rəqabət doğurur. Ona görə də əməkdaşlıq və qarşılıqlı yardım
ilə yanaşı, əmək münasibətlərinin ən mühüm təzahürlərindən
biri rəqabətdir. Onlarda ayrı-ayrı işçilər və kollektivlər arasın
da bəhsləşmənin mahiyyəti öz ifadəsini tapır. Belə ki, bəhs
ləşmə istehsalın səmərəliliyinin yüksəlsməsinə və məhsulun
keyfiyyətinin yaxşılaşdırılmasına yönəldilməlidir. Bəhsləşmə
və birliyin qarşılıqlı əlaqəsi onda təzahür edir ki, burada hər
bir əmək kollektivi qarşısında konkret məqsəd qoyulur. Bu
məqsəd ayn-ayn işçilərin, sex, sahə, bölmə kollektivlərinin
qüvvəsini birləşdirir.
Bununla da kollektivdaxili birliyin səviyyəsindən asılı
olaraq ilkin kollektitvlər, birləşmiş, parçalanmış və üzvləri bir-
birindən ayrılmış kollektivlər kimi bir neçə kollektiv tipi
formasında fərqləndirilir.
1. Birləşmiş əmək kolleketivinin tərkibinin sabitliyi, iş
vaxtı və asudə vaxtda kollektivin üzvləri arasında dostluq
əlaqələri, münasibətləri, əmək intizamını və ictimai fəallığın
nəticəsi kimi - yüksək istehsalat göstəricilərinin saxlanması
birləşmiş
kollektivin
səciyyəvi
cəhətləridir.
Birləşmiş
kollektiv üçün «onlar başqa qrupdur», «onlar başqa qrupların
üzvləridir» hisslərdən fərqli olaraq «biz qrupuq» hissinin
meydana gəlməsi səciyyəvi cəhətlərdir. Kollektivdə özünü
düşünmə, yəni kollektiv özü-özünü bir ümumilik «biz» kimi
dərk etməsi kollektiv üzvlərinin özlərinin ümumiliyə məxsus
olmasmı, bu kollektivin başqa kollektivlərdən fərqli olması
şüurunun dərk edilməsinin formalaşdırılması baş verir.
2. Parçalanmış kollektiv üçün bir-birinə qeyri-səmimi
münasibət bəsləyən bir neçə sosial-psixoloji qruplann,
işçilərin intizamlıq və ictimai fəallıq göstəricilərində böyük
pərakəndəliyin mövcudluğu parçalanmış kollektiv üçün
səciyyəvi cəhətdtr.
3. Üzvləri biri-birindən aynlmış kollektivdə funksional
münasibətlər üstünlük təşkil edir. Belə ki, onlarda psixoloji
əlaqələr inkişaf etməmiş olur, kadr axıcılığı yüksəlir, tez-tez
münaqişələr baş verir. Parçalanmış və üzvləri bir-birindən ay
rılmış kollektivlərdə, həmçinin birlik səviyyəsi aşağı olan kol
150
lektivlər üçün əksər hallarda konformizm kimi elə bir sosial-
psixoloji cəhətlərə malik olması, kollektivin şaiyəyə, dedi-
qoduya, vahiməli əhval ruhiyyəyə meyllilik göstərməsi,
yüksək təlqinlik, emosional səbatsızlığıa meyllilik, qabaqcadan
yalnış fikirdə olmağın yayılması səciyyəvidir.
Davranışın
vəhdətliyinin
səviyyəsinin
öyrənilməsi
istehsalatda ünsiyyətin və kollektiv surətdə qarşılıqlı təsirin,
həmçinin üfiqi və şaquli üzrə işgüzar münasibətlərin, onların
sosial-psixoloji və şəxsi münasibətlərin qarşılıqlı surətdə
qovuşması quruluşunun öyrənilməsi ilə bağlıdır. Birliyin idarə
olunması həm ayn-ayn işçilər arasında, həm də işçilərin
müxtəlif sosial qruplan arasında işgüzar əlaqələrin sabitliyi və
etibarlığı dərəcəsinin yüksəlməsini, qarşılıqlı məsuliyyət və
tələbkarlığı, eməkdaşlaq və qarşılıqlı kömək münasibətlərinin
möhkəmləndirilməsini nəzərdə tutur.
Birlik səviyyəsinin müəyyənləşdirilməsi üçün müxtəlif
göstəricilərdən istifadə olunur, onlara faktiki və potensial kadr
axıcılığı əmsallan, pozuculuq ünsürlərin (işə gecikmə və əmək
intizamının digər pozuntuları) sayı, münaqişələrin miqdarı
aiddir.
Birlik səviyyəsinin ölçülməsi üçün həmçinin işdə qarşılıqlı
əməkdaşlıq, qarşılıqlı tələbkarlıq, qarşılıqlı
məsuliyyət,
qarşılıqlı kömək kimi birgə işin keyfiyyəti üçün əhəmiyyətli
olan qrup qiymətləndirilməsi metodu da tətbiq edilə bilər.
Əmək üzrə mütəxəssis üçün
birliyin mexanizmini
öyrənmək peşə marağından irəli gəlir, çünki, kollektivdaxili
birlik əm ək məhsuldarlığının sosioloji amili kimi çıxış edir.
Kollektivin birliyi kadrların sabitliyi ilə, yəni onların
müəssisəyə bəslənən münasibət möhkəmliyi ilə bağlıdır,
əlaqədardır. Lakin onu da qeyd edək ki, daimi kadr tərkibli
kollektivlərdə heç də həmişə bir olmur. Kadrların daimiliyi
hələ birgə pozitiv fəaliyyətə təminat vermir. Kollektiv bütöv
bir sistemdir və ona daxil olan işçilərin mexaniki cəmindən
ibarət deyildir.
Əmək kollektivinin birliyi prosesi birlik səviyyəsini şərt
ləndirən amillərin təsirinin köməyi ilə tənzimlənir. Kollektv-
151
daxili birliyin ümui və spesifik, yaxud lokal amillərini fərqlən
dirmək lazımdır.
Birliyin ümumi amilləri, yaxud şərtləri universaldır və
cəmiyyətin bütün əmək kollektivləri üçün əhəmiyyətə malikdir.
Respublikamızın müstəqilliyi prinsipial cəhətdən yeni əx
laqi-mənəvi mühit, müxtəlif fikir, qiymətləndirmələrin, möv
qelərin azad ifadəsi üçün zəmin yaratmışdır. Bu mühit sosial
dəyişikliklərin
ödənilməsinə
və
cəmiyyətin
yenileş-
dirilməsinə, iqtisadi, siyasi, sosial, mənəvi münasibətlərin de
formasiyaya uğramasından azad olunmasına yönəldilmiş vahid
fəaliyyət proqramı işəlyib hazırlamağa imkan verəcəkdir. Kol-
lektivdaxili birliyin lokal (məhdudlaşdırılmış, hüdudlaşdınl-
mış) amillərinə əmək kollektivinin özünün və ona daxil olan
işçilərin, sosial qrupların spesifik xüsusiyyətləri aiddir. Buraya
müəssisənin və onun bölmələrinin sosial-iqtisadi xararkteristi-
kaları, həmin kollektivin işçilərinin şüur səviyyəsi, fəaliyyəti
və davranışı aiddir. Birliyin səviyyəsi şərtlərindən lokal (spe
sifik) amillərin müxtəlifliyinə baxmayaraq onları beş qrupda
birləşdirmək olar. Buna: texniki-təşkilati, iqtisadi, təşkilati,
soail-psixoloji və psixoloji qruplar aiddir.
Texniki-təşkilati amillərin təsiri müəssisənin texzniki
yardımçı sisteminin funksionallaşdınlması fəaliyyəti ilə bağlıdır.
İsehsalm və əməyin təşkilinin səviyyəsi ahəngdar iş üçün
zəruri şərtlərin yaradılması ilə, yəni materiallarla, avavdanlıqla
və əməyin digər predmet ünsürləri ilə təmin və təchiz
edilməsi ilə iş yerlərinə xidmət edilməsinin dəqiq sistemi ilə
xararkterizə edilir.
Əmək prosesinin təşkili formaları fərdi və kollektiv
şəkildə ola bilər. Əmək prosesi təşkilinin kollektiv forması
qarşılıqlı əvəzedilmənin, qarşılıqlı yardımı, iş vaxtının daha
səmərəli istifadə edilməsi məqsədi ilə iknci və qovuşan
peşələrin mənimsənilməsinin geniş istifadəsini nəzərdə tutur.
Bu isə işçilərin fəaliyyətinin vəhdətliyinə kömək edir.
Birliyə təsir edən ən mühüm təşkilati-texniki amillərdən
biri təşkilati qaydadan ibarətdir. Təşkilati qayda kollektivdə
mövcud olan fiıknsional münasibət və əlaqələri, həmçinin, sosi
152
al normaların və sanksiyaların tətbiqinin xüsusiyyətlərini ifadə
edir. Sosial təşkilin ən mühüm xarakteristikası kimi, təşkilatda-
xili əlaqələrin norması kimi ayn-ayn bölmələr haqda əsasnamə
və vəzifə təlimatları təşkilat ünsürləridir. Hər bir işçinin vəzifə
ləri, funksiyaları, onun hüquq və məsuliyyətinin həcmi, həmçi
nin, vəzifələrini yerinə yetirmədikdə sanksiyaları dəqiq
müəyyən edilməlidir. Bu ümumi məqsədin həyata keçirilməsi
işində hər bir işçiyə öz vəzifələrini görməyə və belələiklə, kol
lektivin birliyinə kömək edir.
Birliyin iqtisadi amilləri hər bir kollektiv üzvünün maddi,
əmlak, iqtisadi mənafelərinin razılaşdırılması ilə, iqtisadi
bölmələrin və bütövlükdə bütün kollektivin iqtisadi mənafeləri
ilə bağlıdır. Əməyin ödənişi ilə müəyyən nəticələri arasında daha
sıx əlaqənin bərpa edilərək, əmək haqqının yenidən qurulmasına,
emək kollektivinin birliyi üçün əlverişli şərait yaradır.
Birliyin sosial-psixoloji amillərinə kollektiv üzvlərinin
sosial istehsalat məlumatlandırılması, kollektivdə psixoloji
mühitə rəhbər işçinin davranışının xüsisiyyətlərindən yaranan
rəhbərlik üsulu aiddir.
Kollektivin psixoloji mühiti - kollektivin emosional əhval-
ruhiyyəsi
deməkdir
və
kollektivin
üzvləri
arasında
formalaşmış qarşılıqlı münasibəti əks etdirir. Psixoloji mühit
kollektivdə işçi ilə bilavasitə şəxslər arasındakı ünsiyyət
nəticəsində meydana gəlir. Bu mühit üfiqi və şaquli üzrə
qarşılıqlı
münasibətlərin
xüsusiyyətləri
ilə,
qarşılıqlı
münasibətlə, tələbkarlıqla, əməkdaşlıqla, qarşılıqlı yardımla,
inamla, bir-birinə olan maraqla, qarşılıqlı xeyrxahlıqla,
həssaslıq və bir-birinə olan iltifatla əlaqədardır.
Əlverişli psixoloji mühitin əlamətləri aşağıdakılardan: kol
lektiv üzvlərinin bir-birinə olan yüksək tələbkarlığı, xeyirxah
və işgüzar tənqid, kollektivin işinin müxtəlif cəhətlərinin
müzakirəsində şəxsin öz fikrini sərbəst bildirməsi, rəhbərin
tabe olanlara təzyiqinin olmaması, hər bir işçinin kollektivə
mənsub olmasından razı qalması, kollektivdə istehsalat və
məişət səciyyəli müxtəlif çətinliklərin baş verməsi hallarında
emosional və davranışa cəzb olunmasının yüksək səviyyədə
153
Dostları ilə paylaş: |