22 il sonra Sovet mirası: inkar yoxsa güclənmə?
55
ma bir qayda olaraq etimadsız yanaşmasına alışdırılması Sovet,
lap deyək ki, proletar şüurunun residivi olduğunu yuxarıda qeyd
etmişdim. Mən bir dəfə zənginlərin legitimliyinin, deyək ki, oliqarx-
ların leqitimliyinin qeyri legitim hakimiyyət tərkibində qeyri legitim
oliqarxlardan daha az narazılıq və etiraz (bəlkə də ümumiyyətlə
heç qıcıq deyil) doğurduğu haqqda yazmalı olmuşdum.
Nəhayət, üçüncüsü, düzxətli proqresi şüurlu hədəf olaraq li-
be ralizm (bəzən ədalətli) ideyasının ayağına yazmaqdan imtina
et məyin vaxtıdır. Bütün istiqamətlərin utopiyadan imtina etməsi,
maddi rifah ehtiyaclarının səviyyəsindən doğulmur. Davamlı özü-
nü şərhə və özünü təhlilə hazır olmaq proqresin başlıca kriteri-
yasıdır.
Niyə liberalizm yalnız tarixi optimizmin əsaslarından deyil, elə-
cə də məyusluğun müxtəlif mənalarından imtina etdi? İcazənizlə
bu “məyusluğun” üç səviyyəsini diqqətə çəkim: sosioloji, geo po li-
tik və humanitar.
Özlüyümüzdə qeyd edək ki,
bu adlar şərtidir və
ger çəklikdə bunlar bir-biri ilə iç-içədirlər.
Maarifçilik bir çox ölkələrdə, eləcə də Azərbaycan da bu sıra-
da istisna deyil, kütləvi təhsilə gətirib çıxardı ki, bu da nəticədə
yarım çıq təhsilli insan ordusunun formalaşmasına səbəb oldu.
Mə nim fikrimcə, Sokrat zirvəsi olan “bilirəm ki bilmirəm” etirafına
gücü çatan bir maarifli insanın ontologiyası hər zaman yarımçıq
sa vadlı adamların aqressiyasına tuş gələcək və həmişə kəskin
qə rarlar doğuracaq.
Bundan qurtarmaq mümkün deyil. Sadəcə bəzi hallarda bu
qarşıdurma açıq cəbhələşməyə qədər gedəcək (bizə yasaq
mövzuları qaldıran bir çoxlarının məhv edilməsi haqqında çox-
saylı hadisələr məlumdur). Digər hallarda yumşaldılaraq ustaca
söz hücumu olacaq (hətta bəzən mənim başıma gəldiyi kimi ora-
da da “güllələnsin” çağırışları səslənsə də hələki internet təh-
lü kəsizdir). Bütün hallarda bu demarkasiya heç zaman aradan
qalxmayacaq, biz hər zaman onun yeni-yeni modifikasiyaları ilə
rast laşacağıq. Hesab edək ki, bu, bizim demokratiya, maarifçilik
və liberalizm əvəzinə ödənişimizdi.
İcazənizlə, bir müşahidəmi sizinlə bölüşüm.
22 il sonra Sovet mirası: inkar yoxsa güclənmə?
56
Başıma belə bir iş gəldi, son vaxtlar bir neçə dəfə hamam-
çı Ələsgərin ittihamlarını eşitməli oldum, elə hey deyirdi ki, bax,
SSRİ dövründə yaxşı yaşayırdıq, Lenin zəhmətkeşlərin qayğısını
çəkirdi və s. Özümdən asılı olmayaraq, Xalq iclasında özündən
müştəbeh bir tərzdə təmsilçilik edən qədim yunan hamamçısı
Kligeni təsvir etmiş Aristofanı xatırladım. Görünür belə hallarda
deyirlər ki, “dünya köhnə dünyadı”.
Əbədi deyingənlik, ədəbi narazılığın ontologiyası: bacarmı-
ram, istəmirəm, inanmıram ki, dünyada nəsə dəyişər, fikrinin
kökü
yəqin ki, kəsilən deyil.
Bunun qarşısı nə ilə alına bilər?
Hesab edirəm ki, yalnız fikirlərin ictimai şəkildə yayılması, elitar
düşüncənin legitimləşməsinə səbəb ola bilər. Məhz ictimailəşmə,
yasaqlar deyil, elitar fikirlərin ictimailəşməsi belə “hamamçıların”
fikirlərinin sosial filtri ola bilər. Əksinə, onları küncə sıxmaqdan
və “yarımsavadlıların” enerjisini artırmaqdan axmaq şey yoxdur.
Keçim geosiyasi
mövzuya və icazənizlə, kiçik bir giriş verim.
Müasir dünya - bu, hər şeydən öncə inkişaf etmiş ölkələrin
qarşıdurmasıdır və həm də bir qayda olaraq “üçüncü dünya”,
müstəqilliyini nisbətən yeni elan etmiş ölkələrin qarşıdurmasıdır.
Bir çox faktorlar, eləcə də rasional izahı mümkün olmayan faktor-
lar bu müstəqilliyin arxasında durur. Ən mühüm olanları arasında
Vudro Vilsonun məşhur 14 Maddəsini qeyd edərdim. Bu amillər
milləti “özmüqəddəratını təyinetmə”yə vadar edir, digər tarixi situ-
asiyada isə insan azadlığını ehtiva edən 4 təməl prinsip haqqın-
da Franklin Ruzvelt demişdir ki, bu, dünyanı təhlükəsiz vəziyyətə
gətirib çıxara bilər.
Əlbəttə, başa düşürəm ki, bu kitabın oxucuları arasında mənim
sözlərimi sadəlövhlük sayanlar olacaq, haqlı olaraq deyəcəklər ki,
o vaxtdan indiyə kimi hələ də dünya təhlükəsiz olmamışdır, “milli
müqəddəratı təyinetmə” ümumxalq səsverməsinin ekvivalentinə
çevrilməmişdir, hələ onu demirəm ki, “bu səsvermə hüququnun”
özü bir çox ölkələrdə fiksiyaya çevrilmişdir. Müəyyən qədər razı-
yam. Lakin bu “olmadı”, “çevrilmədi”, “ola bilmədi” məsələlərini