Son 150 IL ərzində Azərbaycanın neft sənayesi daim inkişaf etmişdir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə45/60
tarix11.04.2018
ölçüsü5,01 Kb.
#36952
1   ...   41   42   43   44   45   46   47   48   ...   60

 
             
 
xırdalanır.  Sonra  bu  qarışıq  900-1000
0
S-ə  qədər  sobada  yan-
dırılır.  Sonra  alınan  məhsul  dəqiqədə  bir  dövr  edən  fırlanan 
sobaya  daxil  olur.  Fırlanan  sobada  soyudulmuş  qarışığa  gips, 
şlak,  qum  və  s  əlavələr  də  əlavə  edilib  xırdalanır.  Beləliklə 
sement əldə edilir. 
Sementin  yaş  üsulla  istehsalı  geniş  yayılmışdır.  Bu 
üsulda  xırdalanmış  komponentlərə  su  əlavə  edilir.  Alınan 
qarışıq xamaya bənzər qatılaşmış kütləyə çevrilir. Onun başqa 
yerə  nəql  edilməsi  və  qarışdırılması  xeyli  asan  olur.  Alınmış 
qarışığı  diametri  5  m  uzunluğu  200m-ə  qədər  olan  fırlanan 
sobada 
yandırırlar.  Soyuduqdan  sonra  xırdalanır  və 
portlandsementin  fiziki-mexaniki  xassələrini  yaxşılaşdıran 
əlavələr daxil edilir. Beləliklə sement  yaş üsul ilə hazırlanmış 
olur. 
 
10.14. Quyuların sementləməyə hazırlanması 
 
Sementləmədən əvvəl qazıma məhlulunun xüsusi çəkisi 
sabit  olana  qədər  quyu  yuyulur  yəni  o  vaxta  qədər  ki,  quyuya 
daxil olan və quyudan çıxan qazıma məhlulunun xüsusi çəkiləri 
eyni olsun. 
Quyunu sementləməyə başlamazdan əvvəl aşağıda qeyd 
edilənlərə riayət edilməlidir: 
1.
 
Sement  qarışdırıcı  maşınlara  maniəsiz  yaxınlaşmaq 
üçün kənar əşyalar uzaqlaşdırılmalıdır; 
2.
 
Su  çənləri  yaxud  su  kəməri  kranları  sement 
qarışdırıcı maşınlara yaxın yerdə olmalıdır; 
3.
 
Sement  qarışdırıcı  maşınlar  və  aqreqatlar  arasında 
fəhlələrin  maniyəsiz  hərəkəti  üçün  azad  keçid 
olmalıdır. 
Sement  qarışdırıcı  maşınlar  və  sementləmə  aqreqatları 
yerli  şəraiti  nəzərə  almaq  şərtilə  səmərəli  yerləşdirilməlidir 
(sahənin  relyefi,  buruq  avadanlığı  və  boru  xətləri,  su  kəməri 
kranlarının yerləşməsi və s. nəzərə alınmalıdır). 


 
             
 
Sementləmə  əməliyyatına  başlayarkən  təzyiqin  birdən 
birə  yüksəlməməsi üçün sement qarışdırıcı maşınlar növbə ilə 
işə salınmalıdır. 
Sement məhlulu quyuya vurulduqdan sonra sementləmə 
tıxacını  saxlayan  vintlər  açılır  və  tıxac  kəmər  içərisinə 
buraxılır.  Bu  zaman  ərzində  nasoslar  və  atqı  xətləri  sement 
məhlulunun  qalıqlarından  təmizlənir.  Boru  arxası  fəzada 
sement  məhlulunun  yüksək  sürətini  təmin  etmək  üçün  basıcı 
mayenin  sementləyici  aqreqatlara  yığılması  zamanı  əmələ 
gələn  dayanmanı  minimuma  endirmək  lazımdır.  Basıcı 
mayenin  sementləmə  aqreqatlarındakı  ölçülü  baklara  (çənlərə) 
yığılma sürəti, baklardan quyuya vurulma sürətindən bir qədər 
çox olmalıdır. 
 
10.15. Sementləmədə istifadə edilən reagentlər.  
Sement məhlulunun xassələrinin tənzim edilməsi. 
 
Quyuların  dərinliklərinin  artması,  mürəkkəb  geoloji 
texniki  şəraitlər,  qazımanın  texnologiyasının  və  texnikasının 
təkmilləşdirilməsi  tamponaj  materiallarına  və  onlardan 
hazırlanan  məhlullara  olan  tələbləri  ciddiləşdirir  və  yüksəldir. 
Bu tələbləri ödəmək üçün sement məhlullarının və sonra əmələ 
gələcək  sement  daşının  xassələrini  dəyişdirmək  lazım  gəlir. 
Buna isə sement məhlulunu kimyəvi reagentlərlə emal etməklə 
nail olurlar. 
Tamponaj məhlullarının – tutuşma başlanğıcını bərkimə 
müddətini, sıxlığını, su verməsini, reoloji xassələrini (dinamik 
sürüşmə  gərginliyini 

0
  və  struktur  özlülüyünü 

),  çökmə 
qabiliyyətini  kimyəvi  reagentlərin  əlavə  edilməsi  ilə  tənzim 
etmək  mümkündür.  Sement  məhlulunun  bərkimə  müddətini 
(SBM) tezləşdirmək üçün ona NaCl, CaCl
2
, kalsiumlu soda və 
maye şüşə əlavə edirlər. Bunlardan başqa xlorlu alyuminium və 
xlorlu əhəngdən də istifadə etmək olar. 


 
             
 
NaCl  və  CaCl
2
  sement  məhlulunun  özlülüyünü  də 
azaldırlar. 
Tamponaj  məhlullarının  tutuşma  başlanğıcını  ləngidən 
reagentlərdən  ən  çox  sulfit  spirt  cecəsindən  (SSC)  istifadə 
edirlər.  Bu  zaman  yaranan  köpüklənmənin  qarşısını  almaq 
üçün (NQK) neytrallaşdırılmış qara kontaktdan istifadə edirlər. 
130
0
S  temperaturaya  qədər  ləngidici  sifətilə  KMC-dən 
istifadə etmək məsləhətdir. O sement məhlulunun su verməsini 
də azaldır. 
Ləngidici  kimi  (MKPF)  meşə  kimyası  polifenolu, 
(HEPAN)  hidrolizə  edilmiş  poliakrilonitril,  xrompik  (natrium 
bixromat  Na
2
Cr
2
O
7
  və  kalium  bixromat  K
2
Cr
2
O
7
),  çaxır  daşı 
turşusu (ÇDT), texniki çaxır daşı (TÇD) limon turşusu və s-dən 
istifadə edirlər. 
 
10.16. Sement məhlulunun və daşının əsas xassələri. 
 
Sement  məhlulunun  su  verməsi  BM-6  cihazı  vasitəsi 
ilə ölçülür. Sement məhluluna gil, gipan və KMS əlavə etməklə 
suverməni  azaltmaq  mümkündür  (gil  10-20%,gipan  yaxud 
KMS – 1,0 

1,5%). 
Sement 
məhlulunun  qatılaşması  konsistometrlə 
ölçülür.  Sement  daha  çox  xırdalanırsa  onun  qatılaşması 
tezləşir, su sement amili artarsa qatılaşma ləngiyir. 
Sement  məhlulunun  qatılaşmasına,  temperatura  və 
təzyiqin  dəyişməsi  ciddi  təsir  edir.  Temperatura  artdıqca 
qatılaşma vaxtı 15 

30 dəqiqəyə düşür. 
Təzyiq  artdıqca  qatılaşma  tezləşir.  Təzyiq  1000  atm-ə 
yaxın olanda qatılaşma vaxtı kəskin surətdə azalır. 
Sement  məhlulunun  tutuşma  vaxtı  sementin  kimyəvi-
mineraloji  tərkibindən,  su  sement  nisbətindən,  məhlula  əlavə 
edilən  kimyəvi  reagentlərdən,  temperaturadan,  təzyiqdən  və 
başqa amillərin təsirindən asılıdır. Təzyiqin və temperaturanın 
(

80–90
0
S)  artması,  hətta  100
0
S  artması  nəticəsində  adi 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə