714
düşünürəm ki, biz də gərək bu şəraitdən stifadə edək.
Sonra Əlimərdan bəy məclisdə əyləşən qonaqlara əlində bir
dəstə qəzet tutan gənc oğlanı – Üzeyir Hacıbəyovu təqdim etdi,
Sankt-Peterburqda, Tiflisdə, Bakıda dərc olunan müxtəlif mətbuat
orqanlarındakı məlumatlarla məclis əhlini tanış etməyi ondan
xahiş etdi.
Əlimərdan bəy bildirdi ki, Üzeyir bəy Qori müəllimlər se-
minariyasını bitirərək Hadrutda müəllim işləyir. Qardaşı Ceyhun
bəy də çox istedadlı gənc, qələm sahibi kimi gənc yazarlar arasında
tanınmağa başlamışdı. Əhməd bəysə əlavə etdi ki, Üzeyir həm də
yaxşı musiqiçidir, mahnılar bəstələyir.
Üzeyir bəy təvazökarlıqla məclis əhlinə təşəkkür etdi. Sonra
sözə başlayaraq on-on beş dəqiqə içərisində, demək olar, Rusiya
imperiyasındakı bütün siyasi-sosial vəziyyəti, bu vəziyyətlə bağlı
mətbuatda gedən yazılanları diqqətə çatdırdı. Onun məlumatından
belə aydın oldu ki, hökumət Rusiyadakı mövcud böhranlı vəziy-
yə ti, baş verən sosial-siyasi və milli-etnik iğtişaşları nə qədər
gizlətməyə çalışsa da, bəzi faktları mətbuat səhifələrindən tapmaq
mümkündür.
Üzeyir bəyə təşəkkür edən Həsən bəy:
– Hə, dostlar, indi müzakirəyə başlaya bilərik, – deyib üzünü
otaqda əyləşənlərə tutdu, – məlumatlardan da göründüyü kimi bu
müharibə və rusların biabırçı məğlubiyyəti səbəb deyil, olsa-olsa
nəticədir. Rusların Port-Artur
166
məğlubiyyəti həm rus xalqının
bu rejimə qarşı kütləvi narazılığını, həm də imperiya əsarətində
inləyən xalqların müstəqillik qazanmaqda qərarlı olmasını ortaya
qoydu. Xalqların istismarına, insanlara dininə və dilinə, milli-etnik
ayrılığına görə fərqli yanaşmalara son qoyulmalıdır. Bu qədər ayrı-
seçkilik və milli-dini istismar bəsdir.
Əhməd bəy:
– Məncə, biz hazırda daha çox mətbuatdan bəhrələnərək,
ictimaiyyəti fəallaşdırmalıyıq. Bakıdakı müəyyən müsəlman cə-
miyyətlərində, Hacı Zeynalabdinin müəssisələrində xaricdə təhsil
166
Port-Artur – Rus-Yapon müharibəsində ən uzunmüddətli döyüş
715
alıb qayıtmış gənclərimiz işləyir, onları səfərbər edərək isti-
qamətləndirməliyik, bu gənclərin bəziləri fəaliyyətsizdir, çalış ma-
lı yıq ki, onlar fəallaşsınlar və mətbuat səhifələrində görünsünlər.
Həsən bəy:
– Gördünüzmü, o gün bizim bəzi yaramaz erməni qlasnılarını.
Son zamanlar ermənilərin fəallaşmağı elə-belə, təsadüfi hal hesab
oluna bilməz. Onları da bizim üstümüzə yönəldənlər var. Dumada
biz onların hər bir hərəkətinə fəal cavab verməliyik.
Əlimərdan bəy:
– Məndə olan məlumata görə, dekabrın 12-də Sankt-Peter burq-
da rus-yapon müharibəsindən sonrakı vəziyyət müzakirə olunub
və belə bir qərara gəlinib ki, həm əhalinin mövcud narazılıqlarını
yatırmaq, həm də diqqətini yayındırmaq üçün 11 bəndlik “Vətəni
xilas” adlı proqram qəbul edilsin, guya əhalinin adından imperatora
təqdim olunsun. Bununla paralel olaraq mərkəzdən başlayaraq
əyalətlərə qədər bütün strukturlarda hakimiyyəti möhkəmləndirmək
istiqamətində də ciddi tədbirlər görəcəklər.
– Əgər Nikolay belə dövlət qoruyandısa, niyə ermənilərin
bu qədər azğınlaşmasının qarşısını almır? Müharibədə qələbə
çalan yaponlara erməni patriarxının adından təbrik teleqramı
göndərmələrini hamı bilir. Biz buna oxşar bir şey etsəydik, bütün
xalqımızı Sibirə sürgün edərdilər. Amma ermənilərə “gözün üstə
qaşın var” deyən də olmadı, – Əhməd bəy çox əsəbi halda söhbəti
davam etdirdi.
– Doğrudan da, bu teleqramlar bizdən getsəydi, indi Bakı
qan içində üzürdü, – Həsən bəy əlavə etdi.
Əlimərdan bəy:
– Mən bir daha diqqətinizi 12 dekabr “Vətəni xilas” proq-
ra mına cəlb etmək istəyirəm. Orada Rusiyanın bütün əhalisi
üçün müəyyən güzəştlərin tətbiq edilməsi nəzərdə tutulub. Deyi-
rəm, bəlkə, imperator hakimiyyətinin zəifləməsindən doğan bu
yumşaldıcı fərmanından yararlanaraq biz də bəzi məsələləri Du-
ma da gündəmə gətirək. Fürsətdən istifadə edərək illərdən bəri
ça lış dığımız məsələlərin həllinə nail olaq. Məsələn, mən Cənubi
Qafqazda yaşayan müsəlmanların hüquqlarının imperiyanın əra-
716
zi sində yaşayan digər qeyri-müsəlman əhalisinin hüquqları ilə
eyniləşdirilməsi tələbini irəli sürərəm, çarın fərmanına istinad edə-
rək əsaslandıraram, sizsə çıxış edərək məni dəstəkləyərsinizmi?
Həsən bəy, nə deyirsiniz?
Həsən bəy və məclisdəki digər ziyalılar Əlimərdan bəyin
bu təklifini alqışladılar, belə qərara gəldilər ki, növbəti Dumada
danışdıqları kimi də hərəkət etsinlər.
Yanvar ayının 18-də Duma iclası çox gərgin keçdi. Əlimərdan
bəy əsaslı hüquqi və siyasi dəlillərlə çıxış etdi, imperator II Niko-
la yın “humanistliyindən”, onun fərmanı ilə qəbul olunmuş “Vətəni
xilas” proqramının əhəmiyyətindən, yerlərdə bununla bağlı
müəy yən addımlar atmağın zəruriliyindən ürəkdolusu bəhs etdi.
Əlimərdan bəy çıxışını kifayət qədər təsirli notlarda tamamlayaraq
sonda qeyd etdi ki, yer üzündə insanlar Tanrı tərəfindən eyni sevgilə
yaradılıb. Fərqlilik həyatda ancaq əməllərə görə yaranıb. Kimi bu
həyatda xeyirxah əməllərinə görə, iman və vicdanı ilə fərqlənib.
Kimisi isə pisliyi və pis xislətiylə. İnsan yer üzünə çılpaq gəlir,
dünyanı çılpaq da tərk edir. Heç kim dünya malını özüylə qəbirə
aparmır.
Əlimərdan bəy onu da vurğuladı ki, zülmün, ədalətsizliyin
ca vabı çox pis olur. İnsanları dini mənsubiyyətinə görə fərqlən-
dir mək, ayrıseçkilik etmək çox pis nəticələr verə bilər. Gəlin
biz də imperator II Nikolaydan, onun fərmanı ilə qəbul olunmuş
proqramdan nümunə götürüb bu ədalətsizliyi aradan qaldıraq.
Cənubi Qafqazdakı dini ayrı seçkiliyə birdəfəlik son qoyaq!
Duma üzvü Melikyan hamıdan qabaq söz alaraq dedi:
– Əlimərdan bəy, siz nə təklif edirsiniz, imperator həzrətlərinin
mənsub olduğu bir dinlə musurmanlara eyni hüquqmu verək? Ara,
deyəsən, bu Dumada sizə çox üz verilib haa. Bunlara baxın, nə
təklif edirlər…
Əhməd bəy dərhal söz alaraq, erməninin tutarlı cavabını verib
yerində oturtdu. O söylədi ki, bu cənab Melikyandan soruşan la-
zım dır, sən imperator həzrətlərini və onun millətini, dinini be-
lə sevirdinsə, minlərlə müharibə şəhidinin qanı qurumamış ya-
pon imperatoruna ermənilər adından təbrik göndərən erməni
Dostları ilə paylaş: |