723
çıxarıldı, cəzasız qalmalarının əsas səbəbi kimi məhz bu fakt
vurğulandı.
Mart ayının 1-də Əlimərdan bəyin imperatora yazdığı mək-
tu bun nəticəsi olaraq, mərkəzin tapşırığı ilə Dumada müşavirə
çağırıldı.
Şəhər rəisi K.İretskinin
170
rəhbərliyi ilə keçirilən müşavirədə
Əlimərdan bəy, Əhməd bəy, Əsədulla bəy, Həsən bəy, Həbib bəy,
Hacı Aslan, eləcə də bu işə aidiyyəti olan erməni qlasnılar iştirak
edirdilər.
İretskinin rəhbərliyi ilə Bakı qırğınlarını tədqiq edəcək ko mis-
siya yaradıldı. Komissiyaya altı müsəlman, altı erməni, iki neytral
qlasnı daxil edildi.
Komissiyanın fəaliyyəti dövründə ermənilər Rusiya və Qərb
mətbuatına yol taparaq, guya fevral hadisələrində Azərbaycanda
10-15 min erməninin qətlə yetirilməsi haqqında yalan məlumatlar
dərc etdirdilər. Hətta məqalələrdə iddia olunurdu ki, ermənilərin
qırğın planı Fərrux bəy Vəzirovun evində hazırlanıb.
Komissiyanın növbəti iclasında Azərbaycan millətinə atılan
bu iftiranı təmizləmək üçün ermənilərə ciddi şəkildə tələb qoyuldu.
Bundan başqa, Əlimərdan bəy bütün azərbaycanlı ziyalıları sə fər-
bər edərək mümkün vasitələrdən, mətbuatdan və s. istifadə edə-
rək ermənilərin yalan, böhtan kampaniyasına qarşı fəaliyyət gös-
tər məyə çağırdı. Bir az keçməmiş onlar müxtəlif qəzetlərdə azər-
baycanlıların əleyhinə yazı dərc etdirmiş J.Doluxanovdan “Kaspi”
üçün müsahibə aldılar. Müsahibədə J.Doluxanov əv vəl yaz dıq-
larını təkzib edərək, ermənilərin onu aldatdıqlarını bəyan etdi.
Bundan başqa, aprelin 21-22-də Əhməd bəy Ağayevin “Sankt
Peterburqskiye vedemosti” qəzetində Bakı qırğınlarına aid geniş
məqaləsi dərc olundu. Həsən bəy o məqaləni ertəsi gün bütün
Duma üzvlərinə payladı.
Ermənilərin öz mənfur xislətlərini nümayiş etdirmələrindən
sonra Həsən bəy silahdaşlarına məsləhət verdi:
– Biz gərək bundan sonra yaxınlaşan təhlükələri öncədən
170
Konstantin İretski (1842-1918) – Bakı Şəhər Dumasının başçısı
724
duyub lazımi tədbirlərimizi görək. İş-işdən keçəndən sonra baş la-
yırıq başımıza-dizimizə döyməyə. Ümumiyyətlə, əksər türk lər, o
cümlədən, biz azərbaycanlılar bizə pislik edənlərə qarşı kin-küdurət
saxlamırıq. O da, görünür, bizim müsəlmanlığımızdan irəli gəlir.
İslam dinində bağışlamaq həddən artıq yüksək dəyər ləndirildiyi
üçün biz də hər bir pisliyi bağışlamağa adətkər olmuşuq.
Həsən bəy bildirdi ki, ermənilərin bizlərə qarşı belə qanlı
hadisələr törətməsi bununla bitmir. Bunlar qətiyyən dinc dayan-
maz lar. Gündə bir bəhanə tapıb üstümüzə gələcəklər. Gecə-gündüz
ağlayıb-sızıldayıb mərkəzə çatdıracaqlar ki, müsəlmanlar bizi sıxır,
amandı kömək edin. Necə ki, rusların köməyi ilə Azərbaycanda,
Bakıda qarış-qarış özlərinə yer ediblər, bundan sonra da bu fəaliy-
yəti davam etdirərək bizləri bu məmləkətdən sıxışdırıb çıxarmağa
çalışacaqlar.
Əlimərdan bəy də Həsən bəyin fikirlərini təsdiqlədi: “Dostlar,
Həsən bəy tamamilə haqlıdır. Dünən yaşadıqlarımızı yaddaşımıza
əbədi həkk eyləməliyik. Bu gün yaşanan həmin faciənin qarşısını
birtəhər ala bildik. Amma kim zəmanət verə bilər, bir müddətdən
sonra ermənilər yenə baş qaldırmayacaqlar. Bunlar elə millətdir,
məqsədlərinə çatmayınca yerlərində dayanıb-durmazlar. Odur ki,
mən də hesab edirəm, bunlara qarşı fəaliyyət proqramı hazırla-
ma lıyıq. Bu proqram millətin min illər sonra belə ehtiyatı əldən
verməməyində bələdçi olmalıdır. Dinc əhalini erməni silahlı-qul-
dur dəstələrinin hücumlarından, Bakını bütövlükdə erməni-daş-
nak təxribatlarından qorumanın yollarını axtarmalıyıq. Bizim
bü tün bu sahələr üzrə fəaliyyətimizin mükəmməl üsulu işlənib-
ha zırlanmalıdır ki, bir də belə hadisələr təkrarlanmasın. Əgər bu
gün ciddi tədbirlərə əl atmasaq, çox keçməz, fevral qırğınlarını
da unudar, erməniləri bağışlayarıq. Bu unutqanlıq isə yeni-yeni
fəlakətlərə yol açar.
Əhməd bəy:
– Doğrudur, Həsən bəy, bir vaxtlar Şuşada da eyni vəhşi qır -
ğınlar törətmişdilər. Sonra nə oldu, hər şey elə indiki kimi unu-
dul du. Yenə dostluq, kirvəlik, onlardan qız almaq və s. Budur,
mil li unutqanlığın, həddən artıq humanistliyin nəticəsi. Biz hər
725
şeyi unutduq, onlar da özlərini heç nə olmayıbmış kimi apardılar.
Əslindəsə, yenidən hazırlaşaraq bugünkü faciəni törətdilər.
Fərrux bəy Vəzirov:
– Bunlar bizi sınayıblar. Bilirlər, ruslar da onlara heç nə et mə-
yəcək, biz də ciddi bir müqavimət təşkil etməyəcəyik deyə, ayaqları
yer alır. Həm də baxın, Salyanski küçəsindəki silah anbarı, gizli
mətbəə və s. bunlar ki tək ermənilərin işi deyil. Onların Vorontsov-
Daşkov kimi himayəçiləri olmasa, heç nə edə bilməzlər.
İsmayıl bəy Səfərəliyev:
– Mən Həsən bəylə bir işdə də tamamilə razıyam, bu yaramazlar
təkcə müsəlmanlara divan tutmaqla işlərini bitmiş hesab etmirlər.
Onlar həm də törətdikləri vəhşilikləri, terror hadisələrini bizim
boynumuza atırlar, xarici dövlətləri, rus hakimiyyətini inandıra
bi lirlər ki, guya bu faciələri biz törətmişik. Onların bu yalan mə-
lu matlarının qarşısını almaq, müxtəlif mətbuat orqanlarında vay-
şivən qoparmalarını ifşa etmək üçün biz də nələrisə etməliyik. Əks
təqdirdə, etmədiklərimizə görə biz cəzalanacağıq, vəhşilik törədən
ermənilərsə etdiklərinə görə mükafatlanacaqlar.
– Hələ siz görün, bu yaramazlar Bakı Qubernatorunun öl-
dü rülməsini necə ört-basdır etdilər, necə deyərlər, sudan da quru
çıxdılar. Hadisəni törədən erməniyə bəraət verdirdilər. O da indi,
yəqin, növbəti qətl hadisəsini törətməyə hazırlaşır.
Fevral-avqust aylarında Bakının ardınca silahlı erməni qul-
durları Naxçıvanda, Üçmuəzzində, İrəvanda, Cəbrayılda, Şuşada,
Gəncədə, Tiflisdə, Batumidə, Qazaxda, Zəngəzurda və başqa
müsəlman-azərbaycanlı yurdlarında böyük qırğınlar törədiblər.
Bunların bu əməlləri nəinki indiyə qədər düzgün qiymətini alıb,
günahkarlar layiqincə cəzalandırılmayıb da. Əksinə, onların hər bir
hərəkətinə dəstək verirlər, havadarlıq edirlər. Mərkəzi hakimiyyətə
qarşı yerlərdə olub-qalan bütün inam, ümid də yoxa çıxmaqdadır.
Belə hakimiyyətə biz bel bağlayıb, təhlükəsizliyimizi etibar
edə bilmərik! – Əlimərdan bəy söhbətə yekun vurdu.
* * *
Dostları ilə paylaş: |