - quyunun quruluşu, quyu lüləsinin 
cari 
vəziyyəti,  qazıma  məhlulunun  keyfiyyəti, 
avadanlıq  parkı,  tamponaj  məhlulunun  xassələri,  yeni 
texnoloji metodlardan  istifadə  (bufer mayesi,  məhlulun 
axın rejimləri) və s. daxildir. 
Qazıma məhlulunun, kiçik su verməyə malik tamponaj 
məhlulu  ilə  təmamilə  sıxışdırılıb  çıxarılması  və  kəmər  arxası 
fəzada  perimetri  üzrə  eyni  qalınlığa  malik  sement  halqasının 
alınması ideal sementləmə adlanır. 
Əfsuslar  olsun  ki,  bir  müddət  keçdikdən  sonra  kəmər 
arxasında bərkimiş sementdə çatlar əmələ gəlir və bu kanallar 
üzrə neft, qaz və lay suları hərəkət edə bilir. Bunun qarşısının 
alınması üçün kəmər arxası təmir sementləməsi aparılır. 
Sementləmənin keyfiyyətli olması üçün: - 
-
 
Kəmər  arxası  fəzada  sement  məhlulunun  turbulent 
hərəkət rejimi təmin edilməlidir; 
-
 
Kəmərin  aşağı  intervalında  mərkəzləşdirici  fənərlər 
yerləşdirilməlidir; 


 
             
 
-
 
Sementləmə  zamanı  kəmər  bas-boş  edilməli  və 
fırladılmalıdır,  bu  zaman  darağa  oxşar  ərsinlər  quyu 
divarını qalın gil qabığından təmizləyirlər. 
-
 
Quyu  divarını  qalın  gil  qabığından  təmizləmək  üçün 
kimyəvi  hidravliki  və  mexaniki  üsullardan  istifadə 
edilməsi  məsləhətdir  (hidravliki  üsulda  boru  divarında 
bucaq  altında  deşiklər  açılır  mexaniki  üsulda  radial  və 
darağa  oxşar  ərsinlərdən  istifadə  edilir).  Kimyəvi 
üsulda  isə  müxtəlif  reagentlərdən  istifadə  etməklə 
quyunu nominal diametrə gətirirlər. 
-
 
Bufer  mayelərindən  istifadə  edilməlidir  (su,  neft 
məhsulları,  ağırlaşdırılmış  bufer  mayeləri,  aerizə 
edilmiş bufer mayeləri, özülü elastik ayırıcı və s.). 
 
10.19. Sement qarışdırıcı maşınlar və aqreqatlar 
 
Sement  qarışdırıcı  maşınlar  –  bunkerdən,  iki  əsas 
şnekdən,  qəbul  edici  qıfdan,  qarışdırıcı  tərtibatdan  güc 
qutusundan, 
kompensatordan, 
yükləyən  şnekli  vertikal 
transportyordan  ibarət  olub  avtomobil  şassisi  üzərində 
quraşdırılır. Qəza hallarında sementi boşaltmaq üçün aşağıda 2 
ədəd lyuk yerləşdirilir (ən çox istifadə edilən sement qarışdırıcı 
maşınlar: SM-10, SMN-20, 1AS-20, SMP-20, 1SMR-20, ZAS-
30 və s.). 
 
10.20. Sementləmə aqreqatları 
 
Sementləmə  aqreqatlarından  tamponaj  məhlullarını  və 
basıcı  mayeni  quyuya  vurmaq,  məhlul  hazırlanan  zaman 
mayenin  qarışdırıcı  tərtibata  verilməsi,  quyunun  yuyulması, 
qum  tıxacları  ilə  mübarizə,  boruların,  kəmərin  və  manifoldun 
hermetikliyə  yoxlanması,  məhlulun  hidravliki  qarışdırılması 
quyunun  boğulması,  layın  hidravlik  yarılması  və  s.  məqsədlər 
üçün  istifadə  edilir.  Sementləmə  aqreqatları  bir  qayda  olaraq 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə