726
Mart ayının əvvəli olmasına baxmayaraq, Bakıda əməlli-
başlı soyuq idi. Həsən bəy kresloda əyləşərək, axşamdan yağmağa
başlayan lopa-lopa qara baxırdı. Moskvada oxuduğu illəri, həmin
soyuq, qarlı günləri xatırladı birdən. Son zamanlar o, tez-tez
uşaqlığında, gəncliyində yaşadığı maraqlı və qeyri-adi hadisələri
yuxuda görərdi. Bu yuxularında o elə hey yol gedərdi, əşyalarını
toplayaraq, nəyisə, kimisə axtarardı, bəzən də ucadan kimisə bir
az tələsməyə çağırardı. Gözünü açanda özünü o qədər yorğun hiss
edərdi ki, sanki bütün gecəni, doğrudan da, ayaqüstə keçirmişdi.
Hənifə xanım başında qar dənəcikləri içəri girəndə Həsən bəy
hələ də yuxularının təsirində idi. O, Hənifə xanımı görüncə dedi:
– Hənifə, sən bu gün neçənci dəfədir məktəbdən evə qayı dır-
san, evin tikilsin, elə bil evdə uşaq qoyub getmisən. Bu gün sənə
nə olub belə?
– İnan, Həsən, bu gün sənsiz əlim iş tutmur. Məktəbə çatar-
çatmaz evdə nəyisə unutmuş kimi geriyə qayıtmaq istəyirəm. Həm
də düşünürəm, bu nə qardı belə çiçəkləmiş ağacların üstünə yağdı,
bu yazıqlar necə olacaq indi?
– Mənə görə niyə narahatsan, mən uşaq-zad deyiləm ki. O ki
qaldı qarın yağmağına, narahat olma, şaxta olmayacaq. Yazda nə
qədər qar yağsa da, fəslin ömrünü pozmağa gücü yetməz.
Bu gün bizim şahidi olduğumuz vaxtsız qar haqqında maraqlı
bir əfsanə var. Həmin əfsanəyə görə, mart ayının sonuna yaxın
kənddə bir gecə möhkəm qar yağır. Qoca, kimsəsiz bir qarının
keçilərinin yemi bitdiyindən qonşuluqda yaşayan Mərd adlı bir
adamdan borc yem istəyir. Mərd bəhanələr gətirərək qarıya yem
vermir. Bu hadisə Allaha xoş getmir deyə, onun kəramətiylə birdən
hava açılır, ətraf nura boyanır, qarının keçiləri çölə çıxaraq, otlayıb
qarınlarını doyururlar. Bir neçə gün içərisində ağaclar çiçəkləyir,
ətraf yaşıl don geyinir. Mərd baxır ki, onun qışdan qalan otları
xarab olacaq, onları kimə gəldi satır. Bir neçə gün sonra yenidən
vaxtsız qar yağır, bu dəfə Mərdin qoyun-quzusu ac qalır. Beləliklə,
qarının keçiləri qışdan salamat çıxır, Mərdin heyvanlarısa acından
ölür. Qarı öz keçilərindən birinin boynuna:
727
Yaza çıxdı oğlağım,
Mərd gözünə barmağım.
– yazdıraraq qonşusu Mərdə göndərir. Mərd, qarının hədiy yə-
sin dən əməlli-başlı pərt olur, əməlindən peşmanlıq keçirir, düşünür
ki, Xudaya, mənim adım Mərd ola-ola bir bağ ota qıymadım, amma
bu qarı mərdlik göstərərək öz keçilərindən birini mənə bağışladı.
Hənifə, bayaqdan qara baxa-baxa uşaqlığımı xatırlayıram.
Biz uşaq vaxtı bayram çərşənbələrində söylədiyim “Qarı-Mərd”
əfsanəsini danışıb, nəğmə kimi oxuyardıq. Mart mənim həmişə
çox sevdiyim ay olub. Mənə elə gəlir, bu il bizim bütün azar-
bezar da yazın bitməsilə sovuşub gedəcək. Elə mənim xəstəliyim,
narahatlıqlarım da.
Hənifə xanım Həsən bəyin əyləşdiyi mizin yanında yerdən
oturaraq ayaqlarını ovuşdururdu. Keçən gecə Həsən bəyin hərarəti
yenə yüksəlmişdi. Yuxuda sayaqlayaraq Mehralını, Midhəti ça ğı-
rırdı. İki gün idi, bu hal gecələr təkrarlanırdı.
