711
siniz ki, qədim türk tayfaları olan “ərmən”lərlə siz hayların heç
bir bağlılığı yoxdur? Bir tayfa kimi müəyyən səbəblərdən süquta
uğramış, tarix səhnəsini tərk etmiş “ərmən” xalqının adını və şöhrətli
tarixini mənimsəyərək yalandan özünüzə tarix uydurmuşsunuz.
Ambarsumov Dumada ermənilərin ən fəal üzvü idi, yeri gəldi-
gəlmədi azərbaycanlıları sıxışdırırdı. Bu dəfəsə o, Həsən bəyin sərt
və məntiqli çıxışı qarşısında aciz qalaraq susmağa məcbur oldu.
Bir az sonra Dumanın foyesində Ambarsumyanın üzünə su vurub
ayıltdılar.
Dumanın növbəti iclasında Bakının su məsələsi müzakirə
olunurdu. Ambarsumov Bakıya içməli suyun çəkilməsinə mane
olmaq istəyirdi. Çünki onun şəhər ətrafındakı sahəsində şirin sulu
iki quyusu vardı, həmin suyu şəhərdə satdıraraq əməlli-başlı pul
qazanırdı. Dumada təklif ediləndə ki, şəhərə içməli su çəkilməsi
müakirə olunsun, o, növbəti dəfə bir neçə digər həmfikirli dostu ilə
buna etiraz etdi.
Bu dəfə də Həsən bəy söz alaraq qeyd etdi ki, söhbət Bakı
əhalisinin təmiz su təminatından gedirsə, buna necə etiraz etmək
olar. Cənab Ambarsumovun niyə mane olmaq istədiyini hamı bilir.
O, bu işə mane olaraq şəhər əhalisi içərisində qızdırma yaradan,
ona məxsus quyu suyunu satdırıb ciblərini doldurmaq istəyir, biz
isə şəhər camaatına təmiz içməli su tələb edirik.
İclasda bu məsələ ətrafında mübahisələr getdikcə dava-dalaşa
yol açdı, müzakirələrin davamı növbəti iclasa saxlanıldı.
Həsən bəyi ələ almaq istəyən Ambarsumov gecə onun evinə
adam göndərib bu işə görə pul təklif etdi. Həsən bəy Ambarsumovun
adamlarının pul təklifindən qəzəbləndi, gələnlərə söylədi ki, gedin
o avam, cahil, tamahkar erməniyə söyləyin ki, Həsən bəyi pulla,
bəxşişlə yolundan döndərmək mümkün deyil.
Həsən bəy sabahı gün Ambarsumovla və bütün erməni
heyətilə yenə üz-üzə gəldi, məsələ elə hal aldı ki, o, Ambarsumova
“yaramaz” söyləyərək səsini qaldırdı.
Ambarsumovsa Həsən bəyi duelə çağırdı.
– Sən pulla əldə edə bilmədiyin şərəfi mənimlə duelə çıx-
maqdan qazanmaq istəyirsən. Bir daha təkrar edirəm, sən o qədər
712
yaramazsan ki, mən bu şansı sənə vermərəm!
Ermənilər tələb edirdilər ki, Həsən bəy Ambarsumovu təhqir
etdiyinə görə cəzalandırılsın. Amma Duma onları dəstəkləmədi.
Həsən bəyin halı bu hadisədən sonra bir müddət pisləşdi,
uzun zaman müalicə aldı. Özünü nisbətən yaxşı hiss edən kimi o,
yenidən ictimai-siyasi proseslərə qatıldı.
1903-cü ilin sonlarında Həsən bəyin səhhəti yenidən pisləş mə-
yə başladı. Onun son günlər tez-tez xəstələnməsi bütün dostlarını,
ailəsini ciddi narahat edirdi. Havaya yüngül bir külək, yaxud sazaq
gələn kimi, Həsən bəyin baş ağrıları tutar, qızdırması qalxardı.
Hacı Zeynalabdin bir gün Əlimərdan bəyi çağıraraq Həsən
bəyin səhhətindəki narahatlıqların səbəbini, müalicəsi üçün nə
lazım olduğunu soruşdu.
– Bilirsiniz, Hacı, Həsən bəyi vaxtsız qocaldan, iflic keçir-
mə sinə səbəb onun inadcıl xarakteri və qeyrətidir. Bu adam heç
nəyə biganə qala bilmir. Hamının dərdini çəkir, bütün millətin
qayğılarıyla yaşayır, insanların ağrılarını ürəyinə salır. Xalqın
təhsili və savadlanması yolunda min-min əzablara dözdü, məktəb,
xeyriyyə cəmiyyəti yaratmağa, “Əkinçi”nin vasitəsi ilə insanları
maarifləndirməyə çalışdı. Dağ, dağlığıyla belə yüklərə tab gətirə
bilməzdi, Həsən bəy dağdan da güclü olduğu üçün indiyə kimi
dözə bilib.
– Deyirəm, bəlkə, Həsən bəyi Almaniyaya göndərək,
qoy əməlli-başlı müalicə olunub qayıtsın, – Hacı Zeynalabdin
Əlimərdan bəyə öz köməyini təklif etdi.
– Bir onunla danışım, bəlkə, razı sala bildik, – Əlimərdan bəy
cavab verdi.
Nə Əlimərdan bəy, nə də Hənifə xanım Həsən bəyi müalicəyə
getməyə razı sala bilmədilər. Onlar nə qədər çalışdılarsa, o razı
olmadı. Həsən bəy cavabında hər dəfə israrla dedi: “Unutmayın,
hər insanın alın yazısı var, bir gün yaranan bir gün də gedəcək. Siz
və doktorlar neyləsəniz də, o taleni poza bilməzsiniz. Mənim hələ
xeyli yarımçıq işlərim var, imkan verin onları tamamlayım. İşimiz
tökülüb qalıb, siz də deyirsiniz ki, mən aradan çıxım. Olmaz! İşləri
sahmana salaq, sonra baxarıq!”
713
1905-ci il, 18 yanvar, Bakıda böhran
Rusiyadakı siyasi böhran mərkəzi şəhərlərdə əhalinin kortəbii
üsyanlarına səbəb olmuşdu. II Nikolayın hakimiyyəti illərində
monarxiya rejimi getdikcə özünün tam səbatsızlığını büruzə
verir, artıq bütün imperiya əhalisi bu vəziyyətlə barışmaq fikrində
olmadığını açıq nümayiş etdirirdi. Yerli dərnəklər də yavaş-yavaş
təşkilatlanaraq öz mütəşəkkilliyini artıran sosial-demokratlarla
birgə hakim rejimə qarşı etiraz edirdilər.
Bakı Rusiya imperiyasının ən qaynar şəhərlərindən biri idi.
Burada sosial-demokratik hərəkatı bir qədər fərqli təzahür edirdi.
Xüsusən, şəhərə yerləşdirilmiş ermənilər tez-tez yerli şəraitin və
ümumi maraqların əleyhinə gedərək, gah sosial-demokrat qismində
imperiya maraqlarına qarşı, gah da milli-azadlıq hərəkatlarına
qarşı çıxırdılar. Ermənilərin belə sürüşkən mövqeyindən, qeyri-
sabit siyasətindən məharətlə faydalanan çar xəfiyyəsi, onlardan
azərbaycanlı fəal ziyalılara qarşı istifadə edirdi. Bakı erməniləri
yerli fəalların bir-birilə birləşməsinə, təşkilatlanaraq mütəşəkkil
qüvvəyə çevrilməsinə, ümummilli tələblərdən çıxış etməsinə ciddi
maneələr törədirdilər.
Belə zamanda Həsən bəyin səhhətinin yaxşılaşmasına ciddi
ehtiyac vardı. Bu gün onun evində toplaşan azərbaycanlı aydınların
əsas müzakirə mövzusu “Rusiyadakı imperiya hakimiyyətinin
böhranı və Bakıdakı ziyalıların fəaliyyəti”nə həsr olunmuşdu.
Əlimərdan bəy yenə adəti üzrə arxalandığı ziyalıları fikir
mübadiləsi üçün bir masa ətrafına toplamışdı.
– Azərbaycan çətin dövrə qədəm qoyur, – Əlimərdan bəy öz
çıxışına başladı, – Bilirsiniz ki, Rusiyada başlayan narazılıqlar
heç də təkcə II Nikolayın rus-yapon müharibəsindəki acınacaqlı
məğlubiyyəti deyil, həm də xalqlar həbsxanası hesab olunan rus
çarizminin artıq ölkəni yaşatmaq, inkişaf etdirmək iqtidarında ol-
mamasıdır. Yaponların qələbəsi həm mərkəzdə, həm də əyalətlərdə
əhalinin kütləvi narazılığına rəvac verib. Hər kəs yeni şəraitdən
bildiyi və bacardığı formada istifadə etməyə çalışır. Əziz dostlar,
Dostları ilə paylaş: |