-
həmin elmlərin inkişafına milli xüsusiyyətlərin
müəyyən təsir göstərməsidir;
-
həmin elmlərin qarşılıqlı nisbətindəki fərqlilikdir (xüsusən siyasi sosiologiyanın və siyasi elmin
dövlətşünashqla, siyasi fəlsəfə, siyasi tarix və siyasi iqtisadla qarşılıqlı münasibəti və qarşılıqlı təsiridir);
-
ayn-ayn ölkələrin sosial elmlərində üstün paradiqmalann bir-birini əvəz etməsi, nəticədə bu fərqliliyin
özünəməxsus iz buraxmasıdır. Məsələn, ABŞ-ın siyasi sosiologiyası üçün xalis empirik yönüm, konflikt və siyasi
hakimiyyət strukturu problemlərinə üstün diqqətin formalaşması xarakterikdir. [219 - 220] Almaniyada siyasi
sosiologiyaya dövlətşünashğm və
siyasi fəlsəfənin, Bö5dik Britaniyada isə siyasi tarixin və siyasi iqtisadın fəal, güclü
təsiri hiss olunur.
Deməli, siyasi sosiologiyanın xüsusi istiqamət kimi formalaşması və təkamülü kifayət qədər mürəkkəb
zəmində baş vermiş, müxtəlif amillərin təsirinə məruz qalmışdır. Sosiologiya tarixinə nəzər yetirdikdə aydın olur ki,
həm XIX əsrdə, həm də XX əsrdə əslində hər bir görkəmli sosioloq dövlət və cəmiyyət məsələlərini təhlil edərkən
siyasi həyatın müxtəlif aspektlərinə toxunmuş, maraqlı, orijinal mülahizələr söyləmiş, yaşadığı cəmiyyətin, dünyanın
siyasi reallıqlarını öz konsepsiyasına uyğun mənalandırmağa səy göstərmişdir.
2.
Siyasi institutların mahiyyəti və fəaliyyəti
Siyasi institutların təşəkkülü uzunmüddətli prosesdir. O, öz başlanğıcını qarşılıqlı təsirin keyfiyyətcə yeni
növü olan siyasi hakimiyyətin tədricən təşəkkül tapdığı vaxtdan götürür. Siyasi hakimiyyətin təsisatlaşması müasir
sosial inkişafın zəruri şərtidir.
Siyasi institutlar siyasi hakimiyyətin reallaşmasını həyata keçirirlər. Bu hakimiyyətin zəruriliyi onunla
şərtlənir ki, fərdlərə, sosial qruplara
müyəssər olan ehtiyatlar, sərvətlər və sosial cəhətdən
əhəmiyyətli digər obyektlər
heç zaman tükənməz deyildir. Onlara yiyələnmək sferasını genişləndirmək kimi təbii səyi məhdudlaşdıra bilən sosial
cəhətdən müəyyənləşmiş hüdudlar olmalıdır. Belə ehtiyatlar, sərvətlər təkcə maddi xarakterli deyildir. Onlara həm də
təhlükəsizlik, informasiya əldə etmək imkanı, status, nüfuz, hakimiyyət aiddir. Zəruri hüdudlar olmadıqda qarşılıqlı
sosial təsirlər nizamlana bilməz. Anarxiyaya, sosial sistemlərin nizamsızhğma gətirib çıxaran mübahisələr,
münaqişələr, toqquşmalar labüd olar. Hüdudların müəyyənləşdirilməsi və təmin [220 - 221] edilməsi cəmiyyətdə
hakimiyyət münasibətlərinin qərarlaşmasmı tələb edir. Hakimiyyət mübahisə və münaqişələrin inkişafının elə
hüdudlarını müəyyənləşdirməyə qadir olmalıdır ki, onlara nail olmağı təmin edən hakimiyyət qəran hamı tərəfindən
məcburi akt kimi qəbul edilsin.
Hakimiyyəti bir subyektin digər subyektin (və ya subyektlərin) davranış aktlarına, fəaliyyətinə nəzarət imkanı
kimi müəyyənləşdirmək olar. Siyasi hakimiyyət bütövlükdə cəmiyyəti əhatə edir. Ancaq siyasi hakimiyyət üçün bütün
növ sanksiyaların tətbiqi hüququ etiraf olunur (fiziki məcburiyyət, mülkiyyətdən, azadlıqdan məhrumetmə və s.).
Lakin siyasi hakimiyyətin zorakılığı legitim olmalıdır, yəni cəmiyyətin əksər üzvləri tərəfindən etiraf və qəbul
olunmalıdır.
Dövlət mühüm siyasi institutdur. O, təsisatlaşmış siyasi hakimiyyəti həyata keçirir. Siyasi sosiologiya
sahəsində maraqlı tədqiqatlan olan M. Veberə görə, siyasi hakimiyyətin bazası kimi legitimlik ənənəyə, əksəriyyət
tərəfindən etiraf olunan avtoritetə (harizmaya) və rasional seçimə əsaslana bilər. Ənənəvi hakimiyyət qədimdən
təşəkkül tapmış ənənələrin sarsılmazlığına, müqəddəsliyinə, hakimiyyət orqanlarının təbii qanuniliyinə ən ümumi
inama istinad edir. Harizmatik hakimiyyət bir şəxsin böyüklüyünə, müqəddəsliyinə, bütün başqaları üzərində
üstünlüyünə, onun qəhrəmanlığına hökmran inama əsaslanır; belə hakimiyyətin əsası həmin şəxsin simasında millətin
atası, rəhbəri, şəksiz lideri kimi təzahür edir; ona tam əminliklə. Könüllü, əqidə gücünə, şəxsi sədaqətlə tabe olurlar.
Rasional xarakterli hakimiyyət qərarlaşmış qaydanın qanuniliyinə üstün inama, əksəriyyət tərəfindən dövlət
orqanlarının hakimiyyəti həyata keçirmək hüququnun əsaslılığına istinad edir.
Siyasi hakimiyyət müxtəlif cür yarana və bölüşdürülə bilər. Dövlət idarəçiliyi formalarının ənənəvi
tipologiyası hakimiyyətin bölgüsü üsullarım əks etdirir: avtokratiya, yəni bir nəfər idarəedicinin hökmranlığı;
oliqarxiya, yəni bir neçə imtiyazlı şəxsin hökmranlığı; demokratiya, yəni xalqın hakimiyyəti. [221 - 222] Aristotel
avtokratiyanın tiraniyaya (tiranın hökmranlığı), oliqarxiyanm plutokratiyaya (cinayətkarların hökmranlığı),
demokratiyanın oxlokratiyaya (yığnağın hökmranlığı) keçməsinin daim meydana gələn fenomenlərinə xüsusi diqqət
yetirmişdir.
Mütəxəssislərin fikrincə, məlum idarəetmə formasında qanunla özbaşınalığın qarşılıqlı nisbətinin
əhəmiyyətli
dərəcədə dəyişilməsi belə keçidin əsasını təşkil edir. Avtokratiyadan tiranhğa keçid öz təcəssümünü qanuni monarxm
tiranla əvəz olunmasında tapır. Qanuni monarxm hakimiyyəti varislik hüququna əsaslanır, idarəetmənin özü isə
mövcud qanunlara, norma və ənənələrə əməl etməklə bağlıdır. Tiranın idarəetməsi özbaşına zorakılığa əsaslanır, hər
hansı norma ilə bağlı deyildir. Dövlət hakimiyyəti cinayətkar varlanma, əməl üçün istifadə olunduqda oliqarxiyanm
plutokratiyaya keçməsindən bəhs etmək olar. Oxlokratiya isə əksəriyyətin elə hökmranlığıdır ki, o, qanunla bağlı
deyildir, yığnağın zorakılığına istinad edir.
88
XX əsrdə siyasi idarəetmənin xüsusi forması olan totalitar dövlət meydana gəlmişdir. Almaniyada hitlerizm,
SSRİ-də stalinizm, Kambocada Pol Pot rejimi buna misal ola bilər. Totalitar dövlətin xarakteristikasında prinsipial
cəhət hökmran qüvvə tərəfindən qanunlarm sadəcə olaraq özbaşına pozulması deyildir, hüquqi tənzimləmənin total, ən
ümumi, ən əhatəli terrorla əvəz olunmasıdır. Qanunsuzluq tiranlığm mahiyyətidir. Terror totalitar hökmranlığın
mahiyyətü xüsusiyyətidir.
Totalitar dövlətin xarakteristikasında bu xüsusiyyətləri qeyd edirlər: vahid dövlət ideologiyası; terrorun
tətbiqi; kütləvi informasiya vasitələri üzərində tam nəzarət; silahlara nəzarətsiz sərəncamçılıq; iqtisadiyyatın tam
miqyasda idarə olunması.
Ən yeni dövrdə hüquqi dövlət konsepsiyası etiraf olunur və inkişaf etdirilir. Bu konsepsiya istənilən dövlət
fəaliyyəti formasının hüquqa, ən əvvəl Konstitusiyaya tabe [222 - 223] olması ideyasına əsaslanır. Demokratik
cəmiyyətdə Konstitusiyanın başlıca vəzifəsi vətəndaşların ən mühüm hüquq və azadlıqlarmı qorumaq naminə dövlət
hakimiyyətinin həlledici məhdudlaşdıncısı, vətəndaş cəmiyyətinin əsas institutlannm özinkişafimn və özünütəşkilinin
mühüm təminatçısı olmaqdır. Konstitusiya dövlət hakimiyyətini hüquqla məhdudlaşdıraraq, bəyan etdiyi mülki və
siyasi hüquqlan mühafizə edir, hüququn başlıca funksiyasını reallaşdınr. Bu funksiya azad yaşamağın, fəaliyyət
göstərməyin təcəssümü və meyan olmalıdır. Azadlıq olmadan hüquq 5mridik fiksiyadır, özbaşınalığın pozitiv
sanksiyasıdır. Hüquqsuz azadlıq hamının hamıya qarşı müharibəsidir, cəmiyyətin və dövlətin dağılmasıdır.
Azərbaycanda vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu getdikcə daha mühüm nailiyyətlər qazamr.
Siyasi partiyaların, həmkarlar və digər təşkilatlarm, birliklərin azad, sərbəst fəaliyyəti üçün əlverişli şərait yaradılır.
Təhlil göstərir ki, onlarm fəaliyyətində, qarşılıqlı əlaqə və münasibətlərində yeni, maraqlı cəhətlər meydana gəlir,
tədricən inkişaf edir və sabit meylə çevrilir. Kütləvi informasiya vasitələrinin rolunun artması ictimai-siyasi
həyatımızda getdikcə dərinləşən demokratikləşmənin mühüm göstəricilərindən biridir. Lakin nəzərdən qaçırmaq
olmaz ki, həm siyasi partiyalarm, müxtəlif təşkilatlana, həm də kütləvi informasiya vasitələrinin fəaliyyəti Konstitusiya
prinsiplərinə, qanunçuluğa əsaslanmalıdır. Ümummilli, ümumdövlət maraqlan onlarm fəaliyyətində həmişə önəmli yer
tutmalıdır.
3.
Siyasi sosiallaşma
Hazırda ictimai həyatın siyasiləşməsi inkişafımızın xarakter xüsusiyyətlərindən birinə çevrilmişdir. Bu,
təbiidir ki, siyasətin bütün aspektlərinin daha dərindən, hərtərəfli öyrənilməsinə ciddi tələbat doğur. Siyasi sosiallaşma
aktuallığı getdikcə artan proseslərdən biridir.
Siyasi sosiallaşma insanın müvafiq informasiyaya yiyələnməsi, siyasi davranış ideyalannı, baxışlanm,
nümunələrini qavraması prosesidir.
Siyasi sosiallaşma ünsürləri məktəb yaşından əvvəl təzahür edə bilər. Lakin bu proses ilk məktəb yaşlarından
etibarən müntəzəm xarakter alır. Belə ki, sosial psixoloqlarının və pedaqoqlann fikrincə, 8-13 yaş uşaqda siyasi
baxışların formalaşmasının mühüm mərhələsidir. Bu yaşda siyasi quruluşdan, siyasi proseslərdən daha çox siyasi
xadimlərdən, rəhbərlərdən bəhs etməyə meyllilik güclü olur. Başqa sözlə, ümumi siyasi proseslərin fərdləşdirilməsi
aydın müşahidə edilir. Ayn-ayn ictimai qüvvələrə, hətta xalqlara, dövlətlərə rəğbət və ya nifrət, tənqidi mövqe təzahür
edə bilər. Bu prosesdə ailədə və məktəbdə məsələlərin müzakirəsi, müəyyən yönümün olması (təbiidir ki, yaşhlann
köməyi ilə) mühüm rol oynayır.
13-14 yaşdan etibarən sosiallaşmanm yeni mərhələsi başlanır. Yeniyetməlik adlanan
bu mərhələnin səciyyəvi
xüsusiyyəti dağınıq siyasi informasiyanın müəyyən sistem halında formalaşmasıdır. Bu sistemdə nəinki siyasi həyatın
ayn-ayn məqamları, ən məşhur şəxsiyyətləri özünə yer tapır, həm də ölkədəki ümumi siyasi vəziyyət, siyasi
hakimiyyətin strukturu, cəmiyyətin və dövlətin məqsədləri barəsində müəyyən təsəvvür formalaşır. Məhz bu dövrdə
müxtəlif ictimai təşkilatlann, o cümlədən siyasi yönümlü təşkilatlann fəaliyyətinə qoşulmaq istiqamətində ilk cəhdlər
reallaşır.
Bir çox cəmiyyətlərdə 18 yaş insanın siyasi həyatda tam hüquqlu iştirakının başlandığı müddət hesab olunur.
İnsanın bir vətəndaş kimi təşəkkülü əsasən başa çatır. Bu zaman onun dünyagörüşü bir növ tamamlanmış məna kəsb
edir. Siyasi rəğbət və ya nifrət qabarıq şəkildə təzahür edir. Bəziləri üçün siyasi proseslərdə iştirak etmək onun sonrakı
həyatının mühüm komponentinə çevrilir. Millətin, sosial qrupun struktur ünsürü olan insan konkret şəraitdən asılı
olaraq [224-225] müstəqil surətdə siyasi fəaliyyətə qoşulur, cəmiyyətin siyasi münasibətlərini bu və ya digər dərəcədə
təcəssüm etdirir.
Bəzi tədqiqatçılann fikrincə, yetkin həyata qədəm qoymaqla siyasi sosiallaşma prosesi başa çatır. Bu fikirlə
razılaşmaq çətindir. İş ondadır ki, öz həyatı dövründə insan, hətta müəyyən sosial qruplar öz siyasi yönümünü dəyişə
bilər, öz siyasi fəaliyyətini başqa formalarda davam etdirə bilər, gerçəkliyi təhlil edərək, siyasi dissidentə çevrilə,
yaxud siyasi məsələlərə laqeydlik yolunu tuta bilər. Deməli, insan bütün həyatı ərzində siyasi sosiallaşmaya məruz qala
bilər. Onun gəncliyində formalaşmış
siyasi mövqeyindən, müəyyən sərvət yönümlərindən uzaqlaşıb-
89