Həsən bəy başını dik qaldıraraq bir anlığa Hənifə xanımın üzü-
nə baxdı, sonra yenə başını aşağı salaraq kövrək-kövrək söhbətinə
davam etdi:
– Hənifə, bu gecə çox qəribə bir yuxu görmüşəm.
– Nə yuxudur elə?
– Vallah, ağıla sığmayan bir yuxuydu. Gördüm, Mehralı,
Midhət, Əlimərdan, Əhməd, Əli bəy və mən digər dostlarımızla
birlikdə Kürün ətrafında məclis qurmuşuq. Birdən güclü külək ha-
mımızı pərən-pərən salır. Sonra leysan yağış yağır, bizim hərəmiz
bir yerdən ağac kimi cücəririk, böyüməyə başlayırıq. Əlimərdan
qış qırır ki, əl-ələ tutun. Mən heç vaxt Kür qırağında belə külək
görməmişdim. Hamını ətrafıma toplayaraq bizim evə tərəf qaçmağa
başladım. Yolun izləri itmişdi, toz-torpaq gözümüzü tutmuşdu, yan-
yörədə heç nə görünmürdü. Biz birtəhər evin alaqapısına çatırıq,
alaqapıdan keçib evə doğru irəliləyirik. Bu an Kürün dalğaları
yüksələrək həyətimizə dolur, yolumuzu kəsir. Gördüm, anam mavi,
qırmızı, yaşıl kəlağayılarını bayraq kimi evin bütün tərəflərindən
asıb bizə yol göstərir. Biz rəngli kərəyağılara istiqamət alaraq evi
728
tapıb içəri giririk. Evə çatanda mən Midhəti, Mehralını, Əlimərdanı
səsləyirəm, amma tapa bilmirəm. Qışqırırdım ki, Allahım, onları
xilas elə, bəlkə, onlar Kürdə batdılar…
Hənifə xanım onun sözünü kəsərək dedi:
– Allah xeyir eləsin, darıxma, yuxudur da. Su aydınlıqdır, sənin
də gecə hərarətin var idi, odur ki, bu su, sənin hərarətini endirib,
yuxun düşərli olub. Özün də tərin içindəydin, sayıqlayırdın.
– Mən nədənsə son dövrlərdə yuxularımın hamısını elə
Zərdabda görürəm, – Həsən bəy bildirdi.
– Bir yerin ağrımır ki?
– Yox, amma ürəyim çox sıxılır, çox da darıxıram. Həm də
hər şey elə bil məni kövrəldir. Daha tez-tez keçənləri xatırlayıram.
Bilirəm, keçən dəfəki iflic beynimi əməlli-başlı zədələyib. Allah
Ambarsumova lənət eləsin. Onun məni pulla satın almaq istəyi
mənə Bakıdakı fevral hadisələri qədər ciddi təsir elədi.
– Görən, bu Əlimərdan niyə gəlib çıxmadı?
– Neyləyirdin Əlimərdanı?
– Hacı ilə görüşəcəkdi. “Həyat” adlı bir qəzet açmaq istəyirlər.
Onu müzakirə etməliydilər.
Bir az keçmişdi, Əlimərdan bəy gəldi.
Qızı Saranı qucağından yerə qoyaraq dedi:
– Hər vaxtınız xeyir! Qış elə bil təzədən qayıdıb…
Hənifə xanım:
– Elədir, amma Həsən deyir, qorxulu deyil, “çillə-beçə”lər
başlayanda belə qısa çovğunlar olur.
Sara qaça-qaça babasının qucağına dırmaşdı.
– Baba, gəldim mənə nağıl danışasan.
– Eləmi, gözəlim, nənəm, körpəm. Elə indicə sənə gözəl-gözəl
nağıllar danışacam. Biri vardı, biri yoxdu.
Əlimərdan bəy tez etiraz etdi:
– Sara, baba xəstədir, onu yorma, – dedi.
– Mərdan, Sara nənəmlə işin olmasın, – Həsən bəy də etiraz
edib nağılı davam etdirdi.
– Biri vardı, biri yoxdu, Sara adlı gözəl bir qız vardı. Onun
Həsən adlı babası, Hənifə adlı da nənəsi vardı. Onların iri bir
Dostları ilə paylaş: |