uzaqlaşmaması burada xüsusi məna kəsb etmir. Siyasi yönümün, mövqeyin dəyiş-məməsi onun siyasi insan kimi
dəyişməz qalması demək deyildir. O, öz həyatında müəyyən təshihlər apanr, siyasi reallıqlara öz münasibətini
dəqiqləşdirir, öz həyat fəaliyyətinin konkret formalarım başqalaşdırır.
Yeri gəlmişkən bir məsələyə də aydınlıq gətirilməlidir. Tarixin sərt dönüşlərində insanların siyasi həyata
qoşulmasına xüsusi diqqət yetirilmiş, hər kəsin siyasətdə iştirakı hüququ etiraf olunmuş, bunun üçün müəyyən
təminatlar verilmişdir. Lakin bu, uzun müddət ərzində əhalinin bir qisminə müyəssər olmuşdur. Tarixi proses sübut edir
ki, siyasi kolliziyalar zamanı siyasi problemlərin həllində iştirak edənlərin sayı kəskin surətdə artır. Lakin qələbə ya
məğlubiyyət məqamları keçdikdən sonra iştirakçılann azalması müşahidə edilir.
Mütəxəssislərin fikrincə, ümumi meyl belədir ki, siyasət getdikcə daha çox adamın həyatma daxil olur. Sabit
xarakter daşıyan bu meyl əhəmiyyətli dərəcədə onunla əlaqədardır ki, siyasi hüquq və azadhqlann dərk olunması,
reallaşması siyasi fəaliyyətdə, demək olar ki, hamının iştirakı üçün əsas yaradır. Müxtəlif səviyyədə rəhbərin, liderin
mövqeyi, siyasi proseslərə bələdliyi, elmi cəhətdən əsaslı strategiya və taktika işləyib hazırlamaq bacarığı böyük məna
kəsb [225 - 226] edir. Lakin bu, adamlann siyasi davranışının, fəaliyyətinin həlledici əhəmiyyətini kiçiltməyə əsas
vermir.
Belə bir cəhət də unudulmamalıdır: bəzən insanlann siyasi fəaliyyətini məhdudlaşdırmaq, yaxud başqa bir
məcraya yönəltmək hallan özünü göstərir. Lakin insanlann siyasi həyatdan hər hansı formada uzaqlaşdırılması, real
tarixi prosesə adekvat olmayan səmtə istiqamətləndirilməsi ciddi nəticələrə gətirib çıxara bilər. Məsələn, açıq və ya
gizli şəkildə bütövlükdə siyasi sistemə münasibətdə yadlaşma təzahür edə bilər.
Hazırda ictimai-siyasi həyatda təkcə bir ölkə əhalisinin yox, bir çox dövlətlərin əhalisinin sosial dəyərlərinin
akkumulyasiyası baş verir. İndiki mərhələdə müxtəlif siyasi yönümlü insanlar cəmiyyətin militaristləşdirilməsinə,
təcavüz və müharibə siyasətinə, irqi və milli ayn - seçkiliyə, tenorizmə, qadmlann hüquqlarının məhdudlaşdırılmasma,
gənc nəslin vəziyyətinin pisləşməsinə, ətraf mühitə qeyri-insani münasibətə, təbii ehtiyatlardan səmərəsiz istifadəyə və
s. qarşı öz etirazlarını bildirirlər.
Göründüyü kimi, siyasi sosiallaşma mürəkkəb, çoxcəhətli proses olub, müvafiq informasiyanın
mənimsənilməsini, şərhini, öz mənafe və tələbatlarına uyğunlaşdınimasmı, həmin mənafe və tələbatların cəmiyyətlə,
dövlətlə qarşılıqlı münasibətlər prosesində, real həyatda reallaşdınimasmı nəzərdə tutur.
4.
Siyasi mədəniyyət
Siyasətin sosiologiyasında siyasi mədəniyyət problemi mühüm əhəmiyyət kəsb edir. O, siyasi hakimiyyət
funksiyalarının həyata keçirilməsi prosesində reallaşdınlan (və ya reallaşdırılmalı olan) nəzəri müddəalann, baxışların,
rəylərin, sərvət yönümlərinin və s. məcmusu kimi təsəvvür edilə bilər.
Siyasi mədəniyyət üçün əsas çıxış nöqtəsi əhalinin məlumatlı olması, nəzəri-siyasi problemlərə bələdliyidir.
İlkin biliklər, məlumatlar adətən kortəbii surətdə əldə edilir, təhsil sayəsində, kütləvi informasiya vasitələrinin
fəaliyyəti sayəsində az - çox sistemli xarakter daşıyır.
Sistemli məqsədyönlü siyasi təhsilin olmaması ciddi nəticələrə gətirib çıxara bilər.
Siyasi yönümün itirilməsi,
tarixi yaddaşın zəifləməsi və ya təhrifi, siyasi davramşm passivliyi, siyasi hadisələrə marağm sönməsi, laqeydlik və s.
bu qəbildəndir.
Siyasi mədəniyyət üçün siyasi yönüm, dəyərlər, ustanovkalar mühüm əhəmiyyətə malikdir. Çünki bunlar
əqidəni, fəaliyyətə hazırlığı formalaşdırır.
Təhlil göstərir ki, respublikamızda siyasi yönümlər kifayət qədər rəngarəngdir. Onlann spektri müxtəlif
olmaqla yanaşı yayılma dərəcəsi də bir-birindən fərqlidir. Azərbaycanda Prezident və parlament seçkilərinin nəticələri
göstərdi ki, siyasi partiyaların çox olmasına baxmayaraq, əsas siyasi yönümlər və əqidələr bir neçə partiya (xüsusən
Yeni Azərbaycan Partiyası) ətrafinda cəmləşir.
Nəzərdən qaçırmaq olmaz ki, siyasi mədəniyyət fəaliyyətdə təcəssümünü tapır. Lakin siyasi mədəniyyət təkcə
siyasi həyatda iştirakı xarakterizə etmir, o həm də insanın yetkinlik dərəcəsini, dərketmənin mənalılığmı, dərinliyini,
siyasi bili}dn praktikaya necə qoşulmasını və s. əks etdirir.
Aydm məsələdir ki, insamn siyasi fəaliyyəti onun yaşadığı dövlətin hüquqi normaları ilə tənzimlənir. Bu o
deməkdir ki, şəxsiyyətin siyasi mədəniyyətinin formalaşması və təkamülü baxımından hüquqi normalann
mükəmməlliyi xüsusi məna kəsb edir. Bu normalar cəmiyyətin dinamik inkişafına istiqamətlənməli, zərurət yarandıqda
yeniləşməlidir, müasirləşməlidir. Demokratik cəmiyyət quruculuğunun uğurla həyata keçirilməsi mükəmməl hüquqi
prinsiplərə və normalara, qanunlann aliliyinə möhtacdır. Bu quruculuq e}mi zamanda vətəndaşların siyasi
mədəniyyətinin yetkinliyini [228 - 228] nəzərdə tutur. Ümummilli liderimiz H. Ə. Əliyev qeyd edirdi ki, demokratiya
«hər bir cəmiyyətin, hər bir dövrün tələblərinə uyğun olaraq inkişaf edir».
Xatırlatmaq yerinə düşər ki, bazar münasibətlərinin və strukturlannm qərarlaşması, hüquqi demokratik dövlət
quruculuğu vətəndaşlann siyasi şüurunda köklü dəyişmələrin baş verməsini tələb edir.
Ona görə də müstəqil
90
inkişafimıza, milli maraqlara və tələbatlara istinad edən dərkolumnuş siyasi mədəniyyətin formalaşdırılması ümdə
vəzifələrdən olaraq qalır.
Bir məsələyə də diqqət yetirilməlidir: son zamanlar milli ideyadan, onun ietimai-siyasi həyatda rolundan çox
danışırlar. Milli ideya ietimai şüura «hopmuş» ideyalann kristallaşması ola bilər. Başqa sözlə, belə ideya üstün sosial
yönümlərin, dəyərlərin təmərküzləşməsi ola bilər. Milli ideya şəxsi, qrup və ietimai maraqlan ifadə edərək, onlan
əlaqələndirərsə, o
zaman birləşdiriei, səfərbəredici ideya ola bilər. [228 - 229]
91