704
Türkiyəyə doktor olmaq üçün göndərmişdi, sənsə geriyə böyük
bir ideoloq kimi dönmüsən. Allah səni və bizlərin hər birimizi
xata-bəladan qorusun! Bundan sonra qayğımın biri də artdı: səni
Bakının çuğul ermənilərindən, qaz kimi ayıq çar xəfiyyələrindən
qorumaq! Sənin indiki fikirlərin şimşək kimi onları və Bakıdakı
digər türk düşmənlərini vuracaq.
Əlimərdan bəy bir qədər sözlərinə fasilə verərək fikrə daldı.
Sonra üzünü Əli bəyə tutdu:
– Əli, gəlsənə, səni bir müddət Tiflisə göndərək. Daha doğrusu,
Tiflis ətrafındakı Manqlisidə
163
yerləşdirək. Bizim uşaqlar da orda-
dır. Həm bir qədər dincələrsən, illərin yorğunluğu canından çıxar,
həm də yaradıcılıqla məşğul olarsan. Sonra işlərin gedişinə baxarıq,
bir müddət sonra səni Bakıya köçürərik. İndi bu şəhərdə bayaq
söylədiyim təhlükələrlə yanaşı, həm də ciddi xəstəlik təhlükəsi var,
vəba, taun baş alıb gedir. Açığı, qorxuram sənin üçün burada.
– Nə düşünürsən, qoy elə də olsun…
Əlimərdan bəy:
– Əslində, sənin qayıdacağını bilirdim. Sabah dostlara teleq-
raf göndərib qonşuluqda sənə mənzil kirayələməyi xahiş edəcəm.
Əgər sən Manqlisidən xoşlansan, bir müddət orada qalıb yazılarını
yazarsan. Amma məqalələrini “Kaspi”yə də göndərərsən. Səndən
bir ricam da o olacaq ki, imkan olduqca mənim Ələkbərimə də türk
dili öyrədərsən, türk ədəbiyyatı haqqında dərs verərsən. Bu, onun
ana dilinə sevgisini artıra bilər.
Əli bəy:
– Belə görürəm, sənə tabe olmaqdan başqa çarəm yoxdur.
Doğrudan da, bir müddət fikir və ideyalarımı cəmləməyə, məfkurə
anlayışımı cilalamağıma ciddi ehtiyac var.
Əlimərdan bəy, dostum, sən artıq hamıdan yaxşı görürsən
ki, Çar Rusiyası bu məkanda yaşayan xalqların əsl həbsxanasına
çevrilib. Rus imperiyasında da, elə Osmanlının özündə də xalqların
inqilaba qalxması qaçılmazdır. İndi dünyada insanlar daha azad
və yetkin cəmiyyətlər yaratmaq istiqamətində ciddi fəaliyyət
163
Gürcüstanın Tetristkarayski vilayətində şəhər tipli qəsəbədir.
705
göstərirlər. Bir az keçməz, bu ideyalar bizim də məmləkətə
daxil olar, hər birimiz o gün üçün hazır olmalıyıq. Azərbaycanın
müstəqilliyi çox da uzaqda deyil. Bunu hər bir aydın baxışlı ziyalı
görür və görməlidir. Bunun uğrunda biz mübarizə aparmalıyıq.
O zaman mən, icazənizlə, bu gün Salyana gedib, doğmalarımla
görüşərəm. Sabahsa oradan Manqlisiyə gedərəm.
Həsən bəyə də məndən çox-çox salam söyləyin. Əslində,
mənim söylədiyim “türklük, islamlıq, Avropalılıq” ideyasının
rüşeymlərini Həsən bəy daha ehtiyatlı, üstüörtülü şəkildə 1875-ci
ildə “Əkinçi”də qeyd edirdi. Mən hər dəfə yeni fikir və ideyalar
irəli sürən insanlardan Türkiyədə danışanda, tibb fakültəsində də,
dərnək görüşlərində də Həsən bəydən bəhs edərdim.
Əlimərdan bəy:
– Həsən bəyə belə sayğınız və ehtiramınız məni çox sevindirdi.
– Bu gün bizim uğrunda mübarizə apardığımız bir çox qabaqcıl
ideyaların mənbəyi Həsən bəydən, millət atasından gəlir. Biz sadə-
cə, onu yeni şəraitdə, daha sistemli ifadə edirik. Heç birimiz onun
qədər fədakarlıq etməmişik, düşünürəm, edə bilməyəcəyik də.
Əlimərdan bəy:
– Bir saat öncə bir yerdəydik. Səndən də bir xeyli danışdıq.
N.Tolstoyla yazışır, ona məktub yazmışdı, getdi ki, öz əliylə yola
salsın.
Məncə, bizim Həsən bəy rusların Tolstoyu kimi xalqa lazımlı
şəxsiyyətdir. Onların bir-birinə yazdığı həyat, din haqqında
fəl səfi düşüncələr iki böyük insanın tarixi yazışmaları kimi
dəyərləndirilməlidir.
