P. Sorokinin fikrincə, sosial strukturun əsasında fərdlərin qarşılıqlı təsiri durur. Bu, cəmiyyəti stratlara
(təbəqələrə) ayırmağın apancı meyannı təşkil edir. Qarşılıqlı təsirlər birtərəfli, ikitərəfli, antaqonist və həmrəy
xarakterli ola bilir. İnsanların stabil möveud olan təşkilatlan (sosial birlik, qrup tipli) elə bir yüksək inkişaf etmiş
orqanizmə
bənzəyir ki, onun «möhkəm sümük-əzələ sistemi, dayanıqlı və elastik forması vardır».
Sorokinə görə, qarşılıqlı təsir mərkəzlərinin sıx funksional və yaxud səbəbiyyət qarşılıqlı asılılığı həmin
qarşılıqlı təsiri xüsusi növ kollektiv vəhdətli hadisə kimi öyrənməyə imkanı verir. Funksional və ya səbəbiyyət
əlaqələrinin olmadığı yerdə formal vəhdət özünü göstərir.
Fərdlərarası qarşılıqlı təsir və kollektiv vəhdət (birlik) sosial strukturun təhlilinin «birinci pilləsini»ni təşkil
edir. «İkinci pillə» kollektiv birliklərin, real möveud olan məemuların, bölgülərin, çarpazlaşmalarm, kumulyasiyalann,
təbəqələşmələrin, bir sözlə, mürəkkəb sosial aqreqatlarm qarşılıqlı təsirini öyrənir.
Kollektiv birliklərin yaranması, qorunub saxlanılması və məhv olması amillərini kosmik, bioloji və sosial-
psixoloji şərtlər təşkil edir.
Göründüyü kimi, cəmiyyətin sosial strukturu haqqında çoxsaylı nəzəriyyələr, konsepsiyalar, müxtəlif
yanaşmalar formalaşmış, təkmilləşmiş və inkişaf etmişdir. Bu proses müasir dövrümüzdə də davam edir. Sosial
strukturda baş verən mütərəqqi dəyişikliklər, inkişaf meylləri həmin nəzəriyyələrin daim təkmilləşməsini və
yeniləşməsini şərtləndirir. [107 - 108]
2.
Sosial strukturun əsas tərkib hissələri
Cəmiyyətin sosial strukturunda bir neçə səviyyəni ayırmaq olar. Birinei səviyyə özündə sinifləri ehtiva edir.
İkinci səviyyəyə siniflərə yaxın olan, lakin onlarm bütün əlamətlərinə malik olmayan sosial qruplar, mütəxəssis
olmayan qulluqçular, eləcə də sosial təbəqələr daxil edilir. Sosial strukturun bu səviyyəsi elmi ədəbiyyatda sosial- sinfi
struktur adlandırılır. Sosial strukturun üçüneü səviyyəsi özündə yalnız sosial-sinfi strukturun elementlərini yox, həm də
şəhər və kənd əhalisini, zehni və fiziki əmək sahəsində çalışan sosial qruplan ehtiva edir.
Siniflər sosial strukturun mühüm elementlərindən biridir. Qeyd etmək lazımdır ki, «sinif» termini elmi
ədəbiyyata Gene tərəfindən siyasi-iqtisadi anlayış kimi daxil edilmişdir. Lakin XIX əsrin sonlarmda Fransada baş
vermiş burjua inqilablarının təsiri ilə bu anlayış sürətlə siyasiləşmişdir. XIX əsrin sonlarmdan I953-eü ilə kimi bu
termin Rusiyada da siyasi mənada işlənmişdir («sinfi düşmən», «qolçomaq» və s.).
Marksist sosiologiyasında sosial strukturda siniflərin mövqeyi xüsusi vurğulanırdı. K. Marks və F. Engels
cəmiyyətin siniflərə bölünməsinin əsas səbəblərini ictimai əmək bölgüsünün və xüsusi mülkiyyət münasibətlərinin
formalaşmasının nəticəsi kimi izah edirdilər. Marksizm sinif anlayışına aşağıdakılan ehtiva edən mühüm məna verirdi:
-tarixən qərarlaşmış müəyyən ictimai istehsal sistemində tutduğu yerə görə bir-birindən fərqlənən böyük insan
qruplan
kimi götürülür;
-istehsal vasitələri üzərində mülkiyyət münasibətləri, fəaliyyət nəticələrinin mübadiləsi (ictimai əməyin təşkili)
və bölgü münasibətləri üzərində qərarlaşdığı bildirilir;
-siniflərin mənafelərində ziddiyyət vardır, çünki onlardan biri digərinin əməyini mənimsəyə bilir.
Sinfin qeyd olunan mənası ümumilikdə götürülən sinfi 1108 - 109] fərqləri anlamaq üçün prinsipcə kifayət
edir. Belə ki, o, siniflər arasında əsas etibarilə şüurdan asılı olmayaraq qərarlaşan obyektiv fərqləri açıb göstərir.
Marksizmə görə, siniflər arasında iqtisadi fərqlər əsasında onlarm siyasi həyatda və mədəniyyətdə fərqliliyi
formalaşır. Beləliklə, bu
təlim siyasi, mədəni, ideoloji, sosial-psixoloji fərqlərin
olduğunu qəbul edir, lakin o bütün bu
fərqləri iqtisadi sahədəki fərqlərin davamı kimi götürür.
Qeyd etmək lazımdır ki, marksizm tərəfindən cəmiyyətin strukturunun məhz sosial-sinfi struktur kimi şərhi
istehsal münasibətləri sistemindəki vəziyyətinə görə bir-brindən fərqlənən (yəni sosial fərqlərin başlıca meyanna
uyğun gələn) təkcə siniflərin deyil, həm də bütün sosial qruplar və təbəqələr arasındakı fərqlərin izahına mane olmur.
Müxtəlif tədqiqatçılar sinifləri təhlil edərkən onlan böyük insan qrupu hesab edir, lakin onun əlamətlərini
müxtəlif eür izah edirlər. Məsələn, görkəmli sosioloq P. Sorokinin fikrincə,
sinif - üç əsas əlamət baxımından
fərqlənən (peşə, əmlak və
hüquqi), öz zəmanəsi üçün tipik olan insanlar qrupudur.
Sorokinin belə bir qeydi metodoloji baxımdan mümkündür ki, hər bir konkret tarixi şəraitdə sinfin əsas skeleti
«əlavə göstəricilər, törəmə xassələr ilə tamamlanır».
Peşə üzrə, təminata və hüquqa görə ümumilik eyni bir sinfə daxil
olan insanlann təhsil səviyyəsində, zövqlərində, simpatiyalannda və bütünlükdə həyat tərzində oxşar cəhətlərin
olmasına gətirib çıxarır. Bu oxşarlıqlar sinfə sosial tip keyfiyyəti verir.
Elmi ədəbiyyatda belə bir tərifə də tez-tez rast gəlinir ki,
sinif ümumi şəraitə
və istehsal prosesindəki roluna
görə birləşən, bunun nəticəsi kimi bölgü münasibətləri yaradan böyük sosial
qrupdur.
Bu əsas sosial-iqtisadi əlamətlərdən başqa, siniflər üçün həm də ikinei dərəcəli törəmə əlamətlər səciyyəvidir.
Bunlara həyat tərzi, məişət, maraqlar, ictimai davranış, fəallıq, sosial-siyasi təşkilatçılıq, təhsil,
45
mədəniyyət, şüur, ideologiya, ictimai psixologiya və s. daxildir. Bu əlamətlər sosial strukturun digər elementlərini də
öyrənərkən nəzərə alınmalıdır.
Sosial qruplar ictimai istehsalda müəyyən yer tutan və obyektiv surətdə mövcud olan dayanıqlı insan
kateqoriyalarıdır. Bu məsələni xüsusi fəsildə ətraflı şərh edəcəyik.
Sosial strukturda mühüm elementlərdən biri də ziyalılardır. Ziyalılar ali və ya orta ixtisas
təhsili tələb edən və
ixtisaslı zehni əmək fəaliyyəti ilə peşəkar surətdə məşğul olan insanların birliyidir. Ədəbiyyatda ziyalılar anlayışının
geniş izahı da mövcuddur. Bu halda həmin qrupa zehni əməklə məşğul olan bütün işçilər daxil edilir: yəni həm
ziyalı-mütəxəssislər, həm də yüksək təhsil tələb etməyən və mürəkkəb olmayan zehni əməklə məşğul olan qulluqçular
-qeyri-mütəxəssislər (hesabdarlar, xəzinədarlar, katibə-makinaçılar, əmanət xəzinələrinin nəzarətçiləri və s.) bu
kateqoriyaya aid edilirlər.
Ziyalılann cəmiyyətdəki rolu, yeri və strukturu onlann aşağıdakı əsas funksiyaları yerinə yetirməsi ilə
müəyyənləşdirilir:
-
maddi istehsalın elmi-texniki və iqtisadi təminatı;
-
istehsalatın, bütövlükdə, cəmiyyətin və onun ayn-ayn altstrukturlannm peşəkarlıqla
idarə edilməsi;
-
mənəvi mədəniyyətin inkişaf etdirilməsi;
insanlann
tərbiyəsi;
-
ölkənin zehni və fiziki sağlamlığının təminatı.
Ədəbiyyatda elmi-pedaqoji, mədəni-bədii, tibbi, idarəedici və hərbi ziyalıları fərqləndirirlər. Ziyalılar həm də
ixtisas dərəcəsinə və sosial-demoqrafık əlamətlərinə görə təsnif edilirlər.
Qeyd etmək vacibdir ki, zehni və fiziki əmək işçiləri aşağıdakı göstəricilərə görə fərqlənirlər: 1) icra etdikləri
işin məzmununa, fiziki və intellektual qüvvələrin sərfimin nisbətinə, əməyin mürəkkəblik dərəcəsinə və davametmə
şəraitinə görə; 2) fiziki və zehni əmək işçilərinin mədəni-texniki səviyyəsinə (təhsilinə, ixtisas dərəcəsinə, peşə
tərkibinə) görə; [110 - 111]
3) mədəni və maddi rifahına, həyat şəraitinə görə də fərqlənirlər. Bu sosial fərqlərdən sosioloji araşdırmalarda
sosial göstəricilər kimi istifadə etmək olar.
Sosial təbəqələr müəyyən sinfin, sosial qrupun hissələridir. Onlann ayniması və sosial siması mövcud istehsal
üsulunun yetkinliyindən asılıdır. Məsələn, ziyalılann tərkibində təhsilin səviyyəsinə görə (orta və ali ixtisas, elmi
dərəcəsi olanlar və olmayanlar və s.) təbəqələri, eləcə də, «praktikləri», ixtisas hazırlığı tələb etməyən zehni əməklə
məşğul olan və müvafiq diplomu olmayan şəxsləri ayırmaq olar.
Yuxandakı mülahizələri ümumiləşdirərkən ədəbiyyatda ziyalı anlayışı ilə bağlı fərqli fikirlərin də mövcud
olduğunu bildirmək yerinə düşər. Məsələn, Azərbaycan filosofu S. Xəlilova görə, ziyalı sadəcə savadlı, bilikli, elmli
adam deyil. Böyük alim, şair, bəstəkar da hələ ziyalı olmaya bilər. Ziyalı sadəcə olaraq ayn-ayn adamlarm, qrupların,
tayfalann yox, bütövlükdə millətin yoluna işıq saçan adamdır.’
İşçilərin əməyin xarakteri və məzmunu meyanna görə təsnifatı onlann peşəyə görə bölünməsinə, yəni
sosial-peşə strukturunun formalaşmasına gətirib çıxanr. Bu əsasda aşağıdakı qruplar fərqləndirilir: zehni və fiziki
əməklə, idarəetmə və icraetmə əməyi ilə, sənaye və kənd təsərrüfatı əməyi ilə məşğul olanlar, əmək qabiliyyətli əhali
və ictimai istehsalla məşğul olmayanlar.
Sosial-peşə strukturu əməyin peşələr üzrə bölünməsinə, onun sahə strukturuna əsaslanır. İstehsalatın 5diksək,
orta və zəif səviyyədə inkişaf etmiş sahələrinin mövcudluğu işçilərin qeyri-bərabər sosial vəziyyətini müəyyənləşdirir.
Bu, konkret olaraq, sahələrin texniki inkişafının səviyyəsindən, əməyin mürəkkəblik dərəcəsindən, ixtisas
səviyyəsindən, əmək şəraitindən və s. asılıdır.
Sosial strukturun mühüm bir səpkisini əhalinin sosial-demoqrafık göstəricilər üzrə bölünməsi təşkil edir.
Bunlara qadınlar, kişilər, gənclər, pensiyaçılar, məktəblilər və b. daxildir. [111 - 112] Sosial-demoqrafık qrupların
ayrılması üçün meyarlar cins və yaş fərqləridir. Bu təbii fərqlər öz-özlüyündə, sözün həqiqi mənasında sosial fərqlər
olmasa da, siniflərə və qruplara bölünmüş cəmiyyətlərdə sosial fərq xarakteri ala bilir. Buna cəmiyyətdə kişilərin və
qadınların, müxtəlif nəsillərin nümayəndələrinin fərqli, qeyri-bərabər vəziyyəti, qocaların, əmək veteranlarının, bir
qayda olaraq, nisbətən ağır sosial vəziyyəti və s. dəlalət edir. Əhalinin yaş strukturunda qocalma prosesi yalnız bioloji,
təkamül xarakterli bir proses deyildir. Qocalma iqtisadi fəallığın azalması, dövlətin ahıllara maddi-maliyyə xərcləri,
ərzaq təminatı kimi problemlərlə bağlıdır.
Sosial-demoqrafık strukturun mühüm elementlərindən biri gənclərdir. Azərbaycanda gənclərin sosial
strukturda xüsusi çəkisi xeyli artmışdır. Belə ki, 2006-cı ilin yanvar ayına olan məlumata görə, respublikamızın
əhalisinin 8,4 milyon nəfərindən 5,1 milyonu və ya 60,4%-ini 34 yaşma qədər olan əhali təşkil edir.^ Perspektivdə
əhalinin yaş strukturunda bu prosesin getdikcə artması gözlənilir. Bu isə ölkəmizdə əmək qabiliyyətli əhalinin
artmasını şərtləndirir.
' Xəlilov S.S. Lider. Dövlət. Cəmiyyət. B., 2001, s. 226. ^
Azərbaycan əhalisi 2006. B., 2006, s. 22.
46