Sovet mirası: inkar yoxsa güclənmə?



Yüklə 2,5 Kb.
Pdf görüntüsü
səhifə31/67
tarix06.05.2018
ölçüsü2,5 Kb.
#43231
1   ...   27   28   29   30   31   32   33   34   ...   67

22 il sonra Sovet mirası: inkar yoxsa güclənmə?
98
caq  uzun  müddətli  mübarizədə  sınaqdan  çıxmış  müxalifətçilər 
avtoritar liderlərlə mübarizəni sona çatdıra bilər. Mahiyyətcə bu 
test  hakimiyyətin  tez-tez  müxalifətə  təklif  etdiyini  və  bağladığı 
sazişlərin yoxlaması idi, ancaq çox az, Müsavatda daxil olmaqla 
partiyalar bu təkliflərdən imtina edirdilər. Bu sazişlərin motivasi-
yası neftlə zəngin ölkədə çox yüksək idi. Bu sazişlərdə loyallığa 
görə mükafatlar gəlirin on qat artırılması, sosial stabillik və qorun-
ma, həmçinin parlamentə namizədliyin keçməsi zamanı bir çox 
üstünlüklərin olması və yaxud da elm və mədəniyyət xadimlərinin 
prezident təqaüdü idi. Beləliklə neft gəlirlərin hesabına, xüsusilə 
Bakı  Tbilisi  Ceyhan  neft  kəməri  işə  salınanda  və  böyük  neftin 
ötürülməsi  başlayandan  sonra  siyasi  proseslərin  dəyişiləməsi-
pluralizm və azad siyasi rəqabətin patronaj sistemi ilə əvəz olun-
ması əhəmiyyətli dərcədə gücləndi və möhkəmləndi. Bu mərhələ 
Heydər Əliyevin oğlu İlhamın idarəetməsi dövrünə düşür. Sonun-
cu öz sərəncamına miras olaraq neft gəlirləri ilə gücləndirilməli 
olan  qeyri-formal  iqtisadiyyat  və  patronaj  elementləri  ilə 
möhkəmləndirilmiş Sovet təsisatları obrazlı avtoritar sistem almış-
dı. Bütün bunlar siyasi partiyaların yaranması və fəaliyyəti üçün 
əlverişsiz şərait yaradırdı. Belə ki, siyasi partiyalar hakimiyyətlə 
rəqabət aparmaqla deyil siyasi qüvvələrin və əhalinin satın alın-
ması cəhdlərinə qarşı mübarizə aparmaqla məşğul idi. Maliyyə 
imkanlarının  qeyri-bərabər  vəziyyəti  (hakimiyyət  öz  əlində  neft 
gəlirlərinin milyardlarını cəmlədiyi vaxt müxalifət qanunvericiliklə 
üzvlük haqlarından başqa bütün maliyyə mənbələrindən məhrum 
edilmişdir)  və  toplaşma  azadlığının  sərt  limitləşməsi  ilə  yanaşı 
partiyalar yeni siniflərin tam şəkildə sosial və intellektual poten-
sialından  və  yeni  tarixi  mərhələnin  inkişafı  üçün  strategiya  və 
taktikaların yaranması üçün beynəlxalq əlaqələrdən tam şəkildə 
istifadə edə bilməmişdir.
Patriarxallıq  və  fərdiyyətçiliyin  artımı  fonunda  resursların 
bölün məsi uğrunda hakimiyyət daxili qruplaşmaların çəkişmə və 
rəqabəti  ilə  siyasi  mühit  məşğul  olduğu  halda  siyasi  partiyalar 
azad siyasi mübarizənin şərtlərinə xas olan ideoloji və platforma-
ya əsaslanan müxalifət baxışların ortaya qoyulması baxımından 
passiv oldular.


22 il sonra Sovet mirası: inkar yoxsa güclənmə?
99
Personallıq ona gətirdi ki, əsas siyasi partiyalar proqram və 
məqsədlərinə görə bir-birindən çox az fərqləndi ki, bu da onların 
stabil və güclü koalisiyalarda birləşməsinə əngəl oldu.
Bir qayda olaraq birləşmə cəhdləri əsasən partiya fəallarının 
ambisiyalarından  ibarət  qrup  maraqları  arasında  çəkişmələrlə 
qarşılaşıb  dağılırdı.  İdeoloji  diskussiyaların  zəifləməsi  partiya 
fəaliyyətinin maddi aspekt inkişafı proqramatik maraqların əsa-
sın da partiya daxili fikir ayrılığının güclənməsi artıq 90-cı illərin 
ortasından  partiyaların  inkişafında  patronajın  təsiri  göstərirdi. 
Yuxarıda qeyd olunan kimi müxalifətdə təmsilçiliyin yüksək risk -
ləri bir tərəfdən, digər tərəfdən isə hökumətə münasibətdə kom-
promis  münasibət  –  artıq  o  zaman  müxalifət  düşərgəsində  ol-
duğu kimi partiya daxilində də parçalanma üçün baza yaradırdı. 
Praktiki  olaraq  hər  bir  partiyada  hakimiyyətlə  dialoq  tərəfdarı 
olan və ya hakimiyyətə daha az kritik yanaşmanın, mahiyyətcə 
isə hakimiyyətlə, “Saziş” bağlayaraq parlamentə və ya yerli ha-
ki miyyət  strukturlarına  keçmək  istəyən  qruplar  var  idi.  Bundan 
başqa superprezident hakimiyyəti siyasətçilərin öz məqsədlərinə 
siyasi  partiyalar  vasitəsilə  çatmaq  arzusunu  zəiflədirdi
5
.  Buna 
baxmayaraq Azərbaycanda 2012-ci ilin axırına 54 partiya qeydiy-
yatdan keçmişdi. (Müqayisə edin 9 Qazaxıstanda, 12 Rusiyada). 
Hərçənd ki, onların çoxu ancaq kağızda mövcuddur, əksəriyyəti 
hakimiyyət  yönümlü  və  ya  “cib  müxalifətidi”  real  sayları  isə 
həddən  artıq  azdır,  lakin  onların  yaranma  faktının  özü  Stiven 
Fişerin  ifadəsiylə  desək  bu  yüksək  “Partiya  Qravitasiyasından” 
xəbər verir.
Azərbaycan, bu sözsüz ki, 19-cu əsrin sonu 20-ci əsrin əv-
və  lində başlayan modernizmin siyasi ənənələrinin təzahürü idi, 
hansı ki, siyasi partiyaların sürətli inkişafı ilə xarakterizə olunurdu 
ki, bunun da tarixində deyildiyi kimi ilk öncə müstəqil respubli-
kanın yaranmasında Müsavat Partiyasının və digər partiyaların 
həlledici rolu olmuşdur.
5
  Stephen  Fish  The  executive  Deception:  Superpresidentialism  and  the  Degradation 
of  Russian  Politics  in  Building  the  Russian  State:  Ins titutional  Crisis  and  the  Quest  for 
Democratic Governance,ed. Vallerie Sperling (Boulder, CO. Westview, 2001) 177-192.


22 il sonra Sovet mirası: inkar yoxsa güclənmə?
100
Con İşiyamaya görə siyasətin fərdiyətçiliyi və klanlıq partiya-
ların inkişafına həm mənfi, həm də müsbət təsir göstərə bilər
6

Klanların partiyaların inkişafına müsbət təsiri o zaman ola bilər ki, 
onların sərhədləri partiyanın sərhədləri ilə üst-üstə düşsün və bu 
zaman klanlar partiyanın möhkəmlənməsinə kömək edir. İşiyama 
həm də neft resurslarının rolunu qravitasiyasının güclənmə fak-
toru kimi qeyd edir, bir şərtlə ki, rəsmi vəzifələrdən bu gəlirlərə əl 
çatır. Bu halda hakim partiya siyasətçilər üçün çox cəlbedici olur. 
Azərbaycanda  klanlıq  əsasən  hakim  elita  və  sovet  tipli  partiya 
olan Yeni Azərbaycan üçün xarakterikdir, belə ki, keçmiş kommu-
nist lider Heydər Əliyevin idarəetmə metodu ilə yaradılmış partiya 
mahiyyətcə iqtisadi-siyasi cəhətdən vahid Naxçıvan Ermənistan 
klanının güclənməsini davam etdirdi, klan isə 60-cı-80-cı illərdə 
hələ sovet dövründə meydana gəlmişdi
7
. YAP öz üzvlərinin rekord 
sayı haqqında məlumat verir və Sovet vaxtının personal və neft 
dollarlarının patronaj partiya idarəetməsi metodunun birləşməsi 
əsasında qurulmuşdur. Bu zaman partiya qravitasiyası məhdud 
xarakter daşıyırdı, belə ki, dar funksionerlər qrupu güzəştlərə əli 
çatırdı, üzvlərin əsas hissəsi isə könüllü deyil, yuxarılardan təzyiq 
üçün daha zəif olan tibb və təhsil kimi dövlət sektoru işçilərindən 
ibarət administrativ resurslardan ibarət idi.
Partiya  identikliyinin  klanla  üst-üstə  düşməsi  əvvəldən  də 
qeyd edildiyi kimi, ancaq hakim partiya üçün ədalətli idi, belə ki, 
müxalifət partiyaları partiya daxili regional identiklik müxtəlifliyi ilə 
xarakterizə  olunurdu.  Beləliklə  böyük  və  fəal  yeni  real  partiya-
ların inkişafı və formalaşması, xüsusilə 2000-ci illərin yarısında 
praktiki öncə obyektiv səbəblərdən baş vermirdi – inkişaf edən 
neopatrimonializm  fonunda  onların  inkişafı  üçün  əsas  əlverişli 
şərait  yox  idi  –  əsas  azadlıqlar,  toplaşma  və  birliklər  azadlığı 
məh dudlaşdırılırdı,  qanunvericilik  partiyaların  maliyyələşməsi 
yoll  arını  praktiki  olaraq  qadağan  edirdi,  partiyaların  qeydiyyatı 
həd dən artıq çətinləşdirilmişdi. Hətta baxmayaraq ki, yeni partiya 
6
 John Ishiyama Political Party Development and Party Gravity in Semi-Authoritarian states 
The cases of Azerbaijan, Kyrgyzstan and Tajikistan in Taiwan Journal of Democracy July 
2008, Vol.4. No.1(33-53).
7
 По поводу роли клановых структур в Азербайджане см. Leila Ali eva and Stina Torjesen 
Insignificance of clan in Azerbaijan and Kazakhstan” (unpublished manuscript) 2008.


Yüklə 2,5 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə