kəmər içərisinə balta ilə birlikdə qazıma kəməri burxıb
sementləmə tıxaclarını qazırlar,qazıma kəmərini sement
stəkanına qədər buraxıb quyunu yuyurlar. Nəhayət kəmər
arxasındakı sement məhlulunun qalxma hündürlüyünü təyin
edirlər.
10.8.
Sementləmənin
keyfiyyətinin
yoxlanması
qaydaları.
Sementləmənin keyfiyyətinin yoxlanması dedikdə:
layların etibarlı izolə edilməsi, kəmərin və kəmər arxası fəzanın
hermetik olması başa düşülür.
Bunlardan əlavə məhsuldar layın sınaqdan keçirilməsi
və laydan quyuya axın yaradılması da sementləmənin
keyfiyyətini xarakterizə edir.
Sementləmənin keyfiyyətini müəyyən etmək üçün
geofiziki tədqiqat üsullarından istifadə edirlər. Nəticədə:
sement məhlulunun kəmər arxası fəzada olan hündürlüyü,
kəmər arxasının hər tərəfdən sement məhlulu ilə doldurulma
dərəcəsi, bərkimiş, sementin kəmərlə və quyu divarı ilə
əlaqəsinin vəziyyəti öyrənilir. Sementləmənin keyfiyyətini
müəyyən etmək üçün radioaktiv karotaj, akustik karotaj və
elektrotermometrik ölçmə işləri aparılır.
Termokarotaj üsulunda temperaturanın kəmər boyunca
dəyişməsinə əsaslanaraq, kəmər arxasında sementin qalxma
hündürlüyünü təyin edirlər. Sement məhlulu bərkiyərkən istilik
alınır. Bu istiliyə görə sementin qalxma hündürlüyü təyin
edilir. Xüsusi olaraq qeyd edilməlidir ki, sementin bərkimə
vaxtından çox keçərsə elektrotermometrlə ölçmə öz
əhəmiyyətini itirir.
Qamma karotajın köməyi ilə isə kəmər arxasındakı
sementin perimetr üzrə qalınlığı, kəmər arxasındakı laylar
arasında əlaqənin olub olmaması öyrənilir.
Akustik karotajın köməyi ilə kəmər arxasındakı sement
məhlulunun hündürlüyü, sementin kəmər və quyu divarı ilə
kontakt dərəcəsi öyrənilir.
10.9. Kəmərin hermetikliyə yoxlanması
Kəmər arxasındakı sement məhlulu bərkidikdən sonra
və geofiziki yol ilə sementləmənin keyfiyyəti yoxlandıqdan
sonra kəmər hermetikliyə yoxlanır.
Bu məqsədlə: 1. kəmər içərisində əlavə təzyiq yaradılır.
2. kəmər içərisindəki mayenin səviyyəsi aşağı salınır («Qoru-
yucu kəmərlərin sementləməsi üsulları» sərlövhəsinə bax).
10.10. Sementləmə zamanı baş verən
mürəkkəbləşmələr
Sementləmə zamanı aşağıda qeyd edilən mürəkkəb-
ləşmələr baş verə bilər: tamponaj məhlulunun və qazıma
məhlulunun udulması, qaz təzahürləri, kəmər arxası fəzada bir
laydan başqa laya axın, sement məhlulunun kəmər arxası
fəzada tələb edilən hündürlüyə qaldırılmaması, kəmərin
başmağının açıq olması və s.
Udulma – sementləmə zamanı quyu divarına yüksək
təzyiqin yaranmasının nəticəsidir. Buna səbəb:
-
udulma təzyiqini, hidrodinamik təzyiqi və sementləmə
hündürlüyünü nəzərə almadan sement məhlulunun
sıxlığının seçilməsi;
-
turbulent axın rejimi üçün hidrodinamik təzyiqi nəzərə
almamaq, məhlulun hərəkət sürətini düzgün seçməmək,
həlqəvi fəzada yaranan təzyiqin udulma təzyiqindən
çox olmasına fikir verməmək;
-
qoruyucu kəmərin quyu içərisində eksentrik yerləşməsi
nəticəsində sement məhlulunun kəmər arxası fəzada
birtərəfli hərəkət edərək sonra bərkiməsi;
-
sement məhlulunun vaxtından əvvəl tutuşmağa başla-
ması;
-
quyu divarının keçiriciliyi yüksək olan intervallarında
tamponaj məhlulunun susuzlaşması nəticəsində tez
tutuşması;
-
sementləmə üsulunun və rejiminin düzgün seçilməməsi;
-
tamponaj məhlulunun seçilməsi zamanı təzyiq və
temperaturun təsirinin lazımınca qiymətləndirməməsi;
-
sementləmə zamanı buruqda sement məhlulunun
hazırlanma reseptini pozmaq da mürəkkəbləşməyə
səbəb ola bilər, yəni məhlulda suyun miqdarı azalarsa
sement tez tutuşmağa başlayar, suyun miqdarı çox
olarsa, sementləmənin keyfyiyyəti aşağı düşər;
-
kavernaların həcminin düzgün təyin edilməməsi –
kəmər arxası fəzada sement məhlulunu tələb edilən
hündürlüyə qaldırmağı mümkünsüz edər, bu isə
mürəkkəbləşməyə səbəb ola bilər.
10.11. Manjetlə sementləmə
Kiçik təzyiqə və yüksək dərəcədə drenajlığa malik
laylar qarşısında normal sementləmə aparılmazsa, layın verimi
və quyunun məhsuldarlığı kəskin surətdə aşağı düşər. Belə ki,
quyu dibinə axın kanallarının sement məhlulu ilə tutulması
layın verimini azaldır. Belə hallarda istismar kəmərinin neftli-
qazlı lay qarşısında olan hissəsi perforasiya edilmiş borudan
yəni süzgəcdən təşkil edilir. Süzgəcdən yuxarıda qoruyucu
kəmərin aşağı borusunun divarında deşiklər açılır. Süzgəclə,
deşik açılmış boru arasında düz klapan yerləşdirilir. Bu klapan
yalnız aşağıdan yuxarıya hərəkətə imkan verir. Düz klapan
yerləşdirilmiş borunun xaricində manjet yerləşdirilir. Manjetin
vəzifəsi sement məhlulunun aşağıya hərəkət etməsinə imkan
verməməkdir. Manjet qıf şəklində olub elastik materialdan
hazırlanır, hündürlüyü 60-70 sm olur yuxarı diametri quyunun
diametrindən bir qədər çox olur. Manjet ya elastik rezindən ya
da dəri materialından hazırlanır.
Dostları ilə paylaş: |