Sosiologiya



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə27/73
tarix30.04.2018
ölçüsü5,03 Kb.
#40607
növüDərs
1   ...   23   24   25   26   27   28   29   30   ...   73

Cəmiyyətin strukturunda insanlann sosial-etnik birlikləri xüsusi yer tutur. Onlann tərkibinə qəbilə, tayfa, xalq, 
millət daxildir (bu məsələlər xüsusi fəsildə təhlil ediləcəkdir). 
3.
 
Sosial stratifikasiya 
Yuxanda qısa şəkildə olsa da, cəmiyyətin «sosial strukturu» anlayışma münasibətdə özünü göstərən əsas sinfi 
yanaşmalar qeyd olundu. Sosiologiyada son dərəcə geniş yayılmış olan sosial stratifikasiya anlayışı və nəzəriyyəsi də 
onlarla əlaqəlidir. Bu anlayış cəmiyyətin strukturunu və sosial təbəqələr üzrə bölgünün əlamətlər sistemini əhatə edir. 
Stratifikasiya anlayışı (lat. stratum - təbəqə və facio -edirəm) sosiologiyaya geologiyadan (müxtəlif süxurlann 
şaquli [112-113] yerləşməsini bildirir) gətirilmişdir. 
Sosial stratifikasiya və sosial təbəqələşmə anlayışlan elmi ədəbiyyatda eyni mənanı ifadə edir. «Təbəqələşmə» 
anlayışı  hərfi  mənada  bütün  cəmiyyətin  təbəqələrə  bölünməsi  deməkdir.  Sosial  təbəqələşmə  isə  əhali  arasmda 
təbəqələrin yaranma prosesini göstərir. Latın dilində buna sosiologiya elmində qəbul olunmuş iki termin uyğun gəlir - 
diferensiasiya və stratifikasiya.' 
«Stratifikasiya» termini daha çox elmi ədəbiyyatda, «təbəqələşmə» sözu isə gündəlik danışıqda işlədilir. 
«Təbəqələşmə» cəmiyyətin varlı və yoxsullara bölünməsini ifadə edirsə, «stratifikasiya» bununla yanaşı, həm 
də  çoxsaylı  orta  təbəqəni  ehtiva  edir.  Odur  ki,  stratifikasiya  gerçəkliyi  daha  dolğun  əks  etdirir.  Biz  bu  termindən 
cəmiyyətin təbəqələşməsi prosesini və bunun nəticəsini ifadə etmək üçün istifadə edəcəyik. 
Stratifıkasiyanm tarixi tipləri aşağıdakılardır: 
a) quldarlıq; b) kasta quruluşu; c) təbəqələr; ç) siniflər. 
Qərb sosiologiyasında sosial stratifikasiya nəzəriyyəsi siniflərin cəmiyyətin sosial strukturunun əsasını təşkil 
etməsi  barədə  marksist  təliminin  inkarıdır.  Bu  nəzəriyyənin  tərəfdarları  iddia  edirlər  ki,  sinif  anlayışı  keçmiş 
cəmiyyətlərin, o cümlədən sənayecə inkişaf etmiş kapitalist ölkələrinin sosial strukturunu təhlil etməyə yarayırdı, lakin 
müasir industrial cəmiyyətin sosial strukturunun tədqiqi üçün yaramır. Çünki müasir cəmiyyətdə əsas səhmdarların 
istehsalın idarə edilməsindən kənarlaşdıniması və onların muzdlu menecerlərlə əvəz olunması ilə əlaqədar mülkiyyət 
münasibətləri özünün müəyyənedici statusunu itirmişdir. Buna görə də sinif anlayışı «strat» ilə əvəz edilməlidir. 
Bu  nəzəriyyəyə  görə,  hər  strata  təqribən  eyni  gəliri,  səlahiyyəti,  təhsil  və  nüfuzu  olan  insanlar  daxildir. 
Cəmiyyətdə yuxandan aşağıya doğru zənginlər, varlılar, orta təbəqə və yoxsul adamlann stratlan yerləşir. [113 - 114] 
Sosioloqlann müəyyən bir qrupu belə hesab edir ki, sosial stratifikasiya təlimi müəyyən tarixi zaman ərzində 
cəmiyyətdə mövcud olan sosial bərabərsizliyin iyerarxiyalı təşkil olunmuş struktumnu daha dolğun əks etdirir. Adi 
təbəqələşmə  ilə  müqayisədə  sosial  stratifikasiya  iki  fərqli  cəhəti  ilə  seçilir.  Birincisi,  stratifikasiya  dərəcəyə  görə 
təbəqələşmə ilə xarakterikdir. Belə ki, 5mxan təbəqələr aşağı təbəqələrdən (sərvətlərə sahibolma münasibətində və ya 
mükafatlann  alınması  imkanlan  ilə  müqayisədə)  daha  imtiyazlı  vəziyyətdədirlər.  İkincisi,  yuxarı  təbəqələrin 
cəmiyyətdəki üzvlərinin sayı xeyli azlıq təşkil edir. 
Beləliklə,  sosial  stratifikasiya  şaquli  qaydada  yerləşmiş  sosial  təbəqələrin  məcmusudur.  Burada  sosial 
təbəqələr hakimiyyət, var-dövlət, təhsil və nüfuza sahib olmaq üçün sosial bərabərsizlik meyan üzrə yerləşmişdir. Strat 
stratifıkasiyanm dörd şkalası üzrə oxşar göstəricilərə malik olan insanlann sosial təbəqəsidir. 
Sosioloji ədəbiyyatda stratifıkasiyanm müxtəlif meyarlan əsaslandınlır. Alman sosioloqu R. Darendorf sosial 
stratifikasiya  üçün  başlıca  meyar  «nüfiız»  anlayışını  hesab  edirdi.  Amerika  sosioloqu  B.  Barber  cəmiyyətin 
stratifıkasiyasım gəlir, təhsil, dini, peşə, etnik mənsubiyyət və s. kimi meyarlann əsas götürülməsini təklif etmişdir. 
P. Sorokinin sosial stratifikasiya ilə bağlı fikirləri də maraq doğurur. O, sosial stratifıkasiyamn üç müxtəlif 
növünü fərqləndirir: iqtisadi, siyasi və peşə. 
Siyasi  stratifikasiya  cəmiyyətin  bütün  tərəflərini  əhatə  edən  iyerarxiya  ranqlan  sistemini  təsvir  edir.  Bura 
nüfiız, hakimiyyət və s. daxildir. 
Peşə  stratifikasiyası  əhalinin  fəaliyyətinə,  məşğuliyyətinə  və  peşəsinə  görə  bölünməsidir.  P.  Sorokinin 
fikrincə, əhalinin peşə əlaməti üzrə stratifikasiyası cəmiyyətin özülünü təşkil edir. Peşələr üzrə olan əlaqələr «dövlət 
ümumiliyinə» görə olan təsadüfi əlaqələrdən, ideologiya və siyasi partiyaya mənsubiyyət üzrə olan əlaqələrdən fərqli 
olaraq dərin, köklü [114- 115] və əsaslı xarakter daşıyır. 
İqtisadi stratifikasiya üçün Sorokinin fluktuasiya adlandırdığı iki göstərici səciyyəvidir: 
1) qrup və ya cəmiyyətin varlanması və yoxsullaşması; 
' KpaBHCHKO A. H. Conjıojıoraa. M., 2006, c. 121. 
47 


2)  iqtisadi  piramidanın  hündürlü5dinün  artması  və  azalması'.  Qeyd  etmək  lazımdır  ki,  stratifikasiya 
nəzəriyyəsi müasir dövrdə ən çox işlənilən və nəzəri eəhətdən əsaslandırılmış nəzəriyyədir. Lakin bəzi tədqiqatçılar 
onun  da  bir  sıra  çatışmazlıqlara  malik  olduğunu  göstərirlər.  Onlardan  biri  eəmiyyətdə  mükafatlandırma  sisteminin 
bölgüsündə  əhəmiyyətli  rol  oynayan  hakimiyyət  amilinin  rolunun  nəzərə  alınmamasıdır.  Bu  xüsusilə  demokratiya 
prinsiplərini  rəhbər  tutmayan  ölkələrin  sosial  stmktum  üçün  səeiyyəvidir.  Bu  eəhətdən  xarakterik  nümunə  kimi 
MDB-nin əksər ölkələrinin sosial stmktumnu göstərmək olar. 
Bu gün tam aydınlığı ilə görünür ki, həm inkişaf etmiş Qərb, həm də bəzi MDB ölkələrinin postindustrializm 
və  informasiya  eəmiyyəti  mərhələsinə  daxil  olması,  həm  də  onlarda  baş  verən  nəhəng  miqyaslı  elmi-texnoloji 
nailiyyətlər  bu  ölkələrin  stratifikasiya  stmkturuna  eiddi  dəyişikliklər  gətirir.  Qloballaşma  proseslərinin  həmin 
dəyişikliklərdə yaratdığı yeniliklər hələ də kifayət qədər tədqiq olunmamışdır. 
4.
 
Müasir şəraitdə Azərbaycan Respublikasında 
sosial strukturun başlıca inkişaf meylləri 
Elmi  sosioloji  ədəbiyyatda  XX  əsrin  90-eı  illərinə  kimi  keçmiş  sovet  məkanına  daxil  olan  respublikaların 
sosial  stmktumnun  fəhlə  sinfindən,  kolxozçu  kəndlilərdən  və  ziyalılardan  ibarət  olduğu  göstərilirdi.  Bütün 
respublikalarda fəhlə sinfinin əhalinin əksəriyyətini təşkil etdiyi elan olunurdu. Cəmiyyətin belə sosial strukturunun nə 
dərəeədə optimal olması barədə mühakimə yürütmək fikrində deyilik. [115-116] 
Lakin tamamilə aydındır ki, sözügedən üç üzvlü bölgü müasir cəmiyyətin sosial strukturunu tam əks etdirmir. 
Çünki son dövrdə burada çox mühüm dəyişikliklər gedir. Təbiidir ki, sosial struktur nəzəriyyəsi cəmiyyətin sosial 
stmktumnun inkişafı dinamikasını adekvat əks etdirməlidir. 
Təhlil  göstərir  ki,  indi  siniflərin,  insan  qmplannm  və  birliklərinin  arasında  yeni,  daha  insaniləşdirilmiş 
münasibətlər  qərarlaşır,  onlar  arasında  siyasi  və  digər  sahələrdə  sosial  bərabərliyin  güclənməsi  özünü  göstərir.  Bu 
istiqamətdə təkamülü sosial stmktumn inkişaf meyli adlandırırlar. Bu meyl özündə bir-biri ilə üzvi surətdə bağlı olan 
iki tərəfi - inteqrasiya və diferensiasiyanı ehtiva edir. 
Sosial stmktumn inkişaf meylinin məzmunu insan qmplan və birlikləri arasında onların köklü maraqlan, həyat 
fəaliyyəti, həyat tərzi və cəmiyyətdə sosial vəziyyətinə görə təşəkkül tapan və getdikcə yetkinləşən obyektiv cəhətdən 
zəmri, sabit əlaqə və münasibətlər kimi ifadə olunur. Bu meylin statik baxımdan anlaşılması onun dinamikasında sosial 
cəhətdən qeyri-bərabər birliklər və insan qmplannm keyfiyyətcə dəyişməsi (mövcud sosial vəziyyətin yeniləşməsinin 
təsiri  altında)  ilə  tamamlanır.  Bu,  nəticə  etibarilə  bəzi  sosial  birlik  formalannm  aradan  çıxmasına,  digərlərinin 
dəyişilmiş şəkildə qorunub saxlanılmasına, habelə yeni qmp və birliklərin yaranmasına gətirib çıxanr. 
İndi isə ölkənin formalaşmış sosial strukturuna, onun dinamikasına nəzər salaq. Bir vaxtlar ingilis sosioloqu 
Çariz But (1840-1916) London əhalisini üç sinfə -  «aşağı»,  «orta»  və  «}mxan» sinfə bölərək, onun yeni təsnifatını 
təklif  etmişdi.  Bu  halda  o,  meyarlar  qismində  ailənin  yaşadığı  otaqlann  sayını  və  ailənin  muzdla  işə  qəbul  etdiyi 
qulluqçuların sayını əsas götürürdü. Təklif olunan meyarlara görə, bu və ya digər əhali təbəqələrinə çatan maddi və 
mənəvi nemətlərin kəmiyyəti və keyfiyyəti nəzərdə tutularsa, əhalinin üç sinfə bölünməsi kifayət qədər qəbul ediləndir 
və mövcud stmktum bütövlükdə real əks etdirir. [116 - 117] 
Mübaliğəsiz demək olar ki, Azərbaycanda da sosial struktura aid tədqiqatların əsas istiqaməti bu və ya digər 
dərəcədə «}mksək sinif - aşağı sinif» qütbləşməsinə yönəlmişdir. Bu mövqedən çıxış edənlər orta sinfin xarakterik 
xüsusiyyətlərini açmağa səy göstərir və sinfi qütbləşməni ən azı triada kimi (yüksək sinif  - orta sinif - aşağı sinif) 
təqdim etməklə cəmiyyətin stabillik və davamlı inkişafina kömək etməyə çalışırlar^. 
Cəmiyyətimizin yaşadığı indiki keçid dövründə sosial stmktur keyfiyyətcə yeni məzmun kəsb edir. Bu dövrdə 
ictimai  həyatm  bütün  sfera  və  tərəflərində  həyata  keçirilməkdə  olan  əsaslı  islahatlar  sosial  strukturda  prinsipial 
dəyişiklikləri şərtləndirir. Öncə göstərilməlidir ki, ölkəmizdə kolxozların ləğvi nəticəsində kolxozçu kəndli sinfi sosial 
arenadan  silinib  getmişdir.  Digər  bir  meyl  -  ənənəvi  fəhlə  sinfinin  sayının  azalması,  onun  (habelə  digər  sinif  və 
qmplann) hesabına orta təbəqələrin sayının artmasıdır. Bazar iqtisadiyyatının formalaşması, siyasi və mənəvi həyatm 
demokratikləşməsi müasir cəmiyyətin sosial strukturunu daha rəngarəng və çoxçalarlı edir. 
Bir  sözlə,  totalitar  rejimin  qalıqlannm  aradan  qaldırılması  və  demokratik  cəmiyyətin  inkişafi  prosesi 
sürətləndikcə sosial struktur daha çox açıq xarakter alır, sosial mobillik və mütəhərriklik güclənir. 
Bununla yanaşı qeyd edilməlidir ki, müasir şəraitdə Azərbaycan cəmiyyətinin sosial stmktum özünün qeyri- 
sabitliyi  və  dinamizmi  ilə  səciyyələnir.  Azərbaycanm  indiki  sosial  stmktum  üçün  istehsalla  birbaşa  bağlı  olmayan 
marginal  təbəqələrin  (işsizlər,  qaçqınlar,  dilənçilər)  xüsusi  çəkisinin  xeyli  dərəcədə  yüksək  olması  səciyyəvidir. 
Bununla yanaşı maddi cəhətdən ilfat qmplar - həddən artıq varlılar və həddən artıq yoxsullar diqqəti cəlb edir. 
' Сорокин П. Человек, цивилизация, общество. M., 1992. с. 42. 
^ Əfəndiyev M. , Şirinov А. Sosiologiyanm nəzəri problemləri, B., 2001, s. 178; Əzimov K. , Həsənov R. 
Sosiologiya. B., 2003, s. 207-208. 
48 


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə