Son illər erməni təcavüzünə məruz qalmış bütün Azərbaycan xalqı



Yüklə 0,66 Mb.
Pdf görüntüsü
səhifə20/47
tarix11.04.2018
ölçüsü0,66 Mb.
#37949
1   ...   16   17   18   19   20   21   22   23   ...   47

2.2 Plovlar
● 69
Şuşa
 

Çolpalı plov 
Tərkibi:_Yağ_–_100_qr._Soğan_–_200_qr._Çolpa_–_1_kq._Zoğal_axtası_–_20_qr._Duz_–_5_qr_Zəfəran_–_2_qr__Hazırlanması'>Tərkibi:
Yağ – 100 qr.
Soğan – 200 qr.
Çolpa – 1 kq.
Zoğal axtası – 20 qr.
Duz – 5 qr 
Zəfəran – 2 qr
Hazırlanması:
Düyü 3 saat müddətində duzlu suda saxlanılır. Sonra qaynadılaraq süzülür, 
yağ və zəfəran tökülür. Çolpa qaynadılır, sonra soğan yağda qızardılıb üzərinə 
nar və yaxud zoğal əlavə edilir. Çolpanın içərisinə yığılaraq düyünün altına 
qoyulur bir saat dəmdə saxlanılır. 
Ağdam
 

Çolpa plov
Tərkibi:
Toyuq – 1 kq.
Düyü – 400 qr.
Yağ – 160 qr.
Soğan – 100 qr.
Baş soğan – 200 qr.
Yumurta – 4 ədəd.
Zəfəran – 2 qr.
Duz – 10 qr, istiot 2 qr.
Hazırlanması:
Гайнанмыш  суйа  дуз  ялавя  едилир,  сонра  чолпа  щямин  суйа  атылараг 5 дяги-
гя гайнадылыр. Сонра чолпа судан чыхарылыр, дцйц тюкцлцр. Дцйц сцзцлдцкдян 
сон ра соьан, нар, ярик гурусу, кишмиш, сары кюк, истиот гарышдырылараг чолпанын 
ичиня йыьылыр, чолпа газанын ичиня гойулур, йаь ялавя едиляряк дцйц чолпанын 


Qarabaü mÿtbÿxi
70 ●
цзяриня тюкцлцр. Зяфяран, сарыкюк, даь едилмиш йаь ялавя олунур вя vam од 
цзяриндя дямя гойулур. Тяхминян 1,5-2 саат дямдя галыр.
Xocavwnd
 

Çolpa plovu
Tərkibi:
Düyü – 1 kq.
Soğan – 300 qr.
Albuxara və ya sarı alça turşusu – 100 qr
Xurma – 200 qr.
Kişmiş – 200 qr.
Ərik – 100 qr.
Çolpa – 1 ədəd
Sarıkök – 15 qr.
Yağ – 150 qr.
Duz – 60 qr
Hazırlanması:   
Əvvəlcədən təmizlənmiş çolpa xırda-xırda doğranılır. Sonra 3 kq düyü 
təmizlənir, suya tökülür və qaynadılır. 250 qr soğan, qurudulmuş alça, ərik 
qurusu, kişmiş, xurma və çolpa bir yerdə yağda qızardılır. Qaynanmış düyü 
süzüldükdən sonra üzərinə sarıkök  əlavə edilərək dəmə qoyulur. 20 dəqiqə 
dəmdə qaldıqdan sonra qovurma ilə bərabər süfrəyə veririk.
Nəticə:
Çolpa plovun hazırlanmasında istifadə olunan ərzaqlarda bəzi fərqlər var. 
Şuşada bu plova zoğal axtası, Ağdamda yumurta, Xocavənddə isə albuxara 
və ya sarı alça turşusu, xurma, kişmiş, ərik, sarıkök əlavə olunur. Hazırlanma 
qaydası hər üç rayonda eynidir. 


2.2 Plovlar
● 71
Qubadlı
 

Döşwmw plov
Tərkibi:
Düyü – 1 kq.
Çolpa – 2 ədəd
Soğan – 200 qr.
Ərinmiş yağ – 500 qr.
Muxəşər – 300 qr. 
Duz – 60 qr.
Sarıkök – 5 qr.
Hazırlanması:
Çolpalar doğranmamış, soğan isə halqa –halqa doğranaraq duzlanır. Müxəşər 
isladılır. (zoğal turşusu) Odun üstünə qaynamaq üçün mis qazanda su qoyulur. 
Düyü yaxşı-yaxşı yuyulduqdan sonra duzlu suda isladılır və su qaynayana qədər 
islaqda qalır. Su qaynadıqdan sonra duz atılaraq düyü qazana tökülür. Düyü 
suda qaynayan zaman bir neçə dəfə mis kəfkirlə qarışdırılır. Düyü uzandıqda, 
yaxud suyun üzərində oynamağa başlayanda çətəndə (qamışdan düzəldilmiş) 
yaxud aşsüzəndə süzülür. Su süzüldükdən sonra çətəndəki düyü yenidən başqa 
qabın üzərinə qoyulur ki, düyünü buxar vurub əzməsin və su tamamilə çəkilsin. 
Mis qazana ərinmiş nehrə yağı atılaraq odun üstünə qoyulur. Yağ yaxşıca 
əridikdən sonra qazanın dibinə bir kəfkir düyü səpilir. Sonra çolpalar ortadan 
açılmış vəziyyətdə arxası üstə qazanın dibinə düzülür. Müxəşərlə qarışdırılmış 
soğan əlavə olunur və üzərinə düyü tökülür. Düyüyə azacıq sarıkök və yaxud 
zəfəran vurulur. Yenidən qazan vam odun üzərinə  dəm almaq üçün qoyulur. 
Plovun yaxşı bişməsi üçün qazan odun üstündə bir neçə dəfə fırladılır və dəmi 
alınır. Qazandakı düyünün qıraqları bir qədər quruduqda artıq yemək hazırdır. 
Düyü yağlanır, buluda çəkilərək yuxa çörəklə süfrəyə verilir. 
Ağdam
 

Döşwmwli plov
Tərkibi:
Çolpa – 1 kq.
Düyü – 1 kq.


Qarabaü mÿtbÿxi
72 ●
Kişmiş – 150 qr.
Yağ – 200 qr.
Duz – 60 qr.
Hazırlanması:
Çolpa doğranılır, istiot və duz vurulur, qazana düzülür. Düyü qaynayır içinə 
kişmiş atılır. Çolpanın üzərinə tökülür, yağ da Əlavə olunur sonra da az odda 
dəmə qoyulur.
Düyü qaynadılır, sonra dəmə qoyulur. Sümüksüz ət xırda-xırda doğranılır, 
qaynadılır, çoxlu soğan doğranılıb qovrulur, kəvər iki yerə bölünür, soğanın 
üzərinə tökülüb qovrulur. Sonra üzərinə ət tökülür və qatışdırılır.
Nəticə:
Döşəmə plovun hazırlanmasında istifadə olunan ərzaqlarda bəzi fərqlər 
var. Qubadlıda döşəmə plova muxəşər və sarıkök vurulur, Ağdamda isə kişmiş 
əlavə olunur. Hazırlanma qaydası hər iki rayonda demək olar ki, eynidir.
Şuşa
 

Wvwlikli aş 
Tərkibi:
Əvəlik – 80 qr.
Yağ – 50 qr.
Qatıq – 200 qr.
Sarımsaq – 1 diş
Duz – 5 qr.
Hazırlanması:
Yumru düyü duzlu suda bişirilir. Bişənə yaxın doğranıb isti suda islağa qoyulmuş 
əvəlik sıxılıb acı suyu çıxandan sonra düyüyə qatılaraq bişirilir. İçərisinə əridilmiş 
yağ tökülür və dəmə qoyulur. Əvəlikli aş sarımsaqlı qatıqla yeyilir. 


2.2 Plovlar
● 73
Qubadlı
 

Wvwlikli plov
Tərkibi:
Düyü – 1 kq.
Qurudulmuş əvəlik – 200 qr. və ya təzə əvəlik 800 qr.
Ərinmiş yağ – 300 qr.
Soğan – 100 qr.
Duz – 60 qr.
Yuxa çörək – 2 ədəd
Hazırlanması:
Düyü yaxşı-yaxşı yuyulduqdan sonra duzlu suda isladılır və su qaynayana 
qədər islaqda qalır. Su qaynadıqdan sonra duz ataraq düyü qazana tökülür. 
Düyü bir qədər uzandıqda süzülür. Su süzüldükdən sonra aşsüzəndəki düyü 
yenidən başqa qabın üzərinə qoyulur ki, düyünü buxar vurub əzməsin və su 
tamamilə  çəkilsin. Qazana ərinmiş yağ atılaraq odun üstünə qoyulur. Yağ 
yaxşıca əridikdən sonra qazanın dibinə yuxa sərilir, yuxanın üstünə bir kəfkir 
düyü və doğranıb duzlanmış soğan səpilir və düyü yağlanaraq tökülür. Təzə 
əvəlik doğrandıqdan sonra yaxşı-yaxşı yuyularaq bir qədər başqa qabda 
qaynadılır və sonra qazana düyünün üzərinə tökülür. Yenidən qazan vam odun 
üzərinə dəm almaq üçün qoyulur. Aşın yaxşı bişməsi üçün qazan odun üstündə 
bir neçə dəfə fırladılır və dəmi alınır. Qazanın yanına bir qədər su çilədikdə 
su yumurlanıb cızıltıyla düşürsə yemək hazırdır. Düyü buluda çəkilərək üstü 
qazmaqla bəzənir və qovurma ilə ayrı-ayrı qablarda, yanında yuxa çörəklə 
süfrəyə verilir.
Nəticə:
Əvəlikli aşın hazırlanmasında istifadə olunan ərzaqlarda bəzi fərqlər var. 
Şuşada bu plov sarımsaq-qatıqla süfrəyə verilir. Qubadlıda isə soğan vurulur, 
yuxa-çörəklə süfrəyə verilir. Hazırlanma qaydası isə hər iki rayonda eynidir.


Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə