708
ağaya olan ümidlərim hədər deyilmiş. Əlimərdan bəy, təsəvvür
edə bilməzsən, 1891-ci ildə yazdığı “Zaqafqaziya müsəlmanlarını
necə adlandırmalı” yazısına görə onu çar xəfiyyəsi nə qədər çək-
çevir etdi. Həmin məqaləsində o elə mövzulara toxunurdu ki, hər
baş redaktor cürət edib belə yazını dərc edə bilməzdi. Mən onun
“Moskovskie novosti”
164
və sair qəzetlərdə Türkiyə, Rusiya, İran,
Hindistan siyasətinə aid təhlilli yazılarını da oxumuşam. Açıq
görünürdü, bu adam çox savadlı, milli ruhlu bir insandır”.
Sonrakı dövrdə Həsən bəy “Şərqi-rus”un bütün nömrələrini
alaraq oxuyurdu, ana dilində çıxan bu qəzetə rəğbəti getdikcə
artırdı. O, qəzetdə qadın azadlığına həsr olunmuş rubrikanı Hənifə
xanıma tapşırmışdı ki, bu yazıları qoy bütün qız şagirdlərimiz
oxusun. “Yazıların mənasını və sətiraltı işarələrini qızlara izah
etmək və başa salmaq lazımdır”.
Qəzetin növbəti nömrəsində Əlimərdan bəyin adından
“Kaspi”çilərin təbriki dərc edildi.
164
Moskovskiye novosti” – Rusiyanın 1930-cu ildən əsası qoyulmuş gündəlik
ictimai-siyasi qəzeti. Qəzetin əsasını qoyan amerikan jurnalisti Anna Luiza
Stronqdur.
709
Azərbaycanlı aydınların üz-üzə
qoyulmasına göstərilən cəhdlər
Son bir neçə ay içərisində çarın gizli xəfiyyələri günü-gündən
mübarizləşən azərbaycanlı aydınlar və ziyalılar arasında ciddi
iş aparırdı. Xüsusən, Tiflisdə məskunlaşıb fəaliyyət göstərən
ziyalılarla Bakıda fəaliyyət göstərənləri qarşı-qarşıya qoymağa,
milli aydınlar və fəal azərbaycanlılar arasında nifaq salmağa ça-
lı şırdılar. II Nikolay və onun yerli əyanları Rusiyada yetişən və
ucqarlarda da izsiz ötüşməyən inqilabi vəziyyəti yumşaldıb
beşiyindəcə boğmağa cəhd göstərirdi.
Azərbaycanda milli oyanış getdikcə açıq-aşkar özünü büruzə
verirdi. Xarici ölkələrin qabaqcıl universitetlərində təhsil alaraq
Azərbaycana dönən gənc aydınlar müxtəlif vasitələrlə kütlələr
içərisinə yol tapır, əhalinin maariflənməsinə, öz haqlarını dərk
edərək tələb etmələrinə yardım göstərirdilər. Tiflis və Bakıda dərc
olunan qəzetlərdə hər gün yeni-yeni maarifləndirici məqalələrlə
çıxış edən gənc və təhsilli azərbaycanlı aydınların fəaliyyətini
zəiflətmək mümkünsüz görünürdü. Odur ki, çar xəfiyyəsi ermə-
ni lərdən istifadə edərək belə savadlı azərbaycanlıları bir-birinin
üzərinə qaldırmağa cəhd edir və milli oyanışı ləngitməyə çalışırdı.
Bu istiqamətdə onlar Məhəmməd ağa Şahtaxtılı və onun Tiflisdə
dərc olunan “Şərqi-rus” qəzetilə Əlimərdan bəy Topçubaşov,
Əhməd bəy Ağayev və Bakıda dərc olunan “Kaspi” qəzeti arasında
ilk qarşıdurmanı yaratmağa çalışdılar və müəyyən qədər buna nail
ola bildilər.
Tərəflər arasında salınmış ixtilafın getdikcə güclənməsi və
“Şərqi-rus” “Kaspi” qarşıdurmasına çevrilməsi son günlərdə
Həsən bəyi əməlli-başlı üzürdü. O bu ixtilafı qətiyyən həzm edə
bilmirdi: “Allahım, bu nə işdir? Bu millətin ağıllı, təhsilli və ziyalı
övladları niyə bir-birini həzm edə bilmir. Əslində, həzm etsələr,
ittifaq yaranar, ittifaq yarananda onların arasında duranlar məğlub
olarlar. Ona görə bəziləri var gücləriylə millətin ağıllı, təhsilli
710
insanlarını üz-üzə qoyur” – ürək ağrısıyla düşünürdü.
Həsən bəy tez-tez Əlimərdan bəylə Əhməd bəyə əsəbiləşir,
sübut etməyə çalışırdı ki, Məhəmməd ağa heç vaxt Zeynalabdin
Tağıyevə qarşı olmayıb, əksinə, onun qız məktəbi ideyasını həmişə
qəzetlərdə təbliğ edib.
Həsən bəy Məhəmməd ağaya da ərkyana tənbeh məktubu
ilə müraciət də etmiş, Hacının düşərgəsindən olan yazarlarla
qarşıdurma yaratmamağı xahiş etmişdi.
O məhz indi milli birliyin, xüsusən də, ziyalılar arasında
mütəşəkkilliyin vacibliyinin millətə hava-su kimi lazım olduğunu
hamıdan çox dərk edir, bu yöndə ciddi mübarizə aparırdı.
Həmin günlər yenə də çar xəfiyyəsinin təhriki ilə Bakıda
ermənilər də çox fəallaşmışdı, Dumada bir-birinin ardınca anti-
azərbaycan mövqeyi sərgiləməyə nail olmuşdular. Bu hal da Duma
qlasnısı kimi Həsən bəyin əsəblərini ciddi şəkildə təhdid edirdi.
O, nə qədər büruzə verməməyə çalışsa da, bütün bunlar onun
səhhətinə pis təsir edirdi.
Ümumiyyətlə, Dumanın erməni üzvlərinin Həsən bəyi və
digər azərbaycanlı ziyalıları görməyə gözləri yox idi. Onlardan
biri hətta bir dəfə yerindən qışqıraraq: “Böyük məsələlər qalıb bir
yanda, bizsə Həsən bəyin tatarlara aid cəfəng tələblərini müzakirə
edirik. Biz bu tatarların kiçik müşküllərinə vaxt sərf etməyəcəyik
ki,” – deyəndə Həsən bəy onun cavabını vermişdi:
– Cənab Ambarsumov,
165
neyləmək olar, hər dəfə sizin
mənasız məsələləriniz Dumada müzakirə edilərək həll olunanda
qoy bir dəfə də bizim kiçik məsələlərimiz həll olunsun. Özün də
unutma ki, biz tatar yox, azərbaycanlıyıq!
– Bizə, ermənilərə toxunma. Biz tarixi millətik.
– Mən keçən dəfə sənə başa salmaq istədim, amma görünür,
sona qədər izah etməmişəm. İndisə izah edim. Qulaq as. Elə əsl
saxta, tarixi olmayan millət sizsiniz. Saxta yolla “erməni” adı nı
mənimsəyərək, özünüzə tarix uydurmusunuz. Məgər siz bil mir-
165
Vladimir Ambarsumoviç Ambarsumov (1892-1937) – rus pravoslav
kilsəsində keşiş