Sonuncu Fateh indd



Yüklə 12,92 Mb.
Pdf görüntüsü
səhifə152/159
tarix01.07.2018
ölçüsü12,92 Mb.
#52665
1   ...   148   149   150   151   152   153   154   155   ...   159

639

N A D İ R   Ş A H   Ə F Ş A R

Ay müsəlman, mən dedim, sən də inandın?. 

Hələ azca burxulub ağrısına dözə bilmirəm, kəsilıb, 

eləsə, Allah iraq eləsin, ölərəm...

– Ölməzsən, bax, mənim savaşda qılınc ayağımı 

doğramışdı, ölmədim, qızılağacın mumundan məl-

həm sürtdüm, iki günə sağaldı.

Lazar elə o gün qızılağacdan yapışqanlı  məlhəm 

hazırladı, özünün gizlində düzəltdiyi araqdan keflə-

nənə cən içdi, sonra baldırını iti xəncərlə  kəsib, uful-

daya-ufuldaya almazı ayaq ətinin arasına qoydu. Məl-

həmlə tez yarasını sarıdı... Hücrəsindən bir-iki gün 

ba yıra çıxmadı. Sonra əlinə əsa alıb gecənin bir aləmi 

Kəlatdan çıxıb dərviş qiyafəsində yola düzəldi...

* * *


Lazar atları tez-tez dəyişə-dəyişə üzü İrəvana 

sa rı çapırdı. Qarabağ cinsindən olan atla, nəhayət, 

Eçmiədzinə yetişdi. Keşişə rüşvət verib, təcili kata-

likosla görüşdü. Abraham onun Nadir şahın məxfi 

planlarından rus çariçasını agah etmək arzusunda 

olduğunu bilən kimi Lazarla birlikdə Sankt-Pe 

ter-

burqa yollandı. Amma Sankt-Peterburqda saraya get-



məmişdən ayağını  cərraha yardıranda onun niyyəti 

katalikosa bəlli oldu:

– Sənin məxfi  məlumat dediyin bu imiş? – deyə 

cərrahın əlində qana bulaşmış almazı göstərdi.

– Allah xatırinə sizə yalvarıram, məni çariça ilə gö-

rüşdürün! Mən qazandığım pullardan sizin və sizdən 

əvvəlki katalikosların Qafqazda erməni çarlığı yarat-

maq arzusuna yardım edəcəyəm! 




640

S O N U N C U   FAT E H

...Lakin işlər Lazarın düşündüyündən də  qəliz 

oldu. 


Çariça almazın gözəlliyinə məftun olsa da, onu al-

maqdan imtina etdi:

– Bu məbləğ  həddən ziyadə bahadır... Gedin 

yaxşı-yaxşı  fikirləşin, məncə siz cürət edib bu alma-

zı  oğurlamasaydınız, Nadir şah onu mənə  hədiyyə 

edəcəkdi. O, özü Hindistanın fəthindən sonra mənə 

yazdığı  məktubda Rusiya sarayına çoxlu hədiyyələr 

göndərəcəyini vəd etmişdir.

Lazar qorxuya düşdü. Sankt-Peterburqda qərar 

tuta bilmədi. Gəmi ilə Amsderdama yola düşdü. 

Bu rada tale onun üzünə güldü. Rus sarayının nü-

fuzlu  əyanlarından olan Qraf Orlovla təsadüfən bal-

maskaradda tanış oldu.

– Siz qiyafənizdən şərqli tacirlərə bənzəyirsiniz.

– Amma mən də sizin kimi xaça and içirəm. 

Kilsədə ibadət edirəm.

– Barmağınızdakı üzük çox əntiq əşyaya bən zə-

yir.


– Mən onu hörmətli qrafa hədiyyə etməkdən şərəf 

duyaram.


– Siz nə danışırsınız? Bunun müqabilındə  gərək 

mən də sizə nəsə qiymətli bir şey verəm.

– Buna lüzum yoxdur qraf, amma məndə bir ba-

halı almaz parçası var. Ona burada müştəri tapsanız, 

xeyli məmnun olaram.

– Siz onu mənə göstərin, bəlkə axtardığınız müştəri 

elə özüm olacağam?

Lazar ehtiyatla almazı ona göstərdi.




641

N A D İ R   Ş A H   Ə F Ş A R

– 500 min rubl!

Qraf Orlov qaşlarını çatdı:

– Yox, yox, Lazarçik, əzizim, sən nə danışırsan. Ba-

hadır.


– Elə isə qoy, möhtərəm qraf öz təklifini desin!

– Mən bu almazı 450 min rubla ala bilərəm. Bun-

dan  əlavə  sənə ömrünün sonunadak yüksək təqaüd 

də verdirərəm. 

– Pis fikir deyil, onda gəl  əl sıxışaq,  şərqlilər 

alverdə razılığa gələndə belə edirlər.

– Nə deyirəm,  əl sıxışaq, amma biz ruslar belə 

şeyi içki ilə qeyd edirik. Təklif edirəm, fransız 

şərabı ilə dolu badələrimizi, Rusiyanın  şərəfinə qal-

dıraq. Tezliklə ora dönüb, bu qiymətli daşı  şəxsən 

imperatriçəmizə  hədiyyə edəcəyəm... Bəs, siz bu 

qədər pulla nə edəcəksiniz?

– Mən... mən Moskvada, Sankt-Peterburqda 

mülklər alacağam, hörmətli qraf!

– Pis fikir deyil... Sən çox bic adamsan, Lazarçik. 

Yəqin ötən il Rusiya çariçasının zadəganlara verdiyi 

hüquqlardan

1

  xəbərdarsan! Elə sanıram bu işdə  də 



sənə yardım edə bilərəm. 

–  Əziz qrafa nə  qədər ki, sağam, özüm, öləndən 

sonra da bütün nəslim minnətdar olacaq!

– Mən də xoşbəxtəm, Lazar, bu qiymətli daş 

ülyahəzrət Yelizaveta Petrovnanın – Böyük Pyotrun 

və Birinci Yekaterinanın qızının bəzək əşyaları içində 

mənim soyadımla tanınacaq – «Orlov» almazı...

1

 1746-cı ildə  qəbul olunmuş «Zadəganların torpaq və  kəndliləri  əldə 



etmək hüququ».


642

S O N U N C U   FAT E H

Lazar dua edirmiş kimi pıçıldadı:

– «Orlof» almazı... Amma «Lazar» almazı da pis 

səslənməz...

* * *


Bu zaman Nadir şah Məşhəddəki iqamətgahında 

qəzəblə Əliqulu xanın qarasınca deyinirdi:

– Sayəmdə çox yüksək məqama çatdı, fəqət yediyi 

çörəyə  xətir-hörmət qoymadı. Bu bişərəfin ölümünə 

gərək Sistana göndərməmişdən  əvvəl fərman ve-

rəy dim…  Doğma qardaşım oğlunun naxələfliyi – 

əleyhimə üsyan qaldırması taxt-taca ağır zərbədir, 

qoy şahzadələr, sevimli nəvəm Şahruh, bərayi-ehtiyat, 

Kəlat qalasına getsinlər. Xabuşan kürdlərinin isə il-

xıma basqını, vergilərdən boyun qaçırması  cəzasız 

qalmayacaq… Bu gündən etibarən mən Xorasa-

nı mütəvəlli

1

 Mirzə Seyid Məhəmmədə tapşırıram. 



Özüm isə, on altı minlik qoşunla Məşhəddən Qoçana-

Xabuşan kürdlərinə qulaqburması verməyə yolla-

nıram... Onları  əzişdirib, sonra da Əliqulu axmağın 

üstünə gedəcəyəm.

Həsən bəy Müəyyirülməmalik dedi:

Qibleyi-aləm, divan vəsaitini mənimsəyən bir 

neçə xan hüzurunuza gəlməkdən qorxub, sizə mü     -

xalifət yolunu tutan qardaşınız oğluna qoşulub-

lar.

– Məni tale uşaq çağımdan daima sınağa çəkib. 



Həyatımı döyüşlərdə  təhlükəyə atmışam... Düz 6 il 

əvvəl Savadkuh meşəsindəki sui-qəsdə kimi mənım 

1

 İmam Rza ziyarətgahında vəqf əmlakının rəisi.




Yüklə 12,92 Mb.

Dostları ilə paylaş:
1   ...   148   149   150   151   152   153   154   155   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə