XIII
FƏSIL
IDARƏETMƏNIN
SOSİOLOGİYASI
1.
idarəetmənin sosial təbiəti və strukturu
Əvvəlcə bir-birinə çox yaxın olan iki anlayışın mənasına diqqət yetirilməlidir: menecment və idarəetmə. Bəzən
həmin anlayışları ümumiyyətlə eyniləşdirirlər. Belə eyniyyəti texniki mənada qəbul etmək olar, çünki menecment
hərfən idarəetmə deməkdir. Başqa sözlə, «menecment» və «idarəetmə» anlayışlarmı texniki mənada sinonim sözlər
kimi işlətmək olar. Qərbdə menecment anlayışının işlədilməsində kifayət qədər sərbəstlik vardır. Lakin bəzi
sosioloqlar sosial-mədəni hadisə kimi həmin anlayışlarm fərqləndirilməsini zəruri hesab edirlər. Onlann fikrincə,
menecment hər şeydən əvvəl kommersiya idarəetməsinin instrumentidir. İdarəetmə isə insanlann qarşılıqlı fəaliyyətini
nizamlayan mexanizmdir.
«İdarəetmə» və «sosial idarəetmə» anlayışlannı da müqayisə etmək və fərqləndirmək məqsədəuyğundur. Bu
halda qeyd etmək olar ki, idarəetmə daha geniş anlayışdır; o, müxtəlif təbiətə malik orqanizmlərin, sistemlərin (bioloji,
sosial, texniki) funksiyası olub, onlann müəyyən strukturunu saxlamağı, fəaliyyət rejimini nizamlamağı, fəaliyyət
məqsədlərini reallaşdırmağı təmin edir. Sosial idarəetmə isə geniş və dar mənada işlədilir. Geniş mənada sosial
idarəetmə dedikdə bioloji və texniki sistemləri idarəetmədən fərqli olaraq, bütün və hər cür ictimai prosesləri idarəetmə
başa düşülür. Dar mənada isə sosial idarəetmə cəmiyyət həyatının sosial sferasına xas olan hadisə və proseslərin idarə
olunmasını nəzərdə tutur, sosial siyasətin reallaşdırılması vasitəsi kimi çıxış edir.
İdarəetmə həmişə hakimiyyətin və səlahiyyətlərin prezumpsiyasma, aşağıların yuxarılara tabeliyinə, iqtisadi,
sosial və mədəni nemətlərə yiyələnməkdə bərabərsizliyə əsaslanır. Rolların və statusların üfüqi və şaquli
diferensiasiyası müxtəlif cür təsbit olunur. İdarəetmə fərdlərin, qrupların, kollektivlərin fəaliyyətinin müəyyən
rejimidir, nizamıdır, nəzərdə tutulan norma və qaydaların hüdudlarında həmin fəaliyyətin məhdudlaşdınimasıdır.
İdarəetmə piramidası mürəkkəb struktura malikdir. O, elə qurulmuşdur ki, onun konusunda ən imtiyazlı,
səlahiyyətli vəzifələr yerləşir. Bu vəzifələr aşağı qatlardakı imtiyazsız, yaxud az imtiyazlı mövqelərlə müqayisədə çox
azdır. Deməli, mövcud yerlərə nisbətdə irəliləmək, 5üiksəlmək iddiasında olanlar daha çoxdur. Yüksəlmək səyi
idarəetmə karyerasının əsas motividir.
«İdarəetmənin strukturu» anlayışmı idarəetmə problemlərinə həsr olunmuş ədəbiyyatda tez - tez rast
gəldiyimiz «təşkilatın strukturu» anlayışı ilə müqayisə edək. Təşkilatın strukturu daha geniş anlayış olub, həm formal,
həm də qeyri - formal təşkilatı əhatə edir. İdarəetmənin strukturu isə təşkilatın strukturunun mühüm ünsürü olub, ancaq
formal təşkilatı əhatə edir.
İdarəetmənin strukturu əslində idarəetmə səviyyələrinin aşağıdan 5nıxanya doğru nizamlı yerləşməsidir.
Burada adətən üç səviyyəni ayırd edirlər: aşağı səviyyə (məsələn, sex rəhbərləri, baş ustalar); orta səviyyə (məsələn,
şöbə, bölmə rəhbərləri); yüksək səviyyə (məsələn, baş idarəedici, bö5dik idarəedicilər). Bu,
tipik struktur hesab oluna
bilər. İri kompaniyalarda bu səviyyələr arta bilər (məsələn, aşağı, kiçik, orta, böyük, yüksək səviyyələr). Silahlı
qüvvələrdə, sahə və regional idarəetmə orqanlarında idarəetmənin daha çox səviyyəsi mövcuddur. İcraçılarla (fəhlə və
qulluqçularla) 5diksək səviyyə rəhbərləri arasında daha çox səviyyələr mövcuddursa, belə idarəetmə strukturunu şaquli
idarəetmə strukturu adlandırırlar. Rəhbərlik səviyyələri az olduqda isə onu Üfüqi idarəetmə strukturu adlandırırlar.
[230 - 231]
Bir neçə minilliklər ərzində mövcud olan, fünksional xidmətləri istisna edən ənənəvi idarəetmə strukturu xətti
struktur adlanır. XX əsrin əvvəllərində meydana gələn, funksional xidmətlərin bütöv şəbəkəsini əhatə edən (kadrlar
şöbəsi, reklam şöbəsi, təchizat şöbəsi, marketinq şöbəsi, mühasibat və s.) yeni idarəetmə strukturu xətti - qərargah
strukturu adlanır.
Yüksək səviyyə rəhbərləri özlərini inzibatçılar hesab edirlər. Onlar firmanın, kompaniyanın və s. fəaliyyətini
istiqamətləndirirlər. Lakin onlann işində inzibatçılıq və idarəetmə birləşir: inzibatçılıq yüksək rəhbərin simasında
təşkilatın başlıca məqsədlərini və siyasətini müəyyən edir, bütün digər rəhbərlərin məşğul olduğu idarəetmə isə həmin
məqsədlərin və siyasətin reallaşması üçün zəruri olan əməliyyatlann yerinə yetirilməsini təmin edir.
Təbiidir ki, inzibatçılıq və idarəetmə fünksiyalan qarşılıqlı surətdə kəsişirlər. Həmin fünksiyalann yerinə
yetirilməsi ilə eyni adamlann məşğul olması məcburi deyildir. Lakin istənilən səviyyədə ejmi bir şəxs öz iş vaxtının bir
hissəsini inzibatçılığa, digər hissəsini isə idarəetməyə sərf edə bilər. İdarəetmə səviyyəsi 5diksək olduqca inzibatçılığa
daha çox vaxt, idarəetməyə isə daha az vaxt aynlır və əksinə. İdarə-etmədən tam kənarda qalmaq isə əslində mümkün
deyildir.
92
2.
Sosial idarəetmənin xarakter xüsusiyyətləri və
struktur ünsürləri
Yuxanda qeyd etdiyimiz kimi, idarəetmənin sosiologiyası sosioloji biliyin spesifik sahəsidir; o,
idarəetmənin
sosial əsaslarmı, dinamik sistemini, proseslərini, onlarm sosial funksiyalarını və prinsiplərini, idarəetmə
qərarlarmın xüsusiyyətlərini, idarəetmə fəaliyyətinin sosial tərəflərini, onların təşkilatlarda və cəmiyyətdə
effektivlik dərəcəsini, idarəetmə sahəsindəki münasibətləri öyrənir.
Sosiologiya başlıca diqqəti sosial sistemlərin idarə olunması, başqa sözlə, sosial idarəetmə üzərində
cəmləşdirir.
Sözün geniş mənasında sosial idarəetmə birliklərin, habelə müəyyən çərçivədə sosial hadisə və proseslərin
idarə olunması deməkdir. Sözün məhdud mənasında isə o, idarəetmə subyektinin müəyyən fəaliyyət prinsiplərinə
əsaslanmaqla idarəetmə obyektinin qarşısında məqsəd və vəzifələrin qoyulmasına, həmin obyektə təsirin rəngarəng
vasitə, üsul və metodlanndan istifadə etməklə onlarm həllini təşkil etməyə istiqamətləndirmək deməkdir.
Bioloji və texniki sistemlərin idarə olunmasından fərqli olaraq, sosial idarəetmə ən əvvəl qarşıya şüurlu surətdə
məqsədlər qo5mlması ilə səciyyələnir; həmin məqsədlər idarəetmə obyektinin səviyyə və miqyaslarından asılı olaraq
diferensiallaşır. Məsələn, cəmiyyəti idarəetmə onun keyfiyyət spesifikasını saxlamaqla, onun sabit fəaliyyət
göstərməsini, təkmilləşməsini, inkişafını təmin etməklə əlaqədardır. Təşkilatlan idarəetmənin məqsədi ən əvvəl
stmktur bölmələrin ümumi vəzifələrin həllinə yönəlmiş səylərini əlaqələndirməkdən, onlann fəaliyyətinin səmərəsini
yüksəltməkdən ibarətdir. Fərdi səviyyədə isə idarəetmənin məqsədi işçilərin öz funksional vəzifələrini daha yaxşı
həyata keçirməsinə şərait yaratmaqdır.
İdarəetmə cəmiyyətə onun istənilən inkişaf pilləsində daxilən xas olan xassədir; o, ən ümumi xarakter daşıyır,
cəmiyyətin sistemli təbiəti, insan əməyinin ictimai kollektiv xarakteri, əməkdə və həyatın digər sahələrində qarşılıqlı
təsirdə,
ünsiyyətdə olmaq, öz fəaliyyət məhsullarım mübadilə etmək zərurəti ilə şərtlənir.
Adətən kortəbii və şüurlu idarəetmə mexanizmlərini fərqləndirirlər. Kortəbii idarəetmə bir-biri ilə kəsişən
müxtəlif qüvvələrin, təsadüfi faktlann, amillərin sistemə təsirinin nəticəsidir. Şüurlu idarəetmə isə idarəetmə
subyektləri (ictimai institutlar, təşkilatlar - ayn-ayn rəhbərlər) tərəfindən həyata keçirilir. [232 - 233]
Sosial idarəetmə öz obyektinin spesifikası ilə şərtlənən bir sıra xüsusiyyətlərlə səciyyələnir:
1.
Sosial idarəetmə insanlann birgə fəaliyyətinin müxtəlif variantı mövcud olduğu şəraitdə meydana gəlir, bu
fəaliyyətin normal axarını təmin edir, adamlann davranışına nizamlayıcı təsir göstərir.
2.
Sosial idarəetmə idarəetmənin həm obyektini, həm də subyektini, ictimai münasibətlərin xüsusi növünü -
idarəetmə münasibətlərini nəzərdə tutur. Bu münasibətlər inteqral xarakter daşıyır; onlara obyektiv - subyektiv
xüsusiyyətlər xasdır;
3.
Sosial idarəetmə hakimiyyəti, avtoriteti, habelə iradi məqamlan nəzərdə tutur.
4.
Sosial idarəetmə insan fəaliyyətinin bir növü, onun ətraf mühitə fəal münasibətlərinin bir forması
olduğundan həmin fəaliyyətin
məqsəd və vəzifələrini, gedişini, vasitələrini də əhatə edir.
5.
Müasir dünyada sosial idarəetmə siyasi xarakter daşıyır. İdarəetmədə insanlann ictimai həyatmm və
fəaliyyətinin təkcə obyektiv tələbatlan yox, həm də onlann mənafeləri, maraqlan nəzərə alınır. Bu mənafelər
cəmiyyətdə qərarlaşmış mövqelərin saxlanılmasına yaxud yeniləşməsinə, dəyişilməsinə istiqamətlənə bilər.
Sosial idarəetmənin bilavasitə vəzifəsi sosial sistemdə, təşkilatda sosial nizam yaratmaqdır. Sosial nizam sosial
sistemin mütəşəkkilliyini, sosial hərəkətlərin qaydaya salınmasını ifadə edir. Bu o deməkdir ki, sosial nəzarət
mövcuddur, müəyyən məhdudiyyətlər, sanksiyalar, normalar fəaliyyətdədir, sosial hərəkətlərin uyğunluğu,
əlaqələndirilməsi, sabitliyi təmin edilmişdir. Sosial nizam yaratmaq kimi mürəkkəb vəzifəni yerinə yetirmək üçün
idarəetmə orqanı (idarəedici sistem) idarə olunan sistemlə müqayisədə daha yüksək sosial nizam səviyyəsinə malik
olmalıdır. Bu, idarəetmənin ən ümumi qanunlarından biridir.
Sosial təşkilatlarda məqsədyönlü idarəedici təsirlə yanaşı [233 - 234] sosial nizamın digər mənbələri (təşkilati
qayda və özünütəşkil) də mühüm əhəmiyyət kəsb edir. Təşkilati qayda funksiyaların müəyyən səviyyədə
ixtisaslaşmasını, sosial hərəkətlərin eyni istiqamətliliyini və sinxronluğunu təmin etməlidir. Təşkilati effekt yüksək
olduqca qarşıya qoyulmuş məqsədlərə çatmaq imkanlan da artır. Strukturlaşdırılmış sərt iyerarxik sistem bir tərəfdən
sosial nizamın saxlanılmasına kömək edir, sosial hərəkətlərin qeyri - müəyyənliyini aradan qaldırır, digər tərəfdən isə
idarəetmə strukturlanmn bürokratlaşmasmı gücləndirir. Sərt iyerarxiyanın qüsurlarını zəiflətməyə kömək edən əsas
mexanizm özünütəşkildir. Sosial sistemlər yüksək dərəcədə özünütəşkil edən sistemlər kimi fəaliyyət göstərirlər. Ona
görə də sosial idarəetmədə idarəetmə səyləri ilə sistemdə özünütəşkil meylləri arasında optimal nisbət olması mühüm
şərtdir. Mövcud ictimai mütəşəkkilliklə sosial qrupların və ayn - ayn fərdlərin onun hüdudlarından kənara çıxma
səyləri arasında meydana gələn ziddiyyətlərin həlli yollan axtanimalıdır. Çünki sosial təşkilat təkcə müəyyən
məqsədlərə çatmaq instrumenti yox, həm də müxtəlif mənafe və tələbatlara malik adamlan birləşdirən spesifik
birlikdir.
Bundan əlavə, real sosial qayda nəticə etibarilə çoxpilləli və rəngarəng özünütəşkil
93