Rəhman Bədəlov
Liberalizm və maarifçilik: Azərbaycan
kontekstində konfliktlərin nizamlanması
Çıxışımı bir neçə qeydlə başlamaq istərdim. Birincisi. Xa tır-
la yıram ki, Sovet dövründə belə bir sual verirdilər: “mədəniyyət
us taları, siz kiminləsinz?”. “Maarifçilik” və “Liberalizm” mə sə-
lələrində mənim üçün başlıca olan budur ki, bu mövqeyin müs-
tə qilliyinə iddia etmədən öz mövqeyini ifadə etmək üçün (“mən
kiminləyəm?”) bu suala cavab vermək lazım gəlir.
Mənim mesajım nəzəri cəmiyyətə ünvanlanmır, Azərbaycan
cə miyyətinə ünvanlanır. Məhz cəmiyyətin bu məsələlərlə məş ğul
olan zümrəsinə ünvanlanır bu sual. Öz mövqeyimi izah edər kən
həm bu kitabın oxuyucularla, həm də ondan kənarda insanlarla
istər-istəməz polemikaya girməli oluram. Bununla da, təbii ola-
raq, bizim mühazirəmizin əsas məqsədinə çevrilən “Azər bay can
kontekstinə” qoşuluram.
Fikrimcə, mövcud polemikanın “maarifçilik və li be ra lizm ide-
yaları” ətrafında proyeksiyası bizim inkişafımızın bir sıra ya ralı
yerlərini göstərə bilər. Bu nöqtələrin indiyə qədər diaqnozu qo-
yulmamış, hətta çox hallarda bu kimi məqamların üstü dar və
məhdud millətçiliklə pərdələnmişdir. Ona görə də maarifçiliyin
və liberalizmin bizim şüurumuz tərəfindən indiyə qədər də tam
şəkildə mənimsənilməmiş bəzi məlum vəziyyətini təkrarlamağı
artıq hesab etmirəm.
“Dondurulmuş konfliktlər” adlanan bu konfliktlərin bir çox
səbəblərini yalnız geopolitikada axtarmaq lazım gəldiyi ideyası-
na, eləcə də bu vəziyyəti siyasət müstəvisində tam mənası ilə
anlamaq mümkündür fikirlərinə də çox tərəddüdlə yanaşıram.
Əlbəttə, bir məsələ ilə tərəddüdsüz razılaşıram ki, məhz siyasi
məkanda gerçək və görünən hadisələr baş verir, məhz siyasi
məkanda birbaşa və ya dolayısı ilə konfliktlərin nizamlanma-
22 il sonra Sovet mirası: inkar yoxsa güclənmə?
43
sının asılı olduğu siyasi tərəfləri müəyyən etmək olar. Lakin bu
görüntü bəzən aldadıcıdır. Sözü bir kəsə demək üçün metafo-
raya üz tutası olsam deyərdim ki, görünən gerçəklik - “məişətin
çəkilməz ağırlığı”, bəzən “məişətin çəkilməz yüngüllüyünü” pər-
də ləyir, lakin incə materiya bəzən qaba və qurama materiyadan
daha mənalı olur. Bütün bunlarla, “politoloji yanaşma”nın əksinə
olaraq “humanitar yanaşma” məşğul olmalıdır.
Məni görüşümüzün adından çox, Leyla Əliyevanın mə qa lə-
sində müzakirə üçün istiqamət verdiyi vektor cəlb edir. Fokus ic-
timai şüurda köklənmiş səbəblərin tədqiqinə yön lən
dirilməli, kom-
pramis yolu ilə məsələlərin həlli axtarışına mane olan səbəblər
aşkar ediməlidir. Bu isə yalnız Sovet düşüncəsinin re sidivi deyil,
həm də həmin dönəmdə bizim inkişafımızla bağlıdır.
Bir sözlə, məhz bizim başımızda nə baş verdiyi üzərində
düşünmək lazımdır. Bu baxımdan mən öz çıxışımın şüarını belə
müəyyən edərdim: “şüurunu dəyişsən – dünyanı dəyişəcəksən”.
Ondan başlayım ki, biz, müasir azərbaycanlılar, təqribən son
150 il ərzində bir neçə tarixi faciəvi situasiyalar yaşamalı olmu-
şuq. Onlardan üç ən mühüm keçidi diqqətə çəkmək istərdim.
İlk növbədə, XIX əsrin ikinci yarısı başlanarkən nə baş verir-
di: neft, sənayenin sürətli inkişafı, Bakının urbanizasiya yolu ilə
inki şafı, maarifçi ideyaların doğulması (Axundov, Zərdabi), milli
kim lik axtarışları, ADR-in (Azərbaycan Demokratik Respublika-
sı) meydana gəlməsi. Düşünürəm ki, bizim konfransın ADR-in
yubileyinə həsr edilmiş müxtəlif tədbirlər silsiləsinin ən mühüm
tərkib hissəsi olması da təsadüfi deyil. Bir az daha əlavə edim,
XIX əsrin ikinci yarısından başlanan və ADR-in yaranmasına
və az müddətdə mövcud olmasına qədər davam edən dönəm,
mənim fikrimcə, bizim milli tariximizin mahiyyətini təşkil edir.
Bizim inkişafımızın digər bütün dönəmlərinə, ADR-ə qədər də,
ADR-dən sonrakı dönəmlərə də ADR-dən qaynaqlanan çevrələr
kimi baxılmalıdır. Tariximizin nüvəsi üçün seçilmiş digər bütün
təqvim tarixləri bizi bəşəriyyətin sivilizasiya tarixindən kənara atır
və əyalət səviyyəsinə məhkum edir (bizim moderatorun işlətdiyi
22 il sonra Sovet mirası: inkar yoxsa güclənmə?
44
termini daha güclüsü ilə – Həsən bəy Zərdabinin işlətdiyi “geridə
qalmışlıq” sözü ilə əvəz edərdim ki, bu barədə bir az sonra da-
nışacağam).
Sovet dövrünü bir qədər xarakterizə edim. Etiraf edim;
bəzən mənə elə gəlir ki, bu tarixi dönəmi “qara dəlik” adlandır-
maq olar, çünki bizim hələ də heç cür qurtara bilmədiyimiz bü-
tün bəlalarımız, yanlış sterotiplərimiz öz başlanğıcını məhz bu
dönəmdən alır. Indi başa düşürəm ki, bu şişirtmədir, ötüb keçmiş
tarixə belə bir tündməcaz- publisistik məqalə ruhunda münasibət
bəsləmək olmaz. Məhz Sovet dövründə bizim millət kimi forma-
laşmağımız başa çatmış, bizim milli kimliyimiz möhkəmlənmiş,
təhsilli insanlar sinfi yaranmış, inkişafımızın sənaye dövrü başlan-
mışdır. Əlbəttə, etiraz edənlərlə razılaşıram ki, Sovet dövründə
bizim inkişafımız düz getməyib, milli kimliyimiz yarımçıq (Türk-
çülük və İslamçılıq inkar edilib) olub, təhsilimiz gerçək həyatdan
qopmuş olub, milli ədəbiyyat tariximiz mərkəzdən sırınıb (Nizami
Gəncəviyə “hə”, Kitabi Dədə Qorquda “yox” deyilməsi göründüyü
qədər də ziyansız məsələ deyildi). Çox uzatmayacağam, sadəcə
onu deyim ki, Sovet inkişafında dövlət səviyyəsində olduğu kimi,
fərdi səviyyədə də azadlıq nəzərdə tutulmurdu. Demək olar ki,
mahiyyətcə bizim nə dövlətimiz, nə vətəndaşımız vardı. Kompu-
ter leksikonundan istifadə edərək deyə bilərəm ki, Sovet inkişafı
onu içindən yeyən viruslarla dolu idi. Lakin bu viruslar hələ ki,
onu sona kimi dağıtmamışdır.
Müstəqillik illəri indiyə qədər də ciddi şəkildə refleks ləş mə-
mişdir, siyasi ritorikaya baxmayaraq biz çox məsələlərdə postso-
vet ölkəsi olaraq qalmaqdayıq. Bu, keçidsiz keçid illəri idi, və de-
mokratiyaya doğru hərəkat bizi avtoritarizmə gətirib çıxardı. Qlo-
balizm və nasionalizm arasındakı dilemma hələ də həlledilməmiş
vəziyyətdədir. Halbuki, nasionalizm siyasi əhə miyyətdən məhrum
edilərək yalnız folklor irsi səviyyəsinə en diril miş dir.
Doğrudur, Avropa (Qərb) inkişaf yolu prioritet kimi qəbul
edil mişdir. Lakin nəzərdə tutulan bu inkişaf yolu hakimiyyətin
Dostları ilə paylaş: |