Əlimərdan bəy sonrakı gün Əli bəy Hüseynzadənin ideyaları
və fəaliyyəti haqqında, hətta müvəqqəti olaraq Tiflisə – Pərisoltan
və oğlu Ələkbərin yaşadığı Manqlisiyə yerləşdirməsi haqqında
Həsən bəyə də söyləyəndə Həsən bəy dedi:
– Mərdan, sən də, dünən səninlə tanış etdiyim Məhəmməd
ağa Şahtaxtinski, Əli bəy Hüseynzadə və başqa digər mütərəqqi
gənclərimiz bizim gələcəklə bağlı əsas ümid yerimizsiniz. Biz sizin
hər birinizi Bakıdakı bugünkü çar-erməni irticasından qorumalıyıq.
Əlimərdan bəy:
706
– Doğrudur, mən də sizin kimi düşündüyümdən, onu Manq-
li siyə göndərdim. Əli bəy gələcəyin böyük ideoloqu olacaq, onu,
doğrudan da, qorumaq lazımdır. O bizim xalqın, millətin ictimai
düşüncəsini, milli kimliyini, gələcək inkişafın yolunu düşünmək və
qurmaq gücündə olan adamdır. Sadəcə olaraq, bu adamın inqilabi
düşüncələri Osmanlı idarəçilərinin xoşuna gəlməyib. Bizim milli
inkişafımızın əbədiyaşar yolunu məhz belə insan müəyyənləşdirə
bilər.
Əli bəyin “Türkçüyük, islamıq, avropalıyıq” şüarının içində
bütün türk dünyasının yaşam düsturu öz əksini tapıb. Mən ona
açıq-aşkar demədim, Bakıda siyasi durum gərgindir, onu təhlükə
gözləyir. Belə desəydim, o, əksinə, daha çox burada qalmağa
üstünlük verəcəkdi. Mənim istəyim odur ki, insanlar onun harada
olmasını bilməsin, amma onun “Kaspi”də gedən yazılarını oxu-
yaraq milli şüurlarını inkişaf etdirsinlər. O, bundan sonra daha
təhlükəsiz bir yerdə yaradıcılıqla məşğul olacaq, məqalələrlə
qəzetdə çıxış edəcəkdir. Həm də orada bir qədər bizim uşaqlardan
göz-qulaq olmasını xahiş etmişəm.
707
“Şərqi-rus” qəzetinin fəaliyyəti
1903-cü ilin mart ayının 31-də Həsən bəy bir poçt bağlaması
aldı. Bağlamanın içindən bir gün əvvəl çap olunmuş “Şərqi-rus”
qəzeti və Məhəmməd ağanın məktubu çıxdı.
Məhəmməd ağa yazırdı: “Gözünüz aydın, əziz ustadım Həsən
bəy, fikirlərimizə daim istiqamət verən dahi insan! “Şərqi-rus”un
işıq üzü görməsi münasibətilə hər kəs indi məni, mənsə sizi təbrik
edirəm. hər yeni çıxan qəzetin əsasında sizin ideyalarınız dayanır.
Xalq məsəli var, deyərlər “Zər qədrini zərgər bilər”. Sizsə bizim
söz zərgərimizsiniz.
Əziz dostum Həsən bəy, “Şərqi-rus” qəzeti məmnuniyyətlə
yazılarınızı gözləyir.
Sizə dərin hörmət və sevgi ilə Məhəmməd Şahtaxtılı”.
Həsən bəy qəzet əlində “Kaspi”yə gəldi. İçəri girən kimi dedi:
– Dostlar! Şad xəbər var. Məhəmməd ağa “Şərqi-rus”u çıxardı.
Sizin hər birinizi bu münasibətlə təbrik edirəm. Əlimərdan bəy, ya
sən, ya da Əhməd bəy, sən, hamımızın adından geniş bir təbrik
hazırlayın. Göndərək qəzetdə dərc olunsun, elə “Kaspi”də də
dərc edin. İndi işıq üzü görən hər yeni mətbuat nümunəsi millətin
gələcəyinə dəstəkdir, bizim fəxrimiz, düşünən beynimiz, yazan
əlimizdir.
Daha sonra birlikdə “Şərqi-rus”u vərəqlədilər. Qəzetdə
Sol tan Məcidin, F.Köçərlinin yazısı, M.Ə.Sabirin şeri, Faiq
Nemanzadənin, Rəşid bəy Əfəndiyevin publisist məqaləsi, Mirzə
Cəlilin felyetonu, Məmməd Səid Ordubadinin hekayəsi dərc
olunmuşdu.
Həsən bəy dodaqaltı pıçıltı ilə: “Vallah, alqışlar olsun sənə!
Əsl alqışlanmalı fəaliyyətdir bu. Halal olsun Sultan Ağanın çörəyi
sənə, Məhəmməd!” – Məhəmmədaağa Şahtaxtılını ürəyində
alqışladı.
Sonra Məhəmməd ağanın məktubdakı fikirlərini xatırladı:
“Bu qəzetin hələ farscası da dərc olunacaqmış, – bu dəfə Həsən bəy
sevincini açıq büruzə verməkdən çəkinmədi. “Mənim Məhəmməd
Dostları ilə paylaş: |