maq üçün yola düşən Qüreyşlilərin yaraqlı
dəstəsinə başçılıq etmişdir. Müsəlmanların
onlarla ilk böyük toqquşması baş vermişdir.
O, bu karvanın sağ-salamat Məkkəyə yaxın-
laşdığı xəbərini
alandan sonra belə geriyə
qayıtmamış, yürüşü davam etdirmişdir.
Qüreyş yaraqlıları müsəlmanlarla
Bədr quyu-
ları yaxınlığında qarşılaşmışdırlar. Burada
ayrı-ayrı məkkəlilər savaşdan yayınıb geriyə
çəkilmək istəmişlər. Əbu Cəhl onları qorx-
aqlıqda suçlayaraq döyüşün başlanmasına
əmr vermişdir. Döyüşdə
bütpərəstlərin qoşu-
nunu müsəlmanlar darmadağın etmiş, Əbu
Cəhl isə bu döyüşdə öldürülmüşdür.
ƏBU DAVUD (212/827 – 275/889) –
görkəmli mühəddis və fəqih olmuşdur.
Onun tam adı İmam Sabit Seyidül-Hüffaz
Süleyman ibn Əşəs ibn İshaq Sicistani ol-
muşdur. Onun İmran adlı əcdadı
Əli ibn Əbu
Talibin tərəfdarlarından biri kimi Süffeyn
döyüşündə iştirak etmiş və orada
öldürülmüşdür.
Əbu Davud Bəsrədə yaşamışdır. Ancaq
İraq, Hicaz, Suriya,
Misir, Xorasan və Bağ-
dadda
elm öyrənmək üçün səyahət etmişdir.
O,
hədis elmini 300-ə yaxın
mühəddisdən
öyrənmişdir. Müəllimləri arasında Əbu
Salam,
Əhməd ibn Hənbəl və İbn Əbu Şeybə
və digərləri olmuşdur. Erkən yaşlarından
Əbu Davud hədis elminin bilicisi kimi özünü
göstərə bilmişdir. O,
bu hədislərin mətnləri
ilə onların ötürülmə yolunu (
isnadını) da
bilirdi. Əbu Davud
İslam hüququnun müx-
təlif sahələri haqqında çoxsaylı əsərlər
yazmışdır. Onun topladığı hədislər məcmuəsi
olan “Sünən” kitabı ən məşhur hədis mən-
bələrindən biridir. “Sünən” hədis məc-
muəsində o, 500000 hədisdən 4800-ünü
seçmişdir. Əbu Davud hüquqi məsələlərdə
istənilən zəif hədisi qiyasdan daha etibarlı
hesab etmişdir. Bundan başqa o, bu hədislər
toplusunda problemlərlə bağlı
səhih hədis-
lərin olmadığı təqdirdə zəif hədisləri də isti-
fadə etmişdir.
O eyni zamanda bu hədislərin
zəif olması barəsində də xəbər vermişdir.
Əbu Davudun topladığı “Sünən” kitabı
Buxarinin “Cəmiüs-Səhih” hədis məcmuəs-
inə bənzəməkdədir. Onun bir necə variantı
bizim günümüzə qədər gəlib çatmışdır. Bu
nüsxələr arasında ayrı-ayrı kiçik fərqlər də
vardır.
ƏBU DƏRDA (32/653 ildə vəfat et-
mişdir) –
hədis və İslam hüququnun ən
mahir bilicilərindən biri olmuşdur. Məhəm-
məd peyğəmbərin səhabələrindən biridir.
Onun əsl adı Üveymir ibn Malik Xəzrəcidir.
Xəzrəc qəbiləsinə məxsus olan Əbu Dərda
Mədinədə doğulmuşdur. İslamı
hicrətin iki-
nci ilində qəbul etmişdir. O, ticarətlə məşğul
olsa da,
İslama gəldikdən
dünya işlərindən
uzaqlaşaraq günlərini
Allaha ibadət etməkdə
keçirmişdir. İslam naminə baş vermiş bütün
döyüşlərində (
Uhud döyüşündən başlayaraq)
iştirak etmişdir.
Xəlifə Ömər ona
xilafətin
idarə sistemində xidmət etmək imkanı ver-
mək istəmişdir. O isə bundan çəkinmiş, in-
sanlara İslamı öyrətməyi daha üstün
bilmişdir. İllər keçdikdən sonra o, Suriyanın
qazisi olmuşdur. Xəlifə
Osmanın xəlifəlik
dövründə vəfat etmişdir.
ƏBU DÜCANƏ (13/634 ildə həlak ol-
muşdur) –
Məhəmməd peyğəmbərin
səhabələrindən biri olmuşdur. Mədinədə
dünyaya göz açan Əbu Dücanə İslamı
hicrət-
dən əvvəl qəbul etmişdir. O,
Xəzrəc qə-
biləsindən idi. Hicrətdən sonra döyüşlərdə
qəhrəmancasına vuruşmuş,
Uhud döyüşündə
həyatını təhlükə altına qoyaraq
Məhəmməd
peyğəmbəri qoruyarkən ağır yaralanmışdır.
Əbu Dücanə xəlifə
Əbu Bəkrin xəlifəliyi
dövründə xilafətə baş qaldıran qəbilələrə
qarşı vuruşmuşdur. O, yalançı
peyğəmbər
Müseylimənin və onun tərəfdarlarının dar-
madağın edilməsində böyük rol oynamışdır.
O, bu döyüşdə
şəhid olmuşdur.
57
ƏBU DÜCANƏİ
ƏBU ƏYYUB ƏNSARİ (52/672 ildə
vəfat etmişdir) –
Məhəmməd peyğəmbərin
səhabələrindən biri olmuşdur. Xəzrəc qə-
biləsinə məxsus Əbu Əyyub Ənsari
Mədi-
nədə doğulmuşdur. O,
Əqəbədə Məhəmməd
peyğəmbərə and içənlərdən biri olmuşdur.
Ümumiyyətlə o, İslamı
hicrətdən əvvəl qəbul
etmişdir.
Məhəmməd peyğəmbər
Mədinəyə hicrət
edən zaman onu bütün mədinəlilər hörmətli
bir şəxs kimi öz evlərində qonaqlamaq
istəmişdirlər. Ancaq,
peyğəmbər dəvəsini bu-
raxaraq kimin evi qarşısında dayanıb yerə
yatarsa orada da qonaq kimi qalacağını
bildirmişdir. Bundan sonra o, heyvanı bu-
raxır, heyvanda Əbu Əyyub Ənsarinin evinin
önündə yatmış, beləliklə Məhəmməd
peyğəmbər onun evində 7 ay qonaq qalmalı
olmuşdur.
Əbu Əyyub
Bədr, Uhud, Xəndək, eləcə də
başqa döyüşlərdə vuruşmuşdur. Məhəmməd
peyğəmbərin vəfatından sonra o,
Xilafətin
güclənməsi üçün əlindən gələni etmişdir.
Xəlifə Əlinin xəlifəliyi dövründə Əbu Əyyub
onu dəstəkləyərək
xaricilərə qarşı vuruşmuş-
dur.
Müaviyənin dövründə isə
Misirə get-
mişdir.
Əbu Əyyub Xilafət ordusunun tərkibində
Konstantinopolisə (İstanbula) yollanmış, bu
yürüşdə xəstələnib 80 yaşında vəfat etmiş və
orada da torpağa tapşırılmışdır.
ƏBU HƏNİFƏ (80/699 – 150/767) –
görkəmli İslam mütəfəkkiri və fəqihi olmuş-
dur.
İslamın
ən yayılmış hüquq
məzhəblərindən biri olan
hənəfi məzhəbi
onun adı ilə bağlıdır. Tam adı Nüman ibn
Sabit Kufidir.
Fiqh elmini inkişaf etdirərək
sistemləşdirən ilk alimlərdən biri olmuşdur.
İran əsilli olan Əbu Hənifə 80/699-cu ildə
Kufədə doğulmuşdur. Onun ailəsi ipək
ticarəti ilə məşğul olurdu. İraq
mədəniyyətlərin, dinlərin və baxışların müx-
təlif olduğu bir ölkə idi. Bu da Əbu
Hənifənin dünyagörüşünün formalaşmasında
böyük rol oynamışdır.
Eyni zamanda, Kufə
o zaman Xilafətin mədəni mərkəzlərindən
biri hesab edilirdi. Buna görə o,
Ənəs ibn
Malik, Abdullah ibn Əbu Afv, Səhl ibn Səid
kimi səhabələrlə görüşə bilmiş, onlardan rə-
vayət etdikləri
hədisləri yaradıcılığında isti-
fadə etmişdir. Onun birbaşa müəllimi isə
tanınmış fiqh alimlərindən olmuş Həmmad
ibn Əbu Süleyman olmuşdur. O,
elm əldə
etmək məqsədi ilə səfərlərə çıxmış və müx-
təlif alimlərdən elm hasil etmişdir.
Əbu Hənifə gənc yaşlarından
Quran və
hədisləri öyrənməyə başlamışdır.
Sonra on-
ları sistemləşdirərək elmi kateqoriyalara
salmışdır. Bundan başqa, Əbu Hənifə İslam
elmlərini
Məhəmməd peyğəmbərin
əhli-
beytindən öyrənmişdir. Onun
Zeyd ibn Əli və
Məhəmməd Baqirlə yaxın dostluq əlaqələri
olmuşdur. O,
Cəfər Sadiqlə də görüşmüşdür.
120-ci ildə müəllimi Həmmad vəfat et-
dikdən sonra, Əbu Hənifə onun irsini davam
edərək İslam elmləri xüsusən də, fiqh üzrə
müəllimlik fəaliyyətinə başlamışdır.
Dərslərdə tələbələrlə
problemləri müzakirə
etmiş, polemikalar aparmışdır. Onlar bir fikrə
konsensus yolu ilə gəlirdilər. Məhz, müəllim-
lik fəaliyyəti zamanı o, fiqh elmini inkişaf et-
mişdir, zamana və şəraitə uyğunlaşdırmışdır.
Əbu Hənifə çox tanınmış
Əbu Yusif,
Məhəmməd Şeybani, Züfər ibn Hüzeyl,
Həsən ibn Ziyad, Həmmad ibn Həsən, Ab-
dullah ibn Mübarə kimi
Hənəfi məzhəbinin
alimlərinin müəllimi olmuşdur.
Zamanımıza çatan “Fiqhül-Əkbar”
(Böyük Fiqh) kitabının müəllifi Əbu
Hənifənin olduğu güman edilir. Bu kitabda
müsəlman dünyagörüşünün əsaslarını ver-
miş, problemlər
əqli dəlilləri ilə izah
edilmişdir. Bundan başqa, Əbu Hənifəni
daha bir neçə kitabın müəllifi hesab edirlər.
Əbu Hənifə
Əməvilər
dövrlərində
yaşamışdır. Xəlifə
Hişamın hakimiyyəti
dövründə peyğəmbərin soyundan olmuş
58
ƏBU ƏYYUB ƏNSARİ