Sovet mirası: inkar yoxsa güclənmə?



Yüklə 2,5 Kb.
Pdf görüntüsü
səhifə27/67
tarix06.05.2018
ölçüsü2,5 Kb.
#43231
1   ...   23   24   25   26   27   28   29   30   ...   67

22 il sonra Sovet mirası: inkar yoxsa güclənmə?
85
ziddiyyətlərin  irəliləməsinin  və  problemlərin  qarşısı  ala  bil məz. 
Bu  səbəbdəndir  ki,  Belgiyadakı  Flamand,  İngiltərədəki  Olster, 
Fransadakı  Korsika,  İspaniyadakı  Bask,  Kanadadakı  Kvebeka 
məsələləri aktual olaraq qalmaqdadır.
Liberalizm ideyaları təcrübədə 
konfliktlərin həllinə necə kömək edə bilər?
Millətlərarası konfliktlər baş qaldırarkən istənilən dövlət buna 
mü nasibət bildirməyə məcburdur: susmaq və nümayişkaranə şə-
kildə prolemlərə etinasılıq göstərmək, güc və qeyri güc va si tə ləri 
ilə gərginliyin azaldılmasına yönəlmək məqbul deyil. Belə vəziy-
yət lərdə dövlətlərin çoxu məcburi qaydada beynəlxalq hüquqla 
hesablaşmalı olurlar ki, bu qaydalara görə konfliktin sülh yolu ilə 
həll imkanları tükənmədikcə güc tətbiqi ilə həlli qəbuledilməzdir. 
Təbii  ki,  siyasi  cəhətdən  qüvvətli  olan  dövlətlər  bu  təcrübəyə 
məhəl  qoymurlar  (məsələn  Rusiya  Federasiyasının  Çeçenstan 
siyasəti).
Etnik konfliktlərin sülh yolu ilə həllində səmərəli yol müxtəlif 
etnik və mədəni qrupların vahid bir cəmiyyətə tədrici və könül-
lü konsolidasiyası və zamanla bir millətə çevrilməsidir. Belə bir 
konsolidasiya  postsovet  ölkələri  üçün  çox  vacibdir,  lakin  bu, 
idarəedici  elita  tərəfindən  cəmiyyətin  “aşağı”  qatlarının  etirazı 
nəzərə alınaraq təşviq eilmir. Əslində isə etno-milli konfliktlər eli-
ta üçün hakimiyyət və digər resursları əldə saxlamaq üçün vacib 
vasitədir.
Konflktlərin  gərginliklərinin  azaldılması  yolu  kimi  genişlən-
diril miş  avtonomiya  Kanadada,  İspaniyada,  Belgiyada  (qismən 
Rusiyada)  və  digər  ölkələrdə  tətbiq  edilmişdir.  Məsələn,  Bask 
ölkəsndə olduqca geniş hüquqlardan istifadə edilir: ölkə sakin-
ləri öz prezidentlərini, parlamentlərini seçir, vergi sistemi mərkəz-
dən asılı deyil, öz polis qüvvələri vardır, təhsil sahəsinə region 
hakimiyyəti özü nəzarət edir, məktəblərdə təhsil, eləcə də tele-
kanal və radio yayımlarının çoxu bask dilindədir. 


22 il sonra Sovet mirası: inkar yoxsa güclənmə?
86
ABŞ-da adətən makrosəviyyədə etnik konfliktlərin həlli üçün 
üç əsas strategiyadan istifadə edilir: 1) hüquq mexanizmlərinin 
işə salınması; 2) danışıqlar; 3) informasiya (qarşı tərəflərin infor-
masiya mübadiləsi) yolu ilə
9
 .
Gərginliyin sülh yolu ilə aradan qaldırılması üçün daha bir va-
riant  inzibati  ərazi  bölgüsünün  dəyişdirilməsidir:  milli  münaqişə 
yayılan ərazinin daha kiçik inzibati vahidlərə ayrılması, ya da et-
nik həmcinsliyin genişləndirilməsi məqsədi ilə konflikt ərazisində 
inzibati vahidlərin birləşdirilməsi həyata keçirilir. 
Separatizm  cildini  dəyişməkdədir,  onun  yeni  forması  inkişaf 
etmiş regionlarda yerli hakimiyyət orqanlarının başçılıq etdiyi iq-
tisadi separatizm olmağa başlamışdır (Şotlandiya, Flandriya İta-
liyanın şimalı və digər). 
Konfliktin  əsil  səbəbini  bilmək  lazımdır.  Ispaniyada  konfliktə 
səbəb Baskların müstəqilliyinin itirilməsi, iqtisadi inkişafın yüksək 
səviyyəsi və regionun xüsusi geopolitik vəziyyəti oldu. Kanada-
da həyata keçirilən assimilyasiya siyasəti, ingilisdilli immiqrant-
ların  axını,  mərkəzçilik  ənənələrinin  gücləndirilməsi  ölkədə  fe-
derasiyasının formalaşmasına səbəb oldu. Bu və digər hallarda 
konfliktli münasibətin eyni vaxtda bir neçə mürəkkəblik dərəcəsi 
müşahidə edilir ki, bu da nizamlanmanın çətinliyini ortaya çıxarır. 
Təəssüf  ki,  hətta  ən  sabit  və  iqtisadi  inkişaf  olan  demok ra-
tiyalarda  belə  ən  müxtəlif  səbəblərdən  meydana  çıxan  ra di ka-
lizm  lərin  qarşısını  almaq  çətindir.  Əvvəllər  terrorizmi  yoxsul  və 
inkişaf etməmiş ölkələrlərlə, aşağı həyat səviyyəsi ilə bağ layır-
dı larsa Baskların ölkəsində, Şimali İrlandiyada yeni ənənələr gö-
rün məyə başladı və nəticədə məlum oldu ki radikal elementlər 
cəmiyyətin rifah içində, yüksək iqtisadi inkişafda və liberal rejimdə 
yaşayan zümrələrindən də çıxa bilir. Qloballaşma prosesi bu ten-
densiyanın inkişafına ciddi təsir göstərdi.
Bununla  yanaşı,  inkişaf  etməmiş  regionlardan  fərqli  ola raq, 
iqtisadi  cəhətdən  inkişaf  etmiş  regionlarda  konfliktlərin  tənzim-
lənməsi  üçün  daha  çox  dinc  vasitələrədən  istifadə  edilməsi 

Stefanenko, Tatyana, Etnopsikhologiya, Moscow : Aspect Press, 2009,.PP. 368


22 il sonra Sovet mirası: inkar yoxsa güclənmə?
87
haqqındakı fikir təcrübədə birmənalı təsdiqini tapmır. Bir tərəfdən, 
məsələn, iqtisadi cəhətdən sabit olan Kataloniya və Flandriya se-
paratçıları siyasi vasitələrdən istifadə edirlər. Korsikada isə yerli 
etnoqruplar muxtariyyat almaq üçün zorakılıq metodlarına əl at-
dılar. Digər tərəfdən, iqtisadi inkişaf etmiş Basklar Ölkəsində fəal 
şəkildə zor tətbiq edilir. Belgiyanın iki milli qrupu – Vallonlar və 
Flamandlar arasında olan konflikt sabit şəkildə siyasi mübarizə 
və parlament kompromisləri çərçivəsində qalmaqdadır.
Konfliktlərin nizamlanmasının liberal-demokratik üsulları uni-
tar  dövlət  üçün  nəhəng  təhlükələr  və  risklər  ehtiva  edir.  1995-
ci  il  referendumunda  unitarlığın  tərəfdarı  olanların  kiçik  üstün-
lüyü  sayəsində  Kanada  iki  dövlətə  parçalanmaqdan  qurtuldu. 
Ingiltərədə xalqları kiçik millətlərə çevirən Şotland, Olster, Uels 
muxtariyyatlarının  institutlaşması  prosesi  permanent  (davamlı) 
şəkildə böyüməkdədir. Belgiyada bu proses artıq Vallon və Fla-
mand etnoslarını bir-birindən ayırmışdır. Fransada Korsikalılarla, 
Bretonlarla,  Elzaslılarla,  Basklarla  qarşılıqlı  münasibətlərindəki 
problemlər kəskin şəkil almaqdadır. Hətta, inteqrasiya olunmuş 
kimi görünən Amerikan milləti belə öz “tarixləri” və milli mifləri ilə 
silsilə regional etnomədəni bloklara bölünməkdədirlər.
Nə olmuş olsa belə, konfliktlərin sülh yolu ilə tənzimlənməsi 
inkişaf  etmiş  demokratik  institutların  mövcud  təcrübəsidir.  La-
kin, bizim fikrimizcə, keçid ölkələrində demokratikləşmə prosesi 
ilə ortaya çıxan etnosiyasi konfliktlər çox vaxt demokratikləşmə 
prosesinin  özü  üçün  təhlükəyə  çevrilir.  Bir  sözlə,  demokrati-
ya və milliyyətçilik qarşılıqlı əlaqəsi olan fenomenlərdir. Birinci, 
konfliktlər üçün əsas olmaqdan başqa konflikt prosesinin uzan-
ması üçün zəruri şərait yarada bilir. Ikinci, etnosiyasi problemlər 
demokratiya prinsiplərindən geri durmaq təhlükəsi yarada bilər. 
Xüsusilə, demokratik institutlar zəif olarsa. 
Bütün bunlar ondan xəbər verir ki, müasir demokratiyalarda 
konfliktlərinin həllinin universal üsulu mövcud deyildir. Ona görə 
də nizamlama vasitələri fərqli olmalıdır.
Liberal demokratik ölkələr üçün milli ziddliklərin həllində döv-
lə tin rolu yüksək olaraq qalır. Avtoritar rejimlər bu problemi sırf öz 


Yüklə 2,5 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə