Suriyada vəba xəstəliyi yayıldığına
görə Əbu
Übeydə də bu xəstəlikdən vəfat etmişdir.
ƏBU YUSİF (113/731 – 183/798) –
hənəfi məzhəbinin ardıcıllarından biri, Əbu
Hənifənin tələbəsi, görkəmli İslam
hüquqçusu olmuşdur. Əsl adı Yaqub ibn
İbrahim Ənsaridir. Kufədə yoxsul bir ailədə
doğulmuşdur.
Əbu Hənifənin yardımı ilə ox-
umuşdur. Əbu Yusif öncə
Məhəmməd
peyğəmbərin
hədislərini və
fiqhi müxtəlif
müəllimlərindən öyrənmiş, sonra 16 il
Kufədə Əbu Hənifənin tələbəsi olmuşdur.
150/767-ci ildə müəllimi vəfat etdikdən
sonra Bağdada getmişdir. Orada Abbasi
xəlifəsi Mehdi onu
qazi (II) vəzifəsinə təyin
etmişdir. Sonrakı xəlifələr Hadi və Harun ər-
Rəşidin xəlifəliyi dövründə bu vəzifəsini icra
etməyə davam etmişdir. Onu “qazilər qazisi”
adlandırmışdırlar. 183/798-ci
ildə Əbu Yu-
sifin vəfatından sonra, bu vəzifəyə onun oğlu
Yusif təyin edilmişdir.
Əbu Yusif, öz iti məntiqi ilə digərlərindən
seçilib hüquqi problemləri bacarıqla çözə
bilmişdir. O, hüquqi problemlərin çözül-
məsində daha çox
öz rəyinə üstünlük verirdi.
O, xəlifələrə yaxın olduğuna görə bəzən tən-
qid də edilmişdir.
Əbu Yusif öz hüquqi metodunda ilk
olaraq,
Quran və
hədislərə istinad etmişdir.
Bunu edərkən o, müəllimi Əbu Hənifənin
qiyas metodundan da faydalanmışdır. Eyni
zamanda o, hər hansı bir ictimai xarakter
daşıyan problemi həll etmək istəyəndə,
əvvəlcə
İslamın ilk qaynaqlarına və müəlli-
minin hökmlərinə istinad edirdi.
Əgər bun-
larla problemləri həll etmək mümkün
deyildirsə o, onları qiyas,
istihsan və rəy
metodları ilə həll etməyə çalışırdı. Bundan
başqa Əbu Yusif İslam hüququ üzrə
Hənəfi
məzhəbinin əsas qaynaqlarından hesab edilən
bir-çox əsərlərin müəllifidir. Onun
yaradıcılığının nəticəsində Hənəfi məzhəbi
müsəlman dünyasında ən tanınmış və geniş
yayılmış etiqadi məzhəbə çevrilmişdir.
ƏBU ZƏR ĞƏFFARİ (31/651 ildə vəfat
etmişdir) –
Məhəmməd peyğəmbərin ən
tanınmış səhabələrindən biri olmuşdur. Əsl
adı Cundub ibn Cənəd olmuşdur. O,
Məkkə
yaxınlığındakı Vəddan bölgəsində yaşamış
Ğəffar qəbiləsinə məxsus idi. Bu qəbilənin
insanları yollarda soyğunçuluq edirdilər. Bu
yollardan keçən qüreyşlilərin karavanları on-
lara vergi vermək məcburiyyətində qalırdılar.
Hələ
İslamı qəbul etməzdən əvvəl Əbu Zər
Ğəffari ata-babalarının dinindən imtina
etmiş, monoteist İbrahimi
hənif dininə üstün-
lük vermişdir. Məkkədə Məhəmməd
peyğəmbərin fəaliyyəti haqqında eşidən Əbu
Zər birbaşa oraya yollanmış,
Əli ibn Əbu Tal-
ibin vasitəsi ilə
Məhəmməd peyğəmbərlə
görüşmüş və İslamı qəbul etmişdir. Bundan
sonra qəbiləsinə qayıdan Əbu Zər qəbiləsini
də İslamı qəbul etməyə dəvət etmişdir. Sonda
onlardan bir-çoxları İslamı qəbul edib müsəl-
man olmuşdurlar. Qalanlar isə hicrətdən
sonra İslamı qəbul etmişdirlər.
Mədinədə Əbu Zər
Bədr, Uhud, Xəndək
və başqa döyüşlərdə iştirak etmişdir. Müsəl-
manlar Məkkəni fəth edəndə o, öz qə-
biləsinin bayraqdarı olmuşdur. Məhəmməd
peyğəmbərin vəfatından sonra Mədinədən
Suriyaya köçüb
Əbu Bəkr və
Ömərin
xəlifəliyi dövrlərində orada yaşamışdır.
Əbu Zər mənəviyyata üstünlük vermiş,
tərki-dünya həyatı sürmüşdür. Xəlifə
Os-
manın dövründə
Əbu Zər Rəbəzə kəndində
yaşamışdır. O, həm də bir çox
hədislərin ra-
visi hesab olunmaqdadır.
ƏCƏL –
dünya həyatının bitməsi,
qarşısıalınmaz ölüm anının gəlməsidir.
İs-
lama görə
Allah tərəfindən yaradılmış hər bir
şey sonludur. Hər bir canlı varlığın həyatı Al-
lahdan asılı olduğu kimi, ölümü də yalnız
Onun izni ilə baş verir (
Quran, 3: 145). Əcəl
anlayışı
qəza və qədər problemi ilə birbaşa
əlaqəlidir. Buna görə də bu barədə müxtəlif
İslam
məzhəblərinin fərqli baxışları mövcud-
63
ƏCƏL
dur.
Mütəzililər bilərəkdən
qətl edilmiş in-
sanın öz əcəli ilə ölməməsi fikrində idilər.
Onlara görə insan öldürülməsə də öz əcəli ilə
ölsəydi, yenə də bu qədər yaşayardı. Çünki,
bu onun təqdiri idi. Belə yanaşmaya qarşı
müsəlman çoxluğunu təmsil edən alimlər
çıxış edirdilər. Onlara görə insanın
qətlə ye-
tirilməsi də, Allahın müəyyən etdiyi əcəl
kimi dəyərləndirilməlidir. Ancaq buna bax-
mayaraq belə olan təqdirdə qatil tutulub
cəzalandırılmalıdır.
ƏCR –
Allahın görülmüş hər hansı bir
yaxşı və xeyirli işə görə verdiyi qarşılıqdır.
İslam görə əcr təkcə maddi deyil, həm də
mənəvi xarakter daşıyır. Onu
Allah bu
dünyada və ölümdən sonrakı həyatda
(
axirətdə) yalnız imanlı qullarına təqdir
edəcəkdir. Belə ki, bu insanlar əcrə
du-
alarının, yerinə yetirdikləri ibadətlərinin,
xeyir əməllərinin və başqa bu kimi işlərin
qarşılığında sahib olacaqlar. Əcr haqqında
Quranın bir-neçə yerində məlumat ver-
ilmişdir (26: 179-180, 95: 6, 12:57).
ƏCRƏDİLƏR –
nəcdilərdən ayrılmış
xaricilərin bir qoludur. Bu
məzhəbin yara-
dıcısı Əbdül-Kərim ibn Əcrəd olmuşdur. O,
nəcdilərə qarşı çıxmış və onların düşüncələrini
tənqid etmişdir.
Əcrədilərə görə onlar müha-
ribələrdə iştirak etməsələr də, inanclı müsəl-
manlar ola bilərlər. Bununla da onlar
əzraqilərdən fərqlənirdilər. Əcrədilər öz inanc-
larını qəbul etməyənlərin yaşadıqları yerlərdən
köçmələrini vacib hesab etməyib bunu məs-
ləhət görülən bir addım kimi dəyərləndir-
mişdirlər. Onlar dinc əhalinin öldürülməsini və
onların mülkiyyətlərinin alınmasını qadağan
etmiş və yalnız onlarla döyüşən insanların
öldürülməsini doğru hesab etmişdirlər.
ƏDL –
Allahın ədaləti deməkdir. Bu
prinsip
mütəzili kəlamı (I) və
şiə inancının
əsas təməllərindən biridir. Əl-Ədl adı həm də
Allahın ən gözəl adlarında biridir.
İslam
hüququnda “adil” doğru və ədalətli insanlar
üçün də istifadə edilir.
ƏDN – c
ənnətin ən gözəl bağlarından
birinin adıdır.
Burada
peyğəmbərlər,
şəhidlər və digər mömin insanlar sonsuz
nemət və zövq içində olacaqlar.
Ədn cənnəti
haqqında
Quranın müxtəlif
ayələrində (9:
72, 98: 7-8) məlumat verilir.
Hədislərdə
möminlərin Ədn cənnətində
Allahı görəcək-
lərini bildirən rəvayətlər də vardır. Bəzi
Quran
təfsirçiləri (Zəməxşəri, Beydavi) Ədn
cənnətini müəyyən bir yerin adı kimi təfsir
etmişdirlər. Onların fikrincə bura bir şəhər,
saray və ya hər hansı bir yer də ola bilər.
Digər təfsirçilərə görə isə Ədn cənnətin bir
hissəsidir. Hətta, bu adla bütün cənnəti ad-
landıranlar da vardır.
ƏFQANİ CƏMALƏDDİN (1255/1839
– 1324/1907) –
XIX əsrdə yaşamış böyük
din islahatçısı və siyasətçisi olmuşdur. O,
İslam dünyasında tanınmış və şöhrət qazan-
mışdır. Cəmaləddin Kunarda (Şərqi Əfqanı-
standa)
seyid ailəsində doğulmuşdur. Kabil
və Hindistanda təhsil alan Əfqani Əfqanıs-
tanda hakimiyyət daxili qarşıdurmalarda işti-
rak etdiyinə görə 1286/1869-cu ildə ölkədən
köçməyə məcbur qalmışdır. O, öncə Hindis-
tana, oradan isə Türkiyəyə köçmüşdür.
1288/1871-ci ildən isə
Misirdə yaşamağa
başlamışdır.
Burada o, maarifçiliklə məşğul
olmuş və tez bir zamanda Misir gəncləri
arasında tanınmışdır. O, Misirin dövrü mət-
buatının yaradıcılarından biri olmuş, tez-tez
qəzetlərdə yazıları dərc olunmuşdur. Əsər-
lərində o, Qərb ölkələrinin İslam ölkələrinə
qarşı apardıqları siyasəti tənqid etmişdir. O,
İslam ölkələrində mütləq monarxiyalarının
ləğv olunması, konstitusiyalı quruluşun qu-
rulması ideyaları ilə çıxış etmişdir. İs-
gəndəriyyədə “Gənc misirlilər” cəmiyyətini
yaratmışdır. Bir qədər sonra siyasi fəaliyyət-
inə görə Misir hakimiyyəti onu ölkədən
sürgün etmişdir.
1300/1883 – 1303/1886-cı
illərdə Əfqani
64
ƏCR