22 il sonra Sovet mirası: inkar yoxsa güclənmə?
36
Buna görə də sovetlərin çökmə prosesindən sonra baş ver-
miş etnomilli konfliktlər indiyə kimi həll edilməmiş qalmaqdadır
ki, bu da dünya tarixi üçün son dərəcə tipikdir. Bu hadisələrin
baş verməsi faktı demokratik və liberal ideyaların yayılması ilə
ziddiyyət təşkil etmir: əksinə, bu ideyalar konfliktlərin nəticələridir.
Rusiyadan (əhalisi bütünlükdə özünü SSRİ ilə əlaqələndirirdi)
başqa bütün sovet respublikalarında demokratik hərəkatlar eyni
zamanda milli hərəkatlar idi və liberal ideya tərəfdarları da, bəzi
istisnalar olmaqla, onları müdafiə edirdilər. Lakin yuxarıda qeyd
edilən səbəbə görə bəzi hallarda müxtəlif milli hərəkatların qarşı-
durması zorakı konfliktə çevrildi.
Liberal ideyaların yayılması Qafqazda
konfliktlərin həllinə necə kömək edə bilər?
Yuxarıda deyilənlər o mənanı verirmi ki, liberal ideyaların və
ins titutların Qafqazda yayılması konfliktlərin həlli məsələsində
po zitiv rol oynaya bilməz (hazırda mən yalnız Cənubu Qafqaz
öl kələrini nəzərdə tuturam)?
Əvvəldə dediyim kimi belə bir sualın cavabı ümumi ola bilməz,
bu cavab mütləq tarixi və siyasi kontekstə bağlanmalıdır. Bu
mə qalənin nəticə hissəsində mən bir neçə belə əlaqələndirmə
edəcəm.
İlk növbədə, etnomilli zəmində olan konfliktlərin qarşısını al-
maq ilə “dondurulmuş” konflikt vəziyyətindən çıxmaq ara sın -
dakı fərqi aydınlaşdırmaq lazımdır. Bu kimi konfliktlər hər üç
Cənubi Qafqaz dövlətlərinin indiki inkişaf mərhələsində prob-
lem olaraq qalmaqdadır. Mən hesab edirəm ki, cəmiyyətin
modernləşdirilməsinin daha yüksək səviyyəsinə nail olmaq üçün
görüləcək bütün digər işlərlə yanaşı, liberal ideya və institutla-
rın mövcudluğuna şərait yaratmaq lazımdır, çünki böyük ehtimal
var ki, bu kimi ideya və institutlar milli zəmində olan ziddiyyət
və gərginliyin qarşıdurma və güc tətbiqetmə həddinə gəlməsinin
qarşısını ala bilər. Lakin geniş miqyaslı zorakılıq baş verdikdən