Sovet mirası: inkar yoxsa güclənmə?



Yüklə 2,5 Kb.
Pdf görüntüsü
səhifə25/67
tarix06.05.2018
ölçüsü2,5 Kb.
#43231
1   ...   21   22   23   24   25   26   27   28   ...   67

22 il sonra Sovet mirası: inkar yoxsa güclənmə?
79
ologiyanın  spesifikliyi  əsasən  ondan  ibarətdir  ki,  olduqca  sub-
yek tiv fenomendir, insanda və cəmiyyətdə (insanları yönəldərək
birləşdirərək, səfərbər edərək, sosiallaşdıraraq və s.) və dünya-
da (onun təbii mahiyyətini yeni şəkildə ictimailəşdirərək) nəhəng 
ob yektiv  dəyişikliklər  etməyə  qadirdir.  Ideologiyanın  başqa  bir 
mü hüm əlaməti həm də ondan ibarətdir ki, fərdə və cəmiyyətə 
və ziyyəti yalnız termin rasionalizmi ilə deyil, həm də insana mü-
nasib olan simvolizmlə izah edir, insanı şüuraltı və şüursuz duy-
ğu larla, cəmiyyətin aktual arxetipləri ilə özünə bağlayır. Məhz bu 
kontekstdə subyekt-obyekt münasibətlərinin çuğlaşması, mif və 
gerçəkliyin qarışdırılması, keçmiş və indinin ideologiyasını milli 
dünyagörüşün şirnikdirici rənglərinə bürüyərək və mo bil resursla-
rı işə salaraq, yeni vəziyyəti təyin edir, gedişatı tən zim ləyir, trans-
formasiya yaradır və konfliktləri idarə edirlər.
Totalitar ölkələr konflikti həll etmək üçün siyasi rejimi sərtləşdirir, 
vətəndaşların hüquq və azadlıqlarını məhdudlaşdırır, sərt cəza 
tətbiq edir, tez-tez güc vasitələrinə əl atır və bir çox hallarda et-
nik azlıqları zorla assimilyasiya edir. Eləcə də, hökumətlər qorxu 
və təhdid yolu ilə etnoqrupu məcburi köçkünlüyə vadar edir, bu 
qrupların deportasiyasını və fiziki məhvini (hətta genosid) həyata 
keçirir. Bütün bu hərəkətlər“müharibə dili” və düşmənçilik ideolo-
giyası ilə müşayiət olunur. Totalitar rejimlər öz fəaliyyətlərini öz 
xalqlarının şüurunu transformasiya etməklə həyata keçirirlər. 
Avrasiya məkanı cəmiyyətlərinın hansı 
xüsusiyyətləri konfliktlərin tez həll 
edilməsinə əngəl törədir?
SSRİ-nin  sonlarında  transformasiya  prosesləri  cəmiyyətin 
şüurlu dəstəyindən məhrum idi. Qazanılmış azadlığı və hüquq-
ları davamlı müdafiə edəcək adamların sırası çox az idi. Sahib-
karlıq institutu mövcud olmadığı üçün insanların çoxu özlərinin 
yeni sosial statusları olan vətəndaşlıqdan istifadə edə bilmədilər. 
Yenidənqurma və keçid dövrünün mərhumiyyətləri və ağırlıqla-


22 il sonra Sovet mirası: inkar yoxsa güclənmə?
80
rı “Şüur şöku” yaratdı və üzlər etno-konfessional dəyərlərə tərəf 
çevrildi.  Bununla  da  SSRİ-nin  iflası  dövründə  başlanan  və  bu 
günə kimi davam edən çoxsaylı konfliktlər törəməyə başladı. 
Avrasiya  xalqlarının  yaratdığı  tarix  və  həmin  məkanda  bu 
günə kimi mövcud olan ideologiya və dünyagörüşü sistemi (na-
dir istisnalarla) ənənəvi olaraq antiliberaldır; Şərqin fundamental 
priotitetləri Qərbin prioritetləri ilə opponentlik edir və əks qütbləri 
təmsil  edir;  çoxluq  –  fərdilik,  monizm  –  plüralizm,  cəmiyyət-in-
san... Avrasiya şəraitinə Qərb tərəfindən əlavə edilmiş ideo lo giya 
individualizm  rakursundan  kollektivizm  kontekstinə  trans for ma  -
siya edildi. 
Postsovet Rusiyasında və müasir Çində liberalizmin mənim-
sə nilməsi ilə əlaqədar təcrübə çox maraqlıdır; birinci ölkədə, si-
yasi  liberalizm  ilk  hüquqi  iqtisadi  plüralizm  yaratmaq  cəhdində 
bo ğuldu,  ikinci  ölkədə  isə  iqtisadi  müəssisələrin  ilk  cəhdlərini 
qan la boğmaqdan başlayan iqtisadi plüralizm, ölkəni dünya lider-
li yinə çıxardı. 
Postsovet ölkələrinin çoxunda olan qeyri-demokratik və anti-
liberal daxili ruhu, ənənəvi və konstruksiyalaşmış konfliktləri üst-
üstə qalamağa şərait yaradan “imperiya ambisiyaları”nı, vahid si-
yasi, iqtisadi, mənəvi və hüquqi məkanın olmamasını, vətəndaş 
cəmiyyətinin və orta təbəqənin formalaşmasına süni əngəllərin 
yaradılmasını mənfi keyfiyyətlərdən saya bilərik. 
Postsovet məkanında baş vermiş konfliktlər – SSRİ-də admi-
nis tra tiv ərazi sərhədlərinin mükəmməl yaradılmaması və keçmiş 
So vet  respublikalarının  bu  bölgü  əsasında  süverenləşməsi,  si-
yasi  rejimin,  keçmiş  SSRİ  regionlarında  əhalinin  sosial-iqtisadi 
vəziy yətinin pisləşməsinə gətirən transformasiyası prosesi, yer li 
elitanın hakimiyyət iddiaları, etno-dini təşkilatların ailə-nəs il, yer-
libazlıq və klançılıq əsaslarında fəallaşması - sistemin nəticə ləri 
və  silsilə  tarixi  və  praktiki  faktorlardır.  Qeyd  etmək  vacibdir  ki, 
konfliktlər  xüsusi  mifologiyalardan  qidalanan  və  xarici  qüvvələr 
tərəfindən “himayə edilən” yeni etnik kimliklərin (identlik) forma-
laşmasına səbəb oldu. Siyasi “fayda” və xarici maraqların təsiri 


22 il sonra Sovet mirası: inkar yoxsa güclənmə?
81
ilə etnik kimliklərin konstruksiyalaşması prosesi bu günlərdə də 
davam etməkdədir.
Bütövlükdə götürsək, bu ölkələrin əksəriyyətində hakimiyyətin 
legitim ötürülməsinin, kompromis vərdişlərinin, parlamentarizmin 
siyasi ənənələrinin olmaması konfliktlərin gedişatına və nəticə-
lə rinə əhəmiyyətli dərəcədə təsir göstərdi. Lakin, belə ənənələri 
olan ölkələr (Polşa, Çexiya, Sloveniya) etnik konfliktdən qaçmaq 
kimi böyük bir uğura nail oldular.
Liberalizm və konfliktlərlə əlaqəli olan
hansı regional stereotipləri aradan 
qaldırmaq lazımdır?
1.  Bu,  liberalizmin  dərk  edilməsində  və  interpretaiyasında 
möv    cud olan stereotiplərdir:
Liberalizm  (“individuumun  azadlığı”)  demokratiyaya  qarşı 
(“xal   qın hakimiyyəti”), insan (vətəndaş) cəmiyyətə qarşı, indivi-
duum ictimaiyyətə qarşı, hər şeyə izin verilən sərt etik və mə nəvi 
kodeksə qarşı, bazar planlaşdırılmış iqtisadiyyata qarşı. Müasir 
sarsılmaz stereotip liberalizmi digər bütün “dünya”ya qarşı “az-
saylı superzənginlərin əlbirliyi” kimi interpretasiya edir. Eyni za-
manda həmin “dünya”dan səslənən interpretasiya da müxtəlif və 
ziddiyyətlidir. 
2. Konfliktlərin dərk edilmə və interpretasiya steteotipləri:
Konfliktlər bəzən ziyalı yanaşmasın da belə bayağı inter pre-
tasiya  edilir;  “qəsd”,  “düşmən  fitnəsi”,  “özümüzünkülər  və  öz-
gə lər” dilemması ilə, “nankor gəlmələr” kimi miflərlə təfsir edilir. 
Kon fliktin texnologiyasının dövriyyəyə buraxılması – par laq “düş-
mən çilik dili” ilə qızışdırma və illüzion səhnələrlə alət ləş diril miş 
mifologiyadan ibarətdir. 


Yüklə 2,5 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə