22 il sonra Sovet mirası: inkar yoxsa güclənmə?
51
Keçək Fukoya. Qeyd edim ki, Fuko zəhərli və skeptik (Volter
ənənəsinə uyğun) mütəfəkkirdir. Burjuaziya cəmiyyəti ondan öz
acı payını yetərincə almışdır.
Fuko Maarifçiliyin daxili aləmindən mərhəməti çəkib çıxarır.
O, əvvəlcə “maariflənmiş” adamın ağıl və ağılsızlıq arasındakı
sədlərinin demarkasiyasını müəyyən etmək üçün bir psixiatrik kli-
nikada tədqiqat aparır. Sonra aşkar edir ki, adamları məcburi qay-
dada növlərə ayıran bu institutlar demarkasiyaları necə törədir,
sonra bu “demarkasiyanı” praktiki olaraq müasir si vi li zasiyanın
bütün institutlarında aşkar edir (liberalizmin ayağına yazılan bu
“məcburi bölünmək” məsələsini yadda sax layaq). Yeni “Volter”
hər yerdə, fabriklarda, məhbəslərdə, ka zar ma larda, məktəblərdə
dəlilər üçün olan klinikalara məxsus qa pa lı müəssisə formalarını
aşkar edir. Hamımız üçün dərs: baş lan ğıc da, ən gənc yaşlarda
alçaldıcı imtahanlar, sonra tenderlər, kon kurslar, və s., və s. və
nəhayət, braklaşdırmanın davamı ola raq psixiatriya. Maarifçiliyin
humanitar ideyasından doğulan psi xia triya müəssisələrinin acı
ideyası belədir. Əlbəttə, bu sonsuz “im ta hanların” yalnız uşaq-
lar üçün deyil, elə böyüklər üçün də necə bir müşkülə çevrildiyi
haqda geniş mühakimə yürütmək olar. Xü susilə, liberal mahiyyət
daşımayan ölkələrdə, o ölkələrdə ki, vətəndaş elementar azad-
lıqlardan məhrumdur. Belə bir şəraitin insanın psixi vəziyyətinə
necə təsir etməsi məlumdur. Burada “dəlixana” üçün istənilən
qədər potensial pasient ola bilər. Lakin belə cəmiyyətlər bu kimi
yasaq mövzulara toxunmağı məqbul saymırlar.
Qayıdaq Fukoya. Sanki sosialist Fuko burjuaziya quruluşunun
dayağı olan Maarifçiliyi son həddə kimi gözdən salmışdı. Lakin
Fuko gözlənilməz nəticələrə gəldi. O, deyir: Bütün müasir fəlsəfə
ən köhnə sual olan “Maarifçilik nədir?” sualına cavab verməyə cəhd
etməkdən ibarətdir. Maarifçilik bizə də əbədi suallar miras qoyub.
O zaman ki cavab bitib tükənmir (devirir) və cavab cavabı devirir.
Yekun nəticə: “bizim tarixi ontologiya Maarifçilikdən baş la malıdır”.
Sadə şəkildə ifadə etsək bizim hər birimiz özəl insanıq, öz
şəxsi taleyi və eksiztensiyası ilə istisna insanıq və s. Lakin bi zim
22 il sonra Sovet mirası: inkar yoxsa güclənmə?
52
hər birimiz həm də tarixi keçmişin məhsuluyuq. Bir Azərbaycanlı
olaraq öz “tarixi ontologiyamı” mən (təbii ki, tək mən yox) Axun-
dov və Zərdabidən başlayıram, yəni Azərbaycan Maarif çi-
lərindən. Ehtimal etsək ki, (şübhəlidir amma, yenə ehtimal etsək)
digər azərbaycanlıların tarixi ontologiyaları 1968-dən və 1993-
dən başlayır, o zaman biz öz ölkəmizdə təkcə mar qi nal olma-
yacağıq, həm də ehtiyac olacaq ki, ya bizim üçün, ya da “yeni
Azərbaycanlılar” üçün yeni etnonim tətbiq edilsin.
Maarifçilik üzərinə hücumu nə ilə izah edək, Qərbin özündə
bu vəziyyət necədir, Azərbaycan intellektuallarının münasibəti
nədən ibarətdir? Istənilən iddialı layihə kimi – bunu liberalizmə
də, sosializmə də aid etmək olar – Maarifçilik öz sərhədlərini və
öz xüsusi xəyal potensiyalını tez bir zamanda əhatə edə bilməyib.
Xüsusilə, bu, erkən “Sovet maarifçiliyi”ndə özünü ətraflı bü-
ru zə verdi. “Sovet maarifçiliyinin” insanın “tabula rasa” olması
haqqında, yəni təkcə ağ kağız deyil, hər şeyin pozulub yeni-
dən yazılması mümkün olan lövhə olması haqqındakı bəsit
təsəvvürlər patoloji göstəricilər idi.
İndiyə kimi dərk edilməsi çətin olaraq qalmaqdadır ki, Maa-
rif çilik insanın yalnız mütləq refleksiyasının açılması deyil, eyni
zamanda bu “absolyut refleksiyaya” nə qədər çox şeyin yer-
ləş məməsinin faciəli dərkidir. Xüsusi ambisiyaların utopikliyi
kəşf ediləndə Maarifçilik, daha sonra isə Liberalizm insanın də-
yişməsi və cəmiyyətin yenidən qurulması ilə bağlı istənilən kar-
di nal layihənin utopikliyini kəşf etdi. Lakin görünür razılaşmaq
lazımdır ki, Maarifçilik (yalnız Maarifçilik deyil, lakin indi söhbət
Marafiçilikdən gedir) utopiyanın əbədi axtarışında olaraq daima
“özündən bir digərini” yaratmaqda davam edir. Bu, yalnız onun-
la tarazlaşdırıla bilər ki, cəmiyyətin elitar kəsimində (heç olmasa
elitanın bir hissəsində) “azadlıq səbirsizliyi” adlandırılacaq amil
üçün daimi refleksiya mövcud olsun. Məhz Maarifçilik və onun
praktiki realizasiyası böyük Fransız İnqilabını təhrik etdi.
Keçək liberalizmə. Sirr deyil ki, liberalizm ətrafında gedən
mübahisələr müasir dünyanın siyasi problemlərinə kəskin şəkil-
22 il sonra Sovet mirası: inkar yoxsa güclənmə?
53
də müdaxilə edir. Bəzi müəlliflər liberalizmi gömməyə tələsirlər,
hət ta bütün müasir böhranlara görə liberalizmi suçlu tut mağa
ha zırdırlar. Bir başqaları isə hesab edirlər ki, dünyanın bü tün
nailiyyətləri məhz liberalizmlə bağlıdır. Buna baxmayaraq li be ra-
liz min imkanları hələ tükənməyib. Bütün digər hallarda olduğu
kimi mənim üçün vacib olan “mən kiminləyəm” məsələsini diq-
qətə çəkməkdir və bütün bu mübahisələri ərinmədən “Azər bay-
can kontekstinə” yerləşdirməkdir.
Liberalizm maarifçilik doktrinası olaraq təbiətin və cəmiyyətin
razı salınmasının vacib olduğu qənaəti və insanın bu qənaəti prak -
tiki olaraq reallaşdırması bacarığı üzəridə qurulur. Bununla belə,
söhbət utopiyadan deyil, açıq və daima yenilənən ehtiyaclardan
qurulmuş prinsipial məqsədli sosial proqramlardan gedir ki, həmin
bu proqramlar cəmiyyətin tərəqqisini korrektə etmək gücündədir.
Kimsə haqlı olaraq etiraz edə bilər ki, bəyəm Maarifçilikdən
öncə insanlar dünyanı dərk etmirdilərmi, bəyəm insana “özünü
dərk elə” çağırışı edən Sokrat yox idimi, bəyəm cəmiyyətin dərk
edilməsinə sosialist yanaşması olan İbn Haldun yox idimi, bəyəm
daha nələr və daha nələr yox idimi? Lakin Liberalizmə qədər bü-
tün bunlar ayrı-ayrı insanların elmi debatları formasında idi. Və
ən yaxşı halda başqa insanların iştirakı ilə, açıq meydanlarda
baş verirdi. Liberalizm bu anlayışları tarix, iqtisadiyyat, sosiologi-
ya, politologiya və digər bu kimi konkret elm sahələrinə çevirdi.
Liberalizm, müvafiq olaraq, konkret elm sahələrinin nailiyyətlərini
müasir demokratik cəmiyyətlərin institutlarında təcrübə etdi.
Bu isə öz növbəsində onu ifadə edir ki, cəmiyyətlərin ha ki-
miyyətləri öz qarşısında hesabat verməyə məcbur etmək qə tiy-
yəti ilə insan hüquqlarını gücləndirmək olar.
Nəhayət, bu, onu ifadə edir ki, sosial dünya insanlar üçün ra-
hat dünya ola bilər (olmalıdır).
Liberalizmin bir neçə əsas əlamətini önə çəkməyə çalışım.
O əlamətləri ki, hələ də mübahisəli olaraq qalmaqdadırlar və
“Azərbaycan kontekstinə” aidiyyatları vardır.
Birincisi, hakimiyyətin neytrallığı haqqında liberal ideya.
Dostları ilə paylaş: |