Sovet mirası: inkar yoxsa güclənmə?



Yüklə 2,5 Kb.
Pdf görüntüsü
səhifə28/67
tarix06.05.2018
ölçüsü2,5 Kb.
#43231
1   ...   24   25   26   27   28   29   30   31   ...   67

22 il sonra Sovet mirası: inkar yoxsa güclənmə?
88
səlahiyyətləri sayırlar. Demokratik quruluşlarda cəmiyyət proble-
min həllindən kənarda deyil və prosesdə mühüm rol oynayır.
Aydındır  ki,  millətlərarası  ziddiyyətlər  müasir  polietnik  döv-
lətlərdə  fenomen  olaraq  qüvvədə  qalmaqdadır.  Bu,  ilk  növ bə-
də,  siyasi  və  sosial-iqtisadi  mühitin  konfliktliliyi  və  etnik  elitin 
hakimiyyət  uğrunda  mübarizəsi  səbəbindən  baş  verir.  Qeyd 
edilən  mühitin  ziddiyət  daşıyan  elementləri  etnik  faktorla  bir lə-
şə rək konfliktlərin nizamlanmasını çətinləşdirir. Bunu demokratik 
öl kələrdə həlli mümkün olmayan ziddiyyətlər də sübut edir
10
 .
Liberalizmdə hərb və sülh problemləri
XIX  əsrin  sonlarında  liberalizm  müharibə  və  sülh  prob lem-
lərinə öz münasibətlərini yetkinləşdirdi. Klassik liberalizm – hərbi 
müdaxilənin ardıcıl əleyhdarıdır, bitərəflilik prinsiplərini tərəfdarıdır. 
Xatırlamaq  kifayətdir  ki,  Vilson  və  Ruzvelt  dönəmlərində ABŞ-
ın neytrallığı və izolasionalizmi hansı çətinliklərlə aradan qaldı-
rıldı. Indiki liberallar da müharibə əleydarıdırlar (üzünü müdafiə 
vəziyyəti istisnadır), lakin terrorizmlə mübarizə adı altında olan 
hərbi  əməliyyatları  müdafiə  edə  bilirlər.  Bununla  əlaqədar,  XX 
sonu və XXI əsrin əvvəlində siyasi ab-havanın gerçəkliyini ifadə 
edən “müharibə liberalizmi” anlayışı olduqca popul yar laşmışdır. 
E.Vilyams  qeyd  edir  ki,  liberal  rejimlər  bəzən  mü haribədən 
və  müharibədən  sonrakı  quruculuqdan  öz  ideolo giya la rını 
təsir  dairələrinə  yaymaq  üçün  istifadə  edirlər.  2003-cü  il  İraq 
müharibəsini ya bu tendensiyanın zirvəsi saymaq, ya da libera-
lizmin etibarının uçuruma yuvarlanması kimi baxmaq olar. 
Liberal dövlətlər faktiki olaraq öz ədalət anlayışlarını sırıyırlar 
ki, bu da liberalizmin azadlıq haqqındakı təməl prinsiplərinə zid-
dir. Liberalizmdə vadar etmək yoxdur, insanın və ya millətin azad 
seçimi nəticəsində əldə edilən inkişaf məqbul sayılır
11
 .
10
 Buyanova Natalia Dinamika Etnopoliticheskogo konflikta v sovremennikh demokratiyakh. 
Thesis,  Moscow,  2007,.Nauchnaya  biblioteka  dissertatsii  I  referatov  http://www.dslib.net/
polit-instituty/dinamika-jetnopoliticheskogo-konflikta-v-sovremennyh-demokratijah.html
11
 Andrew Williams, Liberalism and War: The Victors and the Vangusihed New International 
Relations Rutldege, London and New York, 2006. P.150


22 il sonra Sovet mirası: inkar yoxsa güclənmə?
89
Repinetski  müasir  liberalizmin  müharibələrə  ikiüzlü  mü na si-
bətindən yazır: “Müharibə, liberal nəzəriyyə mövqeyindən yanaşı-
lırsa öz bahalığına və bütünlükdə iqtisadiyyata dağıdıcı təsirlərinə 
görə, hissə-hissə və ya şərti cəbhələşmiş müharibə son dərəcə 
arzu olunmazdır. Kiçik və təhlükəsiz (liberal dövlət üçün) hərbi 
kofliktlər iqtisadi inkişafın, əsasən də hərbi-sənaye kompleksinə 
axan  sərmayənin  stimullaşdırılması  kimi  də  istifadə  edilə  bilir. 
Təcrübədə liberal ölkələr, bir qayda olaraq, iqtisadi və informa-
siya  (“soyuq”)  müharibələrinlə  və  ya  öz  ərazilərindən  uzaqda 
yerləşən lokal konfliktlərdə iştirak etməklə kifayətlənirlər”
12
.
XX  əsrin  əvvəlində  liberalizmdə  üç  əsas  cərəyan  müşayət 
edirdi:  beynəlxalq  münasibətlərin  hüquqi  tənzimlənməsi  (mə-
sə lən,  müxtəlif  beynəlxalq  konvensiyaların  qəbul  etmək  yolu 
ilə);  beynəlxalq  münasibətlərin  beynəlxalq  təşkilatlar  vasitəsi 
ilə nizama salınması (məsələn, Millətlər Liqasıilə); ümumdünya 
tərksilahı.
Liberal idealizm ideyası Vudro Vilsonun Millətlər Liqası (1917)
proq ramında, Beriana-Kolleqanın milli siyasət müharibədən imti-
na vasitəsi kimi (1928) paktında və Smitsonun (1932) güc tətbiq 
edilərək  əldə  edilmiş  istənilən  dəyişikliyin  qəbul  edilməməsi 
doktrinasında öz əksini tapmışdır. Qeyd etmək lazımdır ki, libe-
ralizm  ideyası  Qərbin  rəqibi  olan  kommunizm  ideologiyasının 
tənəzzülünə  qədər  açıq-aşkar  dəbdə  deyildi.  Liberal-idealistik 
ideyanın yeni dirçəlişi soyuq müharibənin sonlarına təsadüf edir. 
Liberal cərəyanlar yeni gerçəkliklər şəraitində neoliberalizm şək-
linə düşdü ki, onun əsas müdəaları belə səslənir:
Konfliktləri mövcud beynəlxalq təşkilatlar və beynəlxalq hü quq 
normalarının köməyi ilə sülh yolu ilə tənzimləmək olar; iş lək kol-
lektiv təhlükəsizlik sisteminin yaradılması ilə beynəlxalq siya sətin 
aləti olan müharibələrdən imtina etmək olar; beynəlxalq mü na-
sibətlərin hədəfi – müharibələri beynəlxalq münasibətlərdən ta-
ma milə çıxaran dünya hakimiyyətinin idarə etdiyi ümumdünya bir-
12
 Repinetsky. S. A. Liberalism as an ideology of European individualism on Russian grounds, 
S. A. Repinetsky. Samara – Togliatti: SGOO «Community of Young Scientists», 2009. - 40 
p. 13


22 il sonra Sovet mirası: inkar yoxsa güclənmə?
90
liyi yaratmaq olar. Neoliberalların fikrinə görə, hələ ki, beynəlxalq 
mü nasibətlər iştirakçılarının çoxalması prosessi gedir: eləcə də, 
döv lətdən əlavə, planetimizdə olan çoxsaylı konfliktlərin nizam-
lanmasına öz töhvəsini verə biləcək İKT-nin, beyəlxalq və qeyri-
hö kumət təşkilatlarının rolu artmaqdadır.
Neoliberalizmin  diqqət  mərkəzində  beynəlxalq  təhlükəsizlik, 
uğu runun ilkin şərti beynəlxalq əməkdaşlığın inkişafı kimi prob-
lem lər durur. 
Mənəviliyin başlıca kriteriyası olaraq liberal demokratiya və in-
san hüquqları irəli sürülür ki, bu da beynəlxalq münasibətlərdəki 
anarxiyanı  (yuxarı  hakimiyyətin  olmaması)  dəf  etməyə  imkan 
verər və mövcud konfliktləri birdəfəlik həll edər. 
Nəticə
Liberalizm nə sülh üçün, nə də çoxsaylı etnik konfliktlərin həlli 
üçün sehirli əlacdır, lakin o insana və müxtəlif sosial qruplara öz 
arzu və istəklərini, ümid və rahatsızlıqlarını səbəst ifadə etmək 
üçün yaxşı məkan yaradır.
Məsələ bundadır ki, liberalizm postsovet məkanına nə qədər 
calaq  edilsə  belə  çox  çətin  kök  tutur.  Göründüyü  kimi,  Cənubi 
Qafqaz  konfliktlərinin  tənzimlənməsi  üçün  liberalizmin  heç  bir 
prinsipi  tətbiq  edilməyib,  hətta  heç  sınaqdan  belə  keçirilməyib. 
Belə bir yanaşma hətta nəzərdən belə keçirilmir. Əksinə, son illər 
biz demokratiyanın bütün istiqamətlər üzrə alt-üst edildiyinə şa-
hid olmuşuq. Demokratiya olmayan yerdə isə liberalizm mövcud 
ola bilməz.


Yüklə 2,5 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə