22 il sonra Sovet mirası: inkar yoxsa güclənmə?
34
Siyasi fərdlər milli əsaslarla formalaşdıqda nədənsə insanla-
rın əksəriyyətinə bu, daha ədalətli görünür və rahatlıq gətirir. La-
kin daha böyük dövlətin tərkibində olmaq, siyasi qərarları qəbul
edən fərdlərlə ümumi mənşə, ortaq mədəniyyət, eyni dil və di gər
bağları paylaşmamaq insanlarda diskomfort yaradır. Bu mə sə-
lə nin müzakirəsi bizi çox uzağa apara bilər. Lakin biz güman edə
bi lərik ki, belə bir yanaşma insan təbiəti ilə sıx bağlıdır. Bilirəm ki,
bir çox sosial tədqiqatçıları bu münasibət qane etməyəcək. La-
kin hazırda bunun o qədər əhəmiyyəti yoxdur. Mühüm olan faktın
özünü qəbul etməkdir.
Normativ nəzəriyyə dilində bu kimi siyasi demosun for ma laş-
ma sı prosesi “müqəddəratı təyin etmə” adlanır. Bu anlayış onu
göstərir ki, liberal və milliyyətçi ideyalar arasında birbaşa kon-
septual əlaqə mövcuddur (yalnız əlaqə deyil, oyunun demokra-
tik qay da larının qəbul edilməsinin ifadə edilməsinə ehtiyac var).
Ön cə liklə, “müqəddəratı təyinetmə”, özünü determinasiya – bu
individə tətbiq edilən liberal prinsipdir. Bu, o deməkdir ki, insan
şüurlu varlıq olaraq öz taleyini müəyyən etmək azadlığına malik
olmalıdır, lakin bu azadlıq hüququ başqa fərdlərin hüquqlarını
pozmamaq həddinə kimi ola bilər.
“Millətin öz müqəddəratını təyinetmə” anlayışı əslində libe-
ral prin sipdir. Liberal mahiyyət daşıyan bu prinsip siyasi millətin
necə formalaşması kimi mühüm bir müstəviyə keçirilmişdir. “Mil-
lətin öz müqəddəratını təyinetmə”si dedikdə siyasi millətin for-
malaşması, siyasi fərdlərin varlığı, nəhayət, legitim demokratik
sistemin yaradılması
prosesi nəzərdə tutulur
1
.
Milli müqəddəratı (individual deyil) təyin etmə anlayışı ilə bağ-
lı başlıca problem onun təcrübədə tətbiq edilməsində saxlanmış-
dır. Tənqidçilər son dərəcə haqlı olaraq deyirlər ki, onu “təmiz”
formada həyata keçirmək cəhdi xaosa, və fərdlərin və azlıqların
1
Eli Кeduri (Elie Kedourie) ilk dəfə olaraq individual və nasional öz müqəddəratını təyinetmə
arasındakı konseptual əlaqəni dəqiq göstərmişdir. Ernest Gellner onunla razılaşmırdı, qeyd
edirdi ki, İmmanuel Kant öz müqəddəratını təyinetmə anlayışının bu qədər genişlənməsinə
razı ola bilməzdi. Lakin bu arqument yetərli deyildi. Siyasi vahidin formalaşması, daxildə
legitim sosial müqavilənin mümkünlüyü problemi həll edilməlidir. Öz müqəddəratını təyinetmə
konsepti yalnız həmin məqsədlə istifadə edilməsini tələb edir.
22 il sonra Sovet mirası: inkar yoxsa güclənmə?
35
çoxsaylı hüquq pozuntularına gətirib çıxarır. Bu məsələdə həm
də çıxılmaz vəziyyət var: onu təcrübədə həyata keçirmək üçün
əvvəlcə müəyyən coğrafi ərazinin çevrəsini cız maq, bu ərazidə
yaşayan və öz müqəddəratını təyin etmək haq qı olan insanları
müəyyən etmək lazımdır. Lakin bunu kim və necə etməlidir? Kim
təyin edəcək ki, kimin öz müqəddəratını təyin etmə hüququ var,
kimin yoxdur? Bir halda ki Allah və tarix demək olar ki heç vaxt
bir ərazidə yaşayan çoxsaylı, yaxud azsaylı etnomədəni əhalini
bircinsli yaratmır. Müəyyən fərdlərin müqəddəratını təyin etməyə
yönəlmiş cəhdləri hər dəfə əhali arasında yeni separatçı hərəkata
gətirib çıxaracaq. Beləliklə, bu, sonsuza qədər davam edə bilər.
Məsələn, Yuqoslaviyanın milli dövlətlərə parçalanması, Koso-
vonun ayrılması, Kosovoda yaşayan serblər üçün qəbuledilməz
idi. Ona görə də təcrübədə müqəddəratı təyinetmə hüququnun
legitimliyi, bir qayda olaraq, o siyasi vahidə münasibətdə qəbul
oluna
bilər ki, inzibatı sərhədləri əvvəlki mövcudluğu (adətən im-
periya tərkibində olarkən) zamanı, və milliyyət və millətlərin az
önəm kəsb etdiyi, yəni millətüstü siyasi nizam çərçivəsində artıq
çəkilmişdir. Avropa dövlətləri tərəfindən yaradılmış dənizyanı ko-
loniyalar buna misaldır.
Bütün bunlar o mənanı kəsb edir ki, millətüstü formalaşma-
dan çıxaraq milli dövlətlərin yaranması prosesinə keçid təcrübəsi
konfliktlərlə iç-içə yaşanır. Bu konfliktlər yeni yaranan dövlətlər
və köhnə imperiya münasibətlərinə aid ola bilər. Belə hallarda,
adətən imperiya ayrılmalara müqavimət göstərir, daxildə yeni
dövlətin yaranmasını qəbul etmir, yeni dövlətin daxilində olan az-
lıq yeni süverenlərin hakimiyyəti “altında” yaşamaq istəmir.
Bir qayda olaraq, konfliktin bu iki səviyyəsi dolaşıq düşür,
çünki imperiyanın dağılmasına qarşı olan və yeni formalaşmış
milli dövlətdə yaşamağa müqavimət göstərən azlıq imperiyanın
müttəfiqinə çevrilir.
Bütün bunlar çox hallarda zor tətbiq edilməsinə gətirib çıxa-
rır, çünki mövcud olan siyasi sistemdə, bir qayda olaraq, bu kimi
konfliktlərin həlli üçün hər hansı legitim mexanizm yoxdur.