proseslərindən ibarətdir. Deməli, özünütəşkil sosial təşkilatın mahiyyətli xüsusiyyətidir. Məhz özünütəşkil sayəsində
təşkilat canlı orqanizm kimi fəaliyyət göstərir, sosial qaydanı vaxü keçmiş normalardan xilas edir və yeniləşdirir,
dəyişən şəraitə uyğunlaşa bilir. Özünütəşkil proseslərinin məhdudlaşdırılması təşkilati stmkturlann köhnəlməsinə,
idarəetmə münasibətlərinin bürokratlaşmasma, sosial nizam yaratmaq qabiliyyətinin zəifləməsinə gətirib çıxanr və
nəticədə idarəetmənin effektivliyi azalır.
Beləliklə, sosial idarəetmədə sosial nizamın üç mənbəyinə uyğun olaraq, idarəetmənin üç növündən bəhs
etmək olar: a) idarə olunan sistemə bilavasitə idarəedici təsir; b) təşkilati qaydanı idarəetmə; c) özünüidarə. [234 - 235]
3. Sosial idarəetmə mürəkkəb proses kimi
Sosial idarəetmə prosesi müəyyən növ fəaliyyətin ümumiləşmiş ifadəsidir, qarşıya qoyulmuş məqsədlərə nail
olmaq istiqamətində reallaşdırılan ardıcıl hərəkətlərin məcmusudur.
Elmi ədəbiyyatda qeyd olunur ki, idarəetməyə proses mövqeyindən yanaşmanı təklif edənlər XX əsrin 30-cu
illərində inzibati idarəetmə tərəfdarlan olmuşlar. Lakin onlar idarəetmə mərhələlərini funksiyalar kimi nəzərdən
keçirərkən həmin fünksiyalann qarşılıqlı əlaqəsinə lazımınca diqqət yetirməmişlər. Lakin idarəetməyə proses
mövqeyindən yanaşanlarm digər qismi həmin qüsuru aradan qaldırmağa səy göstərmiş, müəyyən təşkilat hüdudlannda
hərəkətlərin və ya fünksiyalann qarşılıqlı əlaqəsini, ümumi fasiləsiz axarını nəzərə çarpdırmışlar. Bu konsepsiyanm ilk
müəlliflərindən sayılan Anri Fayol belə hesab edirdi ki, idarə etmək planlaşdırmaq, təşkil etmək, sərəncam vermək,
əlaqələndirmək və nəzarət etmək deməkdir.
Hazırda
sosial-fəlsəfi ədəbiyyatda, idarəetmə nəzəriyyəsinə və praktikasına həsr olunmuş əsərlərdə
idarəetmə
prosesi təşkilati və funksional struktur baxımından təhlil olunur. Başqa sözlə, həmin prosesdə müəyyən mərhələlər və
ya funksiyalar ayırd edilir.
Təşkilati struktur baxımından sosial idarəetmə prosesini bir-birinin ardınca gələn müəyyən mərhələlərin
məcmusu kimi başa düşmək olar. Belə mərhələlərin ayırd edilməsinə müxtəlif müəlliflərin fərqli yanaşması
mövcuddur. Həmin yanaşmaların müqayisəli təhlili göstərir ki, fərqlər əsasən məsələyə nə dərəcədə konkret yanaşma
ilə əlaqədardır. Bəziləri (məsələn, V. Q. Afanasyev) 4 mərhələ - qərarın işlənib hazırlanması və qəbulu, təşkiletmə,
tənzimetmə, uçot və nəzarət, bəziləri (məsələn, Q. Q. Vasilyev) 6 mərhələ - idarəetmə probleminin qoyulması, zəruri
informasiyanın toplanılması, qərarın işlənib hazırlanması, qərann qəbul edilməsi, qəbul [235 - 236] olunmuş qərann
icrasının təşkili, nəzarət və s. ayırd edirlər.
İdarəetmə prosesinin nə dərəcədə konkret diferensiasiyası ilə şərtlənən fərqli mövqelərin olması təbii
sayılmalıdır. Zənnimizcə, ayn-ayrı mövqelərdə 3 mərhələnin ayırd edilməsi ümumi cəhətdir və demək olar ki, heç
kəsdə etiraz doğurmur:
1.
Qərann işlənib hazırlanması və qəbul olunması;
2.
Qərann icrasının təşkili;
3.
İcranın yoxlanılması (nəzarət).
Sosial idarəetmə prosesini təşkilati struktur baxımından bir-biri ilə sıx əlaqədar olan bu üç mərhələdən ibarət
sistem kimi təsəvvür etmək mümkündür.
Bu sistem,
şübhəsiz, ümumi xarakter daşıyır.
İdarəetmənin funksiyalanna münasibətdə də vahid mövqe formalaşmamışdır. Müasir elmi ədəbiyyatda ən
müxtəlif funksiyalardan bəhs edilir: planlaşdırma; təşkiletmə; sərəncamçılıq; motivləşdirmə; nəzarət; kommunikasiya;
tədqiqetmə; qiymətləndirmə; qərarların qəbul olunması; işçi heyətin seçilməsi; danışıqlar aparılması və s. İdarəetməyə
dair ayn-ayrı nəşrlərdə demək olar ki, idarəetmə funksiyalan sadalanır, lakin onlann fərqi çox azdır.
Mütəxəssislərin fikrincə, Amerika menecmentində belə bir yanaşma üstünlük təşkil edir ki, idarəetmə
fəaliyyətinin mühüm növlərini bir neçə anlayışda birləşdirməklə ifadə etmək olar. Hesab olunur ki, idarəetmə prosesi 4
funksiyadan ibarətdir: planlaşdırma, təşkiletmə, motivləşdirmə, nəzarət. Qeyd edilən bu funksiyalar əlaqələndirici
proseslərlə - kommunikasiya və qərarlann qəbulu prosesləri ilə birləşirlər.
Planlaşdırma bu məqamları nəzərdə tutur: bütövlükdə idarəetmə sisteminin, o cümlədən onun ayn-ayn
hissələrinin elmi cəhətdən əsaslandırılmış inkişaf proqramının işlənib hazırlanması; həmin proqramı reallaşdırmaq
sahəsində idarəetmə subyektlərinin məqsəd və vəzifələrinin müəyyənləşdirilməsi; proqramın zəruri ehtiyatlarla
(maddi-maliyyə, əmək, təşkilati) təmin olunması; planlaşdırılan nəticələrə [236 - 237] nail olmaq vasitələrinin
müəyyən edilməsi.
Planlaşdırma proqnozlaşdırma ilə sıx bağlıdır, çünki idarəetmə sisteminin məqsədyönlü inkişafının təmin
olunması həmin sistemin gələcək vəziyyətinin mümkün variantlanm işləyib hazırlamağı nəzərdə tutur.
Təşkiletmə idarəetmə subyektlərinin fəaliyyətinin çox mühüm növü olub, daha konkret məqsədlərə
istiqamətlənir, idarəedən və idarəolunan sistemlərin formalaşmasını, onlar arasında münasibətlərin nizamlı sahmana
salınmasını nəzərdə tutur. Təşkiletmə zərurət olduqda yeni idarəetmə orqanlarının, strukturlannm
94
yaradılması, kadrların seçilməsi və yerləşdirilməsi, müvafiq orqanlann və vəzifəli şəxslərin səlahiyyətlərinin
müəyyənləşdirilməsi, struktur məsələlərin həlli, idarəetmə münasibətləri iştirakçılannm qarşılıqlı təsir və əlaqə
qaydalarının müəyyənləşdirilməsi və s. kimi məsələlər kompleksini əhatə edir.
Motivləşdirmə funksiyası qarşıya qoyulan və planda əksini tapan vəzifələrin təşkilat üzvləri tərəfindən yerinə
yetirilməsində mühüm rol oynayır. Faktlar sübut edir ki, qədim zamanlardan işçilərə hədə, cəza və s. ilə, nisbətən az
adama isə mükafatlarla təsir göstərmək imkanlanndan istifadə olunmuşdur. XVIII əsrin sonundan etibarən belə bir
inam möhkəmlənmişdir ki, adamlann çox qazanmaq imkanı olduqda onlar daha səylə, daha yaxşı işləyirlər. Bu
motivləşdirmə asan və sadə qavranılan məsələ hesab olunmuşdur. Tədricən insan münasibətlərinə diqqətin artması,
Elton Meyonun eksperimentləri («Uestem Elektrik» zavodunda -ABŞ) sayəsində belə bir cəhət aydmiaşdı ki, insan
hərəkətlərinin motivləşməsi əsasən iqtisadi amillərlə deyil, müxtəlif tələbatlarla şərtlənmişdir. Hazırda artıq dərk edilir
ki, işçiləri effektiv motivləşdirmək üçün müəyyənləşdirmək vacibdir ki, hansı tələbatlar hansı işçilər üçün aktualdır,
həmin tələbatlan hansı işlə ödəmək mümkündür. Yaxşı təşkil olunmuş səmərəli əmək işçinin fəaliyyətini motivləşdirən
çox mühüm amildir. [237 - 238]
Nəzarət idarəetmə prosesinin daimi fəaliyyət göstərən komponentidir. İdarəetmə sisteminin nizamlı fəaliyyəti
üçün nəzarətin üç aspektindən bəhs edirlər:
Birinci aspekt standartların müəyyənləşdirilməsidir. Bu, məlum zaman kəsiyində əldə ediləcək məqsədlərin
dəqiq müəyyən olunmasını nəzərdə tutur, işlənib hazırlanan planlarda əsaslandırılır. İkinci aspekt məlum dövrdə əldə
edilmiş nəticələrin ölçülməsi və gözlənilən nəticələrlə müqayisə edilməsidir. Üçüncü aspekt zərurət yarandıqda ilkin
plandan ciddi kənara çıxmalan təshih etmək üçün fəaliyyət göstərməkdir.
Yuxanda qeyd edilən funksiyalan sıx əlaqələndirən, onlann qarşılıqlı asıhlığmı təmin edən iki xarakteristikaya
-qərarlann qəbuluna və kommunikasiyaya xüsusi diqqət yetirilməsi məqsədəuyğundur.
İdarəetmə qərarı rəhbərliklə tabelikdə olanlar arasmdakı münasibətlərin mühüm ünsürüdür, hakimiyyətin
təşkilatda reallaşdırılması mexanizmidir.
Sosial idarəetmədə qərarlar öz rəngarəngliyi ilə seçilir. Onlan müəyyən əsaslara görə tiplərə ayırmaq olar.
Məzmununa və xarakterinə görə aşağıdakı tipləri qeyd etmək olar:
a)
sərt determinə edilmiş qərarlar - onların məzmunu normativ sənədlərlə
irəlicədən müəyyən olunur;
b)
təşəbbüs xarakterli qərarlar - onlar idarəetmə orqanlannin təşəbbüsü ilə
qəbul olunur və qərar qəbul
edənin yaradıcı töhfəsini nəzərdə tutur;
c)
situasiya xarakterli qərarlar - onlar əsasən epizodik və ya lokal xarakter daşıyır;
ç) yenidən təşkiletmə xarakterli qərarlar - onlar təşkilati strukturların dəyişilməsinə, yeniliklərin tətbiqinə
istiqamətlənmişlər.
Qərarlann qəbul olunmasında iştirak dərəcəsinə görə təkbaşına və qrup halında qəbul edilmiş qərarlan
fərqləndirmək olar. [238 - 239]
Fəaliyyət müddətinə görə qısamüddətli və uzunmüddətli qərarlan, fəaliyyət sferasına görə təşkilati, kadr,
əmək, məişət və s. qərarlan ayırd etmək olar.
Qərarlann qəbul olunması prosesi müəyyən mərhələləri əhatə edir: məqsəd və vəzifələr haqqında subyektiv
təsəvvürün formalaşması; mümkün nəticələrin qiymətləndirilməsi; nəticələrə təsir edən mümkün şəraitin
proqnozlaşdıniması; alternativin seçilməsi.
Səmərəli və obyektiv qərarlar qəbul etmək, problemin mahiyyətini və miqyaslanm aydın təsəvvür etmək üçün
adekvat, dəqiq informasiya olması vacibdir. Belə informasiyanı əldə etməyin üsulu kommunikasiyadır.
Kommunikasiya informasiya mübadiləsi prosesidir. İdarəetmə obyektinin, idarəedici sistemin və xarici mühitin
vəziyyəti barəsində məlumatların məcmusu məhz idarəetmə informasiyasıdır. Bunsuz qəbul olunan qərarların
əsaslandırılması və reallaşdırılması mümkün deyildir. İnformasiya idarəetmə prosesinin bütün mərhələlərində, bütün
idarəetmə funksiyalannm reallaşdırılmasmda zəruri olan ünsürdür.
4.
Sosial idarəetmə metodları
Sosial idarəetmənin metodlan ayrıca işçiyə, qrupa və bütöv kollektivə məqsədyönlü təsir metodlarının
kompleksidir. Aydın məsələdir ki, idarəetmənin qeyd edilən səviyyələrindən hər birinin öz spesifik problemləri
mövcuddur. Ona görə də tətbiq olunan metodlar bir-birindən fərqlənir. Bu metodlann bəziləri bütün səviyyələri əhatə
edir, bəzilərinin tətbiqi isə onlann ancaq biri ilə məhdudlaşır. Məsələn, aynca bir işçiyə münasibətdə fərdin davranışına
təsir göstərə bilən aşağıdakı metodlan tətbiq etmək olar:
a)
birbaşa təsir (işçiyə
müəyyən iş icra etmək üçün əmr,
sərəncam, tapşmq vermək olar);
b)
motivlər, mənafelər və tələbatlar vasitəsilə təsir [239- 240] (stimullaşdırma);
c)
dəyərlər sistemi vasitəsilə təsir (tərbiyə, təhsil və s.);
ç) sosial mühit vasitəsilə təsir (əmək şəraitinin yeniləşməsi, inzibati və qeyri-formal təşkilatda statusun
dəyişilməsi və s.).
95