Son 150 IL ərzində Azərbaycanın neft sənayesi daim inkişaf etmişdir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə44/60
tarix11.04.2018
ölçüsü5,01 Kb.
#36952
1   ...   40   41   42   43   44   45   46   47   ...   60

 
             
 
Sementləmə  zamanı  sement  məhlulu  süzgəc  üzərində 
yerləşdirilmiş  və  yan  divarında  deşiklər  açılmış  borunun 
deşiklərindən  kəmər  arxası  fəzaya  çıxıb  yuxarı  qalxır,  manjet 
isə  sement  məhlulunu  aşağı  buraxmır  və  sementləmə  prosesi 
bir pilləli sementləmədə olduğu kimi aparılır. 
 
 
10.12. Tamponaj sementləri və onların xassələri 
 
Tamponaj  sementi  dedikdə  geniş  mənada  büzüşdürücü 
maddələrdən  ibarət  məhsul  başa  düşülür.  (Məsələn:  portland-
sement,  şlak,  əhəng,  plastmassa  və  s  maddələr;  mineral 
maddələr: kvars qumu, asbest, gil və s.). 
Tamponaj  sementi,  su  ilə  qarışdırıldıqda  bərkiyən  və 
tələb  edilən  keyfiyyətə  malik  daş  əmələ  gətirən  üzvi 
əlavələrdən ibarət olur. Büzüşdürücülərin növündən asılı olaraq 
tamponaj sementləri aşağıdakı növlərə bölünür: 
1.
 
portlandsement əsaslı tamponaj sementləri; 
2.
 
Domna 
sobalarının  şlakları  əsasında  hazırlanan 
tamponaj sementləri; 
3.
 
əhəngli-qumlu qarışıqlar; 
4.
 
digər  tamponaj  sementləri  (gipsli,  belitli,  təbii 
minerallar və dağ süxurları əsaslı və s.); 
5.
 
Polimer əsaslı tamponaj üzvi bərkidicilər. 
Sınaq  temperaturasına  və  tətbiqinə  görə  sementləri  3 
sinifə ayırırlar: 
1.
 
Soyuq quyular üçün sement – «SQ» sınaq temperaturası 
22 

2
0
S. 
2.
 
İsti quyular üçün sement – «İQ» sınaq temperaturası 75 

 3
0
S. 
3.
 
Yüksək  temperaturalı  dərin  quyular  üçün  sement  – 
«DQ».  
Bu qrup sementlər «xüsusi sementlər» adlanır. Maye ilə 
qarışdırılmasından  asılı  olaraq  sement  məhlulları:  sulu,  sulu-


 
             
 
emulsiyalı,  neftli-sementli  (dizel  yanacağı,  kerosinli,  neftli  və 
s)  olurlar.  Sement  məhlulları  onlara  edilən  əlavələrə  görə  – 
qumlu,  lifli,  gil-sementli,  putsolanlı,  perlitli,  hematitli 
maqnetitli,bentonitli olurlar. 
Xüsusi  çəkilərinə  görə:  yüngül  (

 

  1,30  q/sm
3

yüngülləşdirilmiş (

 = 1,30-1,75 q/sm
3
) normal (

 =1,75 – 1,95 
q/sm
3
), ağırlaşdırılmış  (

  =1,95  –  2,20 q/sm
3
)  və ağır  (

  >2,20 
q/sm
3
) olurlar. 
Tutuşma  başlanğıcına  görə  tamponaj  məhlulları  tez 
tutuşan  (tutuşma  başlanğıcı  40  dəqiqəyə  qədər)  tutuşma 
başlanğıcı tezləşdirilmiş (tutuşma başlanğıcı 40 dəqiqədən – 1 
saat  20  dəqiqəyə  qədər)  normal  tutuşan  (tutuşma  başlanğıcı  2 
saatdan çox) olurlar. 
Dəyanətli  olmasına  görə  sementlər  sulfatların  təsirinə 
davamlı  və  normal  dəyanətli  olurlar.  Tamponaj  portland-
sementi  silikat  sementinin  bir  növüdür,  xırdalanmış  mineral-
ların qarışığından ibarətdir. 
Portlandsementin əsasını-klinker təşkil edir. Bu əhənglə 
gilin (mergelin) 1450
0
S temperaturada yandırılmasından alınır. 
Əhəng  (təbaşir,  əhəng  daşı)  yandırıldıqda  CaO,  gil  SiO
2
,  gil 
torpaq Al
2
O
3
 və Fe
2
O
3
 alınır. 
Tamponaj portland sementin tərkibində 60 – 66% CaO, 
18 – 25% SiO
2
, 4 – 8% Al
2
O
3
 , 0,5 – 5,0% Fe
2
O
3
 olur. 
Bu  oksidlərin  faiz  miqdarının  dəyişməsi  tamponaj 
məhlulunun  və  sement  daşının  xassələrinin  dəyişməsinə  ciddi 
təsir göstərir. SiO
2
  –  sementə  bərkimək  və  su  mühitində  uzun 
müddət  işləmək  qabiliyyəti  verir.  SiO
2
-nin  çox  olması 
tamponaj  məhlullarının  tutuşma  vaxtını  bir  qədər  ləngidir, 
sulfatların təsirinə qarşı müqavimətini artırır. 
Al
2
O
3
  sement  məhlulunun  tutuşma  vaxtını  tezləşdirir, 
lakin sement daşının möhkəmliyini azaldır. 
Fe
2
O
3
-ün  çox  olması,  tamponaj  məhlulunun  tutuşma 
prosesini ləngidir və sement daşının möhkəmliyini azaldır. 


 
             
 
Portlandsementin  tərkibində  qarışıq  kimi  aşağıda  qeyd 
edilən oksidlər də olur: 
0,1 – 5,5% MgO , 0,5 – 1,3% K
2
O + Na
2
O, 
0,3 

1,0 % SO
3
, 0,2 – 0,5% TiO
2

0,1 – 0,3% P
2
O
5
, 0,5 – 3,5% MnO. 
MgO-in miqdarı 4,5%-dən çox olduqda sementin həcmi 
genişlənir və sement daşı dağılmağa başlayır. 
TiO
2
-in  miqdarı  4-5%  olduqda  sementin  və  sement 
daşının möhkəmliyi artır. 
MnO-in  miqdarı  4%-ə  qədər  və  P
2
O
5
-in  (fosfor 
anhidridi)  1-2%-ə  qədər  olduqda,  sementin  və  sement  daşının 
keyfiyyətinə  zərərli  təsir  etmir.  P
2
O
5
  normal  şəraitdə  sement 
məhlulunun tutuşma müddətini ləngidir. 
Na  və  K  qələvilərinin  miqdarının  0,3  –  0,4%-dən  çox 
olması məsləhət deyildir. Çünki əks halda sement məhlulunun 
tutuşma  prosesi  kəskin  surətdə  dəyişir  və  onu  tənzimləmək 
çətinləşir. 
Yuxarıda  adları  qeyd  edilən  oksidlər  1450
0
S  tempe-
raturada  yandırıldıqda  bir-biri  ilə  qarşılıqlı  təsirdə  olurlar  və 
nəticədə  klinker  adlanan  süni  mineral  alınır.  Klinkerin 
mineroloji  tərkibinin  dəyişməsi  portlandsementin  və  digər 
sementlərin xassələrinin dəyişməsinə səbəb olur. 
 
10.13. Portlandsementin istehsal prosesi  
haqqında qısa məlumat. 
 
Portlandsementi  istehsal  etmək  üçün  ən  yaxşı  xammal 
mergeldir.  Portlandsementi  istehsal  etmək  üçün  yaxşı  olar  ki, 
onu  əhəng  və  gil  komponentləri  ilə  birlikdə  təxminən  78:22 
nisbətində götürsünlər. 
Portlandsement  iki  üsul  ilə  istehsal  edilir  –  bu  quru  və 
yaş üsullarıdır. 
Quru  üsulda  portlandsementi  istehsal  etmək  üçün 
xammal  olan  komponentlər  əvvəl  qurudulur  və  dəyirmanda 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə