Sonuncu Fateh indd



Yüklə 12,92 Mb.
Pdf görüntüsü
səhifə12/159
tarix01.07.2018
ölçüsü12,92 Mb.
#52665
1   ...   8   9   10   11   12   13   14   15   ...   159

51

N A D İ R   Ş A H   Ə F Ş A R

bir neçə dəfə çaxdı və leysan yağmağa başladı. Başla-

dı, nə başladı!

İmamqulu kişi bərk narahat idi. Allaha yalvarırdı 

ki, «Ya rəbbim, rəhm elə on iki yaşlı bu uşağa, böyük 

bir ilxını tələfatdan qurtarmaq üçün güc ver!..»

Nadir artıq atasının nə dediyini eşitmirdi:

– Bəbir, Pələng! – deyə qaça-qaça var səsi ilə onları 

çağırırdı. 

İtlər onun səsinin əks-səda verdiyi səmtə cumdu-

lar.  İlxı bölünmüşdü. Hər bölük bir uçurumun qıra-

ğında dayanmışdı. 

Gördüyü mənzərədən dəhşətə  gələn  İmamqulu 

kişi nə edəcəyini bilmədi: 

– Gör başımıza nə bəla gəldi?!

Sonra o, başını qaldırıb, əllərini göyə tərəf açdı: 

– Ey Allah, ey yoxsulların, məzlumların pənahı 

Allah. – dedi. – Özün köməyə  gəl! Ey ərhəmərrahi-

min, məni el içində məyusi-məbud eləmə!..

Yağış yağmağına,  İmamqulu kişi də Allaha yal-

var-yaxar etməyinə ara vermirdi: 

– Mənə deyən gərək, axı, sənin bu dağda-dərə-

də nə işin vardı ki, indi durub Xıdır İlyası da imdada 

çağırasan… 

Balaca Nadir isə bu zaman yüyürərək, çığıra-çığıra 

Pələnglə  Bəbirin köməyi ilə ilxını sağdan-soldan qa-

baqlayıb, enişaşağı, gəldikləri yeganə dar cığıra tərəf 

aparmağa çalışırdı. 

Göylər isə hikkəsindən çatlayırdı. Qara buludla-

rın qoynunda yatmış sehrli qüvvənin, elə bil, tilsimi 

sınmışdı. Qorxunc gurultu kəsmək bilmirdi; bir yan-




52

S O N U N C U   FAT E H

dan gözqamaşdıran şimşək çaxır, bir yandan da ley-

san göz açmağa imkan vermirdi. Pələnglə Bəbir sanki 

vəziyyətin nə yerdə olduğunu  əməlli-başlı bilirdilər 

və hərəsi bir tərəfdən hürə-hürə ilxının ağzını yeganə 

dar cığırla enişə sarı döndərirdilər. 

Ən böyük çətinlik bunda idi ki, ilxı sanki heç nə 

görmürdü, təşviş içində başını qaldırıb hara gəldi 

gedirdi və vurnuxa-vurnuxa şimşəklərdən, göylərin 

gurultusundan qaçıb birtəhər canını qurtarmağa ça-

lışırdı. Bu cür «canqurtarma» onları bir fəlakətdən 

uzaqlaşdırsa da, başqa bir fəlakətin ağuşuna – uçuru-

ma ata bilərdi. Pələnglə Bəbir qabaq cərgələri uçuru-

mun ağzında saxlasa da, arxadan gələn yüzlərlə at on-

ları itələyib, dibi görünməyən uçuruma tökə bilərdi.

Əlində zoğal çomağı,  əyni-başı başdan-başa su 

içində olan on iki yaşlı balaca Nadir isə yorulmaq nə 

olduğunu bilmədən, güllə kimi özünü yenə də ilxının 

gah sağına, gah da soluna vururdu.

Xoşbəxtlikdən hələ gündüz idi. Qara buludlar gü -

nəşin üzünü örtsə də, işığını tam qaraltmamışdı. Göy 

gurultusu bir qədər ara versə  də,  şimşək və yağış 

kəsmək bilmirdi. Qəribədi ki, İmamqulu kişi bərk tə         -

laş keçirsə  də, balaca Nadir özünü tox tuturdu. Atlar 

tədricən ipə-sapa yatıb, onun iradəsinə tabe olurdular. 

Balaca Nadir zil səsi ilə o qədər qışqırmışdı ki!.. 

Onun yerinə kim olsaydı, yəqin səsi çoxdan batmışdı. 

Təhlükə tam sovuşmamışdı. İlxının ağzını bir yerə 

yığmaq müşkül iş idi. Bir tərəfini kəsəndə, o biri tərəfə 

qaçırdı. Tərs kimi, hər iki tərəf də dibi görünməyən 

uçurum idi. Əgər qabaq cərgə  aşağı yuvarlansaydı, 




53

N A D İ R   Ş A H   Ə F Ş A R

arxadan gələnlərin qabağını almaq mümkün olmaya-

caqdı. 


Balaca Nadir özünü atların qabağına atıb, amiranə 

səslə:


– Dayan! – deyib qışqırırdı. – Göydəmir hara 

gedirsən? Qaşqa dur, geri qayıt! – Qəribədir ki, ilxı da 

ipə-sapa yatıb dururdu. Ürkmüş at istənilən an onu 

ayaqları altına alıb, bir göz qırpımında çığnaya bilərdi. 

Uca boyu, amiranə səsi, bir də Pələnglə Bəbirin zəhmi 

ilxının canındakı qorxunu səngidə bildi... 

Balaca Nadirin keyfi durulmuşdu. Fikirləşdi ki, 

əgər özümə güvənib, yüzə yaxın şüursuz atı istədiyim 

səmtə yönəldə bildimsə, onda, şüurlu insanları niyə 

idarə edə bilməyim? İstəsəm ətrafıma bundan qat-qat 

çox insan yığa bilmərəmmi?.. Axı atam elə indicə yu-

xuda şah olduğumu görməmişdimi? 

Ən qəribəsi bu idi ki, elə bil, bu müdhiş leysan ilə 

tale onu sınağa çəkmişdi: «Sənmi şah olacaqsan?..»

Budur, on iki yaşlı oğlan ilxını böyük fəlakətin pən-

cəsindən qurtarmışdı. Bundan sonra hansı gözlənil məz 

hadisə, ya da hansı bir canlı məxluq onun iradəsinə ram 

olmazdı? Analar bu cür oğulu hər zaman doğmur!

– Doğrudur, – deyə balaca Nadir düşündü, – 

bu gün ilxını atamla birlikdə Qaraçəmən gədiyinə 

gətirmək lə düz iş görməmişik. Gərək qardaşlarımdan, 

əmim uşaqlarından birini də köməkçi götürəydik. 

Və gələn dəfə, əlbəttə, belə etməməliyik. 

Amma yox, bəlkə  də tale onu, onun əzmini və 

iradəsini sınağa çəkmək üçün bu qəfil leysanı gön-

dərmişdi…




54

S O N U N C U   FAT E H

Taqətdən tamam düşsə  də, bütün əzaları ilə hiss 

edirdi ki, qorxu üzərində qələbə çalmışdır! Artıq ilxı 

da  əldən düşüb sakitləşmişdi – dar cığırla, yavaş-

yavaş aşağıya – düzənliyə tərəf üz tutmuşdu. Amma 

qorxu-ürkü yazıq heyvanların canından hələ  də  çıx-

mamışdı, – hərdən ağız-ağıza verib astadan kiş nə yir-

dilər, sanki tədricən özlərinə gəlir, ipə-sapa yatırdılar. 

Göylər də, elə bil, çətin sınağını başa çatdırıb susmuş-

du, yağış da səngimişdi. 

Balaca Nadirin bədəni elə tir-tir əsirdi ki, dişləri 

bir-birinə  dəyirdi. Amma bu, yağmurlu havanın gə-

tirdiyi soyuqdan daha çox, bayaqdan yay kimi yı ğı-

lıb-açılan bədənində heyin-hərəkətin tamam tükə-

nib-çəkilməsindən irəli gəlirdi. Bir az dincini alandan 

sonra  əzaları  yəqin ki, əvvəlki halına dönəcəkdi. O, 

sadəcə, su istəyirdi. Çünki ürəyi yanırdı. Dili-doda-

ğı qurumuşdu. Amma ən yaxındakı bulağa getməyə 

ayaqlarında taqət, ürəyində gir qalmamışdı.

İmamqulu kişi hələ  də  həyəcan içindəydi, oğlu-

nun əldən-ayaqdan düşdüyünü hiss edib, ona yaxın-

laşdı. Nadir atasına dedi:

– Dədə, bir az su ver! 

– Bu saat, bu saat, mənim balam.

İmamqulu kişi atın tərkinə  aşırdığı heybədən 

götürdüyü dolçanı yaxınlıqdakı bulaqdan su ilə dol-

duraraq titrək əlləri ilə oğluna sarı addımladı. Dol-

çanı ona uzatdı. Balaca Nadir suyu birnəfəsə içdi. 

Atası gördü ki, uşaq heç özündə deyil. Dizlərinin 

taqəti tükənib, yorğun gözləri süzülüb gedir. Tez 

onu soyundurub, öz quru paltarına bürüdü. Amma 




Yüklə 12,92 